Məhkəmə qərarları › İş №1(102)-2085/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2085/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2085/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Cəfərov Vidadi Cəfər oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1 və 229.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev ilkin Qismət oğlundan ibarət tərkibdə) 19 mart 2021-ci il tarixli, 1(099)91/2021 saylı hökmü ilə xx xxxxxxx 1988-ci ildə Masallı rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təh silli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 152.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 229.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına CM-in 120.2.4, 120.2.7, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 152.1 və 229.1ci maddələri ilə təyin olunmuş cəzalar CM-in 66.3-cü maddəsinə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əhatə olunduğundan, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu il ə qəti olaraq ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını həbsxanada çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2020-ci ildən hesablanması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Zülfüqarov Rüstəm Məhəmməd oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmünə əsasən, Məhkum, 13 oktyabr 1999-cu ildə doğulmuş, Masallı rayonunun Təzəkənd kənd sakini X20 ilə 16 oktyabr 2014-cü ildə toy edib qeyri-rəsmi nikaha girərək həmin toyun gecəsi, yəni 17 oktyabr 2014-cü ildə yaşadığı Təzəkənd kəndindəki fərdi yaşayış evində aşkar surətdə 16 yaşına çatmadığını bildiyi Alimə Nəbiyevanın razılığı əsasında onunla təbii yolla cinsi əlaqədə olmuş, həmçinin bu Hərəkətlərini 13 oktyabr 2015-ci il tarixə kimi mütəmadi olaraq davam etdirib, aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bundan başqa, o, məlum olmayan vaxtda və məlum olmayan mənbədən əldə etdiyi yivsiz odlu ov tüfəngində istifadə edil mək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patron gilizlərinin daxili atəş komponentlərini qanunsuz olaraq kustar üsulla doldurub döyüş sursatı hesab edilən 69 ədəd patronu atəşə hazır vəziyyətə gətirməklə qanunsuz olaraq döyüş sursatı hazırlamışdır. Bundan əlavə, o, 26 fevral 2020-ci ildə saat 14 radələrində yaşadığı Masallı rayonunun Təzəkənd kəndində evində olarkən, qeyri-rəsmi nikahla ailə quraraq ayrıldığı X10, sonuncunun qardaşı X7 və anası Zərərçəkmiş şəxs onun yaşadığı evinə gələrək, Alimə Nəbiyevanın cehiz əşyalarını aparmaq istədiklərini görüb, ailəsinin dağılmasında və aralarında kəskin ziddiyyətli münasibətlər yaranmasında onları günahlandıraraq, bu zəmində onlardan qisas almaq niyyəti ilə hər üçünü qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evdə saxladığı qoşalüləli, 16 kalibrli, “İJ-58” modelli, “B-41147 nömrəli və “İJ-58” modelli nömrəsi silinmiş ov tüfənglərini götürüb hər iki lüləsinə qırma ilə dolu patron qoyaraq tüfəngləri atəş açmaq üçün hazır vəziyyətə gətirib, əvvəlcə həyətdə, evin qarşısında peyk antenasını sökən Miralim Nəbiyevə yaxınlaşıb ona ən azı iki dəfə atəş açaraq, sonuncuya kəskin qanitirmə ilə müşaiyət olunan sağ yuxu arteriyasının və venasının zədələnməsi, boynun, döş qəfəsinin, sol əl və sağ bud nahiyəsinin odlu silah qırma yaralanması, sol əlin İV və V əl darağı sümüyünün sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən öldürmüş, daha sonra atəş səslərini eşidərək, evin giriş hissəsinə tərəf gələn Alimə Nəbiyevaya və Zərərçəkmiş şəxs əlindəki ov tüfəngindən iki dəfə atəş açaraq, hər ikisini ayaq nahiyələrindən yaralamış, Zərərçəkmiş şəxs yaralı vəziyyətdə övladlarını öldürməməsi üçün ona yalvarmasına və aman diləməsinə baxmayaraq, həmin şəxslərə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirərək yaralı halda ondan qaçıb evdən həyətə çıxmaq istəyən Alimə Nəbiyevanın arxasınca gedərək, ona anasının gözləri qarşısında yaxın məsəfədən üzünün sağ tərəfinə tüfəngdən daha bir dəfə atəş açmış, nəticədə sonuncuya üzün sağ yarısının kəllə boşluğuna keçən odlu silah qırma yaralanması, baş beyin toxumasının əzilib dağılması, kəllə əsası və kəllə qapağı sümüklərinin qəlpəli sınığı, sol baldır nahiyəsinin dəlib keçən odlu silah qırma yaralanması, sağ baldır və sağ çiyin nahiyəsinin oldu silah qırma yaralanması kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra üçüncü şəxsi, yəni qaynanası Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə ona öldürdüyü övladlarını göstərib, övladların ölümü ilə bağlı iztirabverici sözlər dedikdən sonra əlindəki ov tüfəngindən Zərərçəkmiş şəxs növbəti dəfə iki atəş açaraq ona sol said nahiyəsinin və sol ayağın dəlib keçən odlu silah yaralanması, sol dirsək sümüyünün açıq qəlpəli sınığı, başın ənsə nahiyəsinin boyunun arxa hissəsinin sol süd vəzinin odlu silah yaralanması kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət kimi poxsaylı bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qohumlarının köməyi ilə hadisədən dərhal sonra Masallı rayon mərkəzi xəstəxanasına çatdırılaraq, ona ixtisaslı tibbi yardım göstəri lməklə həyatı xilas edildiyindən yenidən öz iradəsindən asılı olmayan səbəblərdən məqsədinə nail ola bilməyərək, iki və daha artıq şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışları zamanı cinayət əməlinin hansı motivlə törədilməsi araşdırılmamışdır, yalnız ittiham orqanının fərziyyələrinə əsasən ittiham edilib məhkum edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 152.1-ci maddələri ilə bəraət verilməsini və ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əv əz edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, hadisə yerinə nə özünün, nə də ki zərərçəkmiş şəxsin aparıldığını, zərərçəkmiş şəxsin ifadəsi əsasında özü-özünü güllələdiyi qənaətinə gəlindiyini, ehtimallar və fərziyyələr əsasında ittiham olduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi S.İ.Cəfərov çıxış edərək, bildirib, Məhkum tərəfindən verilmiş kassasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıx ış edərək Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1, 229.1-ci maddələri ilə təqsirliliyinin cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticənin ədalətli olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, iki övladının ikisinidə həyatdan məhrum etdiyini, hər birinin iki övladının olduğunu, özünündə üç dənə güllə yarası aldığını bildirib, kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixl i qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında l əğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi, əməllərinin düzgün olmayaraq tövsif olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, eyni zamanı məhkumun cəzasını ağırlaşdıran halların düzgün nəzərə alınmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə), 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sən əddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla bir şəxsi öldürməyə cəhd, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və qanunsuz olaraq silah hazırlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun və zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmi ş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinə CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 152.1-ci maddələri ilə bəraət verilməli olduğu iddia edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr ittihamı təsdiq edərkən, Məhkum özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 və X6, şahid qismində dindirilmiş isgəndərli islam Böyükağa oğlu, X5, X12 və X3 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 26 fevral 2020-ci il tarixli protokollar, meyitin xarici baxışının aparılması haqqında 26 fevral 2020-ci il tarixli protokollar, paltarlara baxış keçirilməsi haqqında 26 və 27 fevral 2021-ci il tarixli protokollar, hadisə yerindən götürülmüş tüfənglərə və hissələrinə baxış keçirilməsi haqqında 27 fevral 2020-ci il tarixli protokollar, məhkəmə-tibb ekspertizasının 22 mart 2020-ci il tarixli 07 saylı r əyi, məhkəmə-tibb ekspertizasının 22 mart 2020-ci il tarixli 08 saylı rəyi, məhkəmə-tibb ekspertizasının 23 iyun 2020-ci il tarixli 364 saylı rəyi, məhkəmə-tibb ekspertizasının 03 iyul 2020-ci il tarixli 405 saylı rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının 05 iyul 2020-ci il tarixli 272/2020MTBŞ saylı rəyi, məhkəmə ballistik trassoloji ekspertizasının 03 iyul 2020-ci il tarixli, 3/233, 3/324 saylı ekspert rəyi, Masallı rayon Polis Şöbəsinin 29 aprel 2020-ci il tarixli, 156-12963-1220 saylı məktubu, “nişan və toy disklərinə baxış keçirilməsi haqqında 24 iyul 2020-ci il tarixli protokol, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 11 mart 2020-ci il tarixli, 210 saylı məktubu, Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 12 mart 2020-ci il tarixli, 122 saylı məktubu, Masallı rayon Mərkəzi Xəstəxan asının 14 aprel 2020-ci il tarixli, 432 saylı məktubu, maddi sübutlar, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə əsaslanaraq, onun Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7, 152.1 və 229.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşa n, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən şərh etməyə zə rurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı məhkumun əməlinin tövsifi ilə bağlı hissədə həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayət in xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,1 20.2.7, 152.1 və 229.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar