Məhkəmə qərarları › İş №1(102)-2082/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2082/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2082/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-139/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əliy ev Fərid Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx xxxx-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, X (bundan sonra – “XXX”) Poliklinika şöbəsində travmatoloq-ortoped həkimi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 dekabr 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəmə yə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum XXX-nin 1-ci cərrahiyyə şöbəsinin travmotoloq-ortoped həkimi işlədiyi dövrdə Şəki şəhəri, V.İbrahim küçəsində, XXX-nin “Köhnə xəstəxana” adlanan korpusunun həyətyanı sahəsi ilə qonşuluqda yerləşən, XXX-nin balansında olmayan, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarış ilə şəxsi mülkiyyətində olan birmərtəbəli tikilidəki otaqda özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya əldə etmədən tibbi fəaliyyətlə məşğul olmaqla, yəni xəstələrinin müayinə və müalicəsini həyata keçirməklə 27, 28 və 29 mart 2023-cü il tarixlərində həmin tikilidəki otaqda ona kürək nahiyəsində olan ağrılarla müraciət etmiş, Şəki rayonu, Kiş kəndində yaşamış Zərərçəkmiş şəxs tibb müəssisəsindən kənarda hər hansı bir müalicənin aparılması yolverilməz olmasına baxmayaraq onu müayinə etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 saylı əmrinin 24.1-ci bəndində nəzərdə tutulan ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır kimi müddəasının tələblərini pozmaqla “kifoskalioz” diaqnozu müəyyən etdiyi Zərərçəkmiş şəxs həmin tarixlərdə, yəni 27 mart 2023-cü il tarixdə, saat 16 radələrində qeyri-steril şəraitdə (sterilliyi pozulmuş şpris və ya inyeksiya nahiyəsinin mikrobsuzlaşdırılmaması) tibbi şpris vasitəsilə 1 ml miqdarında “Flosteron” və 5 ml miqdarında “Novokain” dərman qarışığını sonuncunun paravertebral zonasına, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatlarını isə ayrı-ayrılıqda sağ və sol sağrı nahiyələrinə, 28 mart 2023-cü il tarixdə, saat 15:30 radələrində qeyri-steril şəraitdə (sterilliyi pozulmuş şpris və ya inyeksiya nahiyəsinin mikrobsuzlaşdırılmaması) tibbi şpris vasitəsilə 1 ml miqdarında “Fiosteron” və 5 ml miqdarında “Novokain” dərman qarışığını sonuncunun paravertebral zonasına, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatlarını isə ayrı-ayrılıqda sağ və sol sağrı nahiyələrinə, 29 mart 2023-cü il tarixdə, saat 15 radələrində qeyri-steril şəraitdə (sterilliyi pozulmuş şpris və ya inyeksiya nahiyəsinin mikrobsuzlaşdırılmaması) tibbi şpris vasitəsilə 1 ml miqdarında “Fiosteron” və 5 ml miqdarında “Novokain” dərman qarışığını sonuncunun paravertebral zonası na, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatlarını isə ayrı-ayrılıqda sağ və sol sağrı nahiyələrinə inyeksiya eldikdən sonra sonuncunun sağ sağrı nahiyəsinə infeksiya düşmüş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qüsurlu tibbi xidmət göstərməsi səbəbindən sonuncunun sağ sağrı nahiyəsində aparılmış inyeksiyadan sonra sağ sağrı, sağ bud və sağ qasıq nahiyələrində yayılmış fleqmona ilə əlaqədar orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından 31 mart 2023-cü il tarixdə, saat 02 radələrində XXX-nin reanimasiya şöbəsində ölməsinə səbəb olmaqla ehtiyatsızlıqdan adam öldürmə cinayət əməlini törətmişdir.

5. Şəki Rayon Məhkəməsinin 1(075)-29/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-ni n 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Şəki Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-139/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 1(075)-29/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Müdafiəçi kassasiya şikayətində apellyasiya şikayətində göstərilənlərlə eyni dəlilləri irəli sürərək, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlər və tibbi ədəbiyyatlardan çıxarışlar nəzərə alındıqda absesin və fleqmonanın hərtərəfli izahları əsasında iş üzrə verilmiş ekspert rəylərinin şübhə altına alınd ığını, verilmiş vəsatətlərin məhkəmə kollegiyası tərəfindən təmin edilmədiyini, şahid ifadələri, ekspert rəyləri ilə işin faktiki halları arasında kəskin zidiyyətlərin mövcud olduğunu, bununla da təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum barəsində əsassız olaraq ittiham hökmünün çıxarıldığını iddia edib, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-139/2025 nömrəli, 29 aprel 2025- ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilmiş, kassasiya xahişi faktiki olaraq A zərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-139/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əs aslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, kassasiya müraciətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəla lət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırma və cavablandırma verilmişdir.

21. Məhkumun müdafiəçisinin məhkəmələr tərəfindən çoxsaylı vəsatətlərinin əsassız olaraq təmin edilmədiyinə dair kassasiya şikayətinə qaldırdığı məsələyə münasibətdə məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış presedent hüququna istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının 6-cı maddənin 1-ci bəndi məhkəmələr üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, bu vəzifə hər bir qaldırılan vəsatətin ətraflı cavablandırılmasını tələb edən şə rt kimi başa düşülməməlidir (Kikabidze Gürcüstana qarşı, № 57642/12, § 62, 16 noyabr 2021-ci il). Qərarların əsaslandırması vəzifəsinin tətbiqi dərəcəsi onların mahiyyətindən asılı olaraq fərqli ola bilər və işin halları nəzərə alınmaqla müəyyən edilməlidir (Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il).

22. Hazırki halda isə kassasiya şikayətinin müəllifi verdiyi vəsatətlərin təmin edilməməsindən şikayətlənsə də, həmin vəsatətlərin nə dərəcədə əsaslı olduğunu və təmin edildiyi halda baxılan cinayət işinin nəticəsinə necə təsir edə biləcəyini təsvir etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə də əsassız hesab edir.

23. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə baxılan işin obyekti v araşdırmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

24. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhk əməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-139/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əliyev Fərid Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-1 39/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar