Məhkəmə qərarları › İş №1(102)-2074/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2074/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2074/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-127/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx xxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 may 2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır gölünün yanında taksi fəaliyyəti ilə məşğul olan və Məhkum cinayətkar fəaliyyətindən məlumatı olmayan qohumu Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə içərisində külli miqdarda 5.065,249 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1.105,0 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda 1.055,0 qram çəkidə psixotrop maddə olan metamfetamin olan qara torbanı əldə edərək, əldə etdiyi narkotik vasitə külli miqdarda 60,249 qram hissəsini bölüb 01 ədəd bükümdə üzərində, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini isə törədilən əməl barədə məlumatı olmayan Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 03 may 2022-ci il tarixdə, saat 00:50-də Şahid5 tərəfindən idarə edilən “Daewoo Nexia” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X4 küçəsi döngə 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 02:45-dən etibarən Məhkum üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 60,249 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə 03:35-dən etibarən törədilən əməl barədə məlumatı olmayan Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sağ ön oturacağın alt hissəsindən Məhkum məxsus 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1.005,0 qram, 1.000,0 qram, 1.010,0 qram, 990 qram, 1.000,0 qram olmaqla ümumilikdə külli miqdarda 5.005,0 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellofan bağlamada külli miqdarda 1.105,) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1.055,0 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-243/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 may 2022-ci il tarixdən hesablanması, ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinasının qəbul edilməsi və həmin maddə üzrə cinayət təqibinə xitam verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və di gər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-27/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-243/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, “Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı, **-DH*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi” qeyd olunan epizod üzrə ittiham maddi və prosessual hüquq normalarının pozulması ilə irəli sürüldüyündən həmin epizodun verilmiş ittihamdan xaric edilməsi, həmin hissədə cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsinin həll edilməsi üçün qeyd edilən epizod üzrə cinayət işi materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərar a alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib qərarın ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Qərardan həmçinin Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu kassasiya şikayəti verib həmin qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1166/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-27/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv ed ilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-127/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-243/2023 nömrəli, 07 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Müdafiəçi kassasiya şikayətində əvvəllər verdiyi müraciətlər üzrə irəli sürdüyü dəlilləri təkrarlayıb qeyd etmişdi r ki, apellyasiya instansiyası məhkəməsi avtomobildən aşkar edilmiş narkotik vasitələri ittihamdan xaric etsə də, eyni tərkibdə olan şəxsi axtarış zamanı daha əvvəl analoji prosessual pozuntularla götürülmüş narkotik vasitələrin əldə edilməsini qanuni hesab etməklə düzgün qənaətə gəlməmişdir. Məhkəmə istintaqı zamanı şəxslərin saxlanılma anından etibarən əməliyyat tədbirinin həqiqətən baş verdiyi kimi rəsmiləşdirilmədiyi, avtomobilin qəzaya düşməsinin, Məhkum hadisə yerindən yayınmasının, yaşadığı mənzildə qeyri-rəsmi axtarış aparılmasının gizlədilməsi belə qənaətə gəlməyə əsas verir. Həmçinin, Məhkum üzərində şəxsi axtarış onun saxlanılmasından 2 saat sonra aparılmış, bundan başqa üzərində aşkar edilmiş 60,249 qram narkotik vasitə heroin, avtomobildən aşkar edilmiş 5.005,0 qram çəkidə nar kotik vasitə heroinlə eyni tərkibdə olmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-127/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində ittiham edildiyi maddələr üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Be lə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Müdafiəçi kassasiya şikayətində Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kolleg iyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-127/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

21. Belə ki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəy ə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərki binin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsi rliliyinin sübuta yetirilmədiyi barədə müdafiəçinin dəlillərini əsassız hesab edir.

25. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisinin hazırda baxılan kassasiya şikayətində irəli sürdüyü dəlillərlə tam eynilik təşkil edən dəlillərə əsaslanan kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında məhkəmə kollegiyası müəyyən etmişdir ki, Məhkum üzərindən və maşından aşkar edilmiş külli miqdarda psixotrop maddə və narkotik vasitələrin həqiqətən ona aid olmasını təsdiqləyən – onun özünün ibtidai istintaq mərhələsində verdiyi tam, birinci instansiyada isə qismən etiraf ifadələri, şəxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış və gö türmə protokolları, onların əks olunduğu video görüntüləri, Şahid5 Sadət oğlunun ibtidai istintaq zamanı, hətta apellyasiya baxışında da Raminin əlində kulyok gətirib maşının ön sərnişin oturacağında əyləşməsi barədə verdiyi ifadələri, digər şahidlərin ifadələrini, üzərindən və nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması kimi hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, ekspertiza rəyinin hansı motivlərlə (yaxud konkret hansı maddi və prosessual hüquq normalarının pozulması nəticəsində) mötəbər dəlil hesab etməməsi əsaslandırılmamışdır. Buna görə də kassasiya instansiyası məhkəməsi müvafiq epizodun xaric edilməsinə dair kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslandırılmış, inandırıcı nəticə he sab etməmişdir. Qeyd edilənlərin araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinin birinci baxışı nəticəsində qəbul etdiyi qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.

26. Həmçinin, kassasiya instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən halların olmasının müəyyən edilmədiyi əsası ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qərarda hazırda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.

28. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklə r və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

30. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Re spublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

31. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-127/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-127/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar