Məhkəmə qərarları › İş №1(102)-2071/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2071/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2071/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 1(099)672/2023 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 8 dekabr 1979-cu ildə x rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, X kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə tə qsirli bilinərək, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 13 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli 1(106)-757/2023 n ömrəli (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 10,245 qram, külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamaqla üzərində daşımış, bu barədə daxil olmuş əməli yyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2023-cü ildə saat 12:30 radələrində X kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir bükümdə 10,245 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da qeyd olunan nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqları pozulmuş, onun barəsində çıxarılmış ittiham hök mü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq əsassız olaraq ittiham hökmü verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham yalnız narkotik vasitənin külli miqdarda olmasına və üzərində axtarış və götürmə aparılmasında iştirak edən şəxslərinə ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi lə əldə edilərək saxlanıldığı və daşınıldığı görünmür. Odur ki, qeyd olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə və CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baraətverici əsaslarla xitam verilməsinə dair ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini v ə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyə ti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndiri lməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci mad dəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqın da nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkə mə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirildiyi qeyd edilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsində səhvə yol vermişlər. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəl i Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara b ükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini isə tamamilə əsaslı hesab edir. Belə ki, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailə si ilə X kəndində yaşayır və dülgərlik fəaliyyəti ilə məşğul olur. 12 may 2023-cü il tarixdə kənd qəbirstanlığının yaxınlığında piyada gedərkən yoldan bir ədəd bükümdə narkotik vasitə heroin tapmışdır. Arabir heroindən istifadə etdiyindən həmin maddəni istifadə etmək üçün cibinə qoyaraq üzərində saxlamışdır. Həmin heroindən bir dəfə istifadə etmiş, qalan hissəsini isə cibində saxlamışdır. 13 may 2023-cü il tarixdə saat 12:30 radələrində kənddə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmaqla rayon polis şöbəsinə aparılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O, üzərində bir bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 10,65 qram olması müəyyən edilmişdir. Həmin maddə onun iştirakı ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bununla belə nə ibtidai istintaqda, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bunun əksinə olaraq iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 16 may 2023-cü il tarixli 542 nömrəli rəyində göstərilmişdir ki, M əhkum narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitənin məhz onun tərəfindən bölünərək bükümlərdə qablaşdırılması, hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Məhkum üz ərində şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Məhkum əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Məhkum təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, onu bir gün əvvəl yaşadığı kənddə qəbirstanlığın yaxınlığında taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkum təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, 10,65 qram olmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, əgər Məhkum narkotik vasitələri satması barədə əməliyyat məlumatı mövcud olmuşdursa, onun məhz bu istiqamətdə ifşa edilməsi üçün zəruri hərəkətlər yerinə yetirilməklə, vacib əməliyyat tədbirləri keçirilməli idi (məsələn yaşayış ünvanında baxış və ya axtarış, mobi l telefon məlumatların, sms-lərin əldə edilməsi və s.). Lakin, ümumiyyətlə, heç bir əməliyyat tədbiri keçirilməmişdir. Beləliklə, tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhvə yol vermişdir. Bütün şərh olunanlara baxmayaraq, məhkəmələr məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hə r hansı sübut əldə edilmədən, Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitə və yaxud psixotrop maddələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İt tihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin CPM-in 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şə xs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi və bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tö vsif edilən zaman, o cümlədən narkotik vasitənin əldə etmə, saxlama və ya daşıma məqsədinin müəyyən olunması zamanı, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitənin xırda bükümlərə bölünməməsinə dair xüsusata gəldikdə isə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin hal ilə əlaqədar olaraq aşkar edilmiş narkotik vasitə heroinin yalnız 1 ədəd bükümdə 10,245 qram çəkidə olmasının, onun çəkilib xırda bağlamalara bükülməməsinin, onların hazırlanması üçün avadanlığın olmamasının, yekunda Məhkum həmin maddəni satış məqsədilə əldə etmədiyinə dair nəticəyə gəlməmişdir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya məhkəməsi təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olmasına dair iş üzrə heç bir sübut müəyyən etmədən, “satış məqsədinə” dair gəldiyi nəticə barədə heç bir araşdırma və əsaslandırma (apellyasiya məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan keçirilmişdir) aparmadan müvafiq qənaətə gəlmişdir. Aydın məsələdir ki, kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmə kollegiyasının bu formada gəldiyi nəticəni qanuni və əsaslı hesab edə bilməz. Bütün şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar məhkəmələrin gəldiyi nəticə əsassızdır və məhkəmələr qeyd edilən məsələ ilə bağlı konkret sübutlara deyil, mülahiz ələrə əsaslanmışdır. Bu baxımdan yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma kimi tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Məhkum cəza təyini məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsul iyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində bir azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmalı və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilməsi tələbinə uyğun məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən həmin halları (eyni zamanda cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını) nəzərə aldığını qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkə məsinin qərarı dəyişdirilməli, Məhkum kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar