Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-209/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Zərərçəkmiş şəxs2nın, onun qanuni nümayəndəsi X3 və nümayəndəsi – X80nun vəkili X5, Məhkum və onun müdafiəçisi – X90nun vəki li Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim O.Y.Cəlilov, hakimlər N.F.Quliyev və X.A.Nuriyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xxxxx xxx 1990-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətə ndaşı, “xxxx” MMC-nin elektrik poladəritmə sexində kəsici operator işləyən, subay, məhkum olunmamış, ünvan4-də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yerində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin işlədiyi və qazancından tutulmalara başlandığı gündən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya prote sti, habelə Məhkum müdafiəçisi X7 və Zərərçəkmiş şəxs2nın nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi, habelə Zərərçəkmiş şəxs2 kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum 15 oktyabr 2015-ci il tarixdə 30 yanvar 1999-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə el adəti ilə ailə qurmaq məqsədi ilə nişanlandıqdan sonra, 26 yanvar 2016-cı il tarixdə nişan mərasiminə paltar almaq məqsədi ilə Zərərçəkmiş şəxs2nı yaşadığı ünvan6-də yerləşən evinə aparmış və həmin mənzildə 30 yanvar 2016-cı il tarixdə aralarında olan sair asılılığından istifadə etməklə nişanlısı Zərərçəkmiş şəxs2nın razılığına nail olub onunla bır dəfə, daha sonra həmin vaxtdan 2017-ci ilin mart ayınadək hər ay Zərərçəkmiş şəxs2nın yaşadığı ünvan7inə gəlib evin 2-ci mərtəbəsində, sonuncunun yataq otağında eyni qaydada nişanlısı Zərərçəkmiş şəxs2nı dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə iş üzrə toplanmış sabütlar, xüsusilə də zərərçəkmiş şəxsin ifadələri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2ya qarşı seksual xarakterli zorakı hərəkətləri törətməkdə təqsirli bilmək üçün kifayət etdiyi halda, onun əməli əsassız olaraq Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə Zərərçəkmiş şəxs seksual xarakterli hərəkətlərə məcbur etmə kimi tövsif olunmuş və Məhkum onun cəzasını yüngülləşdirən heç bir halın müəyyən olumadığı, əksinə cinayətlərin təkrar törədilməsi kimi cəzanı ağırlaşdıran halın olduğu lazımınca nəzərə alınmadan həddindən artıq yüngül – islah işləri növündə cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 da kassasiya şikayətində eyni dəlillər gətirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə tələb irəli sürmüşdür. Məhkum müdafiəçisi Müdafiəçi isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun normalarının tələblərinə əməl olunmadığını, nəticədə Məhkum nişanlısı olmuş Zərərçəkmiş şəxs2 qarşı heç bir saksual xarakterli hərəkət etmədiyi və onun Zərərçəkmiş şəxs2nı belə hərəkətlər etmə yə məcbur etməsi sübut edilmədiyi, əksinə sübutlar Zərərçəkmiş şəxs2nın və onun valideynlərinin tərəflər arasında münasibətlər pozulduqdan və məhkəmələrdə gedən mülki mübahisələr Məhkumgilin xeyrinə həll edildikdən sonra Məhkum Zərərçəkmiş şəxs zorlaması, ona qarşı seksual xarakterli zorakı hərəkətlər etməsi barədə böhtan atdıqlarını təsdiq etdikləri, baxılan işdə Cinayət Məcəlləsinin 151-ci maddəsinin dispoziyasının (cinayət tərkibinin) tələb etdiyi zəruri əlamətlərdən heç biri, o cümlədən Zərərçəkmiş şəxs Məhkum asılılığı müəyyən olunmadığı halda, məhkəmələr əsassız və qanunsuz olaraq Məhkum Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilmişlər. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nə ticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində cinayət tərkibi olmadığı, təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum Zərərçəkmiş şəxs2nı asılılığından istifadə etməklə seksual xarakterli hərəkətlər etməyə məcbur etməkdə - Cinayə t Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1 - 416.0.3, 416.0.6 və 416.0.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs2 isə kassasiya müraciətlərində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlində Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində nəzərdə tutulmuş seksual xarakterli zorakı hərəkətlər etmə cinayətinin tərkibi olduğu halda, əsa ssız olaraq onun əməlinin Cinayət Məcəlləsinin 151-ci maddəsinə tövsif edildiyini, eləcə də ona islah işləri növündə - həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışlar. Odur ki, kollegiya verilmiş kassasiya şikayətlərini və kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 16 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin asılılığından istifadə etməklə seksual xarakterli hərəkətlərə məcbur etmə cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxışının, habelə apellyasiya instansiyası məhkəməsində aparılmış qismən məhkəmə istintaqının gedişində Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr cinayət prosesi tərəflərinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, ittiham və müdafiə tərəflərinin kassasiya müraciətlərində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin faktiki məzmunu, əməlin Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə tö vsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə və ittiham tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya protesti, habelə müdafiəçinin və zərərçəkmiş şəxsin kassasiya şikayətləri ilə ehtiva olun an Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11, 416.0.15, 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, həmin müraciətlərin təmin edilməsi üçün əsasların möcvud olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası Müdafiəçi kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsinə, müdafiəçinin kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayət ləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti, Zərərçəkmiş şəxs2nın kassasiya şikayəti, habelə Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-209/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-209/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver