Məhkəmə qərarları › İş №1(102)-207/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-207/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-207/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, bəraət almış şəxs X6 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü m addəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) 2 fevral 2023-cü il tarixli hökmü ilə 6 aprel 1979-cu il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumkuğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müdd ətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 3 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X18 oğlundan ibarət tərkibdə) 19 iyul 2023-cü il tarixli hökmü ilə təqsirl əndirilən şəxs X6 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin X6 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 02 fevral 2023-cü il tarixli, 1(101)-577/2023 saylı hökmü ləğv edilmiş və yeni hökm çıxarılmışdır. X6 əməli sübuta yetirilmədiyindən CPM-in 42.1.4-cü maddəsinə əsasən ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. X6 barəsində seçilmiş "həbs” növündə qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal azad olunmuşdur. Bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanınödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması X10 izah edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş əsasən X12 2 sentyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 1 ədəd göy rəngli dəmir qutunun içərisində ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi külli miqdarda - 6,459 qram təşkil edən psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 1,104 qram təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlayıb daşımış və 3 sentyabr 2022-ci il tarixdə saat 02:00-da Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında saxlanılaraq 35-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtar ış və götürmə keçirilərkən əynindəki qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli dəmir qutunun içərisində 9 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkiləri 2,677 qram, 0,452 qram, 0,513 qram, 0,492 qram, 0,498 qram, 0,425 qram, 0,501 qram, 0,495 qram və 0,406 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 6,459 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 3 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkiləri 0,405, 0,401 və 0,298 qram olmaqla ümumi təmiz çəkisi - 1,104 qram təşkil edən narkotik vasitə olan heroin və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146- cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Məhkəmə bəraət hökmü çıxararkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli vermiş olduğu ifadəsinə və şəxsin istifadəsində olan nömrənin antenn məlumatlarına əsaslanmış, qeyd edilən anten məlumatlarını tam, hərtərəfli araşdırmamış, şahid ifadələrini, iş üzrə məhkəmə narkoloji ekpertizasının rəyini əsassız şübhə altına almış, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət prosessual qanunvericiliyinə riayət etmədən tərtib olunması göstərilsə də hökmdə bu kifayət qədər əsasla ndırılmamış və düzgün qiymət verilməmişdir. Bundan başqa məhkəmənin dəlilinə görə, Namiq Məmmədovun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan üzərində şəxsi axtarış aparıldığı vaxta qədər xeyli müddət keçməsi və bu müddət ərzində onun polisin nəzarəti altında olması ittihamın əsaslılığına, eləcə də şəxsi axtarış və götürmə protokolunun mötəbərliyinə şübhə yaratması ilə bağlı olmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsində həm Namiq Məmmədovun, həmçinin onu saxlayan polis əməkdaşlarının mobil telefon anten məlumatları əldə edilmişdir. Daxil olan məktubdan görünür ki, şəxsin həmçinin onu iş materiallarına əlavə edilmiş X6 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il - saat 23.19-dan, xx.xx.2022-ci il - saat 03.54-dək (qısa fasilələrlə), Şahi d2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi isə xx.xx.2022-ci il - saat 22.23dən, xx.xx.2022-ci il, saat 05.04-dək (davamlı olaraq) eyni ərazidə, yəni “UBBK0107/GBBK0107 Günəşli- 2, Bakı şəhəri, Xətai r-nu, General Şıxlinski küç, 23, 52 saylı mağaza/Xətai” olması qeyd edilmişdir. "xxxx" MMC- dən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “UBBK0107/GBBK0107” saylı baza stansiyası Xətai rayonu, General Şıxlinski küçəsi, 49 ünvanda yerləşən polis bölməsi ilə ara məsafəsi 250-300 metr olduğundan abunəçilərin həmin baza stansiyasının xəttindən istifadə etməsi mümkündür. Hətta məhkəmə tərəfindən "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı mütəxəssis qismində təmin edilmiş, nümayəndəyə “ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Xətai Rayon Polis İd arəsinin 35-ci Polis Bölməsinin "xxxx" MMC-nin anten dairəsində “Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 23, 52 saylı mağaza” kimi göstərilməsinin mümkünlüyü barədə soruşulduqda o, cavabında bunun mümkün ola biləcəyini, belə ki, xəritədə təqdim edilən anten ilə polis bölməsi arasındakı məsafənin 280-290 metr radiusda olduğunu, həmin antenin də oranı tuta biləcəyinin mümkün olduğunu qeyd etmişdir. İş materiallarında olan antenn məlumatlarla bağlı Bakcell MMC-nin nümayəndəsi belə ehtimallara əsaslanaraq ifadə vermişdir. Dəqiq olaraq həmin antenn məlumatların “ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində olmasını təsdiq etməmişdir. İş materiallarından görünür ki, Namiq Məmmədovun şübhəli şəxs qismində tutulması ilə onun üzərində şəxsi ax tarış aparılması arasında məhkəmənin iddia etdiyi kimi xeyli vaxt keçməmiş, faktiki olaraq şübhəli şəxsi tutma və üzərində şəxsi axtarış aparılma protokolu demək olar ki, qısa müddət aralığında (02:40- 03:00) tərtib edilmişdir. Bu aralıqda müəyyən zaman kəsiyi isə şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə gözlənilmişdir. Hüquq və vəzifələrin vəkilinin iştirakı ilə şübhəli şəxsə elan edilməsi, vəkilin təqdimatı və təyin olunması, ona şübhənin mahiyyətinin bildirilməsi və cinayət prosesini həyata keçirən orqana və ya vəzifəli şəxslərə etiraz etmək hüququnun izah olunması şəxsi axtarış aparılana qədər müəyyən müddətin keçməsini müdafiə hüququnun təminatı baxımından labüd və zəruri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin 3 saat müddətində polisin nəzarətində olmasını narkotik vasitənin Namiq Məmmədovun üzərinə qoyulması kimi qiymətləndirməməli, iş materiallarında olan digər sənədlərə şəxsin ilkin ifadələri, məhkəmə kimyəvi ekspertiza rəyi, məhkəmə narkoloji ekspertizasının rəyi, əməliyyat müvəkillərinin ifadələri, şəxsi axtarış keçirilməsi barədə görüntülərin əks olunduğu videogörüntünün əks olunduğu diski nəzərə almalı idi. Təqsirləndirilən şəxs X6 üzərindən külli miqdarda psixotrop maddə olan metamfetaminin və heroinin aşkar edilməsi faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri (əməlini tam etiraf etmiş) əməliyyataxtarış tədbirinin aparılmasına dair qərar və protokollar, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə haqqında protokol, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işi mateiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından da görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılarkən təqsirləndirilən şəxs məhkəmə iclasında da üzərində satış məqsədi ilə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin daşıdığını etiraf etmiş, əməlindən səmimi peşman olduğunu bildirərək təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Namiq Məmmədov istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunduğunu bildirərək törətmədiyi əməli etiraf etmək məcburiyyətində qaldığını qeyd e dir. Cinayət işinin materiallarından görünür ki, X3 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Əvvəllər də barəsində cinayət işi istintaq edilmiş məhkumun yenidən onun barəsində əsassız olaraq cinayət işi başlanması və ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması barədə qeyd etdikləri, lakin bunlara görə sonradan heç bir orqana müraciət etməməsi halları onun qeyd etdiklərinin özünü müdafiə xarakterli dəlillər olmasını göstərir. Belə ki, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təzyiq göstərmədiklərini qeyd edir. Həmçinin iş materiallarından da görünür ki, təqsirləndirilən şəxsin ona qarşı psixi və fiziki zorakılıq göstərilməsi ilə bağlı hər hansı şikayəti olmamış və həmin faktlara bağlı hər hansı araşdırma aparılmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin istintaqın ilkin mərhələsində öz əməlini etiraf edərək sonrakı mərhələlərdə isə inkar etməsi polis əməkdaşlarının psixi təsiri nəticəsində ifadə verməyə məcbur edilməsi hallarını inkar edir. Məhkəmə isə qeyd olunan halların heç birini əsaslandırmadan iş üzrə bütün sübutları tədqiq etmədən təqsirləndirilən şəxsin təqsirsizliyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxsin işgəncə faktı ilə bağlı hər hansı hüquq mühafizə orqanına müraciəti daxil olmamış, həmin xüsusatlar araşdırılmamış, xəsarətlərlə bağlı (əgər bədənində həmin xəsarətlər möv cud olduğu halda) ekspertiza təyin olunmamış, müvafiq rəy əldə edilməmiş, işgəncə faktı ilə bağlı ilə hər hansı qərar qəbul edilməmişdir. Təqsirləndirən şəxsin ona psixi zorakılıq göstərilməsi ilə bağlı qeyd etdikləri öz ifadəsindən başqa işdə olan hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki istintaq boyu onun hüquqlarını əvvəlcə dövlət hesabına təyin edilmiş vəkil, daha sonra ailə üzvləri tərəfindən dəvət olunan vəkil qorumuş, təbii ki işgəncə faktının olması halında təqsirləndirilən şəxsin hüquqlarının qorunması naminə vəkilin həmin faktlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi labüd idi. Lakin vəkil tərəfindən həmin faktlarla bağlı hər hansı şikayət ərizəsi olmamışdır. Namiq Məmmədovun əldə etdiyi psixotrop maddə olan metamfetaminin çəkisi onun gündəlik ehtiyac h əcmindən - şəxsi istehlak miqdarından 43 dəfədən, külli miqdarın aşağı həddindən isə 3 dəfədən çox olmuş, külli miqdar təşkil etmiş, həmçinin bükümlərə ayrılmış və 9 bükümdə qablaşdırılmış vəziyyətdə olmuşdur. Həmçinin əldə olunmuş heroinin çəkisi də onun gündəlik ehtiyac həcmindən - şəxsi istehlak miqdarından 7 dəfədən çox olmuş, bükümlərə ayrılmış və 3 bükümdə qablaşdırılmış vəziyyətdə olmuşdur. Apellyasiya Məhkəməsi hökmü çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxsin və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şi kayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyy ən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X10 Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X10 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-c i maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəb ulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-c ü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X10 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X12 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək birinci instansiya məhkəməsində məhkəmə iclasında verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, həqiqətən də narkotik vasitə olan heroin və metamfetamin qəbul edir. 02 sentyabr 2022-ci il tarixdə axşam saat 11 radələrində Xətai rayonu, Polad Həşimov küçəsində tanışı Şahid3 ilə görüşmüşdür. Elşadla söhbət zamanı avtomobil almaq istədiyini bildirmiş və Elşad da öz avtomobilini ona məsləhət görmüşdür. Amma həmin avtomobilin mühərrik başlığı nasaz vəziyyətdə olduğundan avtomobili saz vəziyyətdə almaq istəmiş və qərara gəlmişlər ki, mobil telefon vasitəsilə "tap.az” internet səhifəsində mühərrik başlığı axtarsınlar və belə detalı satan şəxslə əlaqə saxlasınlar. Sonra həmin internet səhifəsində axtardıqları mühərrik başlığını satan şəxs tapıb əlaqə saxlamış və söhbət zamanı həmin şəxs ona mühərrik başlığını 750 manata satacağını bildirmişdir. Onun üstündə 800 manat pul olduğundan həmin şəxslə razılaşmış və Elşadla birlikdə əlaqə saxladıqları həmin şəxsin olduğu Abşeron rayonu nun Saray qəsəbəsinə tərəf yola düşmüşlər. Bu vaxt onları adları Cümşüd və Ramin olan mülki geyimli polislər saxlayaraq 35-ci Polis Bölməsinə aparıb orada polislər içərisində 12 ədəd bükümdə heroin və metamfetamin olan göy rəngli qutunu və 01 ədəd elektron tərəzini onun üstünə yerləşdirmişlər. Polislər tərəfindən ona göstərilən təsir və təzyiqlərə görə qorxub çəkinmiş, ona görə də içərisində narkotik vasitə və psixotrop maddə olan qutunu, elektron tərəzini üzərinə götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddə olan qutu və 01 ədəd elektron tərəzi onun əynindəki şalvarın sağ yan cibinə qoyulmuşdur. Bundan sonra videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və qorxusundan həmin narkotik vasitənin və psixotrop maddənin, habelə elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitə və psixotrop maddələr istifadə etsə də, satışı ilə məşğul olmamış və həmin gün onun üzərində narkotik olmamışdir; Şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, X11 təxminən bir ildir tanıyır. Namiq mütəmadi olaraq yaşadığı ünvanın yaxınlığında olur və buna görə də yaşadığı ünvanın yaxınlığında yaşayan məhəllə sakinlərinin yanında Namiqi görüb tanışlığı yaranmışdır. X12 ilə söhbət əsnasında Namiq ona özü üçün avtomobil istədiyini bildirmişdir. O da özünün "Changan Eado” markalı avtomobilini Namiqə məsləhət görmüşdür. Namiq onun yaşadığı ünvana gəlib maşına baxmişdir. Namiqə avtomobilin mühərrik başlığının nasaz olduğunu, ona görə də həmin ehtiyat hissəsinin işlək vəziyyətdə olanının alınaraq avtomobilə quraşdırılmalı olduğunu bildirmişdir. Namiq də onunla razılaşmış və avtomobi li saz vəziyyətdə almaq istəmişdir. Bundan sonra Namiq və o, "tap.az” internet səhifəsində həmin avtomobil detalını axtarıb bir nəfər şəxsi tapmışlar və Namiq həmin şəxslə əlaqə saxlamışdır. Söhbət əsnasında həmin şəxs mühərrik başlığını 750 manata Namiqə verə biləcəyini bildirmiş, Namiq də həmin şəxslə razılaşmışdır. Onlar birlikdə həmin avtomobilin mühərrik hissəsini almaq üçün Abşeron rayonu, Saray qəsəbəsinə getmək məqsədilə yaşadığı ünvandan çıxanda polis əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılmışlar. İbtidai istintaq dövründə verdiyi ifadəsindən fərqli olaraq apellyasiya instansiyasında verdiyi ifadəsində Şahid3 polis tərəfindən 02 sentyabr 2022-ci il tarixdə, dəqiq xatırlamadığı vaxtda, lakin gecəni keçməmiş, yəni gecə saat 12dək tutulub polis bölməsinə gətirildiklər ini qeyd etmişdir. Eyni zamanda Şahid3 bildirmişdir ki, Namiqin üzərində dəmir qutu görməmiş, onda narkotikin olmasından xəbəri olmamışdır; Şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Şahid2 ilə 35-ci Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən X12 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 03 sentyabr 2022-ci il tarixdə saat 02:00- da Xətai rayonu, Polad Həşimov küçəsinin yaxınlığında olarkən X11 və Şahid3 görmüşlər. Namiq Məmmədov özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduqlarından ilkin olaraq xidməti vəsiqələrini təqdim etmişlər və ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə so ruşmuşlar. Bundan sonra Namiq Məmmədov heroin və metamfetamindən istifadə etdiyini demişdir. X19 və onun yanında olan Şahid3 Polis Bölməsinə dəvət etmişlər. Namiq Məmmədov buna etiraz etməmiş, sonra Polis Bölməsinə getmişlər və qanuna müvafiq araşdırma aparılması üçün təhqiqatçıya təqdim etmişlər. X9 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Namiq Məmmədovun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Namiq Məmmədova üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Namiq Məmmədov da əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rə ngli dəmir qutunun içərisində 12 ədəd şəffaf sellofana bükülmüş bükümü və 01 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 12 ədəd şəffaf sellofana bükülmüş bükümün 9 ədədi psixotrop maddə olan metamfetaminə bənzər maddə və 3 ədədi isə narkotik vasitə heroinə bənzər maddə olmuşdur. Namiq Məmmədovdan 12 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində nə olduğunu soruşduqda Namiq Məmmədov həmin 12 ədəd şəffaf sellofana bükülmüş bükümlərin bəzisinin metamfetamin və digərlərinin heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində tapdığını bildirmişdir. Daha X19n üzərinə şəxsi axtarış davam etdirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan X19n üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Namiq Məmmədov tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bütün bu prosesin gedişində Namiq Məmmədova qarşı hər hansı qanunsuz təsir edilməmiş, bütün hərəkətlər qanun çərçivəsində aparılmışdır; Şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir; Şəxsi axtarış və götürmə aparılması haqqında 3 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X10 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Namiq Məmmədov əynindəki qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli dəmir qutunun içərisindən 09 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər, 03 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddələri və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı Namiq Məmmədov həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir; Məhkəmə-kimyəvi ekspertizasının 3 sentyabr 2022-ci il tarixli, 6/4746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi "Zərf lər üçün №154” möhür əksi olan, imzalar olan zərfdəki 09 bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 2,677 qram, 0,452 qram, 0,513 qram, 0,492 qram, 0,498 qram, 0,425 qram, 0,501 qram, 0,495 qram, və 0,406 qram, ümumi təmiz çəkisi 6,459 qram ağ rəngli, kristaşəkilli kütlə kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir, 09 ədəd bükümdəki matemfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,401 qram, və 0,298 qram, ümumi təmiz çəkiləri 1,104 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralrında eynilik təşkil edir; Məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 6/4873 nömrəli rəyində n görünür ki, təqdiqata təqdim edilmiş, üzərində "01 ədəd göy rəngli dəmir qutu və 01 ədəd elektron tərəzi” yazıları olan kağız paketdəki 01 ədəd gümüşü rəngli elektron tərəzinin və üzərində "MpactMints” markalanma yazıları olan metal qutucuqda narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və X6 üzərindən aşkar edilmiş maddələrlə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 164-166). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 sentyabr 2022-ci il tarixli, 5122 nömrəli rəyindən görünür ki, X7 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalic əyə ehtiyacı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadə sini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq X6 bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və ona işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə apellyasiya instansiyası məhkəsi onun ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlillərini inandırıcı və işin hallarına uyğun hesab etmişdir. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında ən azından üç saatdan artıq vaxtın keçməsi narkotik vasitələrin "atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. X6 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu təzyiq göstərməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların CPM-nin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, polis əməkdaşları olan şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir ed ilməli olduğunu nəzərə alaraq göstərlən məhkəmə haqlı olaraq hesab etmişdir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X6 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Belə ki, Apellyasiya məhkəməsinin müəyyən etdiyi nəticəyə əsasən: "xxxx" MMC abunəçiləri olan Şahid3 və Şahid1 istifadə etdikləri mobil telefonlarının anten məlumatları ilə təqsirləndirilən şəxsin nə vaxt polis əməkdaşları tərəfindən tutulmasını və polis bölməsinə gətirilməsini aşkar etmək mümkün deyil, çünki məlumatlara görə Şahid3 mobil telefonunun anten dairəsi xx.xx.2022-ci il tarixdə, saat 22.47-də onun “ Xətai r-nu, Zeytun Sovxozu, Naximov küçəsi, 6”-da, sonrakı göstərici xx.xx.2022-ci il tarixdə, saat 13.31-də həmin ərazidə olmasını, Şahid1 mobil telefonunun anten dairəsi isə xx.xx.2022-ci il tarixdə, saat 21.26-da onun “Xətai r-nu, Naximov küçəsi”ndə, sonrakı göstərici xx.xx.2022-ci il tarixdə, saat 01:59-da “Zeytun küç, 100”, xx.xx.2022-ci il tarixdə, saat 04:13-də “Günəşli qəs.” ərazilərdə olmasını göstərir. - "xxxx" MMC-nin abunəçiləri olan təqsirləndirilən şəxs X12 və polis əməkdaşı Şahid2 istifadə etdikləri mobil telefonlarının anten məlumatlarıdır. Belə ki, X6 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2022-ci il, saat 23.19-dan, xx.xx.2022-ci il tarix, saat 03.54-dək (qısa fasilələrlə), Şahid2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin a nten dairəsi isə xx.xx.2022-ci il, saat 22.23-dən, xx.xx.2022-ci il, saat 05.04-dək (davamlı olaraq) eyni ərazidə, yəni “UBBK0107/GBBK0107 Günəşli-2, Bakı şəhəri, Xətai r-nu, General Şıxlinski küç, 23, 52 saylı mağaza/Xətai” olması qeyd edilmişdir. "xxxx" MMC-dən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “UBBK0107/GBBK0107” saylı baza stansiyası ünvan 6 ünvanda yerləşən polis bölməsi ilə ara məsafəsi 250-300 metr olduğundan abunəçilərin həmin baza stansiyasının xəttindən istifadə etməsi mümkündür. Apellyasiya məhkəməsində mütəxəssis qismində iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsindən “ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin "xxxx" MMC-nin anten dairəsində “Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 23, 52 saylı mağaz a” kimi göstərilməsinin mümkünlüyü barədə soruşulduqda o, cavabında bunun mümkün ola biləcəyini, belə ki, xəritədə təqdim edilən anten ilə polis bölməsi arasındakı məsafənin 280-290 metr radiusda olduğunu, həmin antenin də oranı tuta biləcəyinin mümkün olduğunu qeyd etmişdir. X6 xx.xx.2022-ci il tarixdə saxlanılaraq polis bölməsinə gətirildiyi halda əməliyyat müvəkkili Şahid1 Bakı şəhəri 35-ci Polis Bölməsinin rəhbərliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda Namiq Məmmədovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan məlumatın yoxlanılması, zərurət olduqda onun yaxalanması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi xahiş olunur, həmin tarixdə Bakı şəhəri 35-ci Polis Bölməsi nin rəhbərliyinin təsdiq etdiyi qərarla əməliyyat-axtarış qrupu yaradılır, müvafiq əmrlə həmin qrupa Şahid2 da daxil olmaqla qrupun rəhbəri məhz Şahid1 təyin edilir və əməliyyat qrupunun təşkil edilməsinə dair protokol tərtib olunur. Eyni tarixli protokoldan göründüyü kimi, X12 Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsinin yaxınlığında saxlanılaraq saat 02:10 radələrində polis bölməsinə gətirilmişdir. İstintaq materiallarından göründüyü kimi, X1 ilə bağlı digər sənədləşmə də, yəni dövlət hesabına müdafiəçi təyin olunması barədə Namiq Məmmədovun ərizəsi, onun üzərindən narkotik vasitələrin aşkar edilərək götürülməsinə dair şəxsi axtarış və götürülmə haqqında protokol, şübhəli şəxs qismində tanınaraq tutulması, izahatı və sair sənədlər məhz 3 sentyabr 2022ci il tarixdə tərtib edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs 3 sentyabr 2022-ci il tarixdə deyil, 2 sentyabr 2022-ci il tarixdə, saat 22-23 radələrində tutularaq polisin nəzarətində olmuş, onun barəsində şəxsi axtarış və götürmə faktiki olaraq faktiki tutulduğu vaxtdan ən azı üç saatdan sonra həyata keçirilmişdir. Apellyasiya məhkəməsi müəyyən etdiyi nəticələrə əsasən hesab etmişdir ki, X12 və Şahid3 məhkəmədə verdikləri, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində deyil, xx.xx.2022-ci il tarixdə axşam vaxtlarında polis əməkdaşları tərəfindən saxlanılaraq 35-ci Polis Bölməsinə gətirilmələrinə dair ifadələri həqiqiliyi şübhə doğurmayan mobil telefonların anten məlumatları ilə üst-üstə düşdüyündən X6 2 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 35-ci Polis Bölməsinə gətirilmələrinə dair müd afiə tərəfinin dəlillərini əsaslı, adları qeyd edilən şəxslərin bu xüsusat üzrə ifadələri mötəbər sübutlardır. "İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin "c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi "Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddə t fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü m addəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X10 bəraət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi q anunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vi cdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtər əfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X6 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl o lunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibi nin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli v ə ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, y eni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2023-cü il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar