Məhkəmə qərarları › İş №1(102)-208/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-208/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-208/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakla rı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən verilmiş birgə kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Azər Paşayev) 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 saylı hökmü ilə xx xxxx 1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD 4 qəsəbəsində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 149.2.3-cü maddəsi ilə təqsirli bili nərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 24 avqust 2020-ci il tarixdə saat 22:00 radələrində xalası Qanuni nümayəndə xx xxxx 2004-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs gecə saatları olduğuna görə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evə tək getməməsi üçün anası Şahid9 xahişi ilə Bakı şəhəri Yasamal rayonu Nizami küçəsi ilə Leopold və Mstislav Rostropoviçlər küçələrinin kəsişməsində qarşılayaraq 24 avqust 2020-ci il tarixdə saat 22 radələrində tək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gətirdikdən və xalası qızı ilə evdə tək gecələyəcəyini dəqiqləşdirdikdən sonra alçaq niyyətlə cinsi ehtirasını qarşı tərəfin iradəsinə zidd olaraq təmin etmək məqsədi ilə xalası qızı Zərərçəkmiş şəxs ilə aralarında olan söhbət zamanı onun 16 yaşının yeni tamam olması və bu münasibətlə 27 iyul 2020-ci il tarixdə ad günü məclisi keçirməsi, yəni sonuncunun aşkar surətdə yetkinlik yaşına çatmadığını dəqiq bildiyi və onunla könüllü şəkildə cinsi əlaqədə olmağa etiraz edəcəyini düşündüyü, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olması səbəbindən spirtli içki qəbul edəcəyi halda ona müqavimət göstərmək imkanından məhrum olaraq köməksiz vəziyyətə düşəcəyini yəqin etməklə cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs evdə paltarlarını dəyişməklə anası Şahid9 məxsus rahat ev p altarlarından geyinməsini təklif edib sonuncunun ona olan güvənini artırmaq və paltarlarını dəyişməsi üçün şərait yaratmasına dair görüntü yaradıb əslində isə öz alçaq niyyətinə nail olmaq məqsədi ilə yaşadığı evin yaxınlığında, yəni ünvan 3 ünvanında yerləşən "SPAR SUPERMARKET Express Axundov” mağazasına getməklə həmin gün, yəni 24 avqust 2020-ci il tarixdə saat 23:11-də mağazadan 01 (bir) ədəd 0,45 litr həcmi olan "JİQULİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivə, 05 (beş) ədəd şüşə qabda hər biri 0,5 litr həcmdə, tərkibində 4,2% spirt olan "JİQULEVSKOE SALYAN” adlı pivə və digər ərzaq məhsulları alıb yaşadığı evə qayıdaraq cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs ona olan etibarından istifadə edərək aralarında olan güvəni daha da artırmaq məqsədi ilə sonuncuya əvvəl tə rkibində spirt olmayan 01 (bir) ədəd 0,45 litr həcmi olan "JİQULİ BARNOE 0%” adlı metal qablaşmalı spirtsiz pivəni içmək üçün təqdim edib, içdiyini gördükdən sonra, şüşə qablaşmada olmaqla tərkibində 4,2% spirt olan 0,5 litr həcmli "JİQULEVSKOE SALYAN” adlı pivədən də sonuncunun içməsinə nail olmuş, lakin Zərərçəkmiş şəxs sərxoş olmadığını görüb pivə içmək istədiyini bəhanə etməklə 25 avqust 2020-ci il tarixdə, gecə saat 02-03 radələrində istintaqla müəyyən edilməyən mənbədən tərkibində daha çox, yəni 7,5% spirt olan əlavə 02 (iki) ədəd "Baltika-9” adlı spirtli pivə almaqla evə qayıtmış, 25 avqust 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs pivə içməklə sərxoş olmadığını və cinayətkar niyyətinə nail ola bilməyəcəyini görərək guya bibisi oğlu Şahid12 ilə sonuncunun nişanlısı Şah id16 onlara gəldiyini və onları qarşılamaq üçün evdən çıxacağını Zərərçəkmiş şəxs bildirməklə yuxarı mərtəbədə olan otağa keçməsini təklif edərək evdən çıxmış, təxminən 5 dəqiqə sonra evə geri qayıdaraq istintaqla müəyyən edilməmiş mənbədən və vaxtda əldə etdiyi, növü və tərkibi müəyyən edilməyən bihuşedici maddəni stəkana süzdüyü "Baltika” markalı spirtli pivə içkisinə qatmış, daha sonra isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evin ikinci mərtəbəsində olan otaqdan çağıraraq bibisi oğlunun və sonuncunun nişanlısının artıq onlara gəlməyəcəklərini bildirməklə onun üçün süzdüyü fərqli pivənin daha dadlı olduğunu deyib tərkibinə istintaqa dəqiq növü məlum olmayan bihuşedici təsir göstərən maddə əlavə etdiyi həmin pivəni xalası qızı Zərərçəkmiş şəxs aldadıb içirtməklə sonuncunun sərxoş və bihuş, yəni şüursuz vəziyyətdə olmaqla ətrafında baş verən hadisələri dərk etmək və ona qarşı edilən seksual hərəkətlərə müqavimət göstərmək imkanından məhrum etməklə köməksiz vəziyyətə salaraq Zərərçəkmiş şəxs üst və alt paltarlarını çıxarıb evin ikinci mərtəbəsində yerləşən özünə aid otaqda özünün yatdığı çarpayının üzərinə uzadıb həmin çarpayının üzərində ereksiya vəziyyətində olan cinsi orqanını zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinsi orqanına daxil etməklə qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozaraq onunla bir neçə dəqiqə ərzində cinsi əlaqədə olmaqla eyni zamanda cinsi ehtirasını daha da artırmaq üçün Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən öpməklə, əlləri ilə sıxmaqla sonuncuya sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthində, sol baldırın yuxarı 1/3-nin arxa səthind ə, sağ süd vəzisinin iç kvadrantında, üst və alt dodaqların sol hissəsinin selikli qişalarında qançırlar kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs, yəni doğma xalası qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla onu zorlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) 07 iyun 2023-cü il tarixli 1(103)-267/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 1(101)-578/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiə çi3, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkumun müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi5 birgə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsini, Məhkum isə kassasiya şikayətinə əlavə verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya ş ikayətinə və məhkum tərəfindən veriliş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxılması 24 yanvar 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək yəni 29 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 10 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini və özü tərəfindən verilmiş kassasiya şikayətinə əlavəni geri götürür və xahiş edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kas sasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkumun müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti və məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinə əlavə məhkəmə baxışından çıx arılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi5 və Məhkum özü tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar