Məhkəmə qərarları › İş №1(102)-2087/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2087/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2087/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum1 müdafiəçisi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bəraət a lmasına, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bəraət almasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı X15 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs Məhkum2 8 aprel 1994-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, korpus 168, ev 30-da qeydiyyatda olmaqla yaşayır.

2. Məhkum1 xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,177.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Məhkum2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilməsinə baxmayaraq həmin cəzanı çəkdiyi dövrdə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən oğurluq, yəni özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum1 11 fevral 2019-cu il tarixdə Məhkum2la birlikdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Petrolux” yanacaq doldurma məntəqəsində xüsusi köşkdə quraşdırılmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinə məxsus A0100069 saylı bankomatı qaynaq aparatı vasitəsi ilə kəsərək başqa saxlanc yerinə qanunsuz daxil olmaqla həmin vaxt orada olmuş 90947 (doxsan min doqquz yüz qırx yeddi) manat məbləğində nağd pulu gizli yolla talayarkən yanacaq doldurma məntəqəsinin işçiləri və oraya gələn sürücü və digər şəxslər tərəfindən yaxalanacaqları üçün öz iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyib bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməməklə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamağa cəhd etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 1(101)-115/2021 nömrəli hökmü ilə (hakimlə r X4 (sədrlik edən), X16 və X2 ibarət tərkibdə) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci madəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 69.3-cü maddəsinə əsasən Məhkum1 məhkəməyədək həbsdə saxlandığı 5 (beş) ay 13 (on üç) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 6 (altı) il 6 (altı) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 18 sentyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum1 Azərbaycan Respublikası CM-ni n 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməməsi, Məhkum1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 məhkəməyədək həbsdə saxlandığı 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətin günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində 4 (dörd) il 2 (iki) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-c i və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş qazancından 20 faiz tutulmaqla 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası dörd günə bir gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası kimi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Məhkum2 üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Raul Ma lışov tərəfindən apellyasiya protesti verilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(105)-78/2022 nömrəli qərarı ilə (hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X7 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-115/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxs Məhkum2 münasibətdə dəyişdirilməsi, Məhkum2 barəsində tətbiq o lunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə aid müddəaların hökmdən xaric edilməsi, Məhkum2 üzərində qəti olaraq 4 (dörd) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum2 barəsində polisinin nəzarətinə verilmə barədə qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbs olunması, cəzasının əvvəlinin 31 mart 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, qərarın icrasının Azərbaycan Respublikas Ədliyyə Nazirliyinin Penitsiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli, 1(105)-78/2022 nömrəli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(102)-1407/2022 nömrəli qərarı ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X12 və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə) Məhkum2 müdafiəçisi Müdafiəçi2 verdiyi kassasiya şikayətinin qismən təmin edilməsi, Məhkum2 və Məhkum1 haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun cəzaçəkmə müəs sisəsindən azad edilməsi qərara alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmü ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-115/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli hökmünün qismən ləğv edilməsi, Məhkum2 əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 29,177.3.2-ci maddəsi ilə bəraət verilməsi, Məhkum2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Məhkum2 Azərbaycan Respublikası CM-in 29,177.3.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qay dasının izah edilməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1.3 və 70-ci maddələrinə dair müddəaların xaric edilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,177.3.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla 3 (üç) il, 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 məhkəməyədək həbsdə saxland ığı 5 (beş) ay 13 (on üç) gün müddət günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 17 (on yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum1 18 sentyabr 2019-cu il tarixdən bu günə kimi həbsdə olması müddəti təyin olunmuş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab olunması, Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən dərhal azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi hökm edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı X15 tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında sadalanan sübutlara, xüsusilə də Məhkum2 və Məhkum1 ifadələrinə, videonəzarət kameralarının görüntülərinə istinadlar edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 əməllərinə verdiyi hüquqi qiymətlə razılaşmayaraq, belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxslər bankomatın dəmirini kəsə bilmədikləri üçün, işlərini davam etdirdikləri təqdirdə isə hadisə yerinə gələ biləcək məntəqə işçilərinin, kənar şəxslərin, habelə sürücü lərin onları yaxalayacaqlarından qorxduqları üçün cinayəti başa çatdıra bilməmişlər. Bunlar isə öz iradələrindən asılı olmayan səbəblər kimi cinayətin başa çatdırılmasına mane olan hallar olmuşdur. Odur ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

12. Kassasiya protestinin müəllifi protestinin dəlilləri qismində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.1, 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

13. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə4 kassasiya şikayətinin dəlilləri qismində Məhkum2 və Məhkum1 ifadələrinə istinadlar edərək, həmin ifadələrin apellyasiya məhkəməsi baxışı zamanı qanunsuz olmasının heç bir sübutla təsdiq olunmadığını qeyd edib, həmçinin göstərmişdir ki, İlkin Gülməmınədov ifadələrində bildiririk ki, “ailə üzvləri gözünün qarşısına gəlmiş və övladlarının atasız böyüməyini istəmədiyi üçün cinayəti başa çatdırmaq niyyətindən imtina etmişdir”. Lakin unutmaq olmaz ki, İlkinə eyni zamanda bir neçə maddə ilə ittiham verilmiş və o, həmin cinayətlərdə özünü təqsirli bilmişdir. Yəni həmin cinayətləri törədərkən ailə üzvlərini xatırlamadığı, onlar üçün narahat olmadığı halda talama əməlini törədərkən necəsə qəfildən ailə üzvləri yadına düşmüş dür. Məhz bu ifadələrə məcmu halında qiymət verildikdə İlkin və Raminin Məhkəmə istintaqı zamanı qeyri-səmimi olduqları və özünümüdafiə xarakterli ifadə verdikləri aydın olur. Belə olan təqdirdə onların əməli ibtidai istintaq zamanı verilmiş ifadələr ilə tam təsdiq edildiyi üçün onlar törətmiş olduqarı əməldə təqsirli bilinməli və cəzalandırılmalı idilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində çıxarılmış ittihamedici hökmlə razı olmuş və apellyasiya şikayəti verməmişdir. Əgər özünün tam təqsirsiz olduğuna əmin olsaydı, hüquq müdafiə vasitələrindən sona kimi istifadə edərdi.

14. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/202 3 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

15. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

16. Hökmdən Məhkum2 və Məhkum1 tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, həmçinin, kassasiya şikayətinin dəlillərinə etiraz etməyərək, məhkəmə kollegiyasından protestinin təmin edilməsini xahiş etdi.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edi lməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

20. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

21. Qanunve riciliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə b ilər.

23. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi kassasiya şikayətində məhkəmə tərəfindən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

24. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

26. Tamamilə eyni mövqe İnsan Hüq uqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi p rinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

29. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

30. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

31. Cinayət Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittiha mın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

32. Kassasiya protestində və kassasiya şikayətində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM- in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

33. Belə ki, birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 onların məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-in 29, 177.3.2-ci maddəsi ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Məhkum2 v ə Məhkum1 CM-in 29, 177.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında onların əməllərində cinayət tərkibinin olmaması nəzərə alınmamış, onlar əsassız olaraq həmin maddə ilə ittiham üzrə təqsirli bilinmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum2 və Məhkum1 CMin 29, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları barədə ittihamda onların əməlllərində cinayət tərkibi mövcud olmamışdır. İttiham tərəfi isə Məhkum2 və Məhkum1 özgənin külli miqdarda əmlakını gizli olaraq talamağa cəhddə təqsirlərini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, yalnız onların məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə təkzib etdiyi ilkin ifadələrinə istinad edilmiş, bununla da ittihamın əsasını sadəcə ittiham tərəfinin ehtimalları təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq mövcud şübhələri Məhkum2 və Məhkum1 xeyrinə təfsir etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 29, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları barədə ittihamda onların əməllərində cinayət tərkibinin olmamasını nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət prosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğ un olaraq – Azərbaycan Respublikası CM-in 29, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində əməllərində cinayət tərkibinin olmamasını, yəni Məhkum2 və Məhkum1 Cinayət Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri qismində Məhkum2 və Məhkum1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrinə istinad edilsə də, cinayət işi materiallarından müəyyən edilir ki, apellyasiya icraatı zamanı həmin ifadə təhlil edərək belə nəticəyə gəlinmişdir ki, təqsirləndirilən şəxs Məhkum2 barəsində ittiham hökmü çıxarılsa da, həmin ifadələr ilə hadisəni əks etdirən video görüntüləri müqayisəli təhlil edilməmiş, yalnız həm in sübutlar sadalanmışdır. İş materialları ilə tədqiq edilmiş sübutların müqayisəli təhlili Məhkum2 digər Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatdan oğurluq törətməyə cəhddə iştirak etməsi qənaətini qaçılmaz edir. Bu isə Məhkum2 hadisə yerində olmaması barədə göstərilənlərin formal mülahizələrdən ibarət olmasını təsdiq edir. Bu xüsusat ilə bağlı kassasiya qaydasında da mübahisələndirilərkən dəlilin əsassızlığına dair kassasiya istansiya məhkəməsi qeyd etmişdir ki, Məhkum2 digər Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ASC-yə məxsus bankomatdan oğurluq törətməyə cəhddə iştirak etməsinə dair gəldiyi nəticəsi iş üzrə tədqiq edilmiş sübutlara və işin hallarına uyğun gəldiyi üçün əsaslıdır.

37. Apellyasiya ins tansiyası məhkəməsi törədildiyi əks olunan video görüntüləri tədqiq edərək müəyyən etmişdir ki, video görüntü üzrə avtomobillərin hərəkət intensivliyi müşahidə edilməmiş, onlar bankomatda yanında olarkən nəinki digər şəxslər, heç yanacaq doldurma məntəqəsinin işçiləri müşahidə edilməməklə, onların sərbəst hərəkət eməklə onlara yanacaq doldurma məntəqəsinin hasarı sərhədi boyunca quraşdırılmış bankomatın sol hissəsini işıqlandıran yol istiqamətində sonuncu lampanı elektrik enerjisindən ayırmaqla işığın söndürülməsi, həmçinin daha sonra müşahidə edilən digər hərəkətlərin edilməsinə, həmçinin bankomatdan pulun çıxarılmasına yönələn hər hansı maneə olmamışdır. İbtidai istintaq zamanı dindirilərkən ifadələrinə əsasən onların iradələrindən asılı olmadan cinayətin başa çatıdırılması qənaətinə g əlinməsi ona görə əsaslı hesab edilə bilinməz ki, həmin xüsusatlar hadisənin real görüntüsü (video görüntü) ilə təsdiq edilmir.

38. Tədqiq edilmiş sübutlar əsasında apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum2 ittiham üzrə təqsiri əsaslı şübhə yaratmayan mötəbər sübutlarla nəinki təsdiq edilmədiyindən, onun iradə ifadəsi ilə könüllü olaraq hər hansı maneə olmadığı halda ictimai təhlükəli əməli başa çatdırmadığı müəyyən edildiyindən, bu isə onun əməlində cinayət tərkibi olması qənaətini istisna etdiyindən, ona ittiham üzrə bəraət verilməlidir. Həmçinin, həmin epizod üzrə onunla birgə hərəkət edən digər Məhkum1 barəsində də hazırkı apellyasiya icraatının təqsirliliyi mübahisə predmeti olmasa da belə, gəlinəcək nəticə hüquqi vəziyyətini yaxşılaşdırmaqla onun da məsuliyyətdən azad edilməsinə yönəldiyindən, barəsində də hüquqi dəyərləndirilmə aparılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,177.3.2-ci maddəsi üzrə bəraət verilməlidir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə Məhkum2 və Məhkum1 CM-nin 29,177.3.2ci maddəsi ilə əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsinə dair gəldiyi nəticə ilə razılaşır və qeyd olunan hallar baxımından Məhkum1 təqsirli bilindiyi CMin 178.2.1, 178.2.2, 178.2.4, 2 34.1-ci maddələri ilə isə cəza təyin edilməsi və təyin edilmiş cəza müddətinin həbsdə saxlama müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab olunması bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış etməsini və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmasını qeyd edir.

40. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.

41. Belə olan halda apellyasiy a instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

42. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

43. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və Məhkum1 müdafiəçisi Müdafiəçi5 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 3 may 2 023cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bəraət almasına, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə bəraət almasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli, 1(105)-150/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı X15 tərəfindən verilmiş kassasiya protestinə və z ərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar