Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2093/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X4 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə, CM-in 237.2.1 və 237.2.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli, 1(106)-188/2025 nömrəli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1990-cı ildə İmişli rayonu, Yalavac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, İİİ dərəcəli əlil, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniten siar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2023-cü ilin mart ayının ortalarında gəlir əldə etmək məqsədilə tanışı X10 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib, yetişdirməklə kultivasiya edib qanunsuz olaraq satışını həyata keçirmək barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Tural Səfərovun verdiyi çətənə toxumlarının 168 (bir yüz altmış səkkiz) ədədini yaşadığı İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, bir ədəd dibçəkdə iki ədəd, qalan dörd dibçəkdə hər birində 1 ədəd olmaqla beş ədəd dibçəkdə cəmi 6 (altı) ədəd, ümumilikdə 174 (bir yüz yetmiş dörd) ədəd tərkibində narkotik m addələr olan çətənə (kannabis) bitkisini külli miqdarda qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 25 may 2023cü il tarixdə saat 13:06-da İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İmişli rayonu, Yalavac kəndində yerləşən evin həyətyanı sahəsinə və oradakı yardımçı tikiliyə baxış keçirilərkən, həyətyanı sahədən 168 (bir yüz altmış səkkiz) ədəd, yardımçı tikilidən beş ədəd dibçəkdə, onlardan birində 2 (iki) ədəd, digərlərində 1 (bir) ədəd olmaqla 6 (altı) ədəd, ümumilikdə isə külli miqdarda 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7700,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət məhkəmə tərkibdə) 18 oktyabr 2024-cü il tarixli, 1(099)-424/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, Məhkum CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qi smində tutulduğu 25 may 2023-cü il tarixdən hesablanması, İmişli Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli, 4(036)-36/2023 nömrəli qərarı ilə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. X4 üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X14 və X3 ibarət məhkəmə tərkibində) 18 mart 2025-ci il tarixli, 1(106)188/2025 nömrəli qərarı ilə Dövlət itti hamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum barəsində CM-in 234.4-3-cü maddəsi ilə bəraət verilməsi, onun CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 1(099)-424/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri, etirazlar:
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlill əri qismində cinayət işinin faktiki hallarına, sübutlara, birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Məhkum onu ağır cəza gözlədiyini, törətdiyi əməlin ictimai təhlükəliyini dərk edərək marixuananın ona aid olmadığını göstərmişdir, sonuncunun əlacı olsa idi, çətənə bitkilərinin də ona aid olmadığını, kiminsə onun həyətində əkdiyini bildirərdi. Birinci instansiya məhkəməsi hökmündə yalnız prosessual pozuntulara istinad etməklə təqsirləndirilən şəxsin təqsirsiz olması qənaətinə gəlmiş, Məhkum təqsirsiz olmasını başqa cür əsaslandıra bilməmiş, Şirvan Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvəsində saxlamaqla ədalətli olmamışdır. Məhkəmə tərəfindən bir sübutun qəbul, digə r sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Məhkum təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir.
8. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Məhkum əsassız bəraət vermişdir. Kassasiya p rotestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli, 1(106)-188/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzr ə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fə rqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Re spublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum əsassız olaraq CM-in 234.4.3cü maddəsi ilə bəraət verildiyini iddia etsə də, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1ci maddəsində nəzərdə tutulmuş hər hansı konkret hallarla əlaqələndirməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsaslarına konkretliklə müraciət etməmələrini onların mövqeyinin kifayət qədər əsaslandırılmadığını göstərən hal kimi qiymətləndirir.
17. Bununla belə, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli, 1(106)-188/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
19. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
20. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi ni nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, h ərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
24. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsa slandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
25. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
26. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, həmin maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də həm birinci instansiya məhkəməsinin araşdırdığı, həm də apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçirməklə əl də edilmiş sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmuş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında təqsirliliyinin sübuta yetirilməməsi nəzərə alınmış, onun barəsində əsaslı olaraq CM-in 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxarılmışdır
27. Məhkəmələr müəyyən etmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə bəraət almış şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamda onun təqsirliliyi sübuta yetirilmir. İttiham tərəfi isə sözügedən narkotik vasitənin Məhkum aidiyyətini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, bununla da ittihamın əsasını sadəcə it tiham tərəfinin ehtimalları təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmələr haqlı olaraq mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.
28. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qərarından müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamda onun təqsirliliyinin sübuta yetirilməməsini nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğu n olaraq – təqsirliliyinin sübuta yetirilməməsinə, yəni Məhkum Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
29. Məhkəmələr qeyd edilən nəticəyə gələrkən ona istinad etmişlər ki, Məhkum həyətində axtarış və götürmə tədbiri zamanı şübhə yaradan hərəkətlərə yol verilmişdir. Belə ki, videoçəkilişdən aşkar görünür ki, Məhkum həmin qara polietilen qara torbada olan bitkidən məlumatı olmadığını bildirir. Bundan başqa ittihamda və bioloji ekspertizanın rəyində həmin torpada olan bitkinin qurudulmuş marixuana olması qeyd olunsa da, videogörüntüdən həmin bitkinin tam quru olması müəyyən olunmur. Göründüyü kimi, torba aşkar olunarkən təhqiqatçı bununla bağlı heç bir sual-cavab aparmır. Bundan başqa həmin bitkinin miqdarı müəyyən ol unmur, qurudulmuş marixuananı əks etdirən xüsusi əlamətlər ətraflı təsvir edilmir, qablaşdırılmır. Müdafiə tərəfinin də mübahisələndirdiyi hal məhz bu xüsusatlarla bağlıdır. Bundan əlavə “məhkəmə-bioloji ekspertizası”nın 26 may 20223-cü il tarixli, 18/551 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “... X6 həyətyanı sahəsindən”... sözləri yazılmış və imzalar olan sintetik torbadakı: 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 2110,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; həmin sintetik torbanın içərisində 1 ədəd sintetik torbada cəmi 174 ədəd yaş vəziyyətdə ümumi çəkisi-7700,0 qram olan bitki nümunələri əkilib-bec ərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Bitki torpaqda toxumdan cücərərək yetişmiş, hər hansı üsulla hazırlanmamışdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş 174 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eyni deyildir.
30. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin cinayət işinin faktiki hallarının sübutlarlarla əlaqəli şəkildə qiymətləndirməsinə münasibətdə verdiyi qiymətlə razılaşır.
31. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.
32. Belə olan halda apellyasiya instansiyası məh kəməsinin qərarı əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
33. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
34. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli, 1(106)-188/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli, 1(106)188/2025 nömrəli qərarı dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.