Məhkəmə qərarları › İş №1(102)-2090/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2090/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2090/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜ ƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Məmmədov) Məhkum (xx xx xx 1965-ci il tarixdə ünvan1də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünavan2də qeydiyyatda olmaqla həmin kənddə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə həmin Məcəlləsinin 46.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsini n 66.2 və 66.3-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən, əlavə cəza tam toplanılmaqla qəti olaraq 2 (iki) il müddətə rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, hökm icra edilənədək Məhkum mülkiyyətində olan ünvan3də yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin qüvvədə saxlanılması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli q ərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər R.Ə.Ağayev və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.S.Qılıcov, hakimlər N.R.Mövsümov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Məhkum oğlu və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 20 22-ci il tarixli qərarı Məhkum aid hissədə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində Məhkum aid hissədə yeni məhkəmə baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.İ.İsmayılov, hakimlər M.Ə.Rzayev və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddələri və birinci instansiya məhkəməsinin hökmünün Məhkum aid hissəsindən CM-in 66.2-ci və 66.4-cü maddələrinə əsasən ona cəzanın təyin olunmasına dair müddəalar xar ic edilmş, Məhkum üzərində hökmlə Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6000 (altı min) manat məbləğində cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in 32.4,312.1-ci maddələri xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 11 fevral 2019-cu il tarixdən 11 mart 2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranmış nüfuz və etibarından sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin may ayının əvvəllərində Quba rayon sakinləri Təqsirləndirilən şəxs, Şahid1 və birbaşa olaraq, Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işl əmiş ünvan4 sakini, cinayətdən xəbərsiz Şahid2 vasitəsilə rayonun ünvan5 istiqamətində otlaq sahəsinin icarəyə verilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin may ayının əvvəllərində özünə müraciət edən həmin kənd sakini Şahid4 Mövlüdağa oğluna, müvafiq olaraq, Şahid2, Şahid1 və Təqsirləndirilən şəxs vasitəsilə özünün rayon İcra hakimiyyətində məsul vəzifədə işləməsi ilə əlaqədar İcra Hakimiyyətinin başçısı ilə çox yaxın münasibətinin olmasını, həmin münasibətindən istifadə edərək qeyd edilən kənd istiqamətində otlaq sahəsinin Şahid4 icarəyə verilməsinə dair Quba Rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsini həll edəcəyini yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün Rayon İcra Hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Quba Rayon İcra Hakimiyyətinin ünvan6ndə yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı aldatmaqla bildirib, bununla əlaqədar, Təqsirləndirilən şəxs Şahid4la danışığına əsasən, sonuncunun həmin məsələnin müsbət həlli üçün 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində vermək imkanında olmasına dair mövqeyini Şahid2 Şahid1 öyrənib, bu barədə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı özünə bildirməsi ilə əlaqədar, sonuncu rəqəmin Rayon İcra Hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərin in) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi həmin hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsinə razılıq almasının eyni qaydada aldatmaqla Şahid2 vasitəsilə Şahid1, sonuncu tərəfindən isə Təqsirləndirilən şəxs bildirilməsi ilə əlaqədar sonuncu Şahid4 Quba rayonu Əlik kənd inzibati ərazi dairəsinin ərazisində yerləşən “Bəlliolan” adlı yay otlaq sahəsindən 180 (bir yüz səksən) ha ərazinin onun icarəsinə verilməsinin mümkün olmasını və bununla bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsində ifadə olunan hərəkətinə görə sonuncuya özləri vasitəsilə birbaşa yolla, 4500 manat məbləğində əlavə hissəsi üzrə özünün niyyəti ilə əhatə olunmamaqla və bununla bağlı Təqsirləndirilən şəxs cinayətkar niyyətindən xəbəri olmadan, maddi nemət olan 16500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirməsi ilə əlaqədar, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid4 qeyd edilən şəxslər vasitəsilə razılığını almaqla onunla özünün niyyəti ilə əhatə olunan məbləğ üzrə, yəni 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinə dair sövdələşib, həmin niyyətlə, Şahid4 tərəfindən 2019-cu ilin may ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında istifadəsində olan “Mitsubishi Pajero” markalı, 40-xx x 424 dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs iki dəfəyə 7000 və 5000 (beş min) manat olmaqla, ümumilikdə 12000 manat məbləğində pul vəsaiti verildikdən sonr a sonuncu həmin pul vəsaitinin 2000 manatını özünə götürüb qalan 10000 (on min) manatını Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə həmin qaydada qeyd edilən Mərkəzin arxasında yerləşən dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında həmin 10000 (on min) manat pul vəsaitini Şahid2 alaraq, həmçinin, eyni niyyətlə, növbəti gün Şahid4 tərəfindən 4500 manat məbləğində pul vəsaiti Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında istifadəsində olan həmin avtomobildə Təqsirləndirilən şəxs verildikdən sonra sonuncu həmin pul vəsaitinin 2 500 manatını özünə götürüb qalan 2000 manatı Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə eyni qaydada həmin Mərkəzin arxasındakı dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra qeyd edilən xidməti otağında həmin 2000 manat pul vəsaitini Şahid2 alaraq, qeyd edilən qaydada vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid4 məxsus 12000 manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə ona qəsdən xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi nemət olan pul vəsait ini vahid niyyətlə rüşvət qismində verməyə Şahid4 qəsdən təhrik etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə Məhkum, CM-in 178.1-ci maddəsi ilə isə Təqsirləndirilən şəxs əməlləri tam əhatə olunduğundan və CM-in 32.4,312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham artıq olduğundan, Məhkum və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan rüşvət verməyə təhrik etməni və bunu nəzərdə tutan CM-in 32.4,312.1-ci maddələrini xaric etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Şahid4 otlaq torpaq sahəsinin onun icarəsinə verilməsinə görə 16.500 manat və yaxud 12.000 manat məbləğində pulun alınmasına aidyyəti olmamış, o, Şahid4 birbaşa və yaxud digər şəxslər vasitəsi ilə pul almamış, bununla belə məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilmədiyi üçün Məhkum təqsirliliyi və pulun alınmasına aidiyyəti sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə - dələduzluq cinayətini törətməkdə təqsirli bilinmiş və bundan irəli gələn məhrumiyyətlərə məruz qalmışdır. Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1- ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə təqsirliliyi, cinayətə ai diyyəti sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda Məhkum əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum aid hissədə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayəti ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum Şahid4 otlaq torpaq sahəsinin onun icarəsinə verilməsinə görə 16.500 manat və yaxud 12.000 manat məbləğində pulun alınmasına aidyyətinin olmadığını, Şahid4 birbaşa və yaxud digər şəxslər vasitəsi ilə pul almadığını iddia etməklə, Məhkum əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə əsassız olaraq təqsirli bilinməsi haqqında qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi ha qqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bil məz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələb in (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına və təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Məhkum barəsində Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni məzmunda olan dəli lləri müdafiə tərəfi birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürmüş və həmin dəlillər məhkəmələr tərəfindən, o cümlədən birinci instansiya məhkəməsində cinayət-prosessual qanunda təsbit edilən prosedurlara uyğun keçirilmiş, cinayət prosesi tərəflərinin bərabər şərtlər əsasında təmsil olunduqları, onların prosessual hüquqlarının təmin olunduğu məhkəmə baxışının gedişində CinayətProsessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutlar bilavasitə tədqiq edilməklə tam, hərətərəfli və obyektiv araşdırılmış və istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu, Məhkum həmin maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qənaətlərini belə araşdırmanın yekununda müəyyən edilmiş və bu səbəbdən kassasiya kollegiyasında da həqiqiliyi şübhə doğurmayan faktiki hallar üzərində qurmuşlar. Belə ki, Məhkum hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının təsviri-əsaslandırıcı hissəsində, eləcə də hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş faktiki hallardan ibarət olan dələduzluq cinayətini törətməsi birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş (apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı) çoxsaylı sübutlarla əsaslandırılmış və bu sübutlar sırasında Məhkum özünün ibtidai istintaqda verdiyi Şahid4 torpaq sahəsinin icarəyə verilməsindən ötrü 12000 manatı almasına dair etirafedici izahatı və Şahid4 vurulm uş ziyanı tam ödəməsi faktı; Şahid4 ona otlaq torpaq sahəsinin icarəyə verilməsi və bu məsələnin Məhkum tərəfindən həll edilməsi üçün Təqsirləndirilən şəxs iki dəfəyə 12000 manat və bir halda da 4500 manat məbləğlərində pulu ondan almasına dair ifadəsi; digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iki dəfəyə 12000 manat, daha sonra 4500 manat pulu Şahid4 alıb tanışı Şahid1 verməsinə, Şahid1 pulu Şahid2, Şahid2 isə pulu Məhkum çatdırmasına, eləcə də torpaq sahəsinin icarəyə verilməsi məsələsi uzun müddət həll edilmədiyi üçün onlar, o cümlədən Şahid4 Məhkumla bir yerdə görüşərkən Məhkum pulun ona verilməsini etiraf etməsinə dair ifadəsi; Quba Rayon İcra Hakimiyyəti başçısının Zərdabi İƏD üzrə nümayəndəsi Şahid2 12.000 manat pulu yaylaq otlaq sahəsinin Şahid4 icarəyə verilməsini təşkil etm ək üçün birbaşa Məhkum verməsinə dair ifadəsi; Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunda olan ifadəsi; Şahid4la Məhkum arasında olmuş telefon danışığının Şahid4 tərəfindən istintaqa təqdim edilən yazısı (həmin yazıda Məhkum bildirir ki, o, torpağa dair sənədlərin verilməsini təşkil edəcək və israrla xahiş edir ki, Şahid4 polisə verdiyi şikayətini geri götürsün); Şahid4 Şahid2la və Şahid1la telefon danışıqlarının yazısı və digər materiallar qeyd olunmuşdur. Hökmdə yuxarıda sadalanan və digər sübutlar təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticələri həmin sübutlardan çıxış etməklə əsaslandırdığından, məhkəmə kollegiyası hazırki qərarda qeyd olunan və digər sübutların yenidən ətraflı təsvir və şərh olunmasını zəruri hesab etmir və məhkəmələrin Məhkum əməlində CM-in 178.2.3, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkibinin olması, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmamasına dair qənaətlərini (bu qənaət məhkəmədə baxılmış sübutlara və onlar əsasında müəyyən edilmiş faktiki hallara uyğun olduğundan), şübhə altına almaq üçün əsas görmür. Belə olan halda müdafiəçinin kassasiya şikayətində sözügedən məsələlərə həsr etdiyi dəlillər və Məhkum əməllərində ona isnad edilən dələduzluq cinayətinin tərkibinin olmaması, cinayətə aidiyyətinin və təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddiaları əsaslı dəlil və iddialar kimi qiymətləndirilə və qeyd olunan məsələlərlə əlaqədar CPM-in 416.1-ci maddəsində, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.6, 416.1.11-ci maddələrində göstərilən əsaslar müəyyən edilmədiyindən, həmin əsaslarla şikayət təmin edilə bilməz. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündə qanuni əsas olmadan Məhkum mülkiyyətində olan ünvan7ndə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə ibtidai istintaqın gedişində qoyulmuş həbsin qüvvədə saxlanılması barədə qərar qəbul edildiyindən və həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığından, bu hissədə məhkəmə qərarları dəyişdirilməli, həmin müddəa məhkəmə qərarlarından xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyma mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda x üsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum münasibətdə xüsusi müsadirə tətbiq edilməmiş və mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməmişdir (hökmdə mülki iddianın olmadığı, Şahid4 vurulmuş ziyanın tam ödənildiyi qeyd olunmuş və bu hal Məhkum cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir). Belə olan halda, Məhkum mülkiyyətində olan ünvan7ndə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə ibtidai istintaq zamanı qoyulmuş həbs saxlanıla bilməzdi və məhkəmə tərəfindən hökm çıxarılarkən həmin əmlak üzərinə qoyulmuş həbs ləğv olunmalı və torpaq sahəsi həbsdən azad edilməli idi. Lakin, CPM-in 248.1.1-ci maddəsinə əməl olunmadan çıxarı lmış həmin qərar (hökmün müddəası) apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Odur ki, qeyd olunan pozuntunun aradan qaldırılması üçün CPM-in 416.1.2-ci maddəsində göstərilən əsasla apellyasiya instansiyası məhkəməsinin yekun qərarı və həmin məsələ üzrə Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilməli, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 5 (001)1105/2020 nömrəli qərarı ilə Məhkum mülkiyyətində olan ünvan7ndə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməli və həmin əmlak həbsdən azad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 14 iyun 2023-cü il tarixli qərarı Məhkum aid hissədə yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 14 iyun 2023-cü il tarixli qərarı və Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilsin, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 5 (001)-1105/2020 nömrəli qərarı ilə Məhkum mülkiyyətində olan ünvan7ndə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin və həmin torpaq sahəsi həbsdən azad edilsin. Qərar və hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar