Məhkəmə qərarları › İş №1(102)-2073/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2073/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2073/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs - X1, Müdafiəçilər – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Ələkbərov Namiq Ələkbər o ğlunun, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Həsənov İmamqulu Vəliqulu oğlunun, Zərərçəkmiş şəxs1 nümayəndəsi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Niftəliyev Zaur Gülaməddin oğlunun iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi-vəkil Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-cı il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən və məruzəçi), M.A.Xankişiyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) 13 avqust 1959-cu ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxx Mənzil Tikinti Kooperativlərinın təsisçisi və faktiki rəhbəri, xxx qeydiyyatda olan və xxx ünvanda yaşayan X7 Azərbaycan Respublikası Ctnayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun ibtidai həbsdə və ev dustaqlığında olduğu 10 ay 12 gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla, ona t əyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. X2 hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməlini törətməsi ilə bağlı hissədə cinayət hadisəsi olmadığından ona bəraət verilmiş, iş üzrə maddi sübutlar - 14 iyul 2005-ci il tarixli 97 nömrəli müqavilənin, 22 dekabr 2008- ci il tarixli 107/26-06m nömrəli müqavilənin, xx.xx.2013-cü il tarixli 97(14) nömrəli müqavilənin, xx.xx.2014-cü il tarixli razılaşma protokolunun, 30 aprel 2015-ci il tarixli 97(14)-1 nömrəli müqavilənin, xx.xx.2017-ci il tarixli barışıq sazişin, 17 oktyabr 2013-cü il tarixli 107/26-68 nömrəli müqavilənin, kassa mədaxil orderlərinin cinayət işinin materiallarında saxlanılması, ibtidai istintaq mərhələsində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159000 (bi r yüz əlli doqquz min) manat və 60000 (altmış min) ABŞ dolları pul vəsaitlərinin X2 qaytarılması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə,) 28 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti qismən təmin edilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlinə görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci mad dəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 12 (on iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 04 (dörd) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodla bağlı X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cəza təyin edilməmiş, ibtidai istintaq mərhələsində X7 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları məbləğində pul vəsaitindən 149.162,36 (yüz qırx doqquz min yüz altmış iki dollar, otuz altı sent) ABŞ dolları məbləğində pul vəsaiti həmin dövrün Azərbaycan manatına məzənnə ilə hesablanmaqla Zərərçəkmiş şəxs1 verilməsi, depozit hesabına qoyulmuş qalan məbləğ X2 qaytarılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən və məhkum X7, onun müdafiəçiləri vəkil Ələkbərov Namiq Ələkbər oğlu və vəkil Həsənov İmamaqulu Vəliqulu oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan) ibarət tərkibdə 23 noyabr 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X7 və onun müdafiəçiləri vəkil Ələkbərov Namiq Ələkbər oğlu və vəkil Həsənov İmamaqulu Vəliqulu oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimləri-Mur quzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 08 sentyabr 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməmiş, X1 müdafiəçiləri tərəfindən birlikdə imzalanmaqla verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 barəsində olan 15 oktyabr 2020-cı il tarixli hökmü ləğv edilmiş və hər iki epizod üzrə ona bəraət verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 159.000 manat və 60.000 ABŞ dolları bəraət almış Cavanşir Şirəliyevə qaytarılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi-vəkil Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2022-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron məhkəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən birgə imzalanmış 14 dekabr 2022-ci il tarixli ərizənin daxil olduğunu, həmin ərizədə Zərərçəkmiş şəxs1 vermiş olduqları kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə tərəflərin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə a laraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi-vəkil Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar