Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2075/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx xxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 01 may 2024-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 avqust 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən ed ilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyət ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs nüfuzlu və işgüzar şəxslərlə münasibəti olmasını bildirib, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 3 hektar torpaq sahəsi ilə bağlı ləğv edilmiş daimi istifadə hüququnun bərpasına, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan torpaq sahəsindəki 02 mərtəbəli ev, toyuqçuluq üçün nəzərdə tutulan 01 ədəd tikili və 07 ədəd istixananın sökülməsinə görə ödənilməyən kompensasiyanın alınmasına, həmçinin Mail X1 arasında məhkəmədə olan mülki mübahisənin onun xeyrinə həll olunmasına köməklik göstərəcəyini vəd verib aldadaraq, 30 mart 2023-ci ildə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində 5.000 manat nağd şəkildə, 05 fevral 2023-cü il tarixdə, saat 19:03-də 120 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin adına olan "xxxx" ASC-yə aid 416973******3840 nömrəli kartına, 12 fevral 2023-cü il tarixdə saat 12:38-də 200 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbəri olmayan arvadı X2 adına olan "xxxx" ASCyə aid «4098 5844 7108 2600» nömrəli kartına, 13 mart 2023-cü il tarixdə, saat 12:56 radələrində 200 manat ünvan 3 ünvanda «Bizim Market»-də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə arvadı X2 adına olan "xxxx" A SC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 02 aprel 2023-cü il tarixdə, saat 23:20-də 1.005 manat, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» 3dəmə terminalı vasitəsi ilə arvadı X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 15 aprel 2023-cü il tarixdə, saat 14:56-da 1.010 və saat 14:57-də 1.000 manat ünvan 4 ünvanda yerləşən «Moskva Univermağı»da quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi arvadı X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 03 may 2023-cü il tarixdə, saat 12:31-də 2.010 manat ünvan 5 ünvanındakı «Bravo» marketdə quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsi arvadı X2 adına olar "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 11 may 2023-cü il tarioJə saat 16:33-də 100 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə arvadı X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 31 may 2023-cü il tarixdə, saat 20:07-də 330 manat «Birbank» tətbiqi vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən arvadı X2 adına olan "xxxx" ASC-yə aid «4098 5844 7108 2600» nömrəli kartına, 15 iyun 2023-cü il tarixdə, saat 23:11-də 100 manat Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə özünə məxsus "xxxx" ASC-yə aid «4169 7588 3171 3452» nömrəli kartına, 25 iyun 2023-cü il tarix də, saat 12:11-də 100 manat Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində «Ayxan» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi özünə məxsus "xxxx" ASC- yə aid «4169 7388 3171 3452» nömrəli kartına, 15 avqust 2023-cü ildə 1.825 manat Sabunçu rayonu Nardaran qəsəbəsi Azərbaycan Qadınları küçəsində «Təzə Bazar» supermarketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan kart hesabına göndərilməsinə nail olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13.000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-448/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayə t əməlininin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanıb 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının çəkilməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Məhkum cəzanın həddi ilə bağlı etdiy i təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-448/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etm ə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddətin cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hazırda Məhkum zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəyib sonuncu ilə barışıq əldə etmişd ir. Ziyan tam ödənildiyi üçün zərərçəkmiş şəxsin məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur, qeyd edilən hallar notarial qaydada təsdiq olunmuş ərizə ilə təsdiq olunur. Bununla yanaşı məhkumun səhhətində də problemlər var, hər iki ayağı tutulduğundan onun sərbəst hərəkət edə bilmə imkanı məhduddur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilməsi və məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudl arını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiy a instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində cəzanı yüngülləşdirən halları nəzərə almaqla Məhkum azadl ıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunması xahiş edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli tör ədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətini n ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi nə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Məhkəmə kollegiyası istinad edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.
23. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən hallar kimi onun əməlini qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşlı və xəstə (Parkinson xəstəsi) olmasını, ağırlaşdıran halların isə olmamasını nəzə rə alaraq ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin edib, bu cəza əsasında Məhkum islah olunmasını mümkün hesab etmişdir.
24. Birinci instansiya məhkəməsinin cəza təyininə aid qənaəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təyin olunmuş cəza cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə, eləcə də həmin cəza ilə onun islah olunması, onun və başqa şəxslərin yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə uyğun deyil. Belə əsaslardan çıxış edən apellyasiya instansiyası məhkəməsi hökmlə məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz etmişdir.
25. Cinayət işinin yuxarıda təsviri verilən hallarının məcmusunu, eləcə də məhkumun şəxsiyyətini səciy yələndirən halları nəzərə alan məhkəmə kollegiyası daha əvvəl istinad edilmiş cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara və onların şərhinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında verilmiş müddəalara əsaslanaraq hesab edir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
26. Bu qənaətə gələn məhkəmə kollegiyası nəzərə alır ki, hazırki kassasiya şikayəti ilə mübahisələndirilən qərarın qəbul edilməsindən sonra ötən dövrdə Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq zərərçəkmiş şəxsə vurduğu maddi zərərin nəticələrini tam olaraq aradan qaldırmışdır.
27. Belə ki, cinayət işinin materiallarına əlavə edilən Zərərçəkmiş şəxs təqdim etdiyi 02 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən müəyyən edilir ki, Məhkum tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, məhkum edilmiş şəxsə qarşı onun heç bir şikayət və tələbi yoxdur.
28. Cinayət işinin materiallarından həmçinin müəyyən olunur ki, Məhkum 1961-ci il təvəllüd olmaqla qocalıq yaşına, yəni 65 yaş həddinə çatmaqdadır, 2002-ci ildə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, cəzasını çəkib qurtardıqdan sonra b axılan iş üzrə cinayət əməlini törədənə kimi hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamışdır.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət işində yaranmış yuxarıda qeyd edilən yeni hal, yəni məhkumun zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam şəkildə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət işinin digər halları və Məhkum şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri ilə birlikdə götürülməklə onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təyin olunmuş cəzanın eyni Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə əsas verir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında n əzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
31. Cinayət işinin yuxarıda təsviri verilən hallarının məcmusunu, eləcə də Məhkum əməlini qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, səhhətində cinayət işi materiallarından göründüyü kimi digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi, insulindən asılı olmayan şəkərli diabet, ürəyin hipertenziv xəstəliyi və onurğa və gövdənin dəqiqləşdirilm əmiş səviyyədə digər travmalarının olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəyib onunla barışıq əldə etməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qocalıq yaş hədinə çatmasını nəzərə alaraq, eləcə də daha əvvəl istinad edilən və cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eyni zamanda Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın digər məqsədlərinə çatılması, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
32. Be lə nəticəyə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini də nəzərə alır. Həmin mövqeyə görə, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınmasının cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli forması olmasını, qanunvericinin humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkün olması barədə mövqeni də nəzərə alır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
33. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasib ətdə cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Məhkum azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 1(103)-137/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.