Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-207/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İbrahimov Nail Nadir oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsin in xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi İbrahimov Nail Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Ə.Mikayılov) xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsil alan tələbə, subay, əvvəllər məhkum olunmamış, Ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmə kdə təqsirli bilinib, CM-in 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 70-ci maddəsi tətbiq olunaraq Məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 00:48 radələrində hadisə vaxtı törətdiyi əmələ görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1 (009)-129/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilmiş xalası oğlu Şahid4 ilə bir qrup şəxs olaraq, ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə rastlaşaraq aralarında yaranmış söz mübahisəsi zamanı Zərərçəkmiş şəxs1 onun sinəsindən əli ilə kənara itələməsindən narazı olaraq qarşılıqlı mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, şəxslər üzərində zor tətbiq edərək Zərərçəkmiş şəxs1ə yumruq zərbəsi endirib sağ göz orbitası ətrafının qançırı kimi, üzərində gəzdirdiyi xəncər tipli silahla zərbə endirib döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətləri, Zərərçəkmiş şəxs2ə xəncər tipli silahla zərbə endirib sol bel nahiyəsinə daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti, Zərərçəkmiş şəxs3ə xəncər tipli silahla zərbə endirərək sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (700 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol döş və qarın boşluğuna nüfuz edən (torokoabdominal), diafraqmanın və dalağın zədələnməsi (xaric olunması-splenoktomiya), qarın boşluğuna çoxlu qanaxma (1,0 litr) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaara sı sahədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan törədildiyi andan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək qeyd olunan hərəkətləri ilə silahdan istifadə etməklə xuliqanlıq etmiş və Zərərçəkmiş şəxs3in qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Abdulov, hakimlər Ə.S.Seyfəliyev və Q.X.Babayevdən barət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin olunmuş, Məhkumun Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişd irilmişdir. Hökmdən CMin 70-ci maddəsinə əsasən Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli hökmü ilə Məhkuma CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) ilə, CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il ta rixli qərarından Məhkumun müdafiəçisi İbrahimov Nail Nadir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkumun müdafiəçisi İbrahimov Nail Nadir oğlu məhkəmə kollegiyasına müraciət edərək vermiş olduğu kassasiya şikayətini hüquqlarını müdafiə etdiyi Məhkumun ərizəsinə əsasən geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassa siya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cina yətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi İbrahimov Nail Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-207/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-207/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver