Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-207/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 207/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Süleyman Əhməd oğlu) xx xxxxxx 1979-cu il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan, ünvan 1 yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməl lərini törətməkdə təqsirli bilinib 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlundan və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 19 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək məhkuma ağır cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2017-ci il tarixdə saat 08 radələrində Bakı şə həri, Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, “mal bazarı” adlanan bazarda borc üstündə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı dayısı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə qəsdən vuraraq sonuncuya “burun sümüyünün uc hissəsinin yerdəyişməsiz qapalı sınığı, sol göz almasının ağlı qişasına qansızma, sol gözətrafı nahiyənin hematoması, sol said nahiyəsinin sıyrığı, burun, sol bazu, sol said, sol mil-bilək və döş qəfəsi nahiyələrinin qançırları” ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qərarı dəyişdirilməli və məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə ki, hadisə yerində olan şəxslər Təqsirləndirilən şəxs sakitləşdirməyə cəhd etmişlər, lakin o, öz hərəkətlərini davam etdirmiş nəticədə o, xəsarətlər almaqla bərabər üstündə olan 2900(iki min doqquz yüz) manat pulumu da itirmişdir. Nə istintaq, nə də Sabunçu Rayon Məhkəməsi cinayət işini düzgün araşdırmamış, ona dəymiş xeyli miqdarda ziyanın ödənilməsi barədə heç bir tədbir görməmişlər. Bundan başqa, məhkum Təqsirləndirilən şəxs ona qarşı qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətməklə bərabər xuliqanlıq cinayətini də törətmişdir. Belə ki, o ətrafdakı insanlara açıq etinasızlıq və hörmətsizlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozmuş, onu sakitləşdirməyə cəhd edən insanlara məhəl qoymamış, öz azğın hərəkətlərini davam etdirmiş, nəticədə o, 5 gün müddətində xəstəxanada yatmışdır.Məhkumun günahı üzündən cərrahiyyə əməliyyatı keçirməyə məcbur olmuş, uzun müddət normal əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs ona xəsarət yetirməklə bərabər xeyli miqdarda ziyan vurmağa da səbəb olmuşdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, kassasiya şikayətinin məhkuma ağır cəza təyin edilməsi hissəsinin təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokoll arını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilmişdir. Kassasiya şikayətinin dəlillərindən biri məhkuma CM-nin 221-ci maddəsi ilə də ittiham verilməli olması barədədir. Bu dəlillərin əsassızlığı və qanunun tələbinə uyğun olmaması aşağıdakılarla təsdiq edilir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında və zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmək haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra protokolda ibtidai istintaqın materiallarına dair heç bir şikayətinin və vəsatətinin olmadığını göstərmişdir. Bu sübutlar onu təsdiq edir ki, zərər çəkmiş şəxs ibtidai istintaqın yekunları ilə və bu mərhələdə məhkumun cinayət əməlinin hüquqi tövsifi ilə razılaşmışlar. CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu qanunun mənasına görə məhkəmə müstəqil olaraq təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifini CM -nin daha ağır maddəsinə dəyişə bilməz, lakin daha yüngül maddəyə dəyişə bilər və ya irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göstərilən qanunun mənasına görə cinayət işinə birinci instansiyası məhkəməsində baxılan mərhələdə təqsirləndirilən şəxsin cinayət əməlinin CM-nin daha ağır maddəsinə tövsif edilməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə zərər çəkmiş şəxsin vəsatət qaldırmaq hüququ vardır. Lakin cinayət işinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılarkən zərərçəkmiş şəxs belə bir vəsatət qaldırmamışdır. Cinayət işinə apellyasiya baxışı mərhələsində baxılarkən isə qanunla zərər çəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı vəsatət vermək hüququ müəyyən edilməmişdir. Yəni, CPM-nin 391.8-1-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və ape llyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Bu qanunun məzmunundan müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinin CM-nin daha ağır maddəsinə dəyişdirilməsi barədə zərər çəkmiş şəxsə vəsatət vermək hüququ müəyyən edilməmişdir. Təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlı kassasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictim ai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ailəli olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona qanunda nəzərdə tutulmuş hədlər daxilində cərimə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 1000 manat miqdarında cərimə cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər zərərçəkmiş şəxsin ey ni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslarardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-207/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-207/2019
05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver