Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2072/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Lənk əran rayonunun Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 79-cu maddəsinə əsasən isə Məhkum azyaşlı qızı - 24 may 2009-cu il təvəllüdlü X12 on dörd yaşına çatanadək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış, üzərinə nəzarət i həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyularaq davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən isə ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Milad” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Milad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 13 sentyabr 2021-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsası nda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2021 -ci ildə saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23- cü Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan, külli miqdarda, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağı r Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 1 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə ləğv edilərək cinayət işi yeni məhkəmə baxışına təyin edilmişdir. Dövlət ittihamçısı C.S.Mehrəliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 15 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən CM-nin 79-cu maddəsinin müddəaları xaric edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(124)-482/2023 nömrəli qərarı ilə Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi, 04 may 2009-cu il təvəllüdlü X5 Balıqçılar qəsəbəsində nənəsi X6 himayəsində olması nəzərə alınmış, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına X5 nənəsi X6 himayəsində qalmasının məqsədəmüvafiq olub-olmamasının yoxlanılması həvalə edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablanmış, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayə ti verərək həmin qərarın ləğv edilməsini, barəsində olan cinayət işinin obytektiv araşdırılaraq ona bəraət verilməsi üçün yenidən ibtidai istintaqa qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin müəyyən edilmiş faktiki hallarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktına istinad edən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, barəsində olan cinayət işi üzrə sübutlar obyektiv araşdırılmamış, verdiyi vəsatətlər təmin edilməmiş, heç bir cinayət əməli törətmədiyi halda əsassız olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İbtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittihamla razılaşmamış, lakin istintaq orqanı öz mənafeyi üçün onun barəsində CM-nin 79-cu m addəsi tətbiq edilməklə azadlıqda qalacağına dair vədlər verilmiş, həmçinin onun CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqları qərəzli şəkildə pozulmuşdur. Belə ki, ilkin istintaq zamanı müstəntiq tərəfindən ona heç bir hüquqları izah olunmamış, bütün sənədlərə saxta imzalar edilmiş, yalnız öz ifadələrini oxuyaraq buna dair tərtib edilmiş protokollar imzalamışdır. Lakin daha sonra onun ifadələri saxtalaşdırılaraq dindirmə protokolları onun əvəzinə başqa şəxslər tərəfindən imzalanmış, lakin məhkəmə iclasında iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair verdiyi vəsatət təmin edilməmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, üzərində yalnız 5 nəfər ailə üzvlərinin nömrələri yazılmış “Aktel” markalı telefonda onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı telefon danışığının və yazışmalarının olması müəyyən edilməmiş, onun “Milad” adlı İran vətəndaşı ilə əlaqəsinin olması sübuta yetirilməmiş, lakin bunlara da baxmayaraq ona qarşı əsasız ittiham irəli sürülmüş, onun videoçəkilişlə verdiyi ilkin ifadəsi, həmçinin müstəntiqin saxtakarlığının sübut edilməsi üçün səs yazısının qeydə aldığı CD disk ibtidai araşdırma zamanı gizlədilmişdir. Qeyd olunanlara əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum verdiyi kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina edilməsini, iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməməsini, barəsindəki yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etdiyini və belə sübutlar əsasında qanunsuz məhkum edildiyini, buna görə onun barəsində bəraət hökmünün çıxarılması üçün işin ibtidai istintaqa qaytarılmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqda tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuni liyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarından olduğu kimi, kassasiya şikayətinə əsasən hazırki işə baxan məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kas sasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilm iş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyi l, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd e dir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətlərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cina yət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta y etirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübut ların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunm uş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" B eynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cə lb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqs irləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını süb uta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı madd ələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tut ulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsin dən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngü lləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddə lərində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyə nləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tə dqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qə rarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, C PM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və Məhkum bəraət verilməsi haqqında tələbin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum 15 sentyabr 2021-ci il tarixdə CM-nin 234.4.1 v ə 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı müəyyən olunmuş faktiki halların rəhbər tutulmasına və bu halların arxasında duran bir sıra sübutlara müraciət edərək onların təhlil edilməsini zəruri bilir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzər inə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdır ma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə “Milad” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Milad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 13 sentyabr 2021-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2021 -ci ildə saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəb əsi, P.Fərzəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olan zaman şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 23- cü Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 12,040 qram olan, külli miqdarda, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu nəticənin arxasında duran sübutlar, o cümlədən Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələr tam və ətraflı olaraq birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin hal hazırda kassasiya qaydasında mübahisələndiri lən qərarında təsvir edildiyindən məhkəmə kollegiyası həmin sübutların təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür və bu sübutlardan çıxış edərək Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliyinin tam sübuta yetirilməsi, hamin sübutların CPM-nin 145.1 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq mötəbərliyi, mümkünlüyü, mənsubiyyəti və kifayətliyi üzrə qiymətləndirilməsi, məhkum olunmuş şəxsin əməlinə münasibətdə isə maddi hüquq normalarının düzgün tətbiq edilməsi, yəni onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə qənaətə gəlir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən, eyni zamanda hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə aktı hesab etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarında işə baxmış məhkəmə kollegiyasının gəldiyi nəticələri də nəzərə alır. Belə ki, bu qərarda da Məhkum onun təqsirli bilinərək məhkum olunduğu cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi və həmin əməlinin CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə düzgün tövsif edilməsi qeyd olunmuş, bu nəticələri isə məhkum özü də apellyasiya qaydasında və birinci dəfə kassasiya qaydasında mübahisələndirməyərək həmin nəticələrlə razılaşdığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, üç instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticə və hal hazırda məhkumun kassasiya şikayətinə baxan məhkəmə kollegiyasının qənaəti araşdırılmış sübutlara uyğun olmaqla yanaşı həmçinin aşağıda göstərilənlərlə də tam uzlaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop mad dələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik va sitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün isə aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: • şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxs və ya şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; • şəxs belə hərəkətləri qanunsuz etməlidir; • narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələblə bağlı müvafiq izah və tövsiyələr həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə na rkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CMnin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhə miyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nn 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən ist ifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-nin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətd ə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin m addələrdə (CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-nin 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüq uqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-nin 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarınd a buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-nin 49.1ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin na rkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əmə li narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallara və qanunvericiliyin tələblərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq hesab edir ki, ibtidai araşdırma zamanı CPM-125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədən əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu Məhkum külli miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşıması, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bu əməlləri məhz satış məqsədilə və qabaqcadan əlbir olan bir şəxs halında törətməsi barədə nəticəyə gəlmək üçün ki fayət qədər əsas verir. Hazırki iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı Məhkum hüquqlarının pozulması barədə kassasiya şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinin materialları öyrənilərkən təhqiqat və ibtidai araşdırma orqanları tərəfindən belə pozuntulara yol verilməsi müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək bu haqda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 15 sentyabr 2021-ci il tarixli qərarına əsasən həmin tarixli qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfində n eyni tarixdə saat 16.20 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-yə gətirilmiş və orada “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X16 iştirakı ilə təhqiqatçı X10 tərəfindən ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuş, bu haqda da saat 17.10-da tutma protokolu, eyni zamanda özünün və müdafiəçisinin tanış olaraq imzaladıqları bildirişlər və digər prosessual sənədlər tərtib edilmişdir. Göründüyü kimi, Məhkum şübhəli şəxs qismində tutulması müvafiq prosessual sənədlərə əsasən həyata keçirilmiş və bu zaman onun belə sənədlər olmadan azadlığının məhdudlaşdırılmasına, digər tərəfdən isə müdafi ə hüququnun pozulmasına yol verilməmişdir. Bundan dərhal sonra CPM-nin 246.2.1-ci maddəsinin tələbinə uyğun olaraq (həmin maddədə şübhəli şəxsin tutulması və və polis və ya digər hüquq-mühafizə orqanına gətirilməsi zamanı onun üzərində məhkəmənin qərarı alınmadan şəxsi axtarışın aparılması mümkünlüyü nəzərdə tutulmuşdur) Məhkum üzərində yenə də müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, bu zaman ona hüquqları izah edilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması barədə sual verilərək belə əşyaları təqdim edilməsi təklif olunmuşdur. Məhkum da bu təklifə uyğun olaraq, əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümü və 1 ədəd mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, sellofan büküm açılarkən isə onun içərisinə qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik maddəyə bənzər kütlənin yerləşdirilməsi müəyyən edilmiş və həmin büküm elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmış, zərf isə DİN-in 7 saylı möhürü ilə möhürləndikdikdən sonra bu istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilmiş, zərfin üzəri və protokola isə həm Məhkum özü və onun müdafiəçisi, həm də digər iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilmiş suala cavab olaraq Məhkum aşkar edilərək götürülmüş bükümün ona məxsus olmasını, həmin kütləni üç gün bundan əvvəl evində yaşadığı tanışı X adlı şəxsdən sonuncunun göstərişi ilə satmaq məqsədilə əldə etdiyini, gördüyü işin qarşılığında Rahilin onun sonuncuya olan borcunu siləcəyini, özünün Xdən aldığı metamfetamindən ist ifadə etdiyini, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Daha sonra cinayət işinin materiallarından görünür ki, Məhkum onun üzərində şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisinin iştirakı ilə verdiyi izahatında da şəxsi axtarış zamanı dediklərini təkrarlamış və eyni zamanda polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təsir və təzyiq göstərilmədiyini qeyd etmişdir. İlkin araşdırma zamanı tərtib edilmiş sənədlərdə Məhkum məhz CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinməsi, daha sonra onun barəsində eyni maddələrlə cinayət işinin başlanması göstərilmiş, bundan sonra isə, 16 sentyabr 2021-ci il tarixdə saat 15.00-dən 15.45-dək Məhkum müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, budan əvvəl də ona CP M-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri yenə izah olunmuş və ona sərbəst ifadələr verməsi üçün ona imkanlar yaradılmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində qeyd olunanların əksinə olaraq CPM-nin 90-cı maddəsində, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra isə CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının izah edilməməsi barədə sonuncunun dəlilləri tam əsassızdır ona görə ki, bu hüquqlar ona izah edilməklə yanaşı ona həmçinin bu hüquqlarından istifadə etmək üçün kifayət qədər şərait yaradılmışdır. Beləliklə şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr hazırki işi üzrə faktiki halları müəyyən edərkən yolverilməz sübutlardan istifadə e tməmiş, Məhkum həm Konstitusiyada və prosessul qanunvericilikdə, həm də beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüquqları pozulmamış və onun barəsindəki yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkum kassasiya şikayətində həmçinin ibtidai araşdırma zamanı ifadələrinin təhrif edildiyini, dindirmə protokolllarının isə saxtalaşdırıldığını iddia etsə də iş materialları ilə belə halların baş verməsi müəyyən edilməmiş və məhkum olunmuş şəxs də bunu təsdiq edən mötəbər sübutlara istinad etməyərək belə sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Bu baxımdan mə hkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin təhlil edilən məsələ ilə bağlı dəlilləri əsassızdır və buna görə onun həm bu, həm də digər dəlilləri qəbuledilməz sayılmaqla məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayınmasına yönələn dəlillər kimi dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə həmçinin qeyd edir ki, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqs irləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə ta m şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixl i qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2072/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2072/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver