Məhkəmə qərarları › İş №1(102)-2086/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2086/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2086/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi - Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş hüquqi şəxs “Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi şəxsi n nümayəndəsi Nümayəndə2 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-cü il tarixli, 1(103)-1169/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fərid Namazov) 08 aprel 2025-ci il tarixli, 1(101)272/2025 nömrəli hökmü ilə xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonunun Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4, 29,178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri il ə təqsirli bilinərək, CM-in 178.4 və 29,178.4-ci maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən onun CM-in 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin maddələr ilə cəza təyin edilməmiş, CM-in 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan m əhrum edilməklə 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza əlavə və əsas cəzaları qismən toplamaqla qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16 avqust 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: İttiham aktına və hökmə əsasən Məhkum vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən saxta rəsmi sənədi istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənəddən vahid niyyətlə istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəx si rəsmi sənədlərə tamah niyyəti ilə ələ alma, sövdələşmə yolu ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı cinayəti törətməyə təhrik etmişdir. İş üzrə Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Zamin İbrahimov, Murad Məmmədov) 27 may 2025-ci il tarixli, 1(103)-1169/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, 1(101)-272/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli, 1(103)-1169/2025 nömrəli qərarının ləğv edilməsini və onun təqsirinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun təqsiri ümumiyyətlə sübuta yetirilməmişdir. Çünki onun ümumiyyətlə pensiya təyin etmək səlahiyyəti belə olmamış, pensiyanı təyin edən də, ödəyən də, tamamilə başqa şəxslər olmuşlar. Həmçinin göründüyü kimi ondan başqa heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu isə onun təqsirsizlik prezumpsiyası hüquqlarını pozmuşdur. Kassator qeyd edir ki, Məhkum hüquq və azadlıqları pozulmuş, qanunvericilikdə tənzimlənməməsi əsas göstərilməklə onun məhkəmə müdafiəsi hüququndan istifadə etməsinə şərait yaradılmamış, məhkəmələr tərəfindən müdafiə tərəfinin şikayətinə ümumiyyətlə mahiyyəti üzrə baxılmamış və şikayətə baxılmamasının səbəbi kimi, cinayət prosessual məcəllədə şikayətdə göstərilən məsələlərin tənzimlənməməsi qeyd edilmişdir. Kassator şikayətində qeyd edir ki, Məhkum təqsirini təsdiq edən heç bir sübut olmadığı təqdirdə o, xüsusilə ağır cinayətin törədilməsində ittiham olunmuşdur. Cinayət işinin başlanması haqqında qərardan da görünür ki, həmin cinayət işi Azərbaycan Respublikasının CM-in 308.1, 313 və 320.1-ci maddələri ilə başlanmış, lakin cinayət işinin başlandığı CM- in 313 və 320.1-ci maddələri üzrə cinayət işi başlandığı anda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Buna baxmayaraq istintaq orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçən maddələr üzrə cinayət işi başlanmış və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Bundan başqa cinayət işinin materiallarında da olan rəsmi sənədlərdən görünür ki, Məhkum xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi, xx.xx.2008-ci il tarixdə 05.2010-cu il tarixədək həmin rayon şöbəsinin pensiya təyinatı sektorunda aparıcı məsləhətçi, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək şöbənin gəlirlər torunda aparıcı məsləhətçi, xx.xx.2013-cü il tarix dən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifələrində işləmişdir. Hazırda Məhkum elan edilən ittihamın məzmunundan isə açıq aydın görünür ki, o müxtəlif vətəndaşlara təyin edilmiş qanunsuz pensiyalara və həmin pensiyaçılara artıq ödənilmiş vəsaitlərə görə ittiham olunmuşdur. Lakin yuxarıda qeyd edilən və Məhkum işlədiyi vəzifələrin heç birində onun pensiya təyin etmək səlahiyyəti olmamışdır. Pensiyanın təyin edilməsi tam fərqli vəzifəli şəxslərin səlahiyyətlərinə aiddir. Həmçinin Məhkum ona elan edilmiş ittihamlarda adları çəkilən şəxsləri ümumiyyətlə tanımır və həmin şəxslərə istəsə belə öz istəyi ilə pensiya təyin etmək səlahiyyətləri olmamışdır. Lakin hal-hazır da Məhkum Azərbaycan Respublikasının CM-in 178.4-cü maddəsi ilə elan edilən ittihamın məzmunundan isə açıq aydın görünür ki, müxtəlif əmək pensiyaçılarına təyin edilmiş pensiyalara və həmin pensiyaçılara artıq ödənilmiş vəsaitlərə görə ittiham olunmuşdur. Nəzərə alınmalıdır ki, Məhkum 2019-cu ilin avqust ayından həbsdədir və o, istintaq təcridxanasında saxlanılır. Belə olan halda onun hər hansı cinayət etməsi mümkün deyil. Yəni 2019-cu ilədək əmək pensiyaçılarına ödənilmiş artıq pensiyalara görə Məhkum ittiham elan edilmişdir. Bu halda təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur və əsassız olaraq ona ittiham elan edilmişdir. Əlavə olaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi 20 oktyabr 2017-ci il tarixli, 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cinayət məcəlləsinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş bu dəyişiklik 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş, bu səbəbdən də, 01 dekabr 2017-ci il tarixdən əvvəl törədilməsi ehtimal olunan cinayətlərə görə 2024-cü ildə ittiham elan edilməsi Məhkum təqsirsizlik prezumpsiyası və müdafiə hüquqlarını kobud şəkildə pozur və o, törətmədiyi əməllərə görə ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə də Məhkum ümumiyyətlə təqsiri müəyyən olunmamış və ona qarşı irəli sürülmüş ittihamlardan heç biri öz təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən aşkar edilmiş sənədlərə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli protokolda aş kar ediləndən daha çox sənəd göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən baxış və götürmə istintaq hərəkətində aşkar edilən və götürülən bütün sənədlər protokolda qeyd edilməlidir. Qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş sənədlər olduğundan həmin sənədlər və müstəntiqin 12 yanvar 2024-cü il tarixli baxış protokolu sübutların siyahısından çıxarılmalı, elan edilmiş ittihamın əsası kimi qəbul edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi artıq ödənilmiş pensiya məbləğlərinə görə vətəndaşlardan tutulmalar aparır. Buna səbəb ifadə verən şəxslərin onlara təyin edilmiş pensiyaları özlərinin almalarını bildirmələri olmuşdur. Göründüyü kimi Məhkum barəsində irəli sürülmüş ittihamlar yalnız şübhələrdən, ehtimallardan ibarətd ir və digər heç bir sübutla aradan qaldırılmır, təqsirsizlik prezumpsiyasının tələbləri pozularaq bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin ziyanına şərh edilmişdir. Lakin yuxarıda qeyd olunanlardan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən cinayət-prosessual məcəllənin qeyd olunan tələbləri kobud şəkildə pozularaq bütün şübhələr digər sübutlar əsasında aradan qaldırılmadığı halda təqsirləndirilən şəxs Məhkum ziyanına təfsir edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalı, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-cü il tarixli, 1(103)-1169/2025 nömrəli qə rarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cina yət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, lakin buna baxmayaraq onun barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 178.4, 29,178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına da ir nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham orqanı tə rəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 178.4, 29,178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanm ış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlləri CM-in 178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İşin faktiki hall arı və məhkumun təqsirliliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci m addəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.4, 313, 32.4,313, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab etsə də, onun təqsirli bili ndiyi əməlinin eyni zamanda CM-in 29,178.4-cü maddəsi ilə də tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum dələduzluq yolu ilə pul vəsaitinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə yanaşı CM-in 29,178.4-cü maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxslərə məxsus 6.486.660,72 manat məbləğində pulu ələ keçirmiş, əlavə olaraq zərərçəkmişlərə məxsus 45.467,79 manat məbləğində pulu da aldatma yolu ilə ələ keçirməyə cəhd göstərmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə bunu başa çatdıra bilməmişdir. Hər i ki məbləğ məhkumun vahid qəsdlə əhatə olunmuşdur. Göründüyü kimi, Məhkum vahid cinayət qəsdi ilə əhatə olunmuş 6.532.128,51 manat məbləğində puldan xüsusilə külli miqdarı təşkil edən 6.486.660,72 manat məbləğində vəsait dələduzluq yolu ilə faktiki olaraq ələ keçirilmişdir. Bu baxımdan, məhkumun həmin əməli Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulmuş bitmiş cinayətin tərkibini yaradır. Belə olan halda, Məhkum 6.486.660,72 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi, habelə 45.467,79 manat məbləğində pulu dələduzluq yolu ilə əldə etməyə yönəlmiş, lakin onun iradəsindən asılı olmayan səbəblərdən başa çatmamış əməlləri CM-in 178.4-cü maddəsi ilə tam əhatə olunur. Məhkum əməlinin 6.486.660,72 manat məbləğinə aid olan hissəsində bitmiş dələduzluq kimi CM-in 178.4-cü maddəsi ilə, 45.467,79 manat məbləğində pulu dələduzluq yolu ilə əldə etməyə cəhd edilməsi ilə əlaqədar onun əməlinin 6.532.128,51 manat məbləğində dələduzluğa cəhd kimi müstəqil olaraq CM-in 29,178.4-cü maddəsi ilə tövsif edilməsi qanun tələblərinə uyğun gəlmir. Belə ki, məhkumun 6.486.660,72 manat məbləğində pulu dələduzluq yolu ilə əldə etməsi bitmiş cinayət kimi müstəqil olaraq CM-in 178.4-cü maddəsi ilə tövsif edildiyi halda, onun 45.467,79 manat məbləğində pulu əldə etməyə yönəlmiş əməllərinin 6.532.128,51 manat məbləğində vəsaitin ələ keçirilməsinə cəhd kimi əlavə olaraq CM-in 29,178.4-cü maddəsi ilə tövsif edilməsi eyni əməlin - 6.486.660,72 manat məbləğində pulu dələduzluq yolu ilə əldə etmənin - ikiqat hüquqi qiymətləndirilməsinə gətirib çıxarır. Göstərilən hallar Məhkum ci nayət qəsdi ilə əhatə olunmuş hər bir hərəkətinin (istər pul vəsaitinin bir hissəsinin faktiki olaraq ələ keçirilməsi ilə nəticələnmiş, istərsə də başa çatdırılmamış hissəsinin) ayrı-ayrılıqda cinayətlərin çoxluğu kimi qiymətləndirilməsinə, yəni vahid cinayətin süni şəkildə iki müstəqil cinayətə bölünməsinə hüquqi əsas yaratmır. Bu qəbildən olan hallarda, yəni faktiki olaraq talan edilmiş əmlakın dəyəri Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş miqdarı təşkil etdikdə və ələ keçirməyə cəhd edilən əmlakın dəyəri ilə birlikdə həmin miqdarı aşmadıqda, əməl bitmiş və başa çatdırılmamış cinayətlərin məcmusu kimi deyil, vahid bitmiş cinayət kimi qiymətləndirilməlidir. Faktiki olaraq ələ keçirilmiş və ələ keçirməyə cəhd edilmiş əmlakın dəyəri cəm halda Cinayət Məcəlləsinin daha ağır cinayət məsuliyyəti nəzərdə tutan maddəsinin tərkib əlamətlərini yaratdığı hallarda isə əməl daha ağır cinayətə cəhd kimi qiymətləndirilməli və yalnız Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad edilməklə həmin Məcəllənin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Hər bir halda eyni cinayət qəsdi ilə əhatə olunan əməl həm bitmiş cinayət, həm də həmin cinayətə cəhd kimi paralel şəkildə tövsif edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum edilməmişdirsə və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, h abelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Göründüyü kimi, cinayətlərin məcmusu yalnız Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox müstəqil cinayətin törədilməsi hallarında mümkündür. Eyni maddə ilə nəzərdə tutulmuş və vahid cinayət qəsdi ilə törədilmiş əməlin cinayətlərin məcmusu kimi həm bitmiş cinayət, həm də həmin cinayətə cəhd kimi paralel qaydada qiymətləndirilməsi və tövsif edilməsi Cinayət Məcəlləsinin 17.1-ci maddəsində təsbit edilmiş tələblərə uyğun gəlmir və cinayət qanununun düzgün tətbiq edilməməsi ilə nəticələnir. Odur ki, məhkəmələr tərəfindən Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yanaşı, əlavə olaraq Cinayət Mə cəlləsinin 29,178.4-cü maddəsi ilə tövsif etmələri cinayət-prosessual qanunun tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Bu pozuntu Cinayət-Prosessual Məcəlləsinin 416.0.15-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edir və nəticə etibarilə CM-in 29,178.4-cü maddələrinə istinad məhkəmə qərarlarından xaric edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərarın Məhkum CM-in 29,178.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsi hissəsində ləğv edilməli, Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 29,178.4-cü maddəsi xaric edilməlidir. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilməməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-cü il tarixli, 1(103)-1169/2025 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 1(101)-272/2025 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 29,178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilsin. Məhkum ittihamından və hökmdən Məhkum Azərbaycan Respublikası CM-in 29,178.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar