Məhkəmə qərarları › İş №1(102)-2079/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2079/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2079/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməs inin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (hakim Rauf Əhmədov) 1(007)-254/2022 nömrəli 24 avqust 2022-ci il tarixli hökmü ilə, 16 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, xxxx şəhəri, xxxx rayonu, xxxx qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 1 1 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən 11 mart 2022 oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyun 2021-ci il tarixdə saat 03 radələrində, Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxx küçəsi nömrəsiz fərdi tikilinin qarşısında Zərərçəkmiş şəxs məxsus olan 7000 (yeddi min) manat dəyərində “VAZ 2107 minik” markalı xx -xx-xxx dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobilin üzərinə quraşdırılmış ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən “Pioneer” markalı maqnitafon və 6 ədəd səsgücləndiricini gizli olaraq talayıb həmin tarixdə saat 05 radələrində ünvan 3 ünvanda yaşayan Şahid1 aralarında olan şifahi razılaşma əsasında 2500 (iki min beş yüz) manata hi ssə-hissə ödənilmə şərti ilə avtomobili, maqnitafon və səsgücləndiriciləri isə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsə sataraq ümumilikdə Zərərçəkmiş şəxs 7350 (yeddi min üç yüz əlli) manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Zəki Babayev) 1(103)-1953/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 1(007)-254/2022 nömrəli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verər ək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və onun əməlini Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif etməklə Məhkum həmin maddənin sanksiyası həddində cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CM-in və CPM-in tələblərinin pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətində müdafiəçi qeyd etmişdir ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın miqdarı düzgün hesablanmamış və bunun nəticəsi olaraq da Məhkum əməli düzgün tövsif edilməmiş dir. Belə ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli yalnız zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 5000 manatdan yuxarı olduqda yaranır. Talanmış avtomobilin dəyərinin 7000 manat olsa da, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə mənsub olan avtomobilin təmirinə çəkiləcək xərcin müəyyən edilməsi ilə əlaqədar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin ekspertin verdiyi rəyə görə nəzəri hesablama yolu ilə zərərin məbləği 2458 manat məbləğində müəyyən edilmişdir. Yəni Məhkum bu əməli nəticəsində zərərçəkmiş şəxsə 2458 manat məbləğində ziyan dəymişdir. Avtomobil zərərçəkmiş şəxsə qaytarılmışdır. Ekspert rəyinə görə zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği 2458 manat olduğu halda, həm i btidai istintaq orqanı, həm də məhkəmə əsassız olaraq zərərçəkmiş şəxsə 7000 manat məbləğində ziyanın dəyməsi qənaətinə gəlmişdir. Müdafiəçinin fikrincə bu tamamilə əsassız və qanunsuzdur. Həmçinin, cinayət işi üzrə apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsidir. Kassator hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə tövsif edilməlidir. O, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmamış, ona görə də onun əməlinin Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Oğurluğa, yəni özgənin əmlakının talamasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 177-ci maddəsində nəzərdə tutulur. Həmin maddədə oğurluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi ağırlaşdırıcı-tövsifedici hal kimi nəzərdə tutulur və əməlin CM-in 1 77.2.4-cü maddəsi ilə tövsif edilməsinə əsas kimi çıxış edir. Həmin maddənin qeyd hissəsinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu halda yaranır. Xeyli miqdar dedikdə isə 5000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Zərərçəkmiş şəxsin ifadəsinə əsasən talanmış avtomaşının dəyəri 7000 manat təşkil edir. Müdafiə tərəfi ittihamın həmin halla razılaşır və kassasiya şikay ətində avtomobilin dəyərini mübahisələndirmir. Belə olan halda məhkəmələrin məhkum tərəfindən törədilmiş oğurluq nəticəsində zərərçəkmiş şəxsə 7000 manat məbləğində, yəni xeyli miqdarda ziyanın vurulması barədə gəldiyi nəticə əsaslıdır və bununla əlaqədar məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə tövsif edilməsi qanuna uyğun gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum tərəfindən törədilmiş oğurluq nəticəsində zərərçəkmiş şəxsə talanmış avtomobil dəyərində deyil, avtomobilin zədələnməsi ilə əlaqədar 2458 manat məbləğində ziyan vurulması barədə dəlilini əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs məxsus olan 7000 (yeddi min) manat dəyərində “VAZ 2107 minik” markalı 90-K.E348 dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobilin üzərinə quraşdırılmış ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən “Pioneer” markalı maqnitafon və 6 ədəd səsgüləndiricini gizli olaraq talayıb şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsə sataraq ümumilikdə zə rərçəkmiş şəxsə 7350 (yeddi min üç yüz əlli) manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarında qeyd edilmiş hadisənin gedişatı, hadisənin məhz hökmün təsviri hissəsində qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuş və bununla da təqsirləndirilən şəxs Məhkum məhz xeyli miqdarda oğurluq əməlini törətməsi müəyyən edilmişdir. Odur ki, birinci instansiya və apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, məhkumun əməli düzgün olaraq CM-in 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkumun əməlinin CMin 177.1-ci maddə sinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratd ığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qəra rında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 16 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar