Məhkəmə qərarları › İş №1(102)-2085/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2085/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2085/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) 27 fevral 2023-cü il tarixli hökmü ilə 23 avqust 1980-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzər də tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxi l edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 iyul 2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə) 1 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(124)-35/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib- yetişdi rməklə sonradan hazırladığı narkotik vasitəni satmaq qərarına gələrək istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 39 (otuz doqquz) ədəd əkib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi toxumlarını 2021-ci ilin mart ayında yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkərək, müntəzəm olaraq suvarmaqla, gübrə verməklə, dibini yumşaltmaqla, aqrotexniki qaydada qulluq edib qanunsuz olaraq tərkibində narkotik maddə olan 28200 qram (28kq 220qram) çəkidə 39 (otuz doqquz) ədəd çətənə kolu bitkilərini külli miqdarda yetişdirib kultivasiya etdikdən sonra əkilən toxumlardan becərdiyi çətənə kolu bitkilərinin yarpaqlarını toplayıb qurudaraq bu yolla satış məqsədi ilə qanunsuz olaraq cəmi 205,88 qram çəkidə kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb, evin otaqlarından birində karton qutusunun içərisində müvafiq olaraq 135 qram açıq formada, 0,698 qram, 0,539 qram, 0,653 qram, 0,505 qram, 0,466 qram, 0,499 qram, 0,537 qram, 0,502 qram təşkil edən 8 (səkkiz) ədəd kağız bükümdə, 5,481 qram kibrit qutusunda və 40 qram, 21 qram 2 ədəd sellofan torbada saxlamış, 24 iyul 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ona məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən qeyd edilən həmin kultivasiya olunmuş 28200 qram (28kq 220qram) çəkidə 39 (otuz doqquz) ədəd yaş vəziyyətdə çətənə bitkiləri və ümumi təmiz çəkisi 205,88 qram olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, istintaq dövründə və məhkəmələrdə özünü müdafiə xarakteri daşımayan eyni məzmunlu ifadə vermiş, öz əməlini daha dəqiq şəkildə təsvir etmişdir. Məhkəmələr ziddiyyətli mülahizələri irəli sürərək onu əsassız olaraq CM-in 234.2-ci maddəsi ilə məhkum etmişlər. Məhkəmələr sübutların araşdırılmasına dair qanunvericiliyin tələblərini pozmuş və nəticədə sübutlara düzgün hüquqi qiymət verməmişlər. Hesab edir ki, ona satış məqsədi, yəni CM-in 234.2-ci maddəsi ilə ittiham heç bir sübut və əsas olmadan irəli sürülmüşdür. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarını l əğv edərək Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinin ona verilmiş ittihamdan xaric edilməsi və həmin maddə ilə təyin edilmiş cəzanın cəza müddətindən çıxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müra ciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəv i məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzər ində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi ol maqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyril ərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cina yət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində məhkum edilmişşəxsin əməlinin hüquqi tövsifi mübahisələndirilmiş və onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan 15 aprel 2021-ci il tarixli "Əməliyyat-axtarış təbdirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Məhkum Abşeron rayonu, Hökməli qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıması, satması və qanunsuz olaraq yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi barədə daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin içərisindəki otaqlardan birində bir ədəd kardon qutuda, qutunun içərisində səkkiz ədəd ağ rəngli bükülü kağızda və bir ədəd kibrit qutusunda, bundan başqa boz-palıdı rəngli kağız parçanın üzərində saxladığı yaşıl rəngli, qurudulmuş ot formalı spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələr və iki ədəd şəffaf sellofanda tam qurumamış çətənə kolunun budaqlarına bənzər bitkilər, yaşadığı evin həyətyanı sahəsindən 16 ədəd və 23 ədəd kökləri üstündə olan çətənə koluna oxşar bitkilər aşkar olunaraq götürülmüşdür. Cinay ət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 noyabr 2021ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə olan "VİD_20210724_161308” adlı video formatlı faylda əks edilmiş görüntülər 24 avqust 2021-ci il tarixdə saat 19:05-də qeydə alınır. Videonun qeydə alındığı yer Məhkum yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış sahəsidir. Baxış zamanı Məhkum evində narkotik vasitələrin əkilib-becərilməsində və eyni zamanda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğu bildirilib evinə, üzərinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulur. Məhkum axtarışa heç bir etirazının olmadığını bildirdikdə sonuncuya hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Bundan sonra Məhkum üzərində hər hansı qanunla qadağan olunmuş əşya, narkotik vasitə və psixotrop maddə olmadığını bildirdi. Daha sonra Məhkum üzərinə şəxsi baxış keçirildi və onun üzərindən qanunla qadağan edilmiş predmet aşkar edilmədi. Videogörüntünün davamında isə baxışın davam etdirilməsi üçün polis əməkdaşları və Məhkum evə daxil olur. DVD diskdə olan “VİD_20210724_163154” adlı video formatlı faylda əks edilmiş görüntülərin qeydə alındığı yer Məhkum yaşadığı evin otaqlarından biridir. Sonuncunun yaşadığı evə baxış keçirilən zaman evin içərisindək i otaqlardan birində bir ədəd kardon qutuda, qutunun içərisində səkkiz ədəd ağ rəngli bükülü kağızda və bir ədəd kibrit qutusunda, bundan başqa boz-palıdı rəngli kağız parçanın üzərində saxladığı yaşıl rəngli, qurudulmuş ot formalı spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlələr və iki ədəd şəffaf sellofanda tam qurumamış çətənə kolunun budaqlarına bənzər bitkilər aşkar olundu. Bundan sonra həmin kütlələr görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılır və möhürlənir. Videogörüntünün davamında keçirilən axtarış zamanı evin digər hissələrindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilmir. Daha sonra Məhkum narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsi tələb edilir. Məhkum buna etiraz etməyib yaşadığı evin həyətyanı sahəsində olan 0,05 ha sa hədə əkdiyi 16 ədəd kökləri üstündə olan çətənə koluna oxşar bitkiləri göstərir. Bundan sonra Məhkum həmin ərazidən bir qədər aralıda 0,05 ha sahədə əkdiyi 23 ədəd kökləri üstündə olan çətənə koluna oxşar bitkiləri əkdiyi yeri də göstərir və beləcə sonuncunun evindən 39 ədəd çətənə koluna oxşar bitkilər aşkar edilir. Həmin bitkilər kökləri ilə birlikdə torpaqdan çıxarıldıqdan sonra görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılır və möhürlənir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 25 iyul 2021-ci il tarixli, 7/708 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqdim etdi:Məhkum...» yazısı və imazalar olan göy rəngli polietilen bağlamadakı bir ədəd karton qutunun içərisində təmiz çəkisi 135 qram, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,481 qram, 08 (səkkiz) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,698 qram, 0,539 qram, 0,653 qram, 0,505 qram, 0,466 qram, 0,499 qram, 0,537 qram, 0,502 qram, 02 (iki) ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 40,0 qram və 21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 205,88 qramdır. Tədqiqata təqdim edilmiş üzərində «Təqdim etdi: İmamcanov...» yazısı və imzalar olan 05 (beş) ədəd sintetik torbalarda sayı 39 (otuz doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 28220 (28kq220qram) qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim ol unmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2021-ci il tarixli 2676 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Məhkum kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan aqronomun 24 iyul 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Məhkum yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədəki iki ədəd bostan tipli ərazinin birində 16 ədəd, digərində isə 23 ədəd kökləri üstündə olan çətənə kolunaoxşar bitkilər aşkar olunmuş, ümumi sayı 39 olan həmin bitkilər dən 12-nin uzunluğu 30-35 sm, 11-nin uzunluğu 40-50 sm, 6-nın uzunluğu 70-80 sm, 8-nin uzunluğu 1,2-1,3 metr, 2 ədədinin uzunluğu isə 1,6 metrdir, bitkilərin diblərində çalalar açılması, suvarılması, alaq otlarından təmizlənməsi və sair kimi əlamətlərinə əsasən, həmçinin boyuna və ölçülərinə uyğun olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaq la Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasit ələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bənddə göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxla ma kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Qeyd edilən maddələrdə göstərilən cin ayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respu blikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hər əkətlərə yol verərsə, yəni həmin Məcəllənin 237-ci maddəsi ilə onun əməllərini tamamilə əhatə etmək mümkün olmadıqda, həmin hərəkətləri cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həm də Məcəllənin digər müvafiq maddələri ilə tövsif edilməlidir. Başqa sözlə, toplanılan narkotik tərkibli bitkilərdən (onların hissələrindən) satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, satılması üzrə hərəkətlər təqsirkarın əməllərinin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Hazırki cinayət işi üzrə müəyyən edilmiş hallara və toplanmı ş sübutlara əsasən məhkum edilmiş şəxsin evindən aşkar edilmiş qurudulmuş marixuananın müvafiq olaraq 135 qramının açıq formada, 0,698 qram, 0,539 qram, 0,653 qram, 0,505 qram, 0,466 qram, 0,499 qram, 0,537 qram, 0,502 qramının 8 ədəd kağız bükümdə, 5,481 qram kibrit qutusunda və 40 qram, 21 qram 2 ədəd sellofan torbada olması, yəni ayrı-ayrı bükümlərdə olması və qeyd olunan miqdarda narkotik vasitələrin bir nəfər tərəfindən istifadə edilməsinin real olmaması, habelə qurudumuş marixuanadan başqa həyətyanı sahədə aşkar edilmiş 39 ədəd əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi toxumlarını əkməsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə marixuananı hazırlayıb saxlaması Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə marixuananı hazırlayıb saxlamasını təsdiq edir. Videogörüntülərdən də kol bitkilərinin uzun müddət ərzində yetişdirildiyi məlum olur.Yəni Məhkum tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi prosesi çərçivəsində onları (onların hissələrini) toplamaqla yanaşı Cinayət Məcəlləsinin 237.2.3-ci maddəsinin dispozisiyasından kənara çıxan cinayət xarakterli hərəkətlərə yol vermişdir. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarından irəli gələn hüquqi mövqeyə əsasən təqsirkarın əməllərinin CM-in 237-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsi ilə tövsif edilməsini tələb edir. Ona görə də məhkəmə kollegiyası, məhkum edilmiş şəxsin özünü qismən təqsirli bilməsini, yəni narkotik vasitə ilə bağlı satış məqsədinin olmamasını onun cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadə kimi iş materiallarında olan mötəbər sübutlarla təkzib olunduğundan inandırıcı hesab etməyən və qanunun tələblərinə riayət etməklə Məhkum əməlini düzgün olaraq qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə onların hissələrini toplamaqla kultivasiya edərək bu yolla satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə marixuananı hazırlayıb saxlaması kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cina yət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş s übutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci ma ddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət- prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiy i nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında g östərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarını n hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməllərin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinin ona verilmiş ittihamdan xaric edilməsi barədə dəlilləri əsassızdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məh kəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyu n 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar