Məhkəmə qərarları › İş №1(102)-209/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-209/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-209/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu və məhkum Şahid10 müdafiəçisi Həsənov Namiq Bayram oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən və məruzəçi) Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1988-ci il tarixdə Göygöl rayonunda a nadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonunun Topalhəsənli kəndində daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında təzə məhlələrdə yaşayan, və Məhkum2, xx xxxxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, AKTA-nın tədris korpusunda daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri, AKTA-6 ətrafında yaşayan, hər birisi CM-nin 178.3.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək: - Şahid10 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən isə onun 23 avqust 2019-cu il tarixdən 25 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin və 29 avqust 2019-cu il tarixdən 07 yanvar 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 11 (on bir) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəsssəsində çəkməklə 7 (yeddi) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; - Məhkum2 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 14 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2019-cuil tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin və 16 sentyabr 2019-cu tarixdən 04 yanvar 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 21 (iyirmi bir) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 2 (iki) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin hökmlə mülki iddiaçı Məhkum1 qarşı Zərərçəkmiş şəxs2 tərəfindən 160.900 (yüz altmış min doqquz yüz) manat məbləğində, Zərərçəkmiş şəxs1 tərəfindən 134.000 (yüz otuz dörd min) manat məbləğində verilmiş mülki iddiaaların təmin edilməsi və həmin məbləğlərin Şahid10 alınaraq mülk iddialarda nəzərdə tutulm uş qaydada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansia məhkəməsinin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirmiş, yəni dələduzluq etmişdir. Belə ki, Məhkum1 2015-ci ilin fevral ayından dekabr ayınadək olan müddət ərzində, məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 hissə-hissə, ümumilikdə vahid niyyətlə k ülli miqdarda 55000 (əlli beş min) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 112000 (yüz on iki min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2018-ci ilin avqust ayından 2019-cu ilin fevral ayınadək olan müddət ərzində, məlum olmayan tari xlərdə müxtəlif növ bitki toxumları alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Üçbulaq” deyilən ərazidə etibarından sui-istifadə etmə və aldatma yolu ilə Göygöl şəhər sakini Zərərçəkmiş şəxs6 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 412700 (dörd yüz on iki min yeddi yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2018-ci ilin oktyabr ayında, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs 1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 134000 (yüz otuz dörd min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara və müxtəlif növ bitki toxumları alıbsataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 vasitəsi ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 215000 (iki yüz on beş min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2019-cu ilin yanvar ayının 2-3-də, günü məlum olmayan tarixdə Qida Təhlükəsizliyi İdarəsinə işə düzəltmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Göygöl şəhər sakini Zərərçəkmiş şəxs7 xeyli miqdarda 13500 (on üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2019-cu ilin yanvar ayından fevral ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” obyektinin qarşısında etibarından suiistif adə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 130300 (yüz otuz min üç yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2019-cu ilin yanvar ayından fevral ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə müxtəlif növ bitki toxumları alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhərində yerləşən “Sünbül” çörək zavodunun qarşısında etibarından suiistifadə etmə və aldatma yolu ilə Göygöl şəhər sakini X9 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 400400 (dörd yüz min dörd yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şə xs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirmiş, yəni dələduzluq etmişdir. Belə ki, Məhkum2 tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2018-ci ilin aprel ayından may ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb sonuncu dəfə Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 112000 (yüz on iki min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Hökmdən Şahid10 müdafiəçisi Həsənov Namiq Bayram oğlu və Məhkum2 müdafiəçisi Xəlilov Hikm ət Əjdər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 07 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Şahid10 qarşı irəli sürülmüş ümumi ittihamdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməsinə dair epizod xaric edilmiş, Şahid10 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilədək endirilmiş və CM-nin 69.3.-cü maddəsinə əsasən onun 23 avqust 2019-cu il tarixdən 25 avqust 20 19-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin və 29 avqust 2019-cu il tarixdən 07 yanvar 2020ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 11 (on bir) gün müddətin bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin Məhkum2 barəsində CM-nin 62-c maddəsi tətbiq edlməklə ona CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilədək endirilmiş və CM-nin 69.3-cü addəsin onun 14 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin və 16 sentyabr 2019-cu il tarixd ən 04 yanvar 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 21 (iyirmi bir) gün müddətin azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə həmin cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti, Məhkum2 müdafiəçisi F.İ.İskəndərov və məhkum Şahid10 müdafiəçisi N.B.Həsənov isə kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı Q.A.Rizvanov – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olumasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini: - müdafiəçi F.İ.İsgəndərov – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsni və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini; - müdafiəçi N.B.Həsənov – apellyasiya instansiyası məhkəməsinin qərarının hüquqlarını müdafiə etdiyi şəxsə aid hissədə ləğv edilməsini və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin olunmasını. Kassasiya protestinin və kassasiya şiayətlərinin dəlilləri: Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə Şahid10 və Məhkum2 qarşı irəli sürülmüş və təqsirli bilindikləri ittihamlara və qəbul edilmiş yekun məhkəmə aktlarına, Şahid10 zərər çəkmiş Zərərçəkmiş şəxs3 qa rşı dələduzluq etməsini təsdiq edən sübutlara (adı çəkilən məhkumun, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, səs yazılarına) istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasya instansiyası məhkəməsi araşdırılmış sübutlara düzgün hüquq verməmiş və tamamilə əsassız olaraq Məhkum1 Zərərçəkmiş şəxs3 qarşı cinayət törətməsi epizodunun ittihamdan xaric edilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul etmişdir. Bununla bağlı kassasiya protestinin müəllifi qeyd etmişdir ki, Şahid11 Zərərçəkmiş şəxs3 qarşı törətdiyi əməllə bağlı ittiham onun digər cinayət əməllərinin ardıcıllığı və mexanizmi ilə eynidir, bu hal isə toplanmış və araşdırılmış sübutlarla tam təsdiq edilir. Daha sonra dövlət ittihamçısı cəza təyi n etmənin əsasları, qaydaları, şərtləri və prinsipləri təsbit edlmiş CM-nin 8, 41, 58, 62ci maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələri təsivr edərək vurğulamışdır ki, apellyasya instansiyası məhkəməsi Məhkum2 barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanı yüngülləşdirərkən də haqlı olmamış, bu zaman onun törətdiyi bir epizod üzrə cinayətinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini kifayət qədər nəzərə almamışdır. Şərh etdiyi dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Sübutların toplanması, araşdırılması v ə qymətləndirilməsi, habelə bəraətin əsasları təsbit edilmiş CPM-nin müvafiq normalarına, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qüvvədən düşmüş 31 yanvar 2002-ci il tarixli qərarına, habelə Məhkum 2un ifadələrinə istinad edərək onun qanunsuz məhkum edilməsini iddia edən müdafiəçi F.İ.İskəndərov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qanunları təhrif edərək işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, həmin qərarı qəbul edərkən CPM-nin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərini kobud şəkildə pozmuş, ədalət mühakiməsini həyata keçirərkən ədalətli qərar qəbul etmək əvəzinə apellyasiya şikayətində irə li sürülmüş dəlilləri araşdırmamış və nəticədə apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. Məhkum2 barəsində çıxarılmış hökm məhkəmə araşdırılmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşmüş, halbuki ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübutlar əldə edilməmiş, Məhkum2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı heç bir dələduzluq etməməsi, onu aldadaraq pulunu ələ keçirməməsi və ondan şikayətinin olmaması bərədə sonuncunun notarial qaydada təsdiq edilmiş ərizələrini, onların arasında olan münasibətlərin mülki xarakter daşımasını, yəni işguzar münasibətlər olmasını, habelə sonuncuya olan borcunu tam qaytarılmasını nəzərə almamış, bu halları isə Məhkum2 məsuliyyətdən azad edilməsinə yönəlmiş hərəkət kimi qiymətləndirim işdir. Müdafiəçinin qənaətinə görə Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilə bilməz, Məhkum2 Zərərçəkmiş şəxs1 aldatmaq fikri olmamış və o, sonuncunun etibarından sui-istifadə etməmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi F.İ.İskəndərov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi N.B.Həsənov da kassasia şikayətində məhkum olunmuş, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, sübutların toplanmasına, araşdırılmasına və qiymtələndirilməsinə dair CPM-nin bir sıra normalarına, iş üzrə toplanmış və araşdırılmış digər sübutlara, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası Şahid10 Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməməsi barədə düzgün nətiəcəyə gəlsə də, ona qarşı irəli sürülmüş ittihamın qalan epizodları üzrə əsassız qərar qəbul etmiş, sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada sübutları düzgün qiymətləndirməmiş, Məhkum1la zərər çəkmiş şəxslər arasında olan münasibətlərin mülki xarakterli münasibətlər olmasını nəzərə almamış, onun əməllərində aldatma və ya etibardan sui-istifadə etmə yolu özgənin əmlakını ələ keçimə və ya əmlak hüquqlarını əldə etmə, yəni dələduzluq cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Buna baxmayaraq, Şahid10 qarşı qanunsuz ittiham irəli sürülmüş və o, heç bir cinayət xarakterli əməl törətmədiyi halda əsassız olaraq məhkum edilmiş, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamışır. Qeyd olunan dəlillərə əsaslanmaqla müdafəçi N.B.Həsənov da onun kassasiya şkayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə və kassasiya şikayətilərinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakn məhkumlar Şahid10 və Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizələrlə məhkəməyə müraciət etməmiş, müdafiəçilər N.B.Həsənov, F.İ.İskəndərov, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və X16 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya protestinə və kassasiya şikayətlərinə məhkumlar Şahid10, Məhkum 2un, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, V.V.Əliyevin və müdafiəçilər N.B.Həsənovun və F.İ.İskəndərovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlu matlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin və kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, onların müəllifləri ilk növbədə öz müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Şahid10 və Məhkum2 barəsində qərar qəbul edilərkən araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, dövlət ittihamçısı Q.A.Rizvanov həmçinin adları çəkilən məhkumlara təyin olunmuş cəzaların əsassız olaraq yüngülləşdrilməsini, müdafiəçilər N.B.Həsənov və F.İ.İsgəndərov isə hüquqlarını müdafiə etdikləri şəxslərin dələduzluq cinayəti törətmədikləri halda əsassız olaraq məhkum olunmalarını iddia edərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarının l əğv edilməli olması barədə tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini və müdafiəçilər N.B.Həsənovun və F.İ.İsgəndərov kassasiya şikayətlərini kassasiya qaydasında baxılmal ı müraciətlər kimi görür və buna görə həmin kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün Şahid10 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətnə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfi ndən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa mal ik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə v ə bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanı n müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik m araqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsin də isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinin tələbindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhəl ər də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müə yyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı halla r. Qanunun bu normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 139.0.3-cü maddəsində “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq no rmasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd e tməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mü xtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi, yaxud da təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarını n müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzfənin yerinə yetirilməsi və kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün qanunvericilyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı həmin işin müəyyən olunmuş faktiki hallarına və bu halların arxasında duran bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən əsasən məhkum Şahid10n, zərərçəkmşlər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat z amanı ifadələrinə əsasən Şahid10 qarşı digər dələduzluq əməllərini törətməsi ilə yanaşı həmçinin Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, təkrarən, 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara və müxtəlif növ bitki toxumları alıb sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə Zərərçəkmiş şəxs3 inandırıb sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs4 vasitəsi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun hissə-hissə, ümumilikdə vahid niyyətlə əhatə olunan külli miqdarda 215000 (iki yüz on beş min) ma nat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Həmin ittihamla bağlı ibtidai araşdırma zamanı dindirilmiş Şahid10 göstərmişdir ki, 2016-cı ilin payız aylarında tanışı Zərərçəkmiş şəxs4 onun üçün də iş düzüb- qoşmağını xahiş etmiş və pul verə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs4lə razılaşmış və həmin vaxt Zərərçəkmiş şəxs4 ona 5000 manat pul vermişdir. O, həmin pulla və öz pulu ilə heyvan alıb sataraq Zərərçəkmiş şəxs4in üzərində 270 manat olmaqla 5000 manat pulunu qaytarmışdır. Bu minvalla həmin vaxtdan etibarən o, Zərərçəkmiş şəxs4dən dəfələrlə 11000, 900, 3000, 6000, 1800, 2000, 25000 manat olmaqla borca, sələmə pul alırmış və iş gördükdən sonra yenidən faizi ilə birlikdə ona həmin pulları qaytarmışdır. Zərərçəkmiş şəxs4 öz pulu ilə yanaşı ona, deməsinə görə, Zər ərçəkmiş şəxs3 adlı şəxsin də ayrıayrılıqda 40000 və 40000 manat pulunu 2018-ci ilin dekabr ayında vermişdir ki, həmin 40000 manatın birinə görə 4000, digərinə görə isə 5000 manat hər həftə Zərərçəkmiş şəxs4ə pul ödəmişdir. Əlavə olaraq pulu kökündən silmək üçün o, Zərərçəkmiş şəxs4 13200 manat və 5000 ABŞ dollar məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs4 şikayət ərizəsində və ifadəsində özünə və digər şəxslərə məxsus 104.940 manat və Zərərçəkmiş şəxs3 şəxsə məxsus 239.000 manat məbləğində ona pul verməsi, lakin həmin pulu onun Zərərçəkmiş şəxs4ə qaytarmaması barədə göstərdikləri tamamilə yalandır. Zərərçəkmiş şəxs4 yalnız özünün və Zərərçəkmiş şəxs3in pulunu ona verdiyini deyirdi. Zərərçəkmiş şəxs4 yalandan özünün və Zərərçəkmiş şəxs3in ona verdiyi pulların məbləğini qəsdən artırmış, Z ərərçəkmiş şəxs3dən və digərlərindən ona verəcəyi adı ilə aldadıb aldığı pulun bir hissəsini isə özünə götürmüşdür. O, Zərərçəkmiş şəxs4in Bəhruz adlı qonşusundan yalnız bir dəfə 6000 ABŞ dolları məbləğində pul almış və həmin pulu tam olaraq Zərərçəkmiş şəxs4ə qaytarmışdır. İbtidai araşdırma zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadələrindən görünür ki, 2015-ci ilin fevral ayında Məhkum1 onun yanında saç kəsdirən zaman mal-qara alveri ilə məşğul olmasını bildirərək ona borc pul verməklə onu öz gəlirli işinə şərik etməsini təklif etmiş və verdiyi pulun müqabilində ona xeyir-gəlir verə biləcəyini söyləmişdir. O, bu təkliflə razılaşdıqdan sonra Şahid10 ondan yaşadığı evin yaxınlığında 5.000 manat məbləğində pul almış və həmin pulu mal-qara alverinə xərcələyəcəyini b ildirmişdir. Bundan bir həftə sonra Məhkum1, dediyinə görə, alverdən əldə etdiyi gəlir kimi,ona 100 manat məbləğində pul vermiş və beləliklə 2015-ci ilin dekabr ayınadək Məhkum1 ondan guya mal-qara alveri edib ona gəlir vermək adı ilə 60.000 manat məbləğində pul almışdır. Həmin pulun müqabilində Məhkum1 ona gəlir adı ilə təxminən 3.000 manat məbləğində pul qaytarmış, lakin sonradan işi getmədiyini bəhanə edərək həm öz pulunu, həm də ondan aldığı pulu Beynəlxalq Banka qoyduğunu və bir neçə ildən sonra həmn pulun yüksək faizlərini ala biləcəklərini bildirmişdir. Bundan sonra Məhkum1 ondan yenə 10000 manat məbləğində pul almış və bir il ərzində gəlir adı ilə ona təxminən 25.000 manat məbləğində pul ödəmiş, lakin qalan pullarını qaytarmamışdır. 2018-ci ilin noyabr ayının əvvəlində o, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 Məhkum1 toxum və mal-qara alveri ilə məşğul olduğunu, onun bu işdə yüksək gəlir əldə etdiyini bildirdikdə Zərərçəkmiş şəxs3 bu işə qoşulmaq istədiyini söyləmiş və bunun üçün həm özü bilavasitə Rübaillə görüşərək, həm də onun vasitəsilə sonuncuya 2018-ci ilin noyabr-2019cu ilin yanvar aylarında cəmisi 319.000 manat məbləğində pul vermiş, onun guya gəlir kimi əldə etdiyi pulları isə o, Zərərçəkmiş şəxs3 vermişdr. Zərərçəkmiş şəxs3 özü bilavasitə Məhkum1 iki dəfəyə cəmisi 85000 manat pul vermişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs4 Şahid10la üzləşdirilərkən öz ifadələrini bir daha təsdiq etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma zamanı göstərmişdir ki, təxminən 2018-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs4 ona və dostu Şahi d8 Məhkum1 adlı dostu ilə iş birliyi olduğunu, onların banka pul yatızdırıb və bunun müqabilində onun hesabına hər həftə 3.000 manat məbləğində əlavə pulun hesablanmasını, Məhkum1lə mal-qara və toxum alveri ilə məşğul olmalarını və bunun nəticəsində gəlir əldə etmələrini söyəlyrək onların da bu işə səhm qoymalarını məsləhət görmüşdür. Zərərçəkmiş şəxs4 söylədiklərinə inanaraq, o, yəni Zərərçəkmiş şəxs3 onu da bu işə qoşmağı xahiş etmiş, sonuncu da bununla razılaşaraq, deməsinə görə Şahid10 məşğul olduğu mal-qara və toxum alqı-satqısına yatızdırmaqdan ötrü pul lazım olduğunu demiş, o, da Məhkum1 çatdırılması üçün öz evinin satqısından əldə etdiyi 15.000 manatı, atasından aldığı 5.000 manatı və qaynı X13dən aldığı 20.000 manatı, cəmisi 40.000 manat pulu Zərərçəkmiş şəxs4 vermişdir. Bu pulun müqabilində qazanc olaraq Zərərçəkmiş şəxs4 onlara dekabr-yanvar ayları üçün 6.600 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 Şahid10la birlikdə gördükləri işə yatızdırmaqdan ötrü əlavə pul verməsini təklif etmiş, o, da bu təkliflə razılaşaraq qaynı X13dən 80.000 manat pul alaraq, həmin pulun 55.000 manatını Zərərçəkmiş şəxs4ə vermişdir. Bundan sonra, onun xahişinə əsasən Zərərçəkmiş şəxs4 onları Məhkum1lə görüşdürmüş və görüş zamanı Məhkum1 də Zərərçəkmiş şəxs4 əvvəl danışdıqlarını təsdiq edərək onların gördükləri işə əlavə pul yatızdırdıqda ona yüksək gəlir verəcəyini vəd etmiş, o, da Şahid10 vədinə inanaraqn həmin ərəfədə bilavasitə Şahid10 özünə 25.000 manat məbləğində pul vermişdir. (Zərərərçəkmiş Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 özünün Şahid10 iki dəfəyə cəmisi 85000 ma nat məbləğində pul verməsini göstərmişdir).Bundan sonra da, o, Məhkum1 verilməsi üçün Zərərçəkmiş şəxs4 müxtəlif məbləğlərdə pullar vermiş və sonuncunun deməsinə görə, bu pulların hamısını o, Məhkum1ə vermişdir. O,ümumilikdə Məhkum1ə bilavasitə 25000 manat, Zərərçəkmiş şəxs4 vasitəsilə isə ona çatdırılması üçün 294.000 manat məbləğində pul vermişdir. Həmin puldan Zərərçəkmiş şəxs4 ona qazanc olaraq 24.000 manat və öz pulundan 80.000 manat olmaqla cəmi 104.000 manat məbləğində pul qaytarmış, 215.000 manat məbləğində pul isə ona qaytarılmamışdır. İibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X17, Şahid8 və X13 Zərərçəkmiş şəxs3 pul vermələrini təsdiq edərək məzmununa görə sonuncunun ifadələri ilə eynilik təşkil edən ifadələr vermişlər. Təsvir edilən ifadələrin və Şahid10, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, hər birisinin ayrı-ayrılıqda məhkəmə iclaslarında, o cümlədən apellyasya şikayətlərinə məhkəmə baxışı iclasında verdikləri ifadələrin təhlili göstəir ki, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş həmin ifadələrlə adları çəkilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələr arasında kəskin ziddiyyətlər var, lakin apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin apellyasiya icraatı zamanı verdikləri ifadələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs3 pulları Zərərçəkmiş şəxs4 vermiş, Zərərçəkmiş şəxs4 isə həmin pul vəsaitini Məhkum1 verdiyini göstərsə də, iş materiallarında sonuncunun ifadəsindən başqa bu faktı təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkum1 isə Zərərçəkmiş şəxs4 117000 manat pul qa ytardığını, Mahirin ondan şikayət etməsinin səbəbinin onun xəbəri olmadan onun adına Zərərçəkmiş şəxs3 aldığı pulları qaytarmadığından bu faktı onun üstünə yıxmasını, Zərərçəkmiş şəxs3 heç vaxt pul almadığını, onunla arasında heç bir razılaşma olmadığını bildirmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsi yalnız Şahid10 ifadələrinə üstünlük verərək, hesab etmişdir ki, iş materiallarında olan sübutlar əsasında Məhkum1 Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməsini təsdiq etmək mümkün deyil. Belə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs3 Məhkum1 çatıdırlması üçün verilmiş pulların qaytarılması ilə bağlı adı çəkilən zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs4la daim əlaqə saxlaması barədə özü-özünə süal verməklə, bu sualı iş materiallarında olan sübutlara əsaslanmaqla cavablandırılmalı olması ilə anaşı nəzərə almamışdır ki, elə apellyasya şikayətlərinə məhkəmə baxışı zamanı Şahid10 Zərərçəkmiş şəxs4 müəyyən məbləğlərdə pul alarkən sonuncu bu pulların Zərərçəkmiş şəxs3 məxsus olması barədə onu məlumatlandırmışdır. Eyni zamanda hər iki şəxs və Zərərçəkmiş şəxs3 təsdiq etmişlər ki, həm onun, həm də Zərərçəkmiş şəxs4 verdiyi pullardan Şahid10 cəmsi 117000 pulu Zərərçəkmiş şəxs4 vermiş, Zərərçəkmiş şəxs4 isə 104000 manat pulu Zərərçəkmiş şəxs3 vermişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm bu ifadələrin, həm də işə əlavə edilmiş səsyazmaların fonunda Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4, sonuncunun isə Şahid10 ifadələrində göstərilən məbləğlərdə pulların verilməsini, nəticə etibarı ilə isə Şahid10 Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməsini n sübuta yetirilməməsi barədə nətəcəyə gələrkən ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verlmədən toplanmış, brinci instansiya məhkəməsinin məhkəmə iclasında və özü tərəfindən araşdırılmış sübutları qanunvericilikdə tələb olunduğu kimi, həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirməmiş və bununla da faktiki olaraq bir sübutun digər sübutdan üstün olmasını əsaslandırmayaraq işn faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki, CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cina yət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 14 5.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qanunvericiliyin təsvir edilən tələblərindən çıxış edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəal ar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələbləri ndən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökm ü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Görün düyü kimi, bütün yuxarıda göstərilənlər hazırki iş üzrə müəyyyən edilmiş çatışmazlıqların və ziddyyətlərin aradan qaldırılması, yəni həqiqətin müəyyən edilməsi və yalnız bundan sonra Şahid10 Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əməllərini törədibtörətməmsinə dair sübutlara düzgün hüquqi qiymət verilməsi üçün hazırki iş üzrə təkrar araşdırmanın aparılmasını labüd edir. Təhlil edilən epizod üzrə kassasiya protestinin dəlllərini əsaslı sayan və həmin dəlllərlə razılaşan məhkəmə kollegiyası hesab edir ki, bu məsələ ilə bağlı kassasiya protesti təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı Şahid10 aid hissədə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Ko nstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəy yən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Bununla belə, qanunverici iş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri olan hallarda məhkəmənin öz təşəbbüsü ilə də bu və ya digər sübutun araşdırmasını, məsələn əlavə şahidlərin dindirilməsini, müəyyən istintaq hərəkəti aparmasını, ekspertizaların təyin olunub keçirilməsini də istisna etmir və hər bir halda araşdırılmış sübutlara həm ayrıayrılıqda, həm də məcmu şəklində müəyyən edilmiş qaydada qiymət verilməsini tələb edir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan konstitusiyon müddəalar iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəməni öz təşəbbüsü ilə də bu və ya digər sübutun əldə edilməsi və araşdırılması, sonradan isə onlara qanunvericiliyin tələblərinə uyğun qiymətləndirlməsi vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı R.A..Hüseynovun zərərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əməlini törətməsinə dair ona qarşı irəli sürülmüş ittham üzrə təqsirli və ya təqsirsiz olması barədə nəticəyə gəlinərkən aşağıda göstərilənlərin də nəzərə alınması vacibdr. Belə ki, Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” 12 may 2009-cu il tarixli qərarında öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəala rı düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Kassasiya p rotestində Şahid10 təyin olunmuş cəzanın əsassız olaraq yüngülləşdirilməsi də mübahisələndirilsə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu haqda qərarın qəbul edilməsinə adı çəkilən məhkuma elan olunmuş ittihamdan bir epizodun (Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əməlini törətməsinə dair) xarc edilməsi əsas olduğundan və bu epizod üzrə yuxarıda göstərilən qaydada apardılmış təhlilə əsasən yeni apellyasiya araşdırmalarının aparılması, bunun üçün apellyasiya instansiyası məhkəməsinin qərarının adı çəkilən məhkuma aid hissədə ləğv edilməsi üçün əsaslar yarandığından hazırki mərhələdə Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması məsələsinə münasibət bildirilməsi və kassasiya protestinin göstərilən hissədə də təmin edil ibedilməməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar da aradan qalxmış olur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Məhkum2 barəsində əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmə t etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-c maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddə sində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza tə yin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar bar ədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Yuxarıda qeyd olunduğu kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci mad dəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qər arında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngül ləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət ə məlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarının 8-ci bəndində məhkəmələrə i zah edilmişdir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsas landırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı gö stərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etmə lidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Hazırki iş üzrə məhkum olunmuş Məhkum2 barəsində seçilmiş cəza tədbirinin növü və həddi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun təqsirli bilindiyi 178.3.2-ci maddəsinin maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və buna görə həmin cinayət CM-nin 15.4-cü maddəsinin tələblərinə uyğun olaraq ağır cinayətlər kateqoriyasına aid edilr. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum2 barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona həmin maddəni n sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə həmin növdə cəza təyin edərkən adı çəkilən məhkumun ilk dəfə cinayət məsulyyətinə cəlb edilməsini, onun cəmisi bir epizod üzrə - Zərərçəkmiş şəxs1ə qarşı dələduzluq əməlini törətməkdə Şahid10la qrup şəklində iştirak etməsini, həmin cinayətin törədilməsində iştirakçılıq dərəcəsini, himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmişlə barışıq əldə etməsini (bu hal zərər çəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş ərizələri və məhkəmə iclaslarında verdiyi ifadələr ilə təsdiq edlir), həmin halın onun törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmasını,habelə iş üzrə onun cəzasını ağırlaşdı ran halların müəyyən edilməməsini nəzərə almış, gəldiyi nəticəni isə kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi bu halların məcmusuna əsaslanaraq Məhkum2 təyin edilmiş cəzanı yüngülləşdirərkən cinayət qanunvericiliyinin yuxarıda şərh edilən normalarına əməl etmiş, həm Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almış, həm də dələduzluq cinayəti törətmiş şəxslərin barəsində cəza tədbirinin seçilməsi sahəsində formalaşmış məhkəmə təcrübəsinin vahidliyini pozmamış, nəticə etibarı ilə isə CPM-nin 416.1.21-ci maddəsində göstəilən pozuntuya yol verməmişdir. Buna görə, məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş cəzanın əsassız olaraq yüngülləşdiri lməsi barədə kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və həmin potestin bu məsələyə dair hissədə təmin edilməsini mümkün bilmir. O, ki qaldı, Məhkum2 sonradan başqa dələduzluq əməlini törətdiyinə görə CM-nin 178.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması barədə kassasiya protestinin dəlilinə məhkəmə kollegiyası qeyd edir ki, bu halın hazırki işə heç bir aidiyyəti yoxdur və həmin halın, kassasiya protestinin dəlillərinin mənasına görə, Əl İbrahimovun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması mümkün deyil ona görə ki, hazırki iş üzrə ibtidai araşdırma aparılarkən və işə məhkəmələrdə baxılarkən qeyd olunan hal müəyyən edilməmiş və buna görə də məhkəmələr haqlı olaraq belə halın cinayətlərin təkrarlı ğını, yaxud da cinayətlərin residivini yaradan hal kimi nəzərə almamışlar. Şahid10 və Məhkum 2un barələrindəki verilmiş kassasiya şikayətlərinin dəlillərinə (hər iki şəxsin dələduzluq cinayətlərini törətməmələri barədə) cavab verərək həmin dəlilləri yuxarıda təsvir edilmiş beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum1 Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əməlini törətməsi epizodu və onlara cəza təyin etmə hissələri istisna olmaqla məhkum olunmuş şəxslərin onlara qarşı irəli sürülmüş ittihamlar üzrə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmələri ilə razılaşaraq bu hökmü qalan hissədə dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, göstərilən yekun məhkəmə aktının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3lə bağlı nəticədən başqa məhkəmənin gəldiyi digər nəticələrin yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əml ak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid e dilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərə kət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona o lan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçiri lməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərməd iyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta s ənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnı z hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən 11 iyun 2015-ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsi n həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ə lə keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Şahid10 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkumların hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gə lmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutları bir daha araşdıraraq Zərərçəkmiş şəxs3 qarşı dələduzluq əmələnin törədilməsi ilə bağlı epizod istisna olmaqla araşdırılmış sübutların məhkumlara elan olunmuş ittihamların qalan hissələri üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası dələduzluq cinayətinə yuxarıda verlmiş təfsirdən, Ali Məhkəmənin Plenumunun izahlarından çıxış edərək hesab edir ki, Şahid10 və Məhkum2 qalan epizodlar üzrə zərərçəkmişlərə qarşı məhz dələduzluq cinayətini törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumların təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, o cümlədən zərər çəkmiş şəxslərin ibtidai araşdırma zamanı, birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında heç bir təsir və ya təzyiq göstərilmədən verdikləri ifadələri ilə yanaşı, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə, bir hissəsi isə həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilmiş və məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür. Kassasiya şikayətlərində Şahid10 və Məhkum2 etdikləri hərəkətlərdə dələduzluq cinayətinin əlamətlərinin olmaması iddia edilsə də, məhkəmə kollegiyası müdafiəçilərin bu haqda iddiaları ilə razılaşmır və vurğulamağı lazım bilr ki, məhkum olunmuş şəxslər hazırki iş üzrə zərər çəkmiş şəxslərdən aldıqları pul vəsaitlərini guya mal-qaranın və bitki toxumlarının alqı-satqısına sərf etmələrini, sonradan onların həyata keçirdikləri iş fəaliyyəti nəticəsində müflisləşmələri və buna görə də aldıqları pulları qaytara bilməmələrini göstərsələr də, iş materalları ilə onların həqiqətən belə fəaliyyətlə məşğul olmalarını təsdiq edən heç bir sübu t yoxdur və belə sübutları həm məhkumlar, həm də onların müdafiəçiləri istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə təqdim etməmiş, həmin fəaliyyətin predmetləri isə (mal-qara və toxumlar) cinayət təqibinin hər hansı mərhələsində aşkar olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq olaraq zərər çəkmiş şəxslərin sayının çoxluğuna, eləcə də dələduzluq yolu ilə ələ keçirilmiş məbləğlərin miqdarına istinad edərək qeyd etmişlər ki, Şahid10 və Məhkum2 ilk dövrlərdə bütün zərər çəkmiş şəxslərə guya biznesdən əldə edilmiş gəlir kimi müəyyən məbləğlərdə pul vəsaiti versələr də bundan sonra onlardan daha çox məbləğlərdə pul vəsaitləri alaraq müəyyən müddətdən sonra aldıqları pulları müxtəlif bəhanələrlə qay tarmaqdan imtina etmiş, lakin bununla belə biznes fəaliyyəti ilə məşğul olmaları görüntüsünü yaratmaqla sonuncuları həmin fəaliyyətin genişləndirilməsi və daha çox gəlir əldə edilməsi üçün vəsait yatızdırmaq lazım olmasına inandıra bilmişlər. Yəni məhkum olunmuş şəxslər yalan vədlər verməklə zərər çəkmiş şəxslərin ittihamlarda göstərilən külli miqdarlarda pul vəsaitlərini məhz dələduzluq yolu ilə ələ keçirmələrinə müvəffəq olmuşlar. Bundan başqa, məhkum Şahid10 verdiyi ifadələrdə zərər çəkmiş şəxslərdən onların göstərdikləri məbləğlərdə pul almamasını, bəzilərinə isə aldığı pulların hamısını onlara qaytarmasını, yəni sonuncuların düzgün ifadələr verməyərək ona böhtan atmasını bildirsə də, cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr istər zərər çəkmiş şəxslərin və şahidlərin fadələrinin alınması, istərsə də digər sübutların toplanması və araşdırılması zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmiş və bu sübutların yolverilməzliyini, digər tərəfdən isə zərərçəkmişlərin və şahidlərin ifadələrinin qərəzli və böhtan xaraterli olmasını təsdiq edən hallar cinayət təqibinin bütün mərhələlərində müəyyən edilməmişdir. Şahid10 özü də nə ibtida araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında hər hansı sübutun yolverilməzliyini təsdiq edən heç bir dəlil irəli sürməmiş və onların (xüsusilə də zərər çəkmiş şəxslərin ifadələrinin) sübutlar siyahısından çıxarılması haqda təşəbbüslə çıxış etməmiş, onun iddiaları isə yalnız ehtimallar üzərində qurulmuşdur. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələri nə əsasən yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsi n hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulla rın tətbiqi nəticəsində alındıqda. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 125.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ə dalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxslərin lehinə və əleyhinə ifadələr vermiş zərər çəkmiş şəxsləri və şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Şahid10 və Məhkum2 əməllərinin CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onların bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçilər F.İ.İskəndərovun və N.B.Həsənovun kassasiya şikayətlərində göstərdikləri dəlillər araşdırılmış sübutlarla təkzib edildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbləri məhkum olunmuş şəxslərin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qi ymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərini qəbuledilməz sayaraq belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də CPM-nin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hal müəyyən edilmir. Beləliklə, müdafiəçilər F.İ.İskəndərovun və N.B.Həsənovun kassasiya şikayətlərinin dəlillərini qəbul edilməz, Şahid10 zərərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı törətdiyi dələduzluq epizodunun əsassız olaraq adı çəkilən məhkuma elan olunmuş ittihamdan xaric edilməsi hissəsində kassasiya protestinin dəlillərini isə qəbul edilən sayan və bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən edən məhkəmə kollegiyası həmin p rotestin təmin edilməsi, kassasiya şikayətlərinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti qismən təmin edilməklə hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum1 barəsində ləğv edilməli və cinayət işi ona aid hissədə yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayətləri isə təmin edilməməklə həmin qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Mə cəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslan araq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı Məhkum1 barəsində ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun. Qərar kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyşdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar