Məhkəmə qərarları › İş №1(102)-2070/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2070/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2070/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Mahmudov Cəlil Yunis oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-ci il ta rixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Mahmudov Cəlil Yunis oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) 14 noyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1972-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 2 iyun 2022-ci ildən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən sax lanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin digər şəxs- Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 12 yanvar 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)589/2022 saylı, 14 noyabr 2022-ci il tarixli hökmü dövl ət ittihamçısı Tale Səfərov tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-589/2022 saylı, 14 noyabr 2022-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, o və Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yol la keçiriləcək narkotik vasitəni və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən cinayətkar qrupun İİR vətəndaşı olan digər üzvü və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 7109,693 qram narkotik vasitə heroini, 28,754 qram çəkidə narkotik vasitə həşiş qətranını, külli miqdarda 310,096 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 7,6 qram olan 190 ədəd narkotik vasitə olan metadon həbini Masallı rayonunun girişində olan körpünün yanındakı 58 nömrəli yol hərəkəti nişanının altında bir ədəd qara rəngli se llofana bükülmüş qutuya yerləşdirib bu barədə Məhkum məlumat verdikdən sonra İİR vətəndaşı olan cinayətkar qrupun digər üzvünün və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək məqsədi ilə həmin kütlələri götürmək üçün 2 iyun 2022-ci il tarixdə günorta saatlarında göndərilən narkotiklərdən məlumatı olan tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Masallı rayonuna yollanmışlar. Məhkum və Təqsirləndirilən şəxs həmin gün külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan qutunu qoyulduğu yerdən - Masallı rayonunun girişində olan körpünün yanındakı 58 nömrəli yol hərəkəti nişanının altından götürdükdən sonra qeyd edilən çəkidə metamfetaminin külli miqdarda - 9,810 qra m çəkidə hissəsini Məhkum üzərində, heroinin külli miqdarda -14,693 qram çəkidə hissəsini Təqsirləndirilən şəxs öz üzərində, qalan külli miqdarda 7095,0 qram olan heroini, külli miqdarda 300,286 qram çəkidə metamfetamini, 28,754 qram çəkidə həşiş qətranını və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 7,6 qram olan 190 ədəd narkotik vasitə metadon həblərini Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomobilinin salonunun arxa oturacağına daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 22:30-da Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən BDYPİ-nin 11-ci YPX tağımı postunun yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşında saxlanılaraq həmin postun həyətində avtomaşına baxış keçirilən zaman avtomobilin salonunun arxa oturacağının üstündən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş karton qutunun içərisindən üç ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2525,0 qr, 2505,0 qr və 2065,0 qram olmaqla ümumi çəkisi 7095,0 qram olan narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda 300,286 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə 28,754 qram çəkidə narkotik vasitə həşiş qətranı və külli miqdarda təsiredici maddəs inin ümumi miqdarı 7,6 qram olan 19 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumilikdə 190 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq 03 iyun 2022-ci il tarixdə saat 02 radələrində Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki cinsşalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə külli miqdarda 9,810 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən və məhkəmədə verdiyi ifadələrə əsasən narkotik vasitələrin İİR-dan Azərbaycana gətirilməsi ilə əlaqədar X adlı şəxslə və digərləri ilə aralarında heç bir ra zılaşma olmamış, narkotik vasitəsinin hansı yolla, necə və nə vaxt Azərbaycan Respublikasına keçirilməsindən xəbəri olmamış, nə sərhəd zonasına getməmiş, nə də gömrükdə olmayaraq və bu işin icrası zamanı heç bir iştirakı olmamış, narkotik vasitələrin kim tərəfindən və nə vaxt hansı yolla Azərbaycan Respublikasına keçirilməsindən xəbəri yoxdur. Onun bu işdə vəzifəsi Xın ona verəcəyi 2000 manat pul müqabilində narkotik vasitəni bir yerdən digər yerə aparmaq olmuş, narkotik vasitələrin satılması barədə heç kimlə arasında sövdələşmə, razılaşma, cinayət əlaqəsinə girmə halı olmamışdır. İş üzrə digər Təqsirləndirilən şəxs eyni xarakterli ifadə vermişdir. İş materiallarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində avtomaşında narkotik vasitə aşkar edən polis əməkdaşları yalnız xx.xx.2022-ci il tarixdə 4 saatdan sonra saat 02 radələrində şəxsi axtarış aparılmış və Məhkum üzərindən 9.810 qram psixotrop maddə metamfetamin, həmin tarixdə bir qədər də sonra saat 02.50 dəqiqədə Təqsirləndirilən şəxs üzərindən 14,693 qram heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq materiallarında və məhkəmə istintaqında Məhkum və ya Təqsirləndirilən şəxs narkotik vasitələrin satılmasına yönəlmiş hansısa hərəkətin olmasını sübut edən heç bir dəlil-sübut mövcüd deyildir. Ona görə də Məhkum və Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri əldə etmə, daşıma və satma kimi ittihamların verilməsi və bu barədə ittiham hökmünün çıxarılması yanlış qərar olmuşdur. Məhkum barəsində olan cinayət işi üzrə onun əməlində Ali Məhkəmənin bu plenumunda göstərilən xüsusatl arın heç biri mövcüd deyildir. Ona görə də onun əməli satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə edərək özündə saxlamaq və daşımaq kimi qiymətləndirilməklə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ittihamdan çıxarılmaqla əməli 234.4.1-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa həm ibtidai istintaq tərəfindən verilmiş ittihamda və məhkəmələr trəfindən çıxarılmış hökmlərdə Məhkum CM-nin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qeyd olunaraq həmin maddə ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Məhkum barəsində olan cinayət işi üzrə nə ibtidai istintaq materiallarında, nə də məhkəmə araşdırılması materiallarında onun narkotik vasitənin X və ya başqa şəxs tərəfindən Azərbaycan Respublikasına nə vaxt, hansı üsulla, h aradan, kimin vasitəsi ilə, necə keçirməsi barədə heç bir razılaşma, sövdələşmə, cinayət əlaqəsinə girmə kimi sübutlar mövcud deyildir və CM-nin 32.5-ci maddəsində göstərilən əməllərin heç biri Mayis Əliquliyev tərəfindən törədilməmişdir, həmçinin narkotik vasitələrin Azərbaycan Respublikasına keçirilməsi üçün nə dövlət sərhədində, nə də hansısa gömrükdə olmamış və narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində heç bir iştirakı olmamış və heç bir əməli ilə buna köməklik etməmiş, bu barədə əvvəlcədən vəd verməmişdir. Bununla da Məhkum hərəkətlərində CM-in 32,5, 206.2-ci maddəsində nəzərdə tutulan əməl olan qabaqcadan əlbir olan şəxs tərəfindən qaçaqmalçılıqla narkotik vasitələri Azərbaycan Respunlikasına keçirilm əsi halı mövcüd deyildir. Ona görə də ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə verilmiş ittiham hökmdən çıxarılmalıdır. Müdafiə tərəfi hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən çıxarılmış hökm və qərar ibtidai istintaq və məhkəmə araşdırması materiallarına uyğun olmayaraq əsassız olmaqla Azərvaycan Respublikası CPM-in 8-ci maddəsinin tələdlərinə tam əməl etmədən və Məhkum əməlinə düzgün hüquqi qiymət verilmədən çıxarılmaqla verilmiş cəza həm əmələ, həm də onun şəxsiyyətinə uyğun olmayaraq daha ağır cəza olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən CM-in 41.2-ci maddəsində göstərilmiş cəzanın məqsədi kimi sosial ədalətin bərpası, məhkumun islah edilməsinə istinad etsə də, Məhkum islah olunması üçün ağır cəza olan 9 il azadlıqdan məhru m etmə cəzasının verilməsini səbəbini göstərməmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə Məhkum islah olunması üçün 9 il azadlıqdan məhrim etmənin kifayət olmaması qənaətinə gələrək ona verilmiş onsuz da ağır cəzanı bir qədər də artıraraq barəsində 11 il maddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Ona görə də müdafiə tərəfi hesab edir ki, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməli və təyin olunmuş cəza daha yüngil cəza ilə əvəz edilməlidir. Kassasiya şikayətində Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə barəsində çıxarılmış hökmdən Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri çıxarılmaqla onun əməli CM-in 234.1-1-ci maddəsinə tövsif edilib barəsində daha yüngül cəza tətbiq edilməsi xahiş ol unmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üz rə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhk əmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi və ona təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanm ış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: 03 iyun 2022-ci il tarixli, fiziki-kimyəvi və bioloji ekspertizasının 19/660 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Vət. Məhkum təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 9,810 qram olan ağ rəngli kristall şəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərilərində Vət. Məhkum təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” və "Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai minik markalı **-UR-*** qeydiyyat nömrəli avtomaşından 03 büküm heroinə bənzər kütlələr, 1 büküm metamfetaminə bənzər kütlə, 1 büküm həşişə bənzər kütlə və 19 ədəd listdə metadon həbinə bənzər həblər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki və 1 ədəd bağlamadakı metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 25 iyul 2022-ci il tarixli 4061 №-li məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Məhkum psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispan serində qeydiyyata alınması məsələhət görülür; 2 iyun 2022-ci il tarixli «axtarış və götürmə», «şəxsi axtarış və götürmə» aparılması haqqında protokollardan görünür ki, 02 iyun 2022-ci il tarixdə 22:30- da Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən BDYPİ-nin 11-ci YPX taqımı postunun yaxınlığında Məhkum və Təqsirləndirilən şəxs saxlanılaraq həmin yerdə "Hyundai” markalı, **-UR-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman avtomobilin arxa oturacağının üstündən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş karton qutunun içərisindən üç ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər, bir ədəd sellofan bükümdə narkotik vasitə həşiş qətranına bənzər və 190 ədəd narkotik vasitə metadon həblərin ə bənzər maddələr aşkar edilərək götürülmüşdür; Əməliyyat axtarış tədbirinin davamı olaraq 03 iyun 2022-ci il tarixdə saat 02:00-da Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür; 30 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "X” adlı İİR vətəndaşının şəxsiyyəti, olduğu yer və Azərbaycan Respublikasındakı əlaqələrini müəyyən etmək mümkün olmamışdır. "X” adlı şəxsin şəxsiyyətini müəyyən etmək istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Məhkum və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin İİR-dən Azərbaycan Respubl ikaslnln ərazisinə gətizdirərək daşınması, satışı və qəbulu ilə məşğul olmuşlar. Məhkum və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyəti, onların bu cinayətdə iştirakı və rolu müəyyən edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ist intaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Məhkumnın ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkumnın əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətində Məhkum narkotik vasitələrin İİR-dan Azərbaycana gətirilməsi ilə əlaqədar X adlı şəxslə və digərləri ilə aralarında heç bir razılaşma, narkotik vasitəsinin hansı yolla, necə və nə vaxt Azərbaycan Respublikasına keçirilməsindən xəbərin in, sərhəd zonasında olmayaraq bu işin icrası zamanı heç bir iştirakının narkotik vasitələrin kim tərəfindən və nə vaxt hansı yolla Azərbaycan Respublikasına keçirilməsindən xəbərinin olmaması, bu işdə vəzifəsinin Xın ona verəcəyi 2000 manat pul müqabilində narkotik vasitəni bir yerdən digər yerə aparmaq olması göstərilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri, mobil nömrələr üzrə götürülən məlumatlarla müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc ə vəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehla k üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsd ən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qan unsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazır ki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il ta rixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməs i, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin məhkum edilmiş şəxsə qaçaqmalçılıq üzrə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, "X” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada qaçaqmalçılıq yolu məlum olmayan vaxtda keçirdiyi narkotik vasitələri və psixotrop maddəni Məhkum Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində başqa şəxsə çatdırmaq məqsədi ilə Masallı rayonu ərazisindən qanunsuz olaraq əldə edib daşıyarkən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən "Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə ic raçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda - birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Hazırkı cinayət işi üzrə müəyyən edilmiş hallardan göründyü kimi, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini "X” adlı şəxs təkbaşına icra etmiş, Məhkum isə həmin hərəkətləri "X” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra ba şqa şəxsə çatdırmaq məqsədi ilə Masallı rayonunun ərazisinə gələrək rayonun girişində olan körpünün yanındakı 58 №li yol hərəkəti nişanının altından içərisində narkotik vasitələr olan bir ədəd qara rəngli qutunu qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişlər. Məhkum və Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz "X”a kömək etmişlər. Buna görə də, təqsirləndirilən şəxslərin həmin cinayətdə köməkçi olmaları "qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Xdan başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə - Xa yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum qaçaqmalçılıq cinayətinə münasib ətdə əməlinin Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunması barədə qənaəti düzgün və əsaslıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək gömrük nəzarətindən kənar gizli olaraq İrandan göndərilən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Masallı rayonunun girişində olan körpünün yanındakı 58 №li yol hərəkəti nişanının altından bir ədəd qara rəngli sellofana bükülmüş qutunu «X» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb Bakı şəhərinə aparmaq məqsədi ilə avtomobildə qanunsuz daşımaqla saxlamaları və işin digər halları mə hkum edilmiş şəxsin həqiqətən də narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə satması kimi qiymətləndirilməsi üçün əsasdır və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Məhkum əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübut ların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəti cə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsi nə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəti cələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərili r ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmunu nun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtər əfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 234.1-1ci maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassız olmaqla Məhkum cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olm amasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi təyin olunan cəzanın növü ilə razılaşsa da, həddini yüngül hesab etmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxsə təyin etdiyi cəza iş üzrə müəyyən olunmuş faktiki və cəzanı yüngülləşdirən hallara uyğun olmayan açıq aşkar yüngül cəza olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum Bayoram oğlu və Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərini pozmuş, Məhkum əməlini CM-in 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif etməsinə baxmayaraq onlara həmin maddənin sanksiyasının aşağı həddinə uyğun cəza təyin etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsinin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq Məhkum təyin olunmuş cəzanı sanksiya həddində artırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayətprosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, mübahisələndirilən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-i 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, ka ssasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Mahmudov Cəlil Yunis oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar