Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-208/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Mehralıyev Ruslan İltizam oğlunun iştirakları ilə, Mehralıyev Ruslan İltizam oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləs inin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024cü il tarixli, 1(103)-350/2024 nömrəli qərarından məhkum Mehralıyev Ruslan İltizam oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum Mehralıyev Ruslan İltizam oğlu xx xxxx 1992-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhə ri, Xəzər rayonu, “Atçılıq” massivi, yeni yaşayış ünvanında yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Mehralıyev Ruslan İltizam oğlu istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 9,471 qram çəkidə olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 13:50-də yuxarıda Bakı şəhəri, Xəzər rayonu, Atçılıq massiv ində yerləşən yaşadığı fərdi evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 9,471 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X4 (sədrlik edən), X6 və X7 ibarət məhkəmə tərkibində) 08 dekabr 2023-cü il tarixli, 1(101)-1699/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 31 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin əməli tövsif etsə də, yenə də tam ədalətli qərar qəbul etmədiyini, belə ki, onun narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını qeyd edib barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət məhkəmə tərkibində) 21 fevral 2024-cü il tari xli, 1(103)350/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Mehralıyev Ruslan İltizam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Mehralıyev Ruslan İltizam oğlunun CM-in 234.1-1-ci maddələri ilə məhkum edilmələrinə dair 08 dekabr 2023-cü il tarixli, 1(101)-1699/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli, 1(103)-350/2024 nömrəli qərarından Mehralıyev Ruslan İltizam oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən cinayətprosessual qanunvericiliyin müddəalarının formal olaraq sadalandığını, onun cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını, bununla da təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması qeyd edilmişdir.
8. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli, 1(103)-350/2024 nömrəli qərarının dəyişdirilməsini və barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahi ş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum Mehralıyev Ruslan İltizam oğlu kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etsə də, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli, 1(103)-350/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağı dakıları qeyd edir.
18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyəti nin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
22. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdi rən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun özünə münasibətdə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğu müəyyən edilir.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada ibtidai araşdırma orqanı t ərəfindən təqdim olunmuş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə razılaşmış, Mehralıyev Ruslan İltizam oğluna Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 1(101)-1699/2023 nömrəli hökmü ilə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
27. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.
28. Kassasiya məhkəmə kollegiyası məhkum Mehralıyev Ruslan İltizam oğlu barəsində olan cəzanı yüngülləşdirən halları (yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini) nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.
29. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
30. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
31. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraiti nə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
33. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.
34. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekv at olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.
36. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Mehralıyev Ruslan İltizam oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli, 1(103)-350/2024 nömrəli qərarı dəyişdirilməlidir.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Mehralıyev Ruslan İltizam oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli, 1(103)-350/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Mehralıyev Ruslan İltizam oğlunun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il 4 (dörd) ay müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilsin.