Məhkəmə qərarları › İş №1(102)-2070/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2070/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2070/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 30 yanvar tarixli, 1(103)-378/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2023-cü il 06 dekabr tarixli, 1(004)409/2023 nömrəli hökmü ilə (Hakim O.Məmmədli), xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmuş, işləməyən, Salyan şəhəri, İ.Quliyev küçəsi, bina 3, mənzil 1-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 7 ay müddətinə az adlıqdan məhrum etmə cəzasına məhkum edilmiş CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Qədim Babayevdən ibarət tərkibdə) 2024-cü il 30 yanvar tarixli, 1(103)-378/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-409/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum cinayətlərin təhlükəli residivi nəzərə alınmaqla cəza təyin ed ilmiş və Məhkum təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzası artırılaraq 2 (iki) il həddində müəyyən edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 23 may 2023-cü il tarixdə saat 1:40-da ünvan 2 ünvanın qarşısında X4 yaxınlaşıb onun sağ əlində saxladığı içərisində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1 ədəd 400 manat dəyərində, 64 GB yaddaş tutumuna malik, qara rəngli "İphone” markalı "SE” modelli mobil telefon aparatını dartıb almaqla, hadisə yerindən uzaq laşaraq zərərçəkmiş S.Ş.İsaevaya məxsus ümumilikdə 405 manat məbləğində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarından narazı qaldığını bildirmiş, işin obyektiv araşdırılmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 yanvar tarixli, 1(103)-378/2024 nömrəli qərarının ləğv edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Məhkum məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 180.1-ci maddəsi ilə məhkum edil məsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunl arın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarını cəzaya aid hissədə mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməs i – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxış larını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, məhkum əməlinin tövsifini mübahisələndirməmiş, birinci instansiya məhkəməsinin həm əməlin tövsifi, həm də təyin edilmiş cəza ilə bağlı mövqeyi ilə razılaşmış və birinci isntansiya məhkəməsinin hökmündən kassasiya şikayəti verməmişdir. Məhkumun kassasiya şikayətinin əsas dəlili ona təyin edilmiş cəzanın ağırlığıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları və həmin sübutları nəzərə alan məhkəmələrin qiymətləndirməsini yoxlayaraq belə nəticəyə gəli r ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilir və əməlin tövsifində məhkəmələr qanuni və əsaslı nəticəyə gəlmişlər. Eyni zamanda, araşdırma nəticəsində müəyyən edildi ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun təhlükəli residiv olmasını nəzərə almamış və məhkuma cəza CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq təhlükəli residivin olması nəzərə alınmaqla təyin edilməli olduğu halda, bu hissədə yanlışlığa yol vermişdir. Qeyd edilən yanlışlıq apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmış və məhkuma qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli cəza təyin edilmişdir. İşin hallarında da göründüyü kimi məhkuma cəza residivin müddəları nəzərə alın maqla ən aşağı həddə təyin edilmişdir və məhkum barəsində CM-in 70-ci maddəsinin, eləcə də onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üşün qanunda göstərilən əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 06 dekabr tarixli, 1(004)409/2023 nömrəli hökmü ilə Azə rbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 yanvar tarixli, 1(103)-378/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar