Məhkəmə qərarları › İş №1(102)-2071/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2071/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2071/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Səbuhi Hüseynov) 16 dekabr 2021-ci il tarixli, 1(101)1875/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 120.1-ci və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsi ilə 12 (on iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismə n toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elmar Rəhimov) 01 mart 2022-ci il tarixli, 1(103)-481/2022 saylı hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 120.1-ci və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair 16 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü və 228.4-cü maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının CM-in 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respubli kasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2021-ci il tarixdən hesablanmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 26 may 2023-cü il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(103)-481/2022 saylı hökmündən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrl ik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 14 iyun 2023-cü il tarixli 1(103)-481/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ona təyin olunan cəza həm ağır, həm də ədalətsizdir. Məhkum himayəsində 3 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş etmiş, hadisə nəticəsində şok vəziyyətində olduğunu, baş vermiş faciəyə görə dep ressiyada olduğundan, həmçinin hüquqi savadsızlığı ucbatından şikayət vermə müddətini 1 ay müddətində ötürdüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-90/2021 nömrəli 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olun an maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Bakı Apelly asiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 1(103)-481/2022 saylı hökmü proses iştirakçılarının, o cümlədən məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, 02 mart 2022-cü il tarixli məktubla 10 mart 2022-cü il tarixdə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş və Məhkum tərəfindən 16 aprel 2022-cü il tarixli qəbzə imza çəkilməklə təhvil alınmışdır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş ha lda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli hökmündən kassasiya şikayəti 26 may 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılm ış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1(103)-481/2022 nömrəli 14 iyun 2023-cü il qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-481/2021 nömrəli 14 iyun 2023-cü tarixli qərarının dəyişdirilmədən saxlanılma sını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-481/2022 nömrəli 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar