Məhkəmə qərarları › İş №1(102)-2081/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2081/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2081/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli, 1(107)200/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1959-cu il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, o qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngini və döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronları əldə edib həmin patronları üzərində və odlu yivli silahı idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilində saxlayıb, gəzdirərək daşımış, 04 oktyabr 20 23-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki rayonu X11 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X10 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq, həmin tarixdə saat 15:16 dəqiqədən başlayaraq üzərinə və idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinə video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində karton qutuda olmaqla döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronlar və idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin ön oturacaqlarının orta hissəsindən 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalbrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngi aşkar edilərək götürülmüşdür.

3. Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 10 yanvar 2024-cü il tarixli, 1(075)21/2024 nömrəli hökmü ilə Məhkum CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə t əqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum xx.xx.2023-cü il tarixdə saat 14:25-dən saat 22:15dək şübhəli şəxs qismində tutulduğu 1 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Məhkum üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəy işdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

4. Hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət məhkəmə tərkibində) 09 aprel 2024- cü il tarixli, 1(107)200/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 1(075)-21/2024 nömrəli hökmünün verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli, 1(107)-200/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Kassasiya protestinin dəlilləri apellyasiya protestinin dəliləri ilə eynilik təşkil edərək, dö vlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli, 1(107)-200/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

8. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının t ələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsini n qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 09 aprel 2024-cü il tarixli, 1(107)-200/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edil məsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdır an hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

20. Cəzanı ağırlaşdıran halları n tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

21. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

22. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə a çıq-aydın ədalətsiz olan cəza başa düşülür.

23. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

24. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə” və “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsini n qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

25. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

26. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

27. Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.

29. Protestin dəlili qismində Məhkum barəsində məhkəmələr tərəfindən əsassız olaraq qeyd edilənlərin onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması, cinayət işi materiallarında həmin halları təsdiq edən sübutların olmaması və buna dair məhkəmələrin yekun məhkəmə qərarlarında əsaslandırma aparmaması qeyd edilsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, dövlət ittihamçısı oxşar dəlillərlə apellyasiya protestində də çıxış etmiş, həmin dəlilləri araşdıran apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükə lilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır.

30. Kollegiya apellyasiya instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, hazırki kassasiya protestinin dəlillərinə diqqət yetirdikdə də onun apellyasiya protestinin dəlillərini təkrarladığı, hətta məhkəmələr tərəfindən Məhkum barəsində CM-in 59.1.1-ci maddəsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamasına baxmayaraq, dövlət ittihamçısı protestində onun tətbiqinin əsassız və qanunsuz olmasına istinad etmişdir.

31. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi t ərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) əlaqəli şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

32. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qəra rın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 aprel 2024cü il tarixli, 1(107)-200/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2024cü il tar ixli, 1(107)-200/2024 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar