Məhkəmə qərarları › İş №1(102)-2072/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2072/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2072/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022ci il tarixli, 1(103)-554/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair Məhkum verdiyi vəsatinin rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-554/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1592/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi) Səbuhi Hüseynov və İlham Mahmudovdan ibarət tərkibdə) hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində ibtidai araşdırma zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclası zalından həbs edilməsi, AzərbaycanRespublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmə tinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrasının cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsi, iş üzrə maddi sübut olan “BMW-523” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21011” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması, hazırkı hökmün avtomobillərin qaytarılması ilə bağlı hissədə icra olunarkən onların ibtidai istintaq mərhələsində qanuni sahiblərinə saxlanması üçün təhvil verildiyi nəz ərə alınmaqla qaytarılmış hesab edilməsi, Məhkum 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir.

3. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi, “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək məhkumun məhkəməyə verildiyi ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)554/2022 nömrəli qərarı ilə (hakimləri: X8 (sədrlik edən, məruzəçi hakim), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) Məhkum müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)1592/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)-554/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair Məhkum vəsatətlə məhkəməyə müraciə etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)554/2022 nömrəli qərarı ilə (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 1(103)-554/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair verdiyi vəsatətin təmin edilməməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmaması qərara alınmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-554/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

8. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassa siya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

10. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəy ə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-554/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

11. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022ci il tarixli, 1(103)-554/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair Məhkum verdiyi vəsatinin rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-55 4/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar