Məhkəmə qərarları › İş №1(102)-209/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-209/2019

08.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-209/2019 08.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)209-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 08 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Gülnarə Eldar qızı Musayevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2017-c iil tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2017-ci il tarixli hökmü ilə (hakimlər X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) Məhkum – xx xxxx 1983-cü il tarixdə *********** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşaq atası, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işi üzrə verilmiş mülki iddia təmin edilmiş, Məhkum cinayət nəticəsində vurulmuş 80000 (səksən min) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, S6 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri rəsmi olaraq ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri *********************** saylı binada yerləşən 80.000 manat dəyərində 45 kv. metr sahəsi olan 31 saylı, iki otaqlı paylı m ülkiyyətdə olan mənzili X1, sonuncudan pul götürərək şərikli biznes quracaqlarını Zərərçəkmiş şəxs yalandan vəd etməklə onu aldadaraq, Zərərçəkmiş şəxs həmin mənzilinin alqı-satqı müqaviləsi əsasında E6 satılmasına nail olmuş və 11 fevral 2013-cü il tarixdə yuxarıda göstərilən ünvandakı mənzildə E6 ilkin olaraq beh kimi verdiyi 3.924 manat nisbətində 5000 dollarını, 12 fevral 2013-cü ildə 6Bədəlov tərəfindən Bakı şəhəri 26 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri kimi Zərərçəkmiş şəxs adına ünvan 2 ünvanında yerləşən “Technique” bankın depozitinə qoyulmuş köçürdüyü 23.250 manat nisbətində əlavə 30.000 ABŞ dolları Zərərçəkmiş şəxs pulun alınması barədə bank sənədlərini imzaladıqdan sonra həmin pulu Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə o lunmuş qəsdlə ələ keçirərək, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 80000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət tərkibdə) 27 iyul 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, satılmış həmin evin dəyərinin müəyyənləşdirilməsi barədə tədbirlər görülməli idi. Lakin işdən görünür ki, evin qiyməti yalnız Zərərçəkmiş şəxs sözləri ilə yazılıb. Halbuki, iş üzrə şahid qismində dindirilmiş və həmin evi almış X10 ifadəsindən görünür ki, özü şəxsən Zərərçəkmiş şəxs evi neçəyə satdığını soruşmuş, S8 də mənzili 40.000 manata satdığını demişdir. Mənzil tam təmirsiz vəziyyətdə olduğu üçün onlar 35.000 manata razılaşmışlar. Göründüyü kimi, mənzilin dəyəri barədə həm S8, həm də E6 ifadələri arasında ziddiyyət vardır, mənzilin dəyəri iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən S8 E6 arasında üzləşdirmə keçirilməli idi. Bundan başqa, nə istintaq orqanı, nə də məhkəmələr həmin mənzilin üzərinə həbs qoyularaq Zərərçəkmiş şəxs qaytarılması və həmin evi almış E6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınm ası məsələsinə ümumiyyətlə toxunmamışdır. E6 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs mənzildən çıxmadığı üçün məhkəməyə müraciət etmiş, bütün məhkəmə instansiyalarında işə baxılmış və Zərərçəkmiş şəxs evdən çıxarılması barədə qərarlar qəbul edilmiş, Zərərçəkmiş şəxs evdən çıxarılmışdır. Yəni iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları vardır. Həmin qərarlarda da alqı-satqı zamanı evin 35.000 manata dəyərləndirilməsi öz təsdiqini tapdığı üçün sonradan 80.000 manat dəyərində olmasından söhbət gedə bilməz. Qeyd olunanlara əsasən evin dəyərinin 35.000 manat olduğunu nəzərə alıb əməlinin CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsini və ya qərarın ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş et mişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsin də kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus B akı şəhəri ******************************* saylı binada yerləşən 45 kv. metr sahəsi olan 31 saylı, iki otaqlı mənzil, onun özü tərəfindən bağlanmış alqı-satqı müqaviləsinə əsasən X12 35000 ABŞ dollarının ekvivalenti olan (3.924 +23.250) 27174 manata satılmış və müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğinin 5000 ABŞ dollarını şəxsən, 30000 ABŞ dollarının ekvivalenti olan 23.250 manatı isə bank vasitəsilə almışdır. Eyni zamanda cinayət işinin materialları ilə sübut edilmişdir ki, Məhkum həmin pul məbləğini Zərərçəkmiş şəxs götürərək şərikli biznes quracaqlarını Zərərçəkmiş şəxs yalandan vəd etməklə onu aldadaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkum elan edilmiş ittihamda göstərilir ki, o, Zərərçəkmiş şəxs həmin mənzilinin alqı-satqı müqaviləsi əsasında E6 satılmasına nail olmuş və 11 fevral 2013-cü il tarixdə yuxarıda göstərilən ünvandakı mənzildə E6 ilkin olaraq beh kimi verdiyi 3.924 manat nisbətində 5000 dollarını, 12 fevral 2013-cü ildə E6 tərəfindən Bakı şəhəri 26 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri kimi Zərərçəkmiş şəxs adına ünvan 2 ünvanında yerləşən “Technique” bankın depozitinə qoyulmuş köçürdüyü 23.250 manat nisbətində əlavə 30.000 ABŞ dolları Zərərçəkmiş şəxs pulun alınması barədə bank sənədlərini imzaladıqdan sonra həmin pulu Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 80000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkum nə zərərçəkmiş şəxsin mənzilini, nə də mənzilə olan hüququnu ələ keçirməmişdir. O, yal nız mənzil Zərərçəkmiş şəxs özü tərəfindən satıldıqdan sonra ələdə edilmiş pul məbləğini dələduzluq yolu ilə ələ keçirmişdir. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə nəzərdə tutulmuşdur. Ona görə də bu qanunun mənasına görə Məhkum Azərbaycan Respublikası CMnin 178-ci maddəsi ilə yalnız faktiki ələ keçirdiyi 35000 ABŞ dollarının ekvivalenti olan (3.924 +23.250) 27174 manata müvafiq hissədə cinayət məsuliyyəti daşımalıdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə görə Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatd an artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İş materiallarından göründüyü kimi Məhkum dələduzluq cinayət əməli nəticəsində ələ keçirdiyi məbləğ, yəni 27174 manat, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ olduğundan onun əməli CM-nin 178.2.4-cü maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. Məhkumun kassasiya şikayətinə əlavə edilmiş notarial təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədə göstərilir ki, ona vurulmuş zərər tam ödənmişdir və onun Məhkum şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrindəzərərçə kmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəazanı yüngüllşdirən hallar nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilərək göstərilən maddi hüquq normalarının tələblərinə uyğun Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarında dəyişiklik edilməli və məhkumun cəzası yüngülləşdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilsin. Bu qanun əsasında ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar