Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2088/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(0 99)-814/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətini vermək üçün ötürülmüş müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-419/2025 nömrəli 22 aprel 2025ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-814/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyevdən ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin başlanğıcının 21 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkum 31 may 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-814/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli hökmünü mübahisələndirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə vəsatət təmin olunmamış müddətin bərpa olunmasından imtina olunmuşdur. Məhkum 14 iyun 2024-cü il tarixli qərardan 20 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda, yenidən müddəti ötürmüş, 5 fevral 2025-ci il tarixdə qeyd olunan qərardan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 21 fe vral 2025-ci il tarixli 1(099)-814/2023 saylı qərarı ilə məhkəmənin 14 iyun 2024-cü il tarixli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-419/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər H.X.Bəhmənov (sədrlik edən və məruzəçi), Y.X.Həşimov və P.V.Hacıyevdən ibarət məhkəmə tərkibində) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)814/2023 nömrəli 21 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. C inayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində v erilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. İş materiallarından görünür ki, Məhkum qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermədiyindən, hökm 20 yanvar 2024-cü il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Cəza çəkdiyi müddətdə Məhkum apellyasiya şikayətinin verilməsi müddətini buraxmaqla 31 may 2024-cü il tarixdə hökmdən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa olunması barədə vəsatət vermiş, apellyasiya şikayətinin verilməsi müddəti Məhkum tərəfindən üzrsüz səbəblərə görə buraxıldığından məhkəmənin 14 iyun 2024-cü il tarixli qərarı ilə müddətin bərpa olunmasından imtina olunmuşdur. Məhkəmənin 14 iyun 2024-cü il tarixli qərarı Məhkum cəza çəkdiyi müəssisəyə göndərilməklə, 6 iyul 2024-cü il tarixdə ona təqdim olunmuş və bu barədə ondan qəbz alınmışdır. Məhkum 6 iyul 2024-ci il tarixdən hesablanmaqla məhkəmənin 14 iyun 2024-cü il tarixli qərarından 20 gün müddətində apellyasiya şikayəti verməli olduğu halda, yenidən müddəti buraxmış və 5 fevral 2025-ci il tarixdə qeyd olunan qərardan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət vermişdir. Şirvan Apellya siya Məhkəməsinin 1 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Məhkum tərtib etdiyi kassasiya şikayəti 10 sentyabr 2024-cü il tarixdə 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə göndərilsə də, həmin məhkəmə tərəfindən şikayət aidiyyəti üzrə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəmə tərəfindən Məhkum verdiyi həmin şikayətə müvafiq olaraq izah verilməklə cavab ünvanlanmışdır. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən artıq müddət keçdikdən sonra Məhkum apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində göstərmişdir ki, hüquqi savadının olmadığına və hüquqlarını müdafiə etmək üçün maddi imkansızlıqdan vəkillə müqavilə bağlaya bilmədiyinə görə apelly asiya şikayəti vermə müddətini ötürmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmələri hesab etmişlər ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsin in həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-814/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan üzrlü səbəblər olmadan ist ifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-419/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə g əlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-419/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2088/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2088/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver