Məhkəmə qərarları › İş №1(102)-2075/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2075/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2075/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızının iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(007)-314/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 1(103)-111/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sent yabr 2023-cü il tarixli, 1(101)-779/2023 nömrəli hökmü ilə (hakimlər T.Q.Hüseynov (sədrlik edən), Ə.Q.Quliyev və F.A.Namazov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 1(007)-314/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, əməlində CM-in 234.4.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından, ona verilmiş ittihamdan CM-in 234.4.4-cü maddəsi xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı ilə, (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarından müdafiəçi Ağayeva Nüşabə Fərman qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan "Yasin” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Ayna Sultanova” heykəlinin yaxınlığında bir bükümdə külli miqdar da təmiz çəkisi 19,035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini istifadəsində olan "Samsung Galaxy A6" markalı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə ilə "Whatsapp” sosial şəbəkəsindən istifadə edib şəxsiyyəti istintaqa məlum olmayan "Yasin” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan istintaqa məlum olmayan nömrəsi ilə telefon əlaqəsi yaradaraq sonuncunun informasiyatelekommunikasiya şəbəkəsi hesab edilən "Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında həmin yerdən götürüb sonradan yarım qramını 20 manata sataraq həmin pulun 14 manatını "Yasin” adlı şəxsə verərək qazandığı pulun əvəzində narkotik vasitə verəcəyi şərt i ilə satış məqsədilə üzərində saxlamaqla daşımış, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində 19 sentyabr 2022-ci il tarixdə saat 16:30 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə, qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 19,035 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiy ası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması müəyyən olunsa da, həmin cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi sübuta yetirilməmişdir. Bu səbəbdən Məhkum qarşı CM-in 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilmiş, o, yalnız Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yuxarıda təsvir edilən əməlləri törətməkdə təqsirli bilinmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə Məhkum aidiyyəti olmamış, iş üzrə sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, sonuncuya fiziki və psixi təsir göstərilmişdir. Müdafiəçi3 kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya ins tansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icra ata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsind ə təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM- in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Ağayeva Nüşabə Fərman qızının kassasiya şikayətindən görünür ki, Məhkum cinayət törətmədiyini, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə aidiyyətinin olmadığını, iş üzrə sənədlərin p olis əməkdaşları tərəfindən saxtalaşdırdığını, sonuncuya fiziki və psixi təsirlər olduğunu iddia etməklə, işdə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq onun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidə n müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasi ya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Müdafiəçi3 kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görm əyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, polis əməkdaşlarının ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol (Sorğu z amanı Məhkum bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroindir, həmin narkotik vasitəni Yasamal rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı olan "Yasin” adlı şəxsin vasitəsi ilə Yasamal rayonu ərazisində satmaq məqsədi ilə əldə edərək narkotik vasitənin yarım qramını 20 manata satdığını bildirmişdir), "Telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol (Məhkum istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus +**********85 nömrəli abonent ilə, habelə başqa nömrə sahibləri ilə narkotik vasitələrin satışına və qanunsuz dövriyyəsinə qarşı çoxsaylı sms mətnləri aşkar edilmişdir) məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5345 saylı rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Adı çəkilən və digər sübutlar hökmdə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edi ldiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğunu, onun ifadələrin saxtalaşdırılmasını bildirsə də, b u hal hər hansı sübutla təsdiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq təcridxanasına daxil olarkən müayinəsi zamanı bədəni üzərində xəsarətlərin aşkar olunduğu barədə qeyd aparıldığı müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Məhkum saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qalması barədə rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında prokurorluqda araşdırma aparılmışdır. Araşdırma zamanı onun özünün, qızının, habelə saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası təyin olunaraq keçirilmişdir. Araşdırma nəticəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə kol legiyası məhkumun kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar kimi onun himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağın olması, həmçinin ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 1(103)-111/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 fevral 2024-cü il tarixli, 1(103)-111/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar