Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2083/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi X3, məhkumun müdafiəçisi Muradov Elsevər İsmayıl oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarından Məh kum müdafiəçisi Muradov Elsevər İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1961-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamışdır. 2. 15 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 oktyabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə ver ilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 04 iyun 2023-cü il tarixdə, saat 18:45-də Abşeron rayonu, Qobu qəsəbəsi, Qaçaq Nəbi küçəsi ilə qanuni əsaslarla idarə etdiyi “Honda CRV” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkət etdirərkən manevrin təhlükəsiz başa çatmasına və maneənin olmamasına əmin olmayaraq, arxada olan şəraitdən xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə etməyərək və piyadanın avtomobilin hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili geriyə doğru hərəkət etdirməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respubikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitələrinin geriyə hərəkətinə bu manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçılarına maneə yaratmamaq şərtilə icazə verildiyi və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək avtomobili geriyə doğru hərəkət etdirib avtomobilə doğru hərəkətdə olan azyaşlı X4 vurmuş, nəticədə ehtiyatsızlıqdan Aqil Rəhimovun dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik açıq kəllə-beyin travması, kəllə tağı və əsasının açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi xaricə tökülməsi ilə müşayiət olunan alın və təpə nahiyələrini əhatə edən sahənin əzilmiş-cırılmış yarası, baş-beyin toxumasının əzilməsi-dağılması, boyun nahiyəsinin arxa səthində döş qəfəsinin sol yarısının arxa s əthinin yuxarı iç hissəsinə qədər olan sahənin qançırı, sol dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları xəsarətlərini almasına və nəticədə baş-beyin toxumasının xaricə tökülməsi və əzilibdağılması, kəllə tağı və əsası sümüklərinin mürəkkəb, qəlpəli sınıqları xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-232/2024 nömrəli, 05 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaç əkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Hüseynov Əli Meybulla oğlu apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin dövlət ittihamçısı Əliyev Eynur Etibar oğlu apellyasiya protesti verib hökmün dəyişdirilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, təklif etdiyi həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-232/2024 nömrəli, 05 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 may 2024-cü il tarixdən hesablanması qərar alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Mu radov Elsevər İsmayıl oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə baş verdikdən dərhal sonra məhkum edilmiş şəxsin qardaşı X5 zərərçəkmiş şəxs azyaşlı X4 anası ilə birlikdə Abşeron Rayon Xəstəxanasına çatdırmış, Məhkum isə könüllü olaraq polis orqanına gəlib hadisəni törətdiyini etiraf etmiş, bununla da cinayətin açılmasına fəal şəkildə kömək etmişdir. Məhkum könüllü olaraq təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Qeyd edilənlərlə yanaşı, mərhum zərərçəkmiş uşaq hadisədən qısa zaman keçdikdən sonra həyatını itirdiyindən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tib bi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması mümkün olmasa da, zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına istiqamətlənən ciddi cəhdlər etmişdir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu halda təyin olunan cəzanın müddəti və ya həcmi təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkum və onun yaxın qohumları dəfələrlə barışığa cəhd etsələr də, zərərçəkmiş şəxsin hüquqi varisi qəbul etməmişdir. Məhkum hazırda zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq etməyə, dəfn və ehsan xərclərini ödəməyə, həmçinin əlavə təzminat ödəməyə və bununla da zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağ a hazırdır. Bu hal məhkumun törətdiyi əməldən səmimi peşman olmasını təsdiq edir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum özünü X9 təqdim edib könüllü olaraq təqsirini boynuna alması halı Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaqla və iş üzrə cəzanı ağırlaşdıran halların olmaması əsas götürülməklə məhkum barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsi tətbiq edilərək ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanıl ır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdi rilə bilər.
16. Müdafiəçi Məhkum cəza təyin edilərkən cinayət işində olan və cəzanı yüngülləşdirən halların məhkəmələr tərəfindən qanunsuz olaraq nəzərə alınmadığını, eləcə də təyin olunmuş cəzanın ağır olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarının qanuniliy ini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Baxılan kassasiya şikayəti ilə mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi çıxardığı hökmündə Məhkum cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmadığını müəyyən etsə də, yekun olaraq ona Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə əsaslanmaqla cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə hökmündə həmin hissədə maddi hüquq normalarının pozuntusuna yol vermiş, bu səbəbdən hökm cəza təyini hissəsində dəyişdirilmiş və məhkuma Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmadan cəza təyin edilmi şdir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməsi üçün müəyyən edilmiş yüngülləşdirici hallardan hər hansı biri mövcud olmadığından apellyasiya instansiya məhkəməsinin bununla bağlı mövqeyi əsaslı olmuşdur.
20. Baxılan kassasiya şikayətində müdafiəçi Məhkum könüllü gəlib təqsirini boynuna almasını və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına cəhd etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.11-ci maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğunu iddia etsə də, aşağıda göstə rilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən irəli sürülən dəlillər yolverilməzdir.
21. Belə qənaətə gələrkən məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsində “zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə cəhd edilməsi” norması mövcud olsa da, həmin norma “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunu ilə dəyişdirilmiş və hazırda qüvvədə olan mətn “cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması” kimi verilmişdir. Yeni normanın təfsiri ilə ifadə edilən mənadan aydın olduğu kimi, Azərbaycan R espublikası CM-nin 59.1.11-ci maddəsinin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi nəticəsində sonuncunun həyat və sağlamlığına dəyə biləcək zərərin azalmasının əldə edilməsi imperativ şərtdir, hazırkı iş üzrə isə belə hal müəyyən edilmir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qanunvericiliyində baş vermiş yuxarıda istinad edilən dəyişikliklərin məhkəmə təcrübəsində nəzərə alınmasının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da göstərilir ki, Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdi rən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində Azərbaycan Respublikası 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində Azərbaycan Respublikası 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir) (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı, § 2.6, 30 aprel 2021-ci il).
23. Baxılan işin müəyyən edilmiş hallarından isə göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi məqsədilə onun xəstəxanaya çatdırılması üçün müvafiq tədbirlər görən Məhkum hərəkətləri (yaxın qohumları vasitəsilə zərərçəkmiş şəxsin xəstəxanaya aparılması) zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azalması ilə nəticələnməmiş, zərərçəkmiş şəxs xəstəxanaya aparılmamışdan əvvəl hadisə yerində ölmüşdür. Bu hal, öz növbəsində, cinayətin törədilməsindən bilavasitə sonra Məhkum tərəfindən edilən hərəkətlərin zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə sonuncunun həyat və sağlaml ığına dəyə biləcək zərərin azaldılması ilə nəticələn hərəkət kimi yox, bu istiqamətdə edilən cəhd kimi nəzərə ala bilinəcək addım olduğunu təsdiqləyir.
24. Apellyasiya instansiyası məhkəməsinin Məhkum X9 gedib özünü təqdim etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinə görə, yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələrini qoymuşdur. 25. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikasının 29 aprel 1997-ci il tarixli Qanunu ilə 8 noyabr 1968-ci il tarixdə heç bir qeyd-şərt göstərmədən qoşulduğu Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya y ol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur.
26. Qeyd edilən maddi hüquq normalarına şərh verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yol-nəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yolnəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Davam edərək qeyd edilmişdir ki, mənası universal xarakter daşıyan Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanıma q və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Qərarda həmçinin qeyd edilmişdir ki, hadisə yerinə müvafiq icra hakimiyyəti orqanının (polisin) əməkdaşlarının gəlməsindən dərhal sonra isə yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç birinin hələ cinayətprosessual stat usu olmur. Onlar məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər. Bu zaman həmin şəxslər, o cümlədən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən izahat verilməsi özünə qarşı ifadə vermək kimi deyil, Qanunda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlanmasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü ma ddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarı).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən şərhindən də göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Məhkum X9 gedib özünü təqdim etməsi halının şəxsin könüllü gəlib təqsirini boynuna almasına bərabər tutması haqda gəldiyi nəticə maddi hüquq normasının istər mahiyyətinə, istərsə də şərhinə ziddir. Əvvəla ona görə ki, baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç birinin, o cümlədən hadisəni törədən sürücünün cinayət-prosessual statusu yoxdur və olması da həmin mərhələdə bəlli deyil. Belə şəxslər məhz yol-nəqliyyat hadisəsinin iştirakçıları kimi hadisə barədə ilkin izahat verməlidirlər və həmin izahatın verilməsi özünə qarşı ifadə vermək kimi deyil, vəzifə lərinin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Müvafiq olaraq, şəxsin belə izahatın verilməsi üçün polis orqanına gəlməsinin özünün hələlik cinayət hadisəsi hesab edilməyən əməlin törədilməsində könüllü təqsirini boynuna alması kimi qiymətləndirilməsi istər cinayət-prosessual qanunvericiliyinin tələbləri, istərsə də məntiqi əsaslandırma ilə uzlaşmır.
28. İkincisi, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda nəqliyyat vasitəsinin sürücüsünün yol nəqliyyat hadisəsi yerində qalaraq şəxsiyyəti barədə zərərçəkmiş şəxsi bu və ya digər vasitə ilə məlumatlandırmasını qanunverici hüquq yox, vəzifə kimi müəyyən etmiş, müvafiq olaraq nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini zərərçəkmiş şəxsi tibb müəssisəsinə apar ması, onu öz şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə çatdırmaq öhdəliyindən azad etmir.
29. Nəhayət, yol-nəqliyyat vasitələrini idarə edən şəxsin törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq və yaxud zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparmaq məqsədi ilə hadisə yerini tərk etdikdən sonra şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmaq vəzifəsinin icrası Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təmin edilir, belə vəzifənin icra edilməməsi həmin maddə əsasında cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olduğundan, Məhkum polis bölməsinə gedib özünü təqdim etməsi halı istənilən halda könüllü atılan addım kimi qiymətləndirilə bilməz.
30. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum u Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə şərh verən qərarında qeyd etmişdir ki, aşağıdakı hallar şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: • cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin m əlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; • açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); • cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarı).
31. Hazırki cinayət işinə apelyasiya instansiyası məhkəməsində baxılan zaman yuxarıda sadalan Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinin tətbiqinə əsas verən hallardan heç biri müəyyən edilməmişdir.
32. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədildikdə (maddə 59.1.8), şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsind ə əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etdikdə (maddə 59.1.10), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərər azaldıldıqda (59.1.11), zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edildikdə (59.1.12), cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə və ya aradan qaldırıldıqda (59.1.13) və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
33. Normanın məzmunundan göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsi ilə müəyyən e dilmiş qaydada cəza təyin edilməsi üçün, onun hərəkətlərində Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün halların mövcud olması imperativ şərtlərdən birini (cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı) təşkil edir.
34. Məhkum Q.B. Mahmudovun Qobu PB-nə gedib özünü təqdim etməsi könüllü gəlib təqsirini boynuna alması kimi, eləcə də zərərçəkmiş şəxsi xəstəxanaya aparması sonuncuya yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması ilə nəticələnmiş hərəkət kimi nəzərə alınmadıqda, müvafiq olaraq məhkumun bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.11-ci maddələrinə uyğun cəzanı yüngülləşdirən hallar kimi qəbul edilmədikdə, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiq edilmə si üçün həmin maddədə əsas kimi göstərilmiş halların hər hansı birinin mövcud olmadığını təsdiqləyir, buna görə apellyasiya instansiyası məhkəməsinin Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəzanın təyin edilməsi barədə birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə dəyişdirməsinə dair gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmamışdır.
35. Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair kassasiya şikayətinin müvafiq hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər t ərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyy ətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
36. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakter li tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
37. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
38. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
40. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
41. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəs ini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
42. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinin müzakirəsi nəticəsində apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşaraq hazırda mübahisəsi edilən qərarın bu hissədə də maddi hüquq normalarına uyğun olması fikrində olsa da, bununla belə hesab edir ki, həmin qərarın qəbul edilm əsindən sonra ötən dövrdə məhkumun zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu ziyanı tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi kimi yeni hallar Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin müddəaları baxımından onun cəzasını yüngülləşdirən amil kimi nəzərə alınmalıdır.
43. Belə ki, hazırkı kassasiya şikayətinə baxılarkən məhkumun müdafiəçisi Muradov Elsevər İsmayıl oğlu məhkəməyə zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Həmin ərizədən görünür ki, Məhkum tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyan tam ödənilmişdir. Bu səbəbdən zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışaraq heç bir şikayət və tələbinin olmadığını notarial qa ydada təsdiqlənmiş ərizə ilə təsdiqləmişdir.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halın mövcud olması və hökmlə müəyyən edilmiş digər cəzanı ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə təyin edilmiş əsas cəza hissəsində dəyişdirilməli, ona Cinayət Məcəlləsinin həmin maddəsi üzrə təyin edilmiş əsas cəza 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan cəzasına endirilməlidir.
45. Məhkəmə kollegiyasının qənaətinə görə, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir.
47. Odur ki, Məhkum beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi nəzərə alınaraq, onun cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməli və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvi r edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Muradov Elsevər İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Muradov Elsevər İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. S umqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ay müddətinə azaldılsın və ona 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasını çəkdiyi cəzaçəkmə müəssisəsinin növü dəyişdirilsin və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-297/2024 nömrəli, 15 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.