Məhkəmə qərarları › İş №1(102)-2084/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2084/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2084/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum və onun müdafiəçisi Eyvazova Mətanət Böyükağa qızının iştirakları ilə, Kassasiya şikayəti verilməsi üçün buraxıl mış müddətin bərpası haqqında vəsatətin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eynulla Vəliyev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 9 iyul 2015-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 29,177.3.1, 181.3.1, 181.3.2, 28,181.3.1, 28,181.3.2 və 326.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.3.1 və 29,177.3.1-ci maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 181.3.1, 181.3.2-ci maddələri ilə 12 il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 28,181.3.1 və 28,181.3.2-ci maddələri ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə və Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 15 mart 2014-cü ildən hesablanmaqla üzərində qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.3.2ci maddəsi ona elan edilmiş ittiham ümumi ittihamdan xaric olunmuşdur. Həmin hökmlə Rəhimov Rauf Rauf oğlu, Niftiyev Şahin Gülalı oğlu, Seyidov Təvəkkül Tofiq oğlu, Qafarov Tacəddin İslah oğlu, Əhmədov Xəzər İsa oğlu, Miriyev İbrahim Mirteymur oğlu, Ağayev Rəş ad Mahir oğlu, Mahmudov Rauf Fəxrəddin oğlu, Əsgərov Tural Suddar oğlu, Alıyev Kənan İdayət oğlu, Hüseynov Pərviz Arif oğlu, Cavadzadə Tural Bağır oğlu, Qasımlı Kənan Füzuli oğlu və Quliyev Elməddin Cəsarət oğlu da məhkum edilmişlər. Məhkəmənin hökmündən Məhkum, Rəhimov Rauf Rauf oğlu, Niftiyev Şahin Gülalı oğlu, Seyidov Təvəkkül Tofiq oğlu, Qafarov Tacəddin İslah oğlu, Əhmədov Xəzər İsa oğlu, Miriyev İbrahim Mirteymur oğlu, Ağayev Rəşad Mahir oğlu, Mahmudov Rauf Fəxrəddin oğlu, Əsgərov Tural Suddar oğlu, Alıyev Kənan İdayət oğlu, Hüseynov Pərviz Arif oğlu, Cavadzadə Tural Bağır oğlu, Qasımlı Kənan Füzuli oğlu və Quliyev Elməddin Cəsarət oğlu və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İ lqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Abbasov Mirzəli Əbdüləli oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 30 mart 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyul 2015-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2016-cı il tarixli qərarından məhkum Rəhimov Rauf Rauf oğlu özü, Mahmudov Rauf Fəxrəddin oğlu, Qafarov Tacəddəin İslah oğlu, Alıyev Kənan İdayət oğlu və Ağayev Rəşad Mahir oğlunun müdafiəçiləri tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının (hakimlər: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kə rimovdan ibarət tərkibdə) 6 fevral 2018-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayətlərinə baxılaraq, müvafiq qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2016-cı il tarixli qərarından digər məhkumlar, o cümlədən Məhkum tərəfindən kassasiya şikayətləri verilməmişdir. 26 iyun 2018-ci il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2016-cı il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Nəsirov İnqilab Maşallah oğlu (sədrlik edən və məruzəçi), Əliyev Fərhad Kazım oğlu və Kazımov Tahir Lələkişi oğlund an ibarət tərkibdə) 16 avqust 2018-ci il tarixli tarixli qərarı ilə Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair verilmiş vəsatət təmin edilməmişdir. 01 iyul 2022-ci il tarixdə Məhkum yenidən Bakı Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək 30 mart 2016-cı il tarixli qərardan kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 8 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2016-cı il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş vəsatət geri qaytarılmışdır. 16 mart 2023-cü il tarixdə Məhkum yenidən Bakı Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək 30 mart 2016-cı il tarixli qərardan kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 5 iyun 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2016-cı il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş vəsatət geri qaytarılmışdır. Kas sasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində səhhəti ilə bağlı psixoloji durumda olmasını, ağır stress keçirtməsini, sağlamlıq durumunun qənaətbəxş olmamasını qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2023-cü il tarixli qərarını ləğv edərək müddətin bərpa edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olm ayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi k assasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Cinayət işinin materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2016-cı il tarixli qərarından Məhkum ötürülmüş prosessu al müddətin bərpasına dair vəsatətlə 26 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2018-ci il tarixli tarixli qərarı ilə Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair verilmiş vəsatət təmin edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki. Məhkum tərəfindən artıq bir dəfə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətə baxıldığından və həmin vəsatət təmin edilmədiyindən, Məhkum hazırda verdiyi müddətin bərpasına dair vəsatətə baxılmasından imtina olunmaqla geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumtərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin geri qaytarılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar