Məhkəmə qərarları › İş №1(102)-2073/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2073/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2073/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və mülki iddiaçının Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Şirinov Fuad Paşa oğlunun iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsil li, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Kazımov Osman Əlişirin oğlu və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Şirinov Fuad Paşa oğlu tərəfindən a yrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə (hakim R.K.Mürsəlov) Məhkum – Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 28 oktyabr 2022-ci il tarixdən hesablanması, iş üzrə mülki iddianın qismən təmin edilməsi, 4700 manat məbləğində maddi ziyanın, 300 manat məbləğində mənəvi zərərin və 192,66 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5192,66 (beş min yüz doxsan iki manat altmış altı qəpik) manat məbləğində pulun Məhkum tutularaq Zərərçə kmiş şəxs1 xeyrinə ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 5 avqust 2022-ci il tarixdə tutulduğu 1 (bir) gün, 28 oktyabr 2022-ci il tarixdən 23 may 2023cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 25 (iyirmi beş) gün, ümumilikdə 6 (altı) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 1 (bir) il 10 (on) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxl u obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs1 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, həftədə bir dəfə götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 icarə götürdüyü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 3-cü sıra, 2-ci korpus, 23 saylı mağazadan və “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazadan 01 ədədinin dəyəri 80 manat olmaqla 20 ədəd 15 litrlik Roko markalı lak, 01 ədədinin dəyəri 60 manat olmaqla 12 litrlik 20 ədəd Mutlu markalı dolğu, 01 ədədinin dəyəri 16 manat olmaqla 3,75 litrlik 20 ədəd Tiner rastvoritel, 01 ədədinin dəyəri 8 manat olmaqla 3 litrlik 20 ədəd Tiner-sintetik rastvoritel, 01 ədədinin dəyəri 60 manat olmaqla 10 ədəd 25 kq-lıq Pengün emosiya, 01 ədədinin dəyəri 45 manat olmaqla 02 ədəd 25 kq-lıq Zink+ emosiya, 01 ədədinin dəyəri 70 manat olmaqla 03 ədəd 25 kq-lıq Pengün+ emulsiya, 01 ədədinin dəyəri 8 manat olmaqla 08 ədəd 4 litrlik Binder, 01 ədədinin dəyəri 3 manat olmaqla 05 ədəd rolik, 01 ədədinin dəyəri 5,5 manat olmaqla 448 ədəd Akdeniz astar şpaklyovka, 01 ədədinin dəyəri 6,5 manat olmaqla 416 ədəd Akdeniz üz şpaklyovka, 01 ədədinin dəyəri 5 manat olmaqla 110 ədəd Akdeniz birbaşa şpaklyovka, 01 ədədinin dəyəri 9,5 manat olmaqla 280 ədəd “Gilan ağ” alçipan, 01 əd ədinin dəyəri 9 manat olmaqla 240 ədəd “Akdeniz ağ” alçipan, 01 ədədinin dəyəri 9,5 manat olmaqla 480 ədəd “Akdeniz göy” alçipan, 01 metrinin dəyəri 1,3 manat olmaqla 5760 metr “c” profil, 01 metrinin dəyəri 1 manat olmaqla 3240 metr “u” profil, 01 ədədinin dəyəri 0,35 manat olmaqla 20-lik 5000 ədəd əqrəb inşaat materialı, 01 qutusunun dəyəri 6,5 manat olmaqla 3x25 ölçüdə 70 qutu şrup, 01 qutusunun dəyəri 4,5 manat olmaqla 5x50 ölçüdə 50 qutu şrup, 01 qutusunun dəyəri 5 manat olmaqla 3x11 ölçüdə 10 qutu şrup, 01 kisəsinin dəyəri dəyəri 7 manat olmaqla 10 kiloqramlıq 15 kisə “Fuqa” markalı gips, 01 ədədinin dəyəri 0,30 manat olmaqla 10-luq 1000 ədəd əqrəb inşaat materialı, 01 kisəsinin dəyəri 6,2 manat olmaqla 50 kisə “Mətanət” sementi, 01 metrinin dəyəri 5,5 manat olmaqla 40x40 ölçüdə 60 m etr qutu-profil ağ, 01 ədədinin dəyəri 1,1 manat olmaqla 200 ədəd köşə (künclük), 01 ədədinin dəyəri 6,5 manat olmaqla 50 ədəd Dərziban-knauf, 01 ədədinin dəyəri 7 manat olmaqla 12 ədəd “Fab” markalı böyük pena, 01 ədədinin dəyəri 6 manat olmaqla 03 ədəd selekon “Fab”, 01 ədədinin dəyəri 14,5 manat olmaqla 60 ədəd istilik radiatorunun seksiyası (bölmələri), 01 ədədinin dəyəri 6 manat olmaqla 08 ədəd istilik radiatorunun vintili, 01 ədəd 22 manat dəyərində kombi seti, 01 ədəd 850 manat dəyərində 28-lik kombi aparatı, 01 ədəd 75 manat dəyərində suşilka, 01 ədəd 28 manat dəyərində kombi aparatına qoşulan qaz reduktoru, 01 ədədinin dəyəri 5 manat olmaqla 04 ədəd istilk radiatorunun asılqanı, 01 ədəd 50 manat dəyərində stablizatordan ibarət ümumilikdə 36220 manat dəyərində tikinti materiallar ını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs2 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, bir ay müddətində götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 3-cü sıra, 2-ci korpus, 5 6 saylı mağazasından bir topunun dəyəri 26 manat olan 06 top 1X2,5 ölçüdə mis naqil, bir topunun dəyəri 43 manat olan 08 top 1X4 ölçüdə mis naqili, bir ədədinin dəyəri 10 manat olan 15 ədəd Q1405 kodlu spot, bir ədədinin dəyəri 9 manat olan 15 ədəd A1210 kodlu spot, xx.xx.2022-ci il tarixdə eyni ünvanda yerləşən mağazadan 01 ədədinin dəyəri 2,6 manat olan 30 ədəd razetka №1, 01 ədədinin dəyəri 2,9 manat olan 50 ədəd razetka №2, 01 ədədinin dəyəri 2,7 manat olan 15 ədəd vklyuçatel №1, 01 ədədinin dəyəri 2,7 manat olan 35 ədəd vklyuçatel №2, 01 ədədinin dəyəri 3 manat olan 35 ədəd vklyuçatel №3, 01 ədədinin dəyəri 3 manat olan 20 ədəd vklyuçatel №4, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd TV razetka, 01 ədədinin dəyəri 3 manat olan 5 ədəd telefon razetka, bir topunun dəyəri 43 manat olan 02 top 1X4 ölçüdə mis naqil, 01 ədədinin dəyəri 6 manat olan 3 ədəd avtomat qutusu, 01 ədədinin dəyəri 4,7 manat olan 06 ədəd 32 amperlik avtomat, 01 ədədinin dəyəri 4,2 manat olan 21 ədəd 16 amperlik avtomat, 01 ədədinin dəyəri 0,6 manat olan 300 ədəd “karobka dərin” adlı, ümumilikdə 1753,40 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləyərək təkrarən dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi Məhkum Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib 36220 manat dəyərində olan əmlakını ələ keçirib dələduzluq etməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, Məhkum Zərərçəkmi ş şəxs1 etibarından sui-istifadə edib 9700 manat dəyərində olan əmlakını ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkumun təqsirlilik məsələsi mübahisə doğurmasa da, ona təyin olunmuş cəza törətdiyi əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmamışdır. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini zamanı məhkumun zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəmədiyini nəzərə almayaraq ona yüngül cəza təyin etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayətdə qeyd olunur ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı təqsirləndilən şəxsə az cəza təyin edilməsi və mülki iddia tələbinin tam deyil, qismən təmin edilməsi hissəsi əsassızdır. Belə ki, işin həqiqi halları ilə təqsirləndirlən şəxsin qanunsuz əməlləri və həmin əməllər nəticəsində ona 36220 manat miqdarında ziyan dəydiyi öz təsdiqini tapmışdır. İş üzrə dindirilmiş şahid ifadələri ilə də təqsirləndilən şəxs tərəfindən onun 36220 manat dəyərində tikinti materiallarının etibarından sui-istifadə edilməklə ələ keçirildiyi sübuta yetirilmişdir. Həmçinin, təqsirləndirlən şəxsin onunla barışıq əldə etməməsi və nəticə etibarı ilə onun əvvəllər etiraf etdiyi cinayət əməlini etiraf etməməsi və məsuliyyətdən yayınmağa çalışması təqsirləndilən şəxsə cəza təyin edilərkən nəzərə alınmamışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin icraatına xitam verilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, zərərçəkənlərlə təqsirləndirilən şəxs Məhkum aralarında olan tikinti mallarının alqı-satqısına dair münasibətlər mülki xarakterli olmuş, Məhkum onla rı aldatmaq niyyəti olmamışdır. Ona görə də, onun barəsində olan cinayət işi əməlində cinayət tərkibi olmaması əsası ilə xitam olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və nümayəndə F.Şirinovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müə yyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd olunur ki, məhkumun təqsirlilik məsələsi mübahisə doğurmasa da, ona təyin olunmuş cəza törətdiyi əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmamışdır. Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı təqsirləndilən şəxsə az cəza təyin edilməsi və mülki iddia tələbinin tam deyil, qismən təmin edilməsi hissəsi əsassızdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunur ki, zərərçəkənlərlə təqsirləndirilən şəxsin ar alarında olan tikinti mallarının alqı-satqısına dair münasibətlər mülki xarakterli olmuş, Məhkum onları aldatmaq niyyəti olmamışdır. Ona görə də, onun barəsində olan cinayət işi əməlində cinayət tərkibi olmaması əsası ilə xitam olunmalıdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etm ə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət biuldirməyi zəruri hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gə tirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkəmə kollegiyası bel ə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbay can Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş ş əxs2, şahidlər Şahid3 oğlu, Şahid2 oğlu, Şahid1, X2 ifadələri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzl uq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməli dir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Də ləduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəs ini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, zərərçə kmiş şəxsin və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin mülki iddia tələbləri ilə əlaqədar dəlilləri əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarında və birinci instansiya məhkəməsində şərh verildiyindən məhkəmə kollegiyası təkrar şərhi zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin və zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiy i cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq o lmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yün güllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci ma ddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və pri nsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsə dlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəs inin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən məhkəmələr düzgün olaraq cinayətin xarakte rini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsi, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışmasını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını və digər Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan 5000 manat ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törə tdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihaml a bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onu n kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Res publikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar