Məhkəmə qərarları › İş №1(102)-2084/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2084/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2084/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cu maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 may tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X12 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 15 may 2024-cü il tarixli, 1(099)-222/2024 saylı hökmü ilə, 29 avqust 2006-cı ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Salyan rayonu Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla, Salyan rayonu Çadırlı kəndində yaşayan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, X8 Azərbaycan Respublikası Cinayət Pr osessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X3 və X6 ibarət tərkibdə) 2025-ci il 27 may tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi-Salyan rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzvü Qanuni nümayəndə2 apellyasiya şikayəti təmin edilmiş, Məhkum CM-in 150.3.3-cü maddəsi ilə bəraət almasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 may 2024-cü il tarixli, 1(099)-222/2024 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən ləğv edilmiş, Məhkum CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: İstintaq orqanının və apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə Məhkum şəxsən tanıdığı “Salyan Rayon Mərkəzi Xəstəxanası” X18 “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını və əqli inkişafdan geri qaldığını etibarlı şəkildə bilib dərk edərək, ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı və əqli qü surlu olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından təsiretmə üsulu kimi yararlanıb köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək 2020-ci ilin yay fəsli ərzində istintaqa dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda Salyan rayonu Çadırlı kəndi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, “Aerodrom” və “Neftyannik” deyilən ərazilərdə, sonuncu dəfə isə 2020-ci ilin oktyabr ayında, yəni on dörd yaşı tamam olduqdan və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatdıqdan sonra Salyan rayonu Çadırlı kəndində “Aerodrom” deyilən yerdə əkin sahəsinin kənarınd a yaşına, fiziki və əqli inkişafına görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini dərk etməyən, təqsirkara müqavimət göstərmək imkanında olmayan Zərərçəkmiş şəxs zəiflik vəziyyətindən istifadə etməklə yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün və Zərərçəkmiş şəxs əynindəki şalvar və alt paltarını aşağı çəkib üzü üstə yerə uzanmış sonuncunun üstünə uzanaraq ereksiya vəziyyətinə gəlmiş öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə aşkar surə tdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası əsassız olaraq Məhkum Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsini özünün ibtidai istintaq və apellyasiya baxışında verdiyi ifadələrlə, eləcə də Zərərçəkmiş şəxs ifadələri ilə təsdiq olunduğunu qeyd etmişdir. Hansı ki, bu məlumatları məhkəmə mötəbər sübut qismində qiymətləndirə bilməz. Mötəbərliyi şübhə altında olan ifadələrə məhkəmə tərəfindən istinad heç düzgün hal olaraq qiymət ləndirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin (hazırda məhkum edilmiş şəxsin) ifadələri təhrif edilmişdir. Məhkəmə tərəfindən təqsirləndiirlən şəxs tərəfindən verilmiş ifadələr digər sübutlarla paralel olaraq qiymətləndirilməlidir. Belə ki, kollegiya tərəfindən tibbi müayinələrə istinad verilməlidir. Belə ki, seksual xarakterli hərəkətlər insan fizioloji vəziyyətini əhatə etdiyi üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsi mütləq və zəruridir, ekspertin rəyi əsas götürülməli idi. Bundan başqa, Məhkum sözü gedən ifadədə Zərərçəkmiş şəxs ilə 2020-ci ilin payızında daha dəqiq isə müharibə başlamamışdan əvvəl (27 sentyabr 2020-ci il) cinsi əlaqədə olduğunu bildirsə də, istintaq orqanı tərəfindən bu xüsusat dindirmə protokolunda göstərilməmiş, tərtib olunmuş ifadədə həmin hallar göstərilməmiş, əvəzində isə oktyabr ayı qeyd edilmiş (videoçəkilişdə isə Məhkum tərəfindən, ümumiyyətlə, oktyabr söz olaraq işlədilməmişdir). Ona görə də, məhkəmə hesab edir ki. CPM-in 51.6-1 maddəsinə əsasən Mə hkum videoçəkilişdə verdiyi ifadəsi əsas götürülməli, istintaq tərəfindən tərtib olunmuş ifadəsində oktyabr ayı ilə bağlı göstərilən xüsusatlar sübut kimi qəbul edilməməlidir. Zərərçəkmiş şəxs Məhkum 2020-ci ilin yay aylarında onunla seksual xarakterli hərəkətlər etməsinə dair ifadəsi, təqsirləndirilən şəxs, eləcə də şahidlər Murad və Şahid2 qardaşlarının ifadələri ilə təsdiq olunduğundan zərərçəkmişin Sadıq Qurbanovla 2020-ci ilin yay aylarında cinsi əlaqədə olması sübut kimi qəbul edilməli, əksinə zərərçəkmiş şəxsin Məhkumla 2020-ci ilin oktyabr ayında cinsi əlaqədə olması xüsusatı qeyd olunan sübutlarla tam təkzib olunduğundan sübut kimi qəbul edilməməlidir. Müdafiəçi bildirmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkumun müdafiəçisi kassasiya şikayətinə əlavədə barəsində hökm çıxarılmış Məhkum təqsirləndirildiyi Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə heç bir əlaqəsinin olmadığını nəzərə almadan, əslində baş vermiş hadisənin (məhkum edilmiş hazırki şəxsin 18 yaşı olmadan törədildiyi qeyd edilmiş) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsi- Eyni əməllər on dörd yaşınа çatmayan şəxs barəsində törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və yа edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhru m etmə ilə cəzalandırılır, maddəsi ilə əlaqəlidir. Belə ki, şəxsə ittiham verilmiş cinayət üzrə zor tətbiq edilmə hallarının olduğu müvafiq cinayət əməli üzrə araşdırmanın aparılmaması məhkəmə tərəfindən nəzərə alınmadan, şəxsin 18 yaşı tamam olmadan hansısa məhdud formada (cinsi əlaqə və zorakılığın olmadığı) və zərərçəkmişin qeyd etdiyi ifadəyə istinadən onun özünün istəyi və xoş rəftarı üzrə aralarında baş verməsi hallarına düzgün hüquqi qiymətin verilməməsini nəzərə almadan Məhkum Zərərçəkmiş şəxs qarşı törətdiyi hərəkətləri CM-in 150.3.3-cü maddəsi üzrə aparılmış düzgün olmayan ittihama dair hökm elan etmişdir. Hansı ki, istənilən bir mərhələdə aparılan ittiham hətta 153.2-ci maddə üzrə öz təsdiqini tapmış olsa belə, 18 yaşı tamam olmayan şəxs tərəfindən törədilməsi əsası ilə "bəraəti n" verilməsinə dəlalət etməkdədir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən verilmiş ittihamın Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsindən CM-nin 153.2- ci maddəsinə tövsif edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli hökmündən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkum edilmiş Məhkum qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə tövsif edilməsi və həmin maddə üzərindən şəxsə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Nurlana Quliyeva (Rzayeva) kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin tə min olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Məhkum CM-in 150.3.3-cu maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 may tarixli hökmün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəm əsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyas ı məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qər arının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətində məhkum tərəfindən əməlinin tövsifi mübahisələndirilmiş və məhkuma bəraət verilməli olduğu iddia edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli olması, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündə müdafiə tərəfinin dəlillərinə ətraflı və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın real çəkilməli olub-olmamasını müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haq qında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül c əza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Hazırki cinayət işinin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkumun cəzasını yüngülləşdirən halın olmasına baxmayaraq, bu halı yüngülləşdirən hal kimi nəzərə almamış, məhkum cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasına baxmayaraq, bu halı qiymətləndirməmiş, bununla da CM-in 59-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə kollegiyası hesab edir ki, bu hal Məhkum cəzas ını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq e tməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası, hazırkı cinayət işinin halları baxımından belə bir nəticəyə gəlir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hər hansı bir maneə mövcud deyil. Belə ki, CM-in 70.2-ci maddəsinə əsasən də məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.2-ci maddəsinin tələbləri baxımından hazırkı cinayət əməlini tədqiq etdikdə müəyyən olunur ki, məhkumun cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, eyni zamanda, hazırkı cinayət əməli üzrə subyekt olması üçün zəruri olan 14 yaşının tamam olması günündən qısa bir müddət sonra törətməsi, məhz bu səbəbdən törətmiş old uğu cinayət əməlinin ictimai təhlükəliliyini və xarakterini tam həcmdə dərk etmək qabiliyyətində olmaması kimi hallar onun asan islah olunan şəxs olması qənaətinə gəlməyə əsas verməklə və məhkumun həbsdə uzun müddət saxlanmasının onun özünün tərbiyəsinə və gələcəyinə, ailəsinin həyat şəraitinə mənfi təsir etməklə, cəzanın məqsədinə xidmət etməməsi nəzərə alınmalıdlr. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ədalətli olmaqla, humanizm prinsipinin tələblərinə də uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azad lıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində məhkumun üzərinə vəzifələr qoyulmalı və o, dərhal cəza çəkdiyi müəssisədən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Quliyeva (Rzayeva) Nurlana Nazim qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki ) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək, sağlam həyat tərzi keçirmək vəzifələri qoyulsun. Hökm, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar