Məhkəmə qərarları › İş №1(102)-209/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-209/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-209/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X11 və Məhkum və onun müdafiəçisi Qocayev Ramil Alim oğlunun iştirak ları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 307.3-cü maddəsi maddəsi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il taixli hökmü ilə isə CM-nin 120.2.1, 120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Əliyev Camal Mübariz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, xx x xxxxxx 1993-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X36 da CM-nin 29,120.2.2, 120.2.2, 120.2.10 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İ şin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum əmisi oğlu X17 13 noyabr 2016-cı il tarixdə, saat 21 radələrində Ağstafa rayonu Həsənsu kəndinin ərazisində yerləşən ««Peyntbol»» atıcılıq mərkəzinin yaxınlığında Ağstafa şəhər sakini X23 onun yanında qəsdən öldürməsini görüb bilərək, özü də cinayət hadisəsinin törədildiyi yerdə olduğundan cinayət məsuliyyətinə cəlb ediləcəyini hesab etdiyi üçün qorxaraq, həm də əmisi oğlu olan X22in törətdiyi cinayətin aşkar olunmaması üçün sonuncunun özünü və cinayətin izini gizlətmək məqsədi ilə həmin gün X22lə birlikdə X25in meyitini hadisə yerindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparıb orada tibbi heyətə gətirdikləri şəxsin guya avtoqəza nəticəsində ölməsini bildirərək, əsl həqiqəti, yəni X46 tərəfindən öldürülməsini tibbi heyətə və hüquq-mühafizə orqanlarına bildirməmiş, sonra isə X22lə birlikdə Ağstafa rayonundan Bakı şəhərinə qaçıb orada gizlənmiş və bununla da, Məhkum cinayətkarı və cinayətin izini gizlətməkdə ifadə olunan hərəkətləri ilə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Hökmdən məhkum X66in müdafiəçisi Abdullayev Ramiz Hümbət oğlu, Məhkum müdafiəçisi Əliyev Camal Mübariz oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 18 fev ral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti isə qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, X2rşı silah qismində istifadə edilən əşya ilə xuliqanlıq törətməsi və zor tətbiq olunması ilə xuliqanlıq hərəkətləri etməsi epizodu üzrə xuliqanlıq hərəkətlərinin təkrarən törədilməsi ilə bağlı müddəa hökmdən xaric edilmiş, Məhkum cinayət əməlinin təsvir olunduğu hissədə «…X22lə birlikdə X25in meyitini hadisə yerindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparıb orada tibbi heyətə gətirdikləri şəxsin guya avtoqəza nəticəsində ölməsini bildirərək, əsl həqiqəti, yəni X49 tərəfindən öldürülməsini tibbi heyətə və hüquq- mühafizə orqanlarına bildirməmiş…» cümləsində yol verilmiş yanlışlıq - «X» sözləri «X25» sözləri ilə əvəz edilməklə aradan qaldırılmış, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərər çəkmiş şəxsin hüquqi varisi X5, Məhkum müdafiəçisi C.M.Əliyev tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Əzimov Ədalət Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 12 iyun 2019-cu il tarixli qərarı ilə müdafiəçinin kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi X5in kassasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, zərər çəkmiş şəxs X18 qəsdən öldürülməsi ilə bağlı X22ə CM-nin 120.2.1, 120.2.2, 120.2.10-cu maddələri və Məhkumə qarşı CM-nin 120.2.1, 120.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə) 24 sentyabr 20 20-ci il tarixli hökmü ilə zərər çəkmiş şəxsin hüquqi varisi X5in apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, X18 qəsdən öldürülməsi epizodu üzrə təqsirləndirilən şəxslər X17 və Məhkum əməllərində CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından, eləcə də X26 xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə cəhd edilməsi epizodu üzrə X17 əməlində CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından, X27 və Məhkum həmin epizodlar üzrə qeyd edilən maddələrlə elan olunmuş ittihamlar üzrə bəraət verilmiş, X36 CM-nin 29,120.2.2, 120.2.1, 120.2.2, 120.2.10 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş c əzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsİni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum isə CM-nin 120.2.1 və 120.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi C.M.Əliyev kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi C.M.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiy a instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinin müəllifi əvvəla bildirir ki, Məhkum ona ittiham olunmuş cinayəti törətməmiş, onun barəsində ittiham hökmü çıxaran məhkəmə kollegiyası isə zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini təqsirlənirilən şəxsin ziyanına təfsir etmişdir. Belə ki, hadisə zamanı Məhkum avtomobildə olmuş və yalnız X25 yıxıldıqdan sonra o, X88a kömək etmək məqsədilə avtomobildən düşərək ona tərəf qaçmış və yerə əyilərək zərərçəkmişi arxası üstə çevirib onun nəbzini yoxladıqda sonuncunun sağ olmasını bilmiş, bundan sonra o, X99ə X88ı xəstəxanaya aparmasını təkid edərək birlikdə sonuncunu maşına qoyub rayon mərkəzi xəstəxana sı istiqamətində yola düşmüş, xəstəxananın qarşısına çatdıqdan sonra isə X88ı maşından düşürüb xəstəxananın içərisinə daxil olmuşdur. Müdafiəçinin fikrincə, Məhkum ittihamda göstərilən cinayəti törətmiş olsaydı, zərər çəkmiş şəxsin xəstəxanaya gətirilməsini təkid etməzdi və sonuncunu elə hadisə yerində qoyub, yaxud gizlədib qaçardı. Lakin Məhkum hadisədən sonra X25ə kömək etmək qərarına gəlmiş və təkidlə onu xəstəxanaya aparmalı olduqlarını bildirmişdir. Göründüyü kimi, Məhkum cinayətin törədilməsində heç bir rolu olmamışdır. Buna görə, onun hərəkətlərində qabaqcadan əlbir olaraq və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayətinin tərkibi mövcud deyil. Müdafiəçi qeyd edir ki, bu hal iş materiallarından açıqaydın görünsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq onu CM-nin 1 20.2.1 və 120.2.2-ci maddələri ilə təqsirli bilərək cəzalandırmışdır. Həmin məhkəmənin gəldiyi qənaət yalnız şübhələrdən ibarətdir və bu şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün deyil. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi C.M.Əliyev apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X77in nümayəndəsi X9 müdafiəçi C.M.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə etiraz ərizəsini m əhkəməyə göndərərək, həmin şikayətin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosess iştrakçıları kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılsalar da, zərər çəkmiş şəxsin hüquqi varisi X77in nümayəndəsi X9 və müdafiəçi C.M.Əliyev naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi C.Q.Bayramovun və müdafiəçi C.M.Əliyevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsini n iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçi C.M.Əliyevin kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum qəsdən adam öldürmə cinayətini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş və hüquqlarını müdafiə etdiyi şəxs təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə tə qsirli bilinib məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsinin hökmünün əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün Məhkum aid olan hissədə ləğv olunmalı və sonuncuya bəraət verilməsi haqında qərarın qəbul edilməli olması barədə tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM -nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğ v edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM -nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının təl əblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədil məsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunver iciliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin cinayətkar qəsdlərdən müdafiə olunmasını, onların pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmə lirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi hallarda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konsttusiyanın 63-cü maddəsinin İ-V hissələrinin tələbləindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmi ş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında” Paktın 14-cü maddəsinin 2-ci bəndində və Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində də təqsirsizlik prezumpsiyası eyni şəkildə təsbit edilmişdir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradı lmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.2-ci maddəsininin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilm ir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını ap aran orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər v ə yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci mad dələri tələb etdikləri kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin t örədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş ş əxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetiri lməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mü xtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. 24 dekabr 2021-ci il tarixədək qüvvədə olmuş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası məhkum müdafiəçisi C.M.Əliyevin müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və məhkuma bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, X66 idarə etdiyi avtomobilin X7 7ə məxsus avtomobillə toqquşması ilə əlaqədar sonuncunun onun barəsində nalayiq sözlər işlətməsi kimi cüzi səbəbdən X25dən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlmiş, bunun üçün 2016-cı ilin noyabr ayında Ağstafa şəhərində əmisi oğlu Məhkumlə şəxsi görüşlər zamanı razılığa gəlmiş, lakin X77in onunla görüşməkdən imtina edəcəyini bilib cinayəti törətmək üçün X25i əlverişli məkana aparmaq üçün vəzifə bölgüsünə uyğun olaraq sonuncunu görüşə cağırmağı əmisi oğlu Məhkum tapşırmış, 13 noyabr 2016-cı il tarixdə onunla “Ənvər” marketin qarşısında görüş zamanı Məhkum marketə daxil olub satıcıdan X77in telefon nömrəsini ona pul verəcəyi bəhanəsi ilə aldadıb aldıqdan sonra həmin nömrə ilə X25lə danışıb tək olduğunu bildirib guya şəxsi işi ilə əlaqədar onu “Ənvər” marketin qarşısına görüşə ça ğırmışdır. X77 həmin yerə gəldikdə Məhkum onu X66in idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına mindirib X25in avtomaşından düşüb qaçmasına imkan verməmək üçün özü arxada əyləşmiş və X66lə birlikdə X77i Ağstafa rayonunun Həsənsu kəndinin ərazisində yerləşən “«Peyntbol»” atıcılıq mərkəzinin yaxınlığına aparmışdır. X64 uca səslə X77in ünvanına nalayiq ifadələr işlədərək idarə etdiyi avtomaşını çayın kənarı ilə torpaq yola dönüb hərəkət edərkən X77 X66dən onun fikrinin nə olduğunu soruşduqda sonuncu X88ın ünvanına yenə də nalayiq ifadələr işlədib onu hədələyərək Məhkumlə birlikdə ona qarşı xüsusi azğınlıq və müstəsna həyasızlıqla fərqlənən qərəzli hərəkətlər etmiş, onların hədəsini real qəbul edərək xilas olmaq üçün avtomobildən düşüb qaçan X77i qəsdən öldürmək üçün avtomobilin sürücü oturacağının solunda saxladığı düzbucaqlı formalı metal parçasını 5 metr məsafədən zərər çəkmiş şəxsin həyat üçün vacib orqanı olan baş nahiyəsinə atmaqla ona qəsdən ənsə sümüyünün defekti ilə sınığı, ənsə nahiyəsinin dəri toxumasının əzilmiş-deşilmiş yarası, burun və sol körpücük sümüklərinin sınığı, burun və üst dodağın əzilmiş yaraları nəticəsində beyin maddəsinin zədələnməsi ilə baş verən mərkəzi tipli ağciyər-ürək çatmamazlığı ilə müşaiyət olunan, sağlamlığa həyat üçün təhlükəli ağır zərər vurmaya aid və ölümə səbəb olan xəsarətlər yetirərək X77i qabaqcadan əlbir olduğu qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Bundan sonra X22 xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayətinin birgə icraçısı olduğu Məhkumlə birlikdə cinayə tin izini itirmək məqsədilə X25in artıq öldüyünü bilib onun meyitini avtomobillə Ağstafa rayon mərkəzi xəstəxanasına gətirmiş və orada tibbi heyətə sonuncunun guya yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirərək meyiti xəstəxananın əməkdaşlarına təhvil verərək qaçıb gizlənmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslıranda isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmənin 24 sentyabr 2020-ci il tarixli hökmündə onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmə yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-nin 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların c inayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüqu q və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin hökmündə istinad olunan cinayət əməlinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edilsə də, məhkəmə kollegiyası həmin sübutların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, birinci i nstansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə təkrarən baxılarkən məhkum olunmuş şəxs Məhkum göstərmişdir ki, 13 noyabr 2016-cı il tarixdə əmisi oğlu X36 ona zəng edib həmin vaxt olduğu sexə çağırmış və orada ondan X88ı tanıyıb-tanımadığını soruşduqda o, hansı X88ı tanımasını dəqiqləşdirmək istəsə də, X99 ona heç bir cavab verməmişdir. Həmin gün təxminən saat 20.30 radələrində o, X99in idarə etdiyi avtomaşınla mərhum X25in bibisi oğlu X11un işlədiyi “Ənvər” marketin qarşısına gəlmiş, orada X99 ondan X88ın telefon nömrəsini bilib-bilmədiyini soruşmuş, o, da X99ə mənfi cavab verərək bunu «Ənvər» marketdə işləyən X88ın bibisi oğlu X11dən öyrənə biləcəyini deyərək marketə daxil olub sonuncudan X88ın telefon nömrəsini soruşmuşdur. X11 ondan bunun səbəbini soruşduqda o, X88la işi olduğunu demiş, X11 də X88ın telefon nömrəsini kağıza yazıb ona vermişdir. O, bir ədəd siqaret alıb çölə çıxaraq X88ın telefon nömrəsini X99ə demiş, sonuncu isə öz mobil telefonundan həmin nömrəni yığıb danışmaq üçün telefonu ona vermiş və X88la danışaraq onu özlərinin olduqları yerə çağırmasını təklif etmişdir. O, bu təkliflə razılaşıb X88la danışaraq onu olduqları yerə çağırmış, lakin sonuncuya X99lə birlikdə olmasını bildirməmişdir. Bundan sonra o, X99lə birlikdə avtovağzala gedib yenidən “Ənvər” marketin qarşsına qayıtdaqda X25 artıq orda olmuş, ona X99in avtomaşınına əyləşməyi təklif etmiş və X88 avtomaşına qabaq oturacaqda, o, yəni Məhkum arxa oturacaqda əyləşdikdən sonra X99 avtomaşını Qazax-Bakı avtomagistralı istiqamətində sürməyə başlamışdır. Yold a gedərkən X99 X88dan onun ünvanına nə üçün söyüşlər söydüyünü soruşsa da, X88 ona cavab verməmiş, X99 avtomaşını «Peyntbol» atıcılıq mərkəzinin yanından sola - Həsənsu çayı istiqamətində sürərək X88ın ünvanına nalayiq ifadələr işlətmiş, tral isə ondan fikrinin nə olduğunu soruşmuş, X99 isə yenə də X88ı söyərək avtomaşını saxlamışdır. Bu vaxt X25 dərhal avtomaşından düşərək “«Peyntbol»” mərkəzinə doğru qaçmağa başlamış, X99 də həmin anda maşından düşüb sağ ön oturacağın sol tərəfindən götürdüyü dəmir parçasını ondan təxminən 4-5 metr irəlidə olan X88ın arxasınca atmışdır. X99in atdığı dəmir parçasının X88ın başının arxa tərəfindən dəyməsi nəticəsində X88 üzü üstə yerə yıxılmış, o, yəni Məhkum bunu görən kimi avtomaşından düşüb X88a tərəf qaçmış, ona çatdıqda sonuncunun başından xəsarət alm asını və qan axmasını görmüşdür. X25in nəbzini yoxlayıb onun hələ sağ olmasını müəyyən etdikdə o, bu haqda X99ə bildirdikdə, X99 X88ın artıq öldüyünü və ona əl vurmamağı demiş, o, isə X88ı təcili olaraq xəstaxanaya aparmağı təklif etmişdir. X99 onunla razılaşdıqdan sonra onlar birlikdə X88ı avtomaşına yerləşdirib rayon mərkəzi xəstəxanası istiqamətində yola düşmüş, xəstəxananın qarşısına çatdıqdan sonra X99lə birlikdə X88ı maşından düşürüb xəstəxananın içərisinə daxil olmuş, tibb işçilərindən biri nə baş verdiyini soruşduqda X99 həmin tibb işçisinə avtoqəza olduğunu söyləmişdir. O, da hadisə yerində olduğundan cinayət məsuliyyətinə cəlb ediləcəyini hesab edərək qorxduğundan tibb bacısına, sonra isə polis əməkdaşlarınə əsl həqiqəti, yəni x22 x67 tərəfindən öldürüldüyünü bildirməmişdir. Ap ellyasiya instansiyası məhkəməsinin həmin iclasında dindirilmiş məhkum X66 13 noyabr 2016-cı il tarixdə X77in qəsdən öldürülməsi hallarına dair Məhkum ifadələrinə analoji ifadələr vermiş, lakin həmin ifadələrdə göstərilənlərdən fərqli olaraq bildirmişdir ki, o, dəmir parçasını X88ın başına vurduqdan və sonuncu üzü üstə yıxıldıqdan sonra birinci zərər çəkmiş şəxsə o, yaxınlaşmış, sonuncunun başının arxa hisəssindən xəarət aldığını və baş nahiyyəsinin bütövlükdə qan içində olmasını görübX90i yanına çağırmış və ondan X88ı təcili xəstəxanaya aprmaqda köməklik göstərməsini xahiş etmişdir. Kassasiya şikayətində hadisə zamanı Məhkum avtomaşında olması göstərilsə də, bu hal X66in məhkəmədə verdiyi ifadələri ilə təkzib edilir. Belə ki X22 əlavə olaraq göstərmişdir ki, Məhkum X25i döyməsə də, o, X8 8ın istiqamətində dəmir parçasını atarkənX90 bundan əvvəl avtomaşından düşərək ondan təxminən yarım metr məsafədə aralıda dayanmışdır. Məhkumlar Məhkum və X66in, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, onlar həm biri-birinə, həm də iş üzrə müəyyən edilmiş və aşağıdakı obyektiv sübutlarla təsdiq olunan işin faktiki hallarına ziddiyyət təşkil edən ifadələr verməklə X66 öz məsuliyyətini yüngülləşdirmək, Məhkum isə məsuliyyətdən yaxa qurtarmaq məqsədləri izləmişlər. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X45 göstərmişdir ki, 13 noyabr 2016-cı il saat 20 radələrində Ağstafa şəhərində yerləşən “Ənvər” marketin qarşısında əvvəllər tanıdığı X22 və sonuncunun yanında olan tanı madığı 25-30 yaşlarında, üzü tüklü, alçaqboylu, orta çəkili bir nəfərlə salamlaşmış, X99 ondan X25in telefon nömrəsini bilib-bilmədiyini soruşmuş, o, isə X88ın nömrəsini bilmədiyini demişdir. Sonra onlar X22in təklifi ilə onun qırmızı rəngli “VAZ-2106” markalı avtommaşınında avtovağzala gedib yenidən “Ənvər” marketin qarşısına qayıtmış, X99 ona maşından düşməyini bildirmiş, o da onlarla sağollaşıb “Ənvər” marketin qarşısında maşından düşmüşdür. «Ənvər» marketə daxil olmaq üçün hərəkət edərkən X25in marketin qarşısında dayandığını, sonra isə X99in idarə etdiyi avtomaşına tərəf irəlilədiyini, qabaq sağ qapını açaraq əyləşdiyini, X99ə əl uzadıb salamlaşdığını, sonra isə avtomaşının geriyə dönərək «Bayraq Meydanı»na tərəf getdiyini görmüşdür. X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasınd a göstərmişdir ki, 13 noyabr 2016-cı il tarixdə axşam saat 20 radələrində işlədiyi Ağstafa şəhəri «Bayraq Meydanı»nın yaxınlığında yerləşən xalası oğlu X24a məxsus «Ənvər» adlanan mağazada olarkən əvvəllər tanıdığı Ağstafa şəhər sakini Məhkum mağazaya daxil olub onunla salamlaşıb bir ədəd siqaret istəmiş, o daX90ə ağzı açıq olan «West» siqaret qutusundan bir ədəd siqaret vermişdir. Daha sonraX90 ondan X25in telefon nömrəsini istədikdə onun nömrəsini nəyə görə lazım olduğunu soruşmuş,X90 isə X88la işinin olduğunu, sonuncuya pul verəcəyini demişdir. O,X90in X88a pul borclu olduğunu fikirləşdiyi üçün X88ın telefon nömrəsini kağıza yazaraqX90ə vermiş, bundan sonraX90 onunla sağollaşıb mağazadan çölə çıxaraq getmiş, o çölə çıxmaq istəsə də içəri tanımadığı müştərilər daxil olduğu üçün çölə çıxa bilməmişdir. Aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra Ağstafa şəhərində «Mosu» kimi çağırdıqları X12 mağazaya daxil olmuş, hal-əhval etdikdən sonra ona X99in onun başını xarab etdiyini, bir az bundan qabaq mağazadan təxminən 20-30 metr aralıda söhbət etdikdən sonra X88 gələrək X99in avtomaşınına əyləşdiyini və çıxıb getdiklərini bildirmiş, X12a nə danışdığını, X88gilin hara getmələri barədə soruşduqda, X12 onların hara getdiklərini bilmədiyini demişdir. Bundan sonra o, istifadəsində olan mobil telefondan X88ın istifadəsində olmuş mobil telefona 5-6 dəfə zəng etsədə, X88 telefonu açmamış, X88ın telefonu açmadığını gördükdə X12dan X99in ona nə dediyini soruşmuş, X12 da ona «X99 mənimlə birlikdə avtovağzala gedərkən Bakı şəhərinə getmək üçün məndən yolda pul istədi, mən də X99ə dedim k i, üzərimdə pul yoxdur, cəmi 2-3 manat pul var, o da siqaret puludu» sözlərini dediyini bildirmişdir. X12 siqaret alaraq mağazadan çıxmış, o da X12un arxasınca mağazanın qarşısına çıxmışdır. Aradan təxminən 5-10 dəqiqə keçdikdən sonra polis formasında bir nəfər ona yaxınlaşaraq Ağstafa şəhər polis şöbəsinin əməkdaşı olduğunu deyib X25in qohumu olub-olmadığını soruşaraq, müsbət cavab aldıqdan sonra ona X88ın yol-nəqliyyat hadisəsi zamanı öldüyünü bildirdikdə o, polis əməkdaşına X88ın X99in avtomaşını ilə harasa getdiyini demişdir. O, dərhal Ağstafa rayon mərkəzi xəstəxanasının qarşısına, sonra isə xəstəxanadan çölə çıxaraq meyitxananın qarşısına gəlmişdir. Orada çoxlu adam olmuş, X88ın meyiti müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti atası evinə gətirmişlər. Aradan təxminən 5-6 saat keçdikdən sonra dayısı X1, arvadı X2 və X3 həyətə daxil olmuş, X88ın yerdə uzanıqlı vəziyyətdə olan meyitini görmüşlər. Onlar dayısına və arvadına nəsə olacağından qorxaraq X88ın meyitinin üzərindəki ağ kəfəni açmağa qoymamışlar. X88ın meyiti dəfn edildikdən sonra X88ın Ağstafa şəhər sakinləri X22 və Məhkum tərəfindən öldürüldüyünü öyrənmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasındadə şahid qismində dindirilmiş Ağstafa rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısı X20 göstərmişdir ki, 13 noyabr 2016-cı il tarixdə saat 20:50 radələrində xəstəxanada işdə olarkən adını bilmədiyi və tanımadığı 30-35 yaşlarında, əynində qəhvəyi rəngli gödəkcə olan hündürboylu, sarışın bir nəfər şəxs üzü tamamilə qana bulaşmış başqa bir nəfəri sürüyərək xəstəxanaya gətirib onu sarğı otağınının qarşısına qoymuş, o, həmin şəxsdən nə baş verdiyini soruşduqda sonuncu ona gətirdiyi şəxsin yol-nəqliyyat qəzasına düşdüyünü bildirmiş, bundan sonra o, üzü qana bulaşmış şəxsin nəbzinin vurubvurmamasını yoxladıqda həmin şəxsin nəbzinin vurmadığını, yəni öldüyünü müəyyən edərək mərhumu yaralı şəkildə gətirən şəxsə gətirdiyi şəxsin nəbzinin vurmadığını və artıq öldüyünü bildirmişdir. Bu zaman mərhumu gətirən şəxs çıxıb getmiş, o başqa həkimləri yardım üçün çağırmış, daha sonra mərhumu sarğı otağında xərəyin üzərinə uzadaraq başqa xəsarətlərin olub-olmamasına diqqət yetirdikdə onun üz nahiyəsinin şişdiyini və qana bulaşdığını görmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 18 noyabr 2016-cı il tarixli protokoldan görünür ki, hadisə yeri A ğstafa rayonu Həsənsu kəndi ərazisində eyni adlı çayın kənarında şəhər mərkəzindən təxminən 4-5 km aralıda, “Peynbol” atıcılıq mərkəzinin yaxınlığında yerləşir və həmin yerdən Bakı-Qazax avtomagistralına qədər olan məsafə 300 metrdir. Baxışda iştirak edən Məhkum mərhum X25in yıxıldığı yeri göstərərkən həmin yerdə 90 sm uzunluğunda, qalınlığı 1.2 sm olan dəmir parçası aşkar edilmiş, metal parçasının avtomagistrala doğru yönələn ucluq hissəsindən 35 sm aralıda yerdə 11x10 sm sahədə qanabənzər ləkələrin, həmin yerdən başlayaraq eyni ləkələrin damcı şəkilində davam etməsi və 25 sm aralıda 11x12 sm ölçüdə daha bir qanabənzər ləkənin olması müəyyən edilmişdir. Bundan başqa 30 sm irəlidə axıntı şəkilli 20x9 sm ölçüdə eyni ləkələr aşkar edilmişdir. Məhkum hadisə yerində X58 dəmir parçasını atarkən hər ikisinin olduqları yeri göstərərkən müəyyən edilmişdir ki, onlar arasında məsafə 5.5 metr olmuş və qeyd olunan yerdə avtomobilin istifadə edilən protektor izləri aşkar edilmişdir. X17 idarə etdiyi “VAZ 2106” markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə protokola əsasən, baxış zaman avtomobilin ön sərnişin qapısının şüşə hissəsində, arxa oturacağın söykənəcək yerində, sağ arxa qapının iç tərəfində, sağ yan qapı tərəfdə olan çexolun qara süni dəridən olan kənarının söykənəcək hissəsində qanabənzər ləkələr, sol arxa oturacaq hissədə palçıqdan ayaqqabı izinə oxşar izlər, sol arxa ayaqlıq hissədə qara rəngli “Samsung” markalı mobil telefon, sağ arxa oturacağın ayaqlıq hissəsində 1 cüt qara rəngli ayaqqabılar aşkar edilmiş və üzərində qanabənzər ləkələr olan çe xollar, mobil telefon və ayaqqabılar baxış zamanı götürülmüşdür. Ağstafa şəhəri ərazisində yerləşən “Ənvər” marketin video müşahidə kamerasının görüntüsünə baxış keçirilməsi haqqında 19 noyabr 2016-cı il tarixli protokoldan göründüyü kimi, marketin çölündə olan kameranın yaddaşında 13 noyabr 2016-cı il tarix saat 20:17 dəqiqədə marketin çöl tərəfində bitişik olan avtoyuma sexi, dükanın qarşısında işıqlandırma var, saat 20:17:41-də avtoyuma sexinin qarşısında Ağstafa şəhəri istiqamətindən qırmızı rəngli “VAZ-2106” markalı dövlət qeydiyyat nişanı görünməyən avtomobil dayanır. Avtomobilin sükanı arxasından hündürboylu, əynində tünd rəngli gödəkçə və şalvar, ağ rəngli poliver olan X22 olması ehtimal edilən şəxs, sərnişin oturacağından isə boyu balaca olan, əynində tünd göy köynək vəşalvar ol an Məhkum düşür və dükan istiqamətinə avtoyuma sexinin qarşısına gəlir. Bu zaman orada olan tünd geyimli şəxs onlara yaxınlaşıb görüşür və söhbət edirlər. Saat 20:18:51-də Məhkum onlardan aralanıb “Ənvər” marketə gedir. 20:19:35-də yanlarında olan başqa bir oğlan da marketə daxil olur. Sonuncu dükana daxil olan şəxs 20:20:52-də dükandan əlində 2 butulka ilə çıxıb X99in dayandığı yerə yaxınlaşır. Saat 20:21:54-də Məhkum dükandan çıxıb X99gilin dayandığı sexin yanına gedir. Saat 20:22:36-da sexin iç hissəsində dayanan şəxslərdən biri görüntünün əhatə dairəsində olan Məhkum telefon olması ehtimal edilən predmeti verir.X90 həmin əşyanı əlinə götürüb qulağına qoyur. Saat 20:23:0-daX90 əlini qulağından çəkib telefona baxan kimi edib sexin içərisində olan görülməyən şəxsə verir. X99gilin yanında balaca boy başqa bir şəxsində olması müəyyən edilir. Saat 20:23:47-də nisbətən hündür olan şəxs çıxıb gedir. Saat 20:25:46-da X99,X90 və balaca boylu şəxs qırmızı rəngli X99in gəldiyi avtomobilə minib “Bayraq meydanı” istiqamətində gedirlər. Saat 20:33:11-də bir nəfər oğlan- X25 olması ehtimal edilən şəxs yolu keçib sexin yanına gəlir və həmin an “Bayraq meydanı” istiqamətində X99in idarə etdiyi avtomobil dayanır. Avtomobilin işığında X88ın şalvarının balağında zolaq olması müşahidə edilir. Avtomobilin ön sərnişin oturacağında oturmuş balaca boylu şəxs düşür, 20:33:26-da X25 həmin avtomaşına minir və avtomaşın dərhal yenidən “Bayraq meydanı” istiqamətində hərəkət edir. Məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2016-cı il tarixli 21 №-li rəyindən görünür ki, X18 meyiti üzərində ənsə sümüyünün defekt ilə sınığı, ənsə nahiyyəsinin dəri toxumasının əzilmiş deşilmiş yarası, burun və sol körpücük sümüklərinin sınığ, burun vəüst dodağın əzilmiş yaraları hər hansı bir məhdud səthə malik küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Bu xəsarətlərin ekspertizaya təqdim edilmiş metal parçası ilə yetirilməsi istisna olunmur. X25in ölümü beyin maddəsinin zədələnməsi nəticəsində baş verən mərkəzi tipli ağciyər, ürək çatmamazlığı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2016-cı il tarixli 21 saylı rəyinə görə, X18 meyiti üzərində ənsə sümüyünün defekt ilə sınığı və ənsə nahiyəsinin dəri toxumasının əzilmiş deşilmiş yarası ilə yanaşı burun və sol körpücük sümüklərinin sınığı, burun və üst dodağın əzilmiş yara ları müəyyən edilmişdir. Rəydə təsvir edilən xəsarətlərdən yalnız ənsə sümüyünün defekt ilə sınığı və ənsə nahiyəsinin dəri toxumasının əzilmiş yarası xəsarətlərinin ekspertizaya təqdim olunmuş (Məhkum və x ifadələrində göstərdikləri) dəmir parçası ilə yetirilməyə xarakterik olduğu qeyd edilmiş, digər xəsarətlərin isə Məhkum və X98in təsvir etdikləri qaydada, yəni məsafədən atılan dəmir parçasının zərər çəkmiş şəxsin başına dəyməsi nəticəsində yaranması müəyyən edilməmişdir. Həmin rəyi vermiş məhkəmə-tibbi ekspert X39 məhkəmədə dindirilərkən göstərmişdir ki, X25in bədənində aşkar edilmiş sol körpücük sümüyünün sınığı xəsarətinin Məhkum və X təsvir etdikləri şəraitdə (məsafədən atılan dəmir parçasının zərər çəkmiş şəxsin başının arxa hissəsinə girməsi zamanı), habelə onların ifadələrində gö stərdikləri kimi üzü üstə yerə yıxılması nəticəsində yarana bilməsi istisna olunur. Eyni nəticə (yəni, müstəsna olaraq ənsə sümüyünün defekt ilə sınığı və ənsə nahiyəsinin dəri toxumasının əzilmiş yarası xəsarətlərinin sözügedən dəmir parçası ilə yetirilməsinin mümkün olduğu) kompleks məhkəmə tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 27 mart 2017-ci il tarixli 82 MTKŞ saylı rəyində də öz əksini tapmışdır. İş üzrə araşdırılmış sübutlurla dəqiqliklə müəyyən edilmişdir ki, X22in tapşırığı ilə Məhkum X25i aldatmaqla Ağstafa şəhərindəki “Ənvər” adlı mağazanın qarşısına çağırmış, X22 avtomobilində X25i “«Peyntbol»” atıcılıq mərkəzinin yaxınlığna apararkən onlarla birlikdə getmiş, hadisədən sonra isə X22lə birlikdə X25i xəstəxanaya aparıb yol-nəqliyyat hadisəsindən zərər çəkm iş şəxs kimi təqdim etmiş və daha sonra qaçıb gizlənməklə X66lə eyni davranış nümayiş etdirmişdir. Təkrar apellyasiya icraatı zamanı təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 28 aprel 2020-ci il tarixli T135/2020 saylı rəyindən görünür ki, mərhum X77in meyitinin müayinəsi zamanı burun belində və üst dodaqda əzilmiş yara, burun və sol körpücük sümüklərində sınıq, burun dəliklərindən qanlı maye gəlməsi, ənsə nahiyəsində ortada əzilmiş yara, həmin nahiyədə ənsə sümüyündə deşilmiş sınıq, sərt və yumşaq qişanın zədələnməsi, baş beynin ənsə payının əzilib dağılması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyati olmaqla ölümdən qısa müddət əvvəl məhdud səthə malik küt əşyanın bilavasitə təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 13 noyabr 2016-cı il ta rixə uyğun gəlir, dərəcəsinə görə ənsə nahiyəsində əzilmiş yara, ənsə sümüyü, beyin toxuması və qişalarının zədələnməsi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, burun belinin əzilmiş yarası, burun və sol körpücük sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, üst dodağın əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhrum X77in ölümünə səbəb açıq ağır kəllə-beyin travması nəticəsində baş beyin və qişaların zədələnməsi olmuşdur. Qeyd edilən travma ilə ölüm arasında birbaşa səbəbli əlaqə vardır.Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların bir dəfə 4-5 metr məsafədən atılmış dəmir parçasının təsirindən yarana bilməsini inkar edir. Belə ki, ənsə n ahiyəsindəki əzilmiş yara, ənsə sümüyünün deşilmiş sınığı, baş beyin toxuması və onun qişalarının zədələnməsi 4-5 metr məsafədən atılan dəmir parçasının ensiz ucunun ənsə nahiyəsinə batması nəticəsində yaranmasına uyğun gəlir. Lakin sifətdə olan xəsarətlər və sol körpücük sümüyünün sınığı həmin əşya ilə yetirilən bir zərbə nəticəsində yarana bilməzdi. Bu xəsarətlər çox güman ki, əl və ayaqla yetirilən zərbələr nəticəsində yaranmışlar. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinin birgə təhlili göstərir ki, birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, üçüncüsü, bu rəylər üst-üstə düşür və biri-birni tamamlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin şübhə altına alınması üçün heç bir əsas olmadığından, X77in ölümü məhkumlar Məhkum və X66 tərəfindən döyülməsi və aldığı açıq ağır kəllə-beyin travması nəticəsində baş beyin və qişaların zədələnməsi nəticəsində baş vermişdir. Bu baxımdan məhkəmə kollegiyası bunlara dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Yuxarıda şərh edildiyi kimi, X98 və Məhkum ümumi nəticənin-X X44dən qisas almaq üçün əvvəlcədən Məhkumlə razılaşmalarına əsasən X44in X98lə görüşməkdən imtina edəcəyini bilib X44i görüşə cağırmaq və cinayəti törətmək üçün əlverişli məkana aparmaq üçün vəzifə bölgüsünə uyğun olaraq X98 əmisi oğlu Məhkum tapşırmış, X98 13 noyabr 2016-cı il tarixdə əmisi oğlu Məhkumlə “Ənvər” marketin qarşı sında görüş zamanı sonuncu marketə daxil olub satıcıdan X44in telefon nömrəsini soruşub pul verəcəyi bəhanəsi ilə aldadıb aldıqdan sonra həmin nömrə ilə X44lə danışıb tək olduğunu bildirib şəxsi işi ilə əlaqədar X44i “Ənvər” marketin qarşısına görüşə çağırmış, birinin hərəkətinin digərinin hərəkəti üçün şərt olması ilə qarşılıqlı olaraq şərtləşdirib kriminal əməlin, ictimai təhlükəli nəticənin ümumi olmasını, hər birinin əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını, birinin hərəkəti ilə digəri üçün şərait yaratdığını, birinin hərəkətinin digərinin əməlinin edilməsinə imkan yaradan şərait yaratdığını bilərək birbaşa qəsdlə X44i X98lə birgə avtomobillə kimsəsiz yerə aparıb avtomobilin içərisində onu təhqir edib hədələdikdən sonra əlverişli şərait yaradaraq X98in onun qəsdən adam öldürməkdən ibarət niyyətini həyata keçirməsində fəal köməklik göstərmiş, daha sonra X98in dəmir predmeti X44in başına atmaqla yerə yıxdıqdan sonra xəstəxanaya aparıb guya yolnəqliyyat hadisəsi zamanı sonuncunun bu vəziyyətə düşdüyünü bildirib oradan Bakı şəhərinə qaçıb gizlənmişlər. Şərh edilən hallar hər iki məhkum olunmuş şəxsin yol verdikləri hərəkətin ictimai təhlükəliliyini, əməllərinin kriminal xarakterinin, baş verəcək ictimai təhlükəli nəticəni, onun faktiki hallarını dərk etmələrini, birgə fəaliyyətdə törətdikləri əməlin baş verəcək nəticəsini arzu etmələrini deməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəylərinə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsinin sübutları araşdırıb onlara verdikləri qiymətləndirmə əsasında Məhkum cinayəti məhz həmin məhkəmənin təsviri-əsaslandırıcı hissəsində göstərilmiş şəraitdə törətməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir lüzum yoxdur. Belə olan halda, məhkəmə kollegiyası Məhkum əməllərinin CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizasının rəyinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanunun normala rına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. Belə ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilə r. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, t əqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarəkən vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edən həmin qərardakı Ali Məhkəmənin mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, qərarın 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birli k (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Qərarın 5-ci bəndinə görə, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslə r də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər.Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 6-cı bəndində Plenum məhk əmələrə izaş etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli, 1 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır v ə ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məc əlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, şərh edilən sübutların məcmusu və Ali Məhkəmənin Plenumunun yuxarıda təsvir edilən Qərarlarında əksini tapmış izah və tövsiyələr Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir və bu baxımdan işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi də bu haqda düzgün nəticəyə gələrək onun həmin əməllərini CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir Apellyasiya instansiyası məhkəməsinin bu nəticəyə uyğun iş üzrə çıxardığı hökmün arxasında isə məhkəmə iclaslarında araşdırılmış sübutlar durduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə tərəfindən işə baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı his səsində ətraflı şərh edilmiş Konstitusiyanın, Avropa Konvensiyasının, CPM-nin və CMnin tələblərinə, Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin izah və tövsiyələrinə əməl olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamağı lazım bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələrin bir qismi digər sübutlarla, o cümlədən hazırki iş üzrə məhkum olunmuş X22in, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlar la tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə təkrarən baxan apellyasya instansiyası məhkəməsinin məhkəmə kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə, kassasiya şikayətində irəl sürülmüş tələbin əksinə olaraq, CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini tələb edən CPM-nin 416-cı madd əsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə təyin olunmuş cəzaların həddindən artıq ağır olması mübahisələndirmədiyindən və bu cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kolleg iyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi C.M.Əliyevin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R.A.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə isə zərər çəkmiş şəxsin hüquqi varisi X77in və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək kassasiya şikayəti təmin edilməməsini və Məhkum CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli hökmünün kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar