Məhkəmə qərarları › İş №1(102)-207/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-207/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-207/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X2 və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 4 aprel tarixli, 1(103)-613/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Azad Məcidovdan ibarət tərkibdə) 2024-cü il 16 yanvar tarixli, 1(101)-1067/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1963-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsir li bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın başlanğıcının 17 mart 2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 2024-cü il 4 aprel tarixli, 1(103)-613/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 16 yanvar tarixli, 1(101)-1067/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 aprel tarixli, 1(103)-613/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər Nazim Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Tahir Kazımovdan ibarət tərkibdə) 2024-cü il 2 oktyabr tarixli, 1(103)-613/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 aprel tarixli qərarı dəyişdir ilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 3,323 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat- a xtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 17:40-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 3,323 qram çəkidə psixotrop maddə metamfetamini əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum cəza təyin olunarkən, ədalət prinsipinin tələblərini pozulmuşdu r. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğun deyil. Lakin məhkəmə kollegiyası qərarında heç bir əsaslandırma aparmamış, daha yüngül cəzanın məqsədinə çatmasını hansı əsaslarla təmin edə biləcəyini əsaslandırmamışdır. Məhkum aşkar olunaraq götürülmüş 3,323 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 22 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun əməlinin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilməlidir. Həmçinin, Məhkum ibtidai istintaq zamanı törətdiyi əməli etiraf etsə də, apellyasiya icraatı zamanı təqsirini etiraf etməyərək bəraət hökmünün çıxarılmasını xahiş etmiş, məhkəmə kollegiyası isə bunu nəzərə almamışdır. Qərardan göründüyü kimi, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum barəsində hər hansı ye ni cəzanı yüngülləşdirən hal müəyyən etməmiş, təyin edilmiş cəzanı ümumi mülahizələrlə yüngülləşdirmişdir. Şərh edilənlərdən aydın olur ki, Məhkum cəzasının həddinin yüngülləşdirilməsi həm onun tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, şəxsin cəzasının minimal həddə endirilməsinə əsas verən və apellyasiya baxışında nəzərə alınmış yüngülləşdirici halların əsaslandırılması apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində açıqlanmamışdır. Halbuki, cinayət qanununun bəhs edilən normaları tələb edir ki, məhkəmələr cəzanı yüngülləşdirən hallara əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əl aqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu əsaslandırmalıdır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanın müddətini maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə endirərkən öz qənaətini əsaslandırmaq istiqamətində addım atmamış, birinci instansiya məhkəməsindən fərqli olaraq, şəxsin cəzasının yüngülləşdirilməsinə əsas hesab etdiyi halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini və bu təsirin kifayət qədər olmasını əsaslandırmamışdır. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 aprel tarixli, 1(103)-613/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qayta rılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 aprel tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən a sılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələblə ri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək im kanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanun un tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı yüngülləşdirərkən qəbul etdiyi qərarı əsaslandırmamış, məhkumun cəzasını yüngülləşdirən yeni bir hal olmadığı halda, təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Dövlət ittihamçısının kassasiya protestində ifadə edilmiş mövqeyi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, cinayət törətmiş şəxsə cəza təyin edilməsinin ümumi əsasları CM-in 58-ci maddəsi ilə tənzimlənir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza nö vü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin etmənin ümumi əsaslarının təhlilindən meydana çıxan mənzərə ondan ibarətdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin etmə məsələsini həll edərkən həm növ, həm də hədd baxımından təqsirli şəxsə daha yüngül cəza təyin edilməsinə üstünlük verməli, sərt cəzaların təyin edilməsinə isə az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilmədiyi hallarda yol verilməlidir. Lakin məhkəmə cəza təyin edilməsi məsələsini həll edərkən az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilməməsini və məhz bu səbəbdən təqsirli şəxsə daha sərt cəza təyin etmək məcburiyyətində qaldığını konkret sübutlara istinad etməklə hökmdə əsaslandırmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, təq sirli şəxsə cəza təyin edilərkən CM-in ədalət və humanizm kimi prinsiplərinin tələblərinə də riayət edilməsi zəruridir və təyin edilmiş cəza açıq-aşkar ədalətsiz və həddindən artıq sərtliyi baxımından şəxsə işgəncə verilməsi məqsədi ilə təyin edilmiş cəza xarakteri daşımamalıdır. Bu zaman nəzərə alınması vacib olan bir məsələ də ondan ibarətdir ki, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, o cümlədən təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə də əməl edilməsi böyük önəm daşıyır. Etiraf etmək lazımdır ki, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə ədalətli cəza təyin edilməsi olduqca mürəkkəb, çətin və məsuliyyətli bir prosesdir. Bu zaman nəzərə alınması zəruri olan çoxsaylı prinsip və əsaslar mövcuddur. Məhkəmə hökmü ilə təyin edilən cəza həm cəmiyyətdə sosial ədaləti bərpa edir, həm cinayət törətmiş şəxsi islah edir, həm də məhkum və digər şəxslərə tərbiyəedici və çəkindirici təsir etməklə cəmiyyətdə tarazlığı qoruyur, cəmiyyəti kənar, zərərli, neqativ əməl və meyllərdən mühafizə edir. Lakin bu təsir yalnız o zaman effektli və düzgün olur ki, təyin edilən cəza həm ədalətli, həm də humanist cəza olsun. Yəni bəzi hallarda sərt cəzaların təyin edilməsi əks effekt verir və islah etmək əvəzinə işgəncə vermək və ləyaqəti alçaltmaq kimi qiymətləndirilir. Məhz bu səbəbdən CM-in 58.1-ci maddəsi həm növ, həm də hədd baxımından sərt cəzaların təyin edilməsinə məhdudiyyət müəyyən etmişdir. Kassasiya protestində irəli sürülən dəlillərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi də məhkuma təyin edil miş cəzanı yüngülləşdirərkən yuxarıda qeyd edilən tələblərə uyğun olaraq qəbul etdiyi qərarı kifayət edəcək səviyyədə ətraflı şəkildə əsaslandırmış, bu zaman “cəzanın yetərliliyi” anlayışından uğurlu şəkildə istifadə etməklə törədilmiş cinayət əməli ilə təyin edilmiş cəza arasında ədalətli bir balans yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşır və bu mövqeyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 16 yanvar tarixli, 1(101)-1067/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 4 aprel tarixli, 1(103)-613/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar