Məhkəmə qərarları › İş №1(102)-2075/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2075/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2075/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs1 nümayəndəsi Şahid1, Məhkum3 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Cina yət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx.xx.2002-ci ildə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Əliabad kəndində daimi qeydiyyatda olmaqla orada yaşamışdır.

2. Məhkum2 xx.xx.1995-ci ildə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonunun Əvilə kəndində qeydiyyatda ol maqla orada yaşamışdır.

3. Məhkum3 xx.xx.1993-cü ildə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 təqsirləndirilir ondan ötrü ki,o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Məhkum2 və Məhkum3 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan, lakin ist ifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm2 -lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 1725 manat məbləğində ziyan vurmuşdur

5. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi Şahid2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 64 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 40 metr uzunluğunda 1x16 mm2-lik mis əsaslı ərintidən hazırla nmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində ziyan vurmuşdur.

6. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının axırlarında həmkəndlisi Şahid2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşərək həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru k ənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir şər evinə daxil olub obyektin paylayıcı otağının yuxarısında yerləşən otağın tavanı ilə çəkilmiş elektrik naqillərindən 48 metr uzunluğunda 4x10 mm2-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini 18 metr uzunluğunda 4x25 mm2 -lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 9 metr uzunluğunda 4x16 mm2 -lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, daha sonra obyektin paylayıcı otağına daxil olub oradan 15 metr uzunluğunda 4x25 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 13 metr uzunluğunda 4x16 mm2-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, 41 metr uzunluğunda 4x2,5mm2-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 3 damarlı elektrik naqilini, həmçinin paylayıcı otaqda olan elektrik şitlərində quraşdırılmış 1 ədəd 3x80 amperlik Simens markalı avtomatı, 1 ədəd 3x63 amperlik Simens markalı avtomatı, 4 ədəd 70 sm uzunluğunda 3x4 sm ölçüdə mis şini və 2 ədəd ehtiyatın avtomatik qoşulması qurğusunu (AVR) oğurlayıb həmkəndliləri Şahid3 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini Şahid4 əldə etdikləri mis materialının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərab ər hissəyə bölmüş, nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 1682 (bir min altı yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur.

7. Lerik Rayon Məhkəməsinin 1(048)-07/2023 nömrəli, 15 mart 2023-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X4) Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 09 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 02 (iki) ay 6(altı) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhd udlaşdırılması cəzasından 04 (dörd) ay 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 16 yanvar 2023cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olun muş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27(iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərab ər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməməsi hökm edilmişdir.

8. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarı ilə (hakimləri X10 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Lerik Rayon Məhkəməsinin 1(048)-07/2023 saylı, 15 mart 2023-cü il tarixli hökmünün Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Kassasiya şikayətinin dəlilləri qismində məhkumlar barəsində təyin edilmiş cəzanın həddən artıq yüngül olması, həm in cəza ilə razı olmaması, məhkəmələr tərəfindən onlar barəsində nəzərə alınmış yüngülləşdirici halların reallığı əks etdirməməsi, onun təqsirləndirilən şəxslərdən şikayətçi olduğu halda guya şikayət və tələbinin olmadığının qeyd edilməsi, buna əsasən də təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilib, ona vurulmuş ziyanla bağlı heç bir ödənişin olmaması qeyd edilərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarının dəyişdirilməsi və məhkumlar barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, məhkəmə iclas zalından həbsə alınmalarını xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

13. Qərardan dövlət ittihamçısı kassasiya protesti, məhkumlar kassasiya şikayəti verməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 nümayəndəsi Şahid1 kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV Hüquqi məsələlər

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

19. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəll əsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

20. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs Məhkum1, Məhkum2 və Məhkum3 barəsində ağır cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

23. Cəzanın məqsədini təsbit edən CM -in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

26. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

27. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

28. Təsvir edilən cinayət-hüquqi normaların məzmunu ndan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

29. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegi yasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Zərərçəkmiş şəxs1 məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 qarşı azadıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

30. Belə ki, Məhkum1, Məhkum2 və Məhkum3 barələrində daha ağır cəza təyin edilməsinə dair zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair Lerik Rayon Məhkəməsinin 1(048)-07/2023 nömrəli, 15 mart 2023-cü il tarixli hökmünü qüvvəsində saxlamışdır.

31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkumlara onların islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Şikayətdə göstərilən hallar da təqsirləndirilən şəxslərin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və mülki iddianın təmin edilməsi üçün əsas vermir.

32. Apellyasiya məhkəməsi əsaslandırmasının davamı olaraq qeyd e dir ki, iş materiallarından görünür ki, məhkəmə, təqsirləndirilən şəxs Məhkum1 “İİ Qarabağ” müharibəsində iştirak edərək göstərdiyi igidliyə görə “Fizulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini, törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ittihamdan göstəriləndən artıq həcmdə ödənilməsini, zərərçəkmiş şəxsdən üzr istəməklə dəfələrlə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alımış, təqsirləndirilən şəxs Məhkum2 törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ittihamdan göstəriləndən artıq həcmdə ödənilməsini, zər ərçəkmiş şəxsdən üzr istəməklə dəfələrlə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, təqsirləndirilən şəxs Məhkum3 törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ittihamdan göstəriləndən artıq həcmdə ödənilməsini, zərərçəkmiş şəxsdən üzr istəməklə dəfələrlə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlini törətmiş şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə onlara təyin ediləcək cəzanın ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə u yğun olaraq təqsirləndirlən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 azadlığın məhdudlaşdırlması cəzasının təyin edilməsini onların islah edilməsi baxımından qanuni olmaqla, əsaslı və ədalətli hesab etmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə eyni zamanda qeyd edir ki, cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Məhkum2 tərəfindən zərərçəkmiş şəxsə 4000 manat ödənilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi olmamaışdır.

34. Həmçinin, cinayət işinə əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(048)-57/2022 nömrəli hökmündən görünür ki, eyni cinayət işi üzrə təqsirləndirlən şəxs Şahid2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan 255 0 manat (Məhkum1lə törətdiyi cinayət əməlinə görə) ödənilmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbi olmamamışdır.

35. Bununla da, cinayət işi materialları ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ümumilikdə 4335 manat maddi ziyan vurulmuş və həmin ziyanının vurulmasına görə cinayət işi başlanmışdır. Təqsirləndirlən şəxs Şahid2 tərəfindən 2550 manat (Məhkum1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Məhkum2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 manat artıq ödənilmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin özünün ifadəsindən müəyyən olunur ki, zərə rçəkmiş şəxsə cinayət nəticəsində vurlmuş ziyan tam olaraq ödənilmişdir. Ona görə də birinci instansiya və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, zərərçəkmiş şəxsin mülki iddiası təmin edilməməlidir

36. Göründüyü kimi, zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumların cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrumetmə cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmamışdır.

37. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cüml ədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum1, Məhkum2 və Məhkum3 cəzalarının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

39. Qeyd olunanlar zərərçəkmiş şəxsin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

40. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin, şikayətin təmin edilməməsinə dair isə Məhkum3 v ə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ka ssasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar