Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2092/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə və CM-in 228.1-ci madd əsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 mart tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X8 və X5 ibarət tərkibdə) 2024-cü il 8 oktyabr tarixli 1(099)-150/2024 nömrəli hökmü ilə xx xxxxx 1982-ci ildə Lerik rayonu, Hildərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmayan, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Lənkəran rayonu Balıqçılar qəsəbəsində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta y etirilmədiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, o, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 may 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə) 2025-ci il 4 mart tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməm iş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 1(099)-150/2024 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 27 fevral 2025-ci il tarixdə bitdiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 20 aprel 2023-cü il tarixdə Lənkəran rayonu Balıqçılar qəsəbəsində istintaqla müəyyən edilməmiş şəraitdə qanunsuz olaraq 1 (bir) ədəd nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli, “AK-74” markalı, təyinatı dəyişdirilməmiş, saz vəziyyətdə və atəşə (istifadəyə) yararlı yivli odlu avtomatik döyüş silahını, 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan 5,45 mm kalibrli, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK74”, “AKC-74”,”AKC-74Y” markalı avtomat silahlarda, “RPK-74”, “PPKC74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan döyüş sursatı hesab edilən atəşə (istifadəyə) yararlı patronları, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKC74”,”AKC74Y” markalı avtomat silahların komlekt hissəsi olan 30 (otuz) ədəd 5,45X39 mm kalibrli patron tutumuna malik, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı əldə edib üzərində saxlayaraq daşımış, gəzdirmiş və yaşadığı Lənkəran rayonu Balıqçıl ar qəsəbəsindəki evinə gətirərək evin həyətində yerləşən anbarda sandığın içərisində gizlətmiş, 29 may 2023-cü il tarixdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində qanunsuz odlu silah saxlaması barədə alınmış məlumatların yoxlanması məqsədilə Lənkəran ŞRPŞ-nın Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, həmin tarixdə saat 17:50-də Lənkəran rayonu Balıqçılar qəsəbəsində saxlanılaraq Liman PB-yə gətirilmiş, əməliyyat tədbirinin davamı olaraq 29 may 2023-cü il tarixdə tarixdə saat 20 radələrində yaşadığı Lənkəran rayonu Balıqçılar qəsəbəsində yerləşən evinə keçirilən baxış zamanı evin həyətində yerləşən anbarda sandığın içərisindən bir ədəd odlu silah, döyüş sursatı hesab edilən on ədəd patronlar və onun komplekt h issəsi olan sandıqça aşkar edilib götürülmüşdür. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 22 may 2023-cü il tarixdə Bakı şəhərində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,071 qram, 0,195 qram, 0,232 qram, ümumi təmiz çəkisi 4,498 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar hesab edilən 1 (bir) ədəd bükümdə 3,056 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlaması, 29 may 2023- cü il tarixdə saat 17:50 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsində saxlanılaraq Liman PB-nə gətirilməsi, polis bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ümumi 4,498 qram çəkidə narkotik vasitə olan heroin, 1 (bir) ədəd bükümdə ümumi 3,056 qram psixotrop maddə metamfetamin və şalvarının sol yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməsi barədə ittiham sübuta yetməmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli, 19/594 saylı ekspert rəyindən görünür ki; tədqiqata təqdim edilmiş bir ə dəd zərfdəki 3 ədəd bükümdə ayrı-ayılıqda təmiz çəkiləri - 4,071 qr, 0,195 gr, 0,232 qram, ümumi təmiz çəkisi 4,498 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitələr heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. -Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 3,056 qram olan maddə metamfetamindir. -Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə tədqiqata təqdim olunmuş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına (Siyahı İ) daxildir. Metamfetam in 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına" daxildir (Siyahı İ). Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1 iyun 2023-cü tarixli, 571 saylı rəyindən görünür ki, Məhkum opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarında olan 29 may 2023-cü il tarixli, şəxsi axtarış aparılması haqqında il protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Məhkum əynində olmuş şalvarının sağ yan cibindən üç bükümdə 4,60 qram narkotik vasitə heroini, bir bükümdə 3,28 qram psixotrop maddə metamfetamini və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin psixotrop maddənin, narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olduğunu, narkotik vasitəni, psixotrop maddəni istifadəsi üçün, elektron tərəzini də narkotik vasitə və psixotrop maddə alan zaman çəkisini yoxlamaq üçün üzərində gəzdirdiyini göstərmişdir. Bundan başqa, Məhkum ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə yox, şəxsi istifadəsi üçün əldə etməsi barədə göstərdikləri onun özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş, eləcə də Lənkəran ŞRPŞ Liman PB-nin əməkdaşları tərəfindən saxlanılarkən polis bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində ki şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə ümumi 4,498 qram çəkidə narkotik vasitə olan heroin, 1 (bir) ədəd bükümdə ümumi 3,056 qram psixotrop maddə metamfetamin və şalvarının sol yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona verilən ittihamın əsaslı olmasının birbaşa sübutudur. Qərarda Məhkum CM-in 234.4.3-cü maddəsilə təqsirsizliyini önə çəkmək üçün onun ifadələrinə söykənən istinadlar kifayət qədər çoxdur, qərarı oxuyarkən sanki elə görünür ki, məqsəd yalnız onun CM-in 234.4.3-cü maddə üzrə təqsirsizliyini önə çıxarmaq, ona bəraət verməkdir. Əfsuslar olsun ki, cinayət işi üzrə toplanmış sübutlar isə bunu demir. Bununla da məhkəmənin Məhkumlə bağlı gəldi yi nəticənin tam əksi olaraq yuxarıda göstərilənlərdən aydın olur ki, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 4,498 qram narkotik vasitə heroini və külli miqdarda, yəni 3,056 qram çəkidə psixotrop maddə metafetamini qanunsuz əldə etməklə satış məqsədilə üzərində daşıyaraq saxlamışdır. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, qərar çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəylərini müqayisəli təhlil edib onları nəzərə almamışdır. Halbuki, CPM-nin 28.2-ci maddəsinə əsasən hakimlər cinayə t mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tedqiq edilməmiş, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə ve ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan qərar qəbul edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apell yasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə və CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 mart tarixli qərarının ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prote stinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin h əlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişl ər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, birinci instansiyası məhkəmə Məhkum barəsində CM-in 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxararkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: ”... Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun barəsində olan ittiham aktında yazılmış avtomat və digər narkotik vasitələrin heç biri ona aid deyil. O, 26 may 2023-cü il tarixdə səhər saat 10-11 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsinə gəlmişdir. Belə ki, o, Bakı şəhərində işləmiş və həmin gün də uşaqlarını görmək üçün Balıqçılar qəsəbəsində yerləşən evinə gəlm işdir. Həmin gün evində heç kim yaşamadığından evində təmizlik işləri aparmışdır ki, uşaqları gəldikdə ev səliqəli olsun. Səhəri günü yəni 27 may 2023-cü il tarixdə, səhər saat 10-11 radələrində evinə 7 nəfər polis əməkdaşı basqın etmiş, evin içində onu döymüşlər, evini axtarmışlar. Lakin evin içində heç bir narkotik çıxmamışdır. Həmin vaxt evində siqaret qutusunda qram yarım qurudulmuş marixuana olmuşdur. O, narkotik istifadəçisi olsa da heç vaxt onda 7 qram olmamış, üzərində bu qədər narkotik vasitə ilə çölə də çıxmamışdır. Polislər evində axtarış aparmış və heç nə çıxmamışdır, bundan sonra onu polis şöbəsinə aparmışlar. 27 maydan 29 mayadək onu polis şöbəsində saxlamışlar. Həmin vaxt ona təzyiqlər etmişlər, döymüşlər, hədə-qorxu gəlmişlər. Onun başında travma olmuş, buna baxmayaraq döyü lmüşdür. Buna görə də polis əməkdaşlarının dedikləri ilə razılaşmış, sənədlərə imza etmişdir. Avtomatı da bölmə rəisinin otağında yerdə parçaya bükülü vəziyyətdə görmüşdür. Nə avtomat, nə də narkotik onda olmamışdır. Onun evində oğurluq olmuş, lakin polislər oğrunu tapa bilməmişlər, o, da polis əməkdaşlarına nalayiq ifadə işlətmişdir. Buna görə də sonradan onu tutmuşlar. Verilmiş suallara cavab olaraq Məhkum bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılanda orada 27 mayda tutulması, fiziki zora məruz qalması, narkotik vasitənin və silahın ona aid olması barədə heçnə deməmişdir. Buna səbəb isə polislərin onu hədələməsi olmuşdur. Saxlanılarkən üzərində 1,5 qram “nəşəsi” olmuş, lakin hər hansı heroin və metamfetamin, eləcə də silah onda olmamışdır. Təcrid xanaya daxil olarkən bədəni üzərində olan xəsarətlər yazılmışdır. Həmçinin onu polislər döyməklə yanaşı evindən daha çox narkotik vasitə çıxaracaqları ilə də hədələmişlər. 27 maydan sonrakı dövrlərdə növbətçi hissədə olan bütün polisləri də üzdən tanıyır. Belə ki, 28 mayda növbətçi hissədə olarkən Şaiq adlı növbətçi köməkçisi növbətçinin maşınını götürüb evinə getmiş, az sonra növbətçiyə zəng edib onun maşınını Xanbulanda olmasını demişlər, növbətçi də Şaiqə zəng edib evə getməməsi, Xanbulanda yeyib içməsi barədə məlumatının olmasını bildirmişdir. Bu söhbətləri polisdə saxlanıldığı üçün bilmişdir. Onu 29 mayadək Liman PB-də saxlamışlar. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, telefonu da tutulanadək evində olmuşdur. Telefonunu polislər qohumlarına qaytarmışlar. Həmçinin o, tutulan vaxt bacısı Təhminə Kişiyeva da Balıqçılar qəsəbəsinə gəlmişdir. 27 mayda Liman PB-də olan növbətçinin bədən qurluşunu tam xatırlamır, onun köməkçisi isə 35-40 yaşlı serjant rütbəli şəxs olmuşdur. 28 mayda isə kök bədən qurluşu, 60-65 yaşlı bir mayor olmuş, köməkçi isə ondan hündür, saçını arxaya daramış, eşitdiyinə görə Lerik yolunda yaşayan şəxs olmuşdur. 29 mayda isə növbətçi mayor rütbəsində olmuş, arıq bədən qurluşlu, saçları ağarmış, onun köməkçisi isə ondan biraz kök olan serjant rütbəli şəxs olmuşdur. Evində heç kim yaşamamış, uşaqları da həmin evdə yaşamamışdır. Bəzi ərizələrində və məhkəmədəki bəzi ifadələrində 26 mayda tutulmasını bildirsə də əslində 27 may saat 10-11 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum məhkəməyə ünva nladığı son sözündə narkotik vasitələrin, psixotrop maddənin, elektron tərəzinin, eləcə də silahın və döyüş sursatlarının ona aid olmadığını, hazırkı cinayət işi üzrə günahkar olmadığını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Məhkum üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsi istintaq hərəkətinə əlavə edilmiş videoçəkilişlərə baxıldıqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən təzyiqlərə və hədələrə məruz qaldığı üçün etirafedici izahat verdiyini bildirmişdir… …Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 27 mayda saat 18 radələrində Lənkəran şəhərində mağazadan işdən çıxıb evinə çatan vaxt dayısı arvad ı Şahid7 “WhatsApp” vasitəsi ilə ona mesaj yazıb ona zəng etməsini istəmişdir. O, da istifadəsində olan mobil nömrə ilə dayısı arvadı Dilbərə zəng etmişdir. Onunla danışan zaman polislərin qardaşı Samirin evinə gəldiyini, həyəti dağıtdıqlarını və Samiri apardıqlarını bildirmiş, həmçinin evi açıq vəziyyətdə qoyub getdiklərini, evdə oğru girməməsi üçün evə gəlməsini istəmişdir. O, da evə gəlib çantasını evə qoyduqdan sonra təxminən saat 19 radələrində Bəhruz adlı taksi sürücüsü ilə Liman şəhərinə, qardaşının yaşadığı evə getmişdir. Evə çatdıqda evin hər əşyasının dağıldığın, qapıların açıq olduğunu görmüşdür. Bundan sonra evi təmizləmiş, gecəni də dayısıgildə qalmışdır. 28 mayda isə Lənkəran şəhərinə qayıtmışdır. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, 27 mayda qardaşınn po lis əməkdaşları tərəfindən tutulduğunu bildikdən sonra 2012-ci ildən tanıdığı ailə vəkili olan Elçin adlı şəxsə zəng etmiş, bu barədə danışmışdır. Elçin adlı şəxs hal-hazırda Yardımlıda işləyir, lakin vəkil işləmir. Elçinə hadisə barədə danışdıqdan sonra Elçin məlumat alıb ona bildirəcəyini bildirmişdir. Az sonra Elçin ona bildirmişdir ki, təhqiqatçı ilə danışmış, X16 Bölməsinə aparıldığını öyrənmişdir. Həmçinin Elçin bildirmişdir ki, təhqiqatçının deməsinə görə Samiri narkotik istifadəçisi kimi sənədləşdirib buraxacaqlar. Elçinin hal-hazırda Yardımlı RPŞ-də rəis müavini vəzifəsində işlədiyini bilir. Elçinin ona dediklərindən sonra rahat olmuşlar və Samirin çıxmasını gözləmişlər. Elçinin ona yazdıqları “WhatsApp” proqramında olmuş, həmin yazışmaları ekran çəkilişi onda qalmışdır. Lakin həm in sosial şəbəkədi səsli danışıqları onda qalmamışdır. Elçinin mobil nömrəsi ***-***-**-**-dir. Lakin o, hazırda vəkil işləmədiyindən məhkəmə iclasında ifadə vermək istəmir. Həmin gün Elçinlə danışdıqdan sonra xalası Şəhlaya, bacısına zəng edib bu barədə demişdir. Şəhlanın mobil nömrəsi ***-***-**-** olmuşdur. Öz istifadəsində isə ***-***-**-** mobil nömrəsi olmuşdur…...Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid14 Məmmədəli oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum heç vaxt tanımamışdır. Şahid14 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fəxriyyə Ağakişiyevi tanıyır, uzaq qohumudur. Sonuncunun hüquqi məsələsi ilə bağlı bir neçə il əvvəl onun nümayəndəsi olmuşdur. Fəxriyyə Ağakişiyev 2023-cü il tarixdə tar ix dəqiq xatırlamadığı bir vaxtda ona zəng etmiş, qardaşı Məhkum polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumat vermişdir. O, da hüquqşunas olduğu üçün, həmçinin yardımlı RPŞ-də xidmət etdiyindən ona bildirmişdir ki, Məhkum onun xidmət etdiyi ərazidə saxlanılmamışdır. Sonradan isə Fəxriyyə xanım Samirin narkotik vasitələrlə bağlı tutulduğunu müəyyən etmiş və ona da bu barədə məlumat vermişdir. Ona təqdim edilmiş vatsap proqramından çıxarışda əksini tapan danışıqlar onun tərəfindən yazılmış, həmin yazışmalar ona aid olmuşdur. Həmin yazışmalardan görünür ki, həmin söhbətlər 27 may 2023-cü il tarixdə aparılmışdır. Lakin həmin tarixi dəqiq xatırlamır. O, həmin məsələ ilə bağlı polis əməkdaşlarından kimlə danışdığını xatırlamır. Bu hadisə bir il yarıma yaxın vaxt keçmişdir, buna gör ə də həmin hadisələri xatırlamır. İstifadəsində olan mobil telefonu dəyişdiyindən həmin yazışmalar hazırda onun istifadəsində olan telefonda yoxdur......Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş aşağıdakı məhkəmə istintaqı materiallarından müəyyən edilir ki; - Məhkum adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5752/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Məhkum 03 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı “sol dirsək nahiyyəsində 1-2 sm ölçüdə, sağ balıdırın ön nahiyyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli sıyrılmış yara” xəsarətləri aşkar edilmiş, həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.x x.2024-cü il tarixli, AZF/LGL-1845/24 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Məhkum istifadəsində olan ******-**-** saylı GSM mobil telefon nömrəsinə 25 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Məhkum istifadəsində olan yuxarıda qeyd edilən mobil telefon nömrəsininin anten dairəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müxtəlif ünvanlarda, xx.xx.2023-cü il tarixdən 27 may 2023-cü il tarixə saat 15:50-dək Lənkəran rayonu Liman şəhəri, Balıqçılar qəsəbəsində yerləşən anten dairəsinin əhatəsində olmuşdur. 27 may 2023-cü il saat 15:50-dən sonra isə Məhkum istifadəsində olan mobil nömrə istifadə olunmamışdır. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2581/24 say lı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Şahid5 istifadəsində olan ******-**-** saylı GSM mobil telefon nömrəsinə 27 may 2023- cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:25:24-də həmin mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 133 saniyyə danışıq aparılmış, həmin vaxt Şahid5 istifadəsində olan mobil nömrənin anten dairəsi “Shilavar Lukoil YD/"Lənkəran ray., Ələt-Astara şossesi, Konfort restoran yaxınlığı"/Lankaran/ “ ünvanında olmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixdə saat 19:46:58-də həmin mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 124 saniyyə danışıq aparılmış, həmin vaxt Şahid5 istifadəsində olan mobil nömrənin anten dairəsi “ BALİQCİLAR/" Lənkəran rayonu, Balıqçılar qəsəbəsi" /Lankaran/ (38.938xx/xx.92291)“ ünvanında olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9819 saylı məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş Şahid14 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 27 may 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrədən 18-18 sonluqlu mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 19:46:58-də zəng edilmiş 124 saniyyə, daha sonra həmin gün 19:53:35-də zəng edilmiş və 24 saniyyə danışıq aparılmışdır. Həmin mobil nömnrədən daha sonra 29 və 30 may tarixlərdə də Şahid14 istifadəsində olan mobil nömrəyə zənglər edilərək danışıqlar aparılmışdır. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 10221 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Şahid7 istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 27 may 2023- cü il tarixdən 30 may 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 18:25:24-də 070-860- 20-25 saylı mobil nömrədən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 132 saniyyə danışıq aparılmışdır. - Şahid5 tərəfindən təqdim edilmiş “WhatsApp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, Fəxriyyə Kişyeva “Elçin. Vekil” adı yazılmış şəxslə yazılı və səsli yazışmalar aparmışdır. “Elçin. Vekil” adı ilə qeyd edilmiş şəxs 27 may 2023-cü il tarixdə saat 21:07-də “Mən danışdım yenə, dedim istifadəçid ir”, “Başqa şey yükləməsinlər”, “Razılaşdılar. Sənədləşmə olsa ancaq istifadəçi kimi sənədləşəcək narahat olma”, “o biri nömrə mənim deyildir. Onu silərsən” məzmununda olan mesajları Şahid5 yazmışdır. Növbəti gün isə “Elçin. Vekil” adı ilə qeyd edilmiş şəxs yenidən Şahid5 istifadəsində olan mobil nömrəyə “Dedilər yox”, “Mənə də elə deyildi. Sonra da dedilər 234.1-lə sənədləşəcək.”, “Yəni istifadəçi kimi”, “həmin maddə ilə də çox vaxt məhkəmə buraxıb cərimə eliyir” - Lənkəran ŞRPŞ-nin Liman PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin məsul növbətçilərinin xidmətləri səhər saat 09:00-dan ertəsi gün səhər saat 09:00-a kimi davam edir. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis mayoru Məmmədhüseyn Vəliyev (vəfat edib), xx.xx.2 023cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis leytenantı Ələkbər Nəhmətzadə, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək polis mayoru Vasif Adıgözəlov olmuşdur. - Müdafiə tərəfindən təqdim edilmiş Şahid5 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinə və digər ali dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubundan görünür ki, Şahid5 həmin şikayətdə qardaşı Məhkum Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən 27 may 2023-cü il tarixdə yaşadığı evdən qanunsuz olaraq saxlanılıb polis bölməsinə aparılması barədə bildirmişdir. Müvafiq qəbzlərdən isə görünür ki, həmin şikayət xx.xx.2023-cü il tarixdə qeyd olunmuş ünvanlara çatdırılması üçün poçta verilmişdir…...Məhkuma ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona aid olmasını bildirməsidir. Lakin məhkəmə istintaqı zamanı Məhkum polis əməkdaşları tərəfindən 27 may 2023-cü il tarixdə saxlanılaraq 02 gün ərzində Liman PB-də saxlanılıb fiziki zorakılığa məruz qalması ilə bağlı ona verilmiş heroin və metamfetaminlə, eləcə də elektron tərəzi ilə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Məhkum fiziki zorakılığa məruz qalmasını barəsində həbs qətimkan tədbiri seçildikdən 3 gün sonra ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına daxil olarkən də bildirmiş, lakin bu barədə hər hansı yoxlama aparılmamışdır. Bundan əlavə, cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli 526 saylı rəyindən görünür ki, Məhkum bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Məhkum bədəni üzərində xəsarətlər olmamasını bildirən ekspert rəyi olsa da, sonuncu təcridxanaya daxil olarkən bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Məhkəmə kollegiyası Məhkum hazırkı məhkəmə istintaqı zamanı zorakılığa və hədəyə məruz qalmasını bildirməsi barədə ifadələrinə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olu nanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəft arla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qey d edilir ki,... Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Məhkum ibtidai araşdırma dövründə pis rəftara məruz qalıbqalmamasına münasibət bildirərək qeyd edir ki, Məhkum bədənində xəsarətlərin olması xx.xx.2023-cü il tarixdə ƏN-nin PX-nin Bakı istintaq təcridxanasına daxil olanda bədəninə baxış keçirilərkən aşkar olunmuşdur. Lakin Məhkum polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə fakt üzrə vaxtında ilkin yoxlama aparılmamışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, Məhkum qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, Məhkum bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilsə də sonuncunun müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərində xəsarətlərin olmasını göstərən akt ekspertə təqdim edilməmiş, Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olubolmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülməmiş, Məhkum müvəqqəti saxlama yerinə qəbul edən şəxsin izahatı alınmamışdır. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 5752/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Məhkum 03 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Göründüyü kimi Məhkum 29 may 2023-cü il tarixdə (iş materialları ilə 27 may 2023cü ildə saxlanılması təsdiq edilir) şübhəli şəxs qismində saxlanıldığı 31 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyi halda 24 saatdan artıq müvəqqəti saxlama yerində saxlanıla bilməməsi barədə imperativ norma olmasına baxmayaraq sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən 3 gün sonra, yəni 03 iyun 2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilmişdir…...Hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar araşdırlarkən həmin halların təsdiq edildiyini, Məhkumun bədəni üzərində xəsarətlərin olmasını və onun 02 gü ndən artıq vaxt müddətində müdafiəçisi olmadan polis bölməsində polisin nəzarətində qalmasını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib Məhkum qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz...” Birinci instansiya məhkəməsinin hökmündə əks olunmuş və yuxarıda qeyd edilən istinadlardan aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma apararaq, obyektiv, neytral müşahidəçini inandıracaq və qane edəcək səviyyədə öz mövqeyini əsaslandırmış, ittiham tərəfinin hər bir sübutuna çox həssas yanaşaraq, həmin sübutlar ı incəliyinə qədər tədqiq etmiş və ittiham tərəfinin hər bir sübutuna geniş və hərtərəfli araşdırma apararaq müfəssəl münasibət bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi də qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya protestini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə üst-üstə düşən kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya protestində ittiham tərəfinin sübutları sadalanmış, lakin məhkəmələrin bəraətin əsası kimi istinad etdiyi sübutlara heç bir münasibət bildirilməmiş, həmin sübutlarla ittiham tərəfinin hansı səbəbdən razılaşmamasının səbəbləri protestdə göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, şəxsi ağır cinayət əməli törətməkdə ittiham edən sübutlar o səviyyədə qanuni yollarla əldə edilmiş, əsaslı və mübahisləndirməyə imkan və şərait yaratmayan səviyyədə olmalıdır ki, ittiham tərəfinin bu sübutlarını müdafiə tərəfinin təkzib və inkar etməsi inandırıcı və ağlabatan olmasın. Açıq məhkəmə baxışının mahiyyəti də məhz ondan ibarətdir ki, cinayət prosesi tərəfləri məhkəmə qarşısında çəkişir, hər bir tərəf öz sübutlarını və qarşı tərəfin sübutlarına öz mövqeyini təqdim edir və hər bir sübuta açıq məhkəmə iclasında hərtərəfli, tam və obyektiv şəkildə baxıldıqdan, həmin sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmə aparıldıqdan sonra məhkəmə şəxsin təqsirli və ya təqsirsiz olması ilə bağlı bir qənaətə gəlir. Kassasiya protestinin dəlillərindən görünür ki, kassator öz dəlillərini yalnız ibtidai istintaq zamanı toplanmış sübutlarla əsaslandırmış, lakin açıq məhkəmə iclasında verilmiş ifadələrin əsaslılığını qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularını müvafiq qanun normalarına istinad etməklə hökmdə sadalamasına baxmayaraq, kassasiya protestində bu qanun pozuntularına heç bir münasibət bildirilməmiş, bu pozuntulara yol verilməsinin səbəbləri göstərilməmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.3.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbayca n Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 mart tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2092/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2092/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver