Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-208/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum müdafiəçisi – XXX99nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 20 19-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) Məhkum (18 oktyabr 1994-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, natamam orta təhsilli, X2 ünvan4ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 17 dekabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X5 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum mənafeyinə aid hissədə onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə 17 dekabr 2018ci il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanında yerləşən kafenin arxasında Zərərçəkmiş şəxs1 yaxınlaşıb üzərində olan silah qismində istifadə etdiyi xəncəri hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 tərəf tutaraq onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etməklə, Zərərçəkmiş şəxs1 məxsus olan 10 manat pulu ələ keçirib quldurluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 17 dekabr 2018-ci il tarixdə saat 19:15 radələrində ünvan 1 ünvanında yerləşən ünvan6unun əsas giriş qapısının qarşısında Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaxınlaşaraq əvvəlcədən aralarında olan vəzifə bölgüsünə əsasən X5 həmin şəxsl ərdən pul tələb etmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara pul verməkdən imtina etdikdə isə Məhkum üzərində olan silah qismində istifadə etdiyi xəncəri hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 nümayiş etdirib onların həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etməklə Zərərçəkmiş şəxs2 məxsus olan 120 manat pulu ələ keçirib təkrar quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum zərərçəkmiş şəxslərə hədə-qorxu gəlmədiyi, sadəcə pul istəyib birindən 10 manat digərindən 120 manat aldığı və zərərçəkmiş şəxslər onda olan xəncərin suvenir olduğunu gördükləri halda, əsassız olaraq silah qismində xəncər tətbiq etməkdə və quldurluq cinayətini törətmkədə təqsirli bilinmiş və ədalət, təqsirə görə məsuliyyət prinsiplərininin ziddinə olaraq 8 il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Halbuki, hətta onun əməli cinayət sayıldığı halda belə, Cinayət Məcələsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə deyil, soyğunçuluq kimi Cinayət Məcəlləsinin 180-cı maddəsi ilə tövsif olunmalı idi. Bundan başqa müdafiəçi kassasiya şikayətində Məhkum əvvəllər psixiatriya xəstəxanalarında müalicədə olduğu üçün onun barəsində stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsinə zərurət olduğu halda, müdafiə tərəfinin müvafiq vəsatətəinin əsassız olaraq təmin olunmadığını, eləcə də o, apellyasiya şikayəti versə də, ona apellyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə bildirişin göndərilmədiyini və cinayət-prosessua l normaların tələblərinin ziddinə olaraq apellyasiya məhkəməsinin iclasında iştirakının təmin olunmadığını qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum zərərçəkmiş şəx slərdən pul vəsaitlərini onların iradələrinə uyğun şəkildə aldığı (zərərçəkmiş şxslərin onun istəyi ilə pul vəsaitlərini könüllü olaraq Məhkum verdikləri) halda əsassız olaraq quldurluq cinayətini törətməkdə - Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib ağır cəzaya məhküm olunduğunu, ən pis halda onun əməlinə syğunçuluq cinayətini təsbit edən Cinayət Məcəlləsinin 180-cı maddəsinin şamil edilməli olduğunu, eləcə də Məhkum barəsində stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsinə zərurət olduğu halda keçirilmədiyini və apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayəti vermiş müdafiəçinin iştirakı təmin olunmadığından Məhkum müdafiə hüququnun pozulduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum əməli ndə cinayət tərkibinin olmaması əsası ilə onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.6, 416.0.15, 416.0.18, 416.0.19 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü – Məhkum əsassız olaraq quldurluq cinayətini törətməkdə təsirli bilinməsi haqqında iddiadan və bu iddianı əsaslandırmaq üçün gətirdiyi dəlillərdən görünür ki, əslində müdafiəçi mövqeyini bir-birini istisna edən iki dəlillə əsaslandırmışdır. Bu dəlillərdən birincisi odur ki, Məhkum zərərçəkmiş şəxslərdən sadəcə pul istəmiş və onlar da könüllü şəkildə ona müəyyən məbləğlərdə pul vermişlər. Lakin, müdafiəçinin bu dəlili birinci instansiya məhkəməsinin cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etdiyi sübutlar və onlardan hasil edilmiş işin faktiki halları barədə nəticələrlə təkzib olunur. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələri ndə verdikləri müvafiq məlumatlara uyğun olaraq müəyyən edilmişdir ki, Məhkum əvvəlcə təkbaşına Zərərçəkmiş şəxs1 ona pul verməyi tələb etmiş və sonuncu iradəsi əleyhinə Məhkum 10 manat pul vermiş, təxminən 15 dəqiqə sonra Məhkum Samir Muradovla birgə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pul tələb etmiş və onların iradəsi əleyhinə XXX45a məxsus 120 manat məbləğində pulu almışdır. Müdafiəçinin ikinci (Məhkum heç kimdən iradəsi əleyhinə pul almadığı çün təqsirsiz olması barədə birinci dəlili ilə ziddiyyət təşkil edən) dəlili isə odur ki, zərərçəkmiş şəxslər Məhkum olan xəncərin adi suvenir olduğunu görüb dərk etdikləri üçün onların həyatı və sağlamlıqları üçün təhlükəli olan zorakılıq və hədə tətbiq edilməmiş və bu üzdən Məhkum əməli quldurluq kimi deyil, soyğunuluq kimi Cinayət Məcəlləsin in 180-cı maddəsi ilə tövsif olunmalı idi. Məhkəmə kollegiyası gətirilən dəlilin ziddiyyətli olduğunu vurğulamaqla yanaşı onunla əlqədar həmçinin aşağıdakıları qeyd edir. Şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasınd a nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Quldurluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində bu cinayət “özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın” kimi təsbit edilmişdir. Soyğunçuluq Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən özgənin əmlakını açıq talamadır. Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində təsbit edilmiş soyğunçuluq isə (əsas tərkibi təsbit edən Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiyası ilə birlikdə götürül məklə) insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakının açıq talanmasını ehtiva edir. Görünüdüy kimi, quldurluqla Cinayət Məcəlləsinin 180.1 və 180.2.4-cü maddələrində göstərilən soyğunçuluq hallarını fərqləndirən obyektiv cəhətə aid zəruri əlamət quldurluqda özgə əmlakının ələ keçirilməsi üçün insanın həyatı və ya sağlamlığı üçün təhlükəli olan zorakılıqdan və ya belə zorakılıq tətbiq etmə hədəsindən istifadə edilməsi, soyğunçuluqda isə zor tətbiq edilməməsi və yaxud zor, hədə tətbiq edilərsə də, bunların insanın həyatı və ya sağlamlığı üçün təhlükəli xarakterə malik olmamasıdır. Lakin, iş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan aydın olur ki, onlar müdafiəçinin ikinci dəlilini d ə təkzib etməklə, Məhkum hərəkətlərində soyğunçuluq deyil, məhz quldurluq cinayətinin tərkibinin olduğunu göstərirlər. Belə ki, müdafiəçinin zərərçəkmiş şəxslərin Məhkum nümayiş etdirdiyi xəncərin suvenir olduğunu bilib təhlükəsiz əşya kimi dərk etmələri barədə iddiasının əksinə olaraq, zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrində Məhkum onlardan pul vermələrini tələb edərkən nümayiş etdirdiyi xəncəri həyat və sağlamlıqları üçün real təhlükə yaradan alət kimi xarakterizə edərək məhz onun nümayiş etirilməsindən sonra qorxaraq pul vəsaitlərini Məhkum verdiklərini göstərmişlər. Odur ki, müdafiəçinin ikinci dəlili də işin mühüm əhəmiyyət kəsb edən halını (zərərçəkmiş şəxslərin onlara qarşı edilən hərəkətlərə psixi münasibətini) və bununla bağlı olan süb utları düzgün dəyərləndirmədyindən, qəbul edilə bilməz. Qeyd olunanlar müdafiəçinin məhkəmələrin sübutları düzgün qiymətləndirməmələri, Məhkum əsassız olaraq təqsirli bilmələri, onun əməlinin hüquqi tövsifində səhvə yol vermələri və bunun nəticəsi kimi Məhkum həqiqi əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məhkum etmələri, yəni cinayətprosessual qanunun 416.0.2, 416.0.6, 416.0.15, 416.0.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddialarının əsassız olduğunu göstərir. Yuxarıda şərh edilən dəlillər kimi, müdafiəçinin məhkəmələrin Məhkum barəsində stasionar məhkəmə-psixiatrik ekspertizası təyin etməməklə, apellyasiya şikayəti vermiş müdafiəçinin apellyasiya instansiyası məhkəməsində iştirakını təmin etməməklə CinayətProsessual Məcəllənin müvafiq olaraq 416.0.19 və 416.0.18-ci maddələrində göstərilən pozuntulara yol vermələri barədə iddiaları da əsassızdır. Belə ki, cinayət prosesində Məhkum barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmiş, ekspertiza zamanı Məhkum əvvəl X10 Dispanserində müalicə olunması nəzərdən qaçırılmamış, bütün anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri birlikdə götürülməklə onların əsasında Məhkum “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar edilsə də, xroniki psixi xəstəlik müəyyən edilməmiş, şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmadığından Məhkum anlaqlı hesab edilmişdir. Müvafiq olaraq da ambulator ekspertizanın imkanları Məhkum psixi vəziyyəti barədə qəti rəyə gəlmək üçün kifayət etdiyindən, təkrar (stasionar) ekspertizanın keçirlməsi nə lüzum qalmamışdır. Apellyasiya instansiyası məhkəməsində isə apellyasiya şikayəti vermiş Müdafiəçi iştirak etməməsi ondan irəli gəlmişdir ki, vəkilin 27 mart 2019-cu il tarixli orderi Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiənin həyata keçirilməsini nəzərdə tutmuş və Məhkum onu apellyasiya məhkəməsinin qərarı əsasında XX88 tərəfindən təyin olunmuş vəkil X4 müdafiə etməsinə etiraz etməmiş, yəni apellyasiya instansiyası məhkəməsində müdafiənin yeni vəkil tərəfindən həyata keçirilməsi Məhkum iradəsinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 19 iyul 2019-cu il tarixliqərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-208/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-208/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver