Məhkəmə qərarları › İş №1(102)-2094/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2094/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2094/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X25 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X18, Məhkum1 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Məhkum2 müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Məhkum1 və Məhku m2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(106)-10/2023 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxx 1977-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamışdır.

2. Məhkum X3 xx xxxxxxx 1980-ci il tarixdə Beyləqan rayonu, Şərq qəsəbə sində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 və Məhkum2 məhkum edilmişlər ona görə ki, Məhkum1 arvadı X11 22 iyul 2019-cu il tarixdə saat 03 radələrində Beyləqan rayonu, İ Şahsevən kəndində, yaşadığı evin yaxınlığında yerləşən uşaq bağçasında həmkəndlisi X7 ilə cinsi əlaqədə olmasını aşkar etdiyinə, arvadı ailə üzvlərinə 2018-ci ilin sentyabr-oktyabr aylarında evlərində təmir işləri görmüş Zərərçəkmiş şəxs onun mobil nömrə və fotoşəklini gizli şəkildə əldə etməsindən sonra Zərərçəkmiş şəxs və Gündüz Baxşəliyev tər əfindən paltarsız vəziyyətdə montaj edilmiş fotoşəklini ona göstərəcəkləri, yaşadığı kənddə yayacaqları ilə hədələnməsi səbəbindən sonuncularla mütəmadi olaraq cinsi əlaqədə olduğunu dediyinə və saat 05 radələrində Beyləqan rayonu, İİ Şahsevən kəndində yerləşən, atasına məxsus evdə olarkən çardaqdakı tirə bağlanmış sintetik iplə özünü asmaqla öldürdüyünə, bundan sonra arvadının dediyi həmin məlumatların doğru olduğunu öyrənib yəqin etdiyinə görə Zərərçəkmiş şəxs qısqanclıq üzündən, qisas almaq niyyətilə qəsdən öldürmək barədə qərara gələrək 26 iyul 2019-cu il tarixdə səhər bu məqsədlə bıçaqla silahlanmış, qardaşı X12 və xalası oğlu Məhkum2 ilə birlikdə “Azercell”in Beyləqan ofisindən arvadının istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının siyahısını əldə edə bilmədikdən s onra saat 10 radələrində Zərərçəkmiş şəxs və qardaşı X16 ilə əvvəlcədən razılaşdıqları kimi, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Kral” şadlıq sarayının yaxınlığında görüşüb söhbət edərkən Zərərçəkmiş şəxs arvadı ilə hər hansı formada əlaqəsinin olmasını əvvəlcə inkar etdiyi halda, iştirakları ilə X55 Əlyarovun əmisi oğlu X30 ilə mobil telefon vasitəsilə danışarkən sonuncunun Zərərçəkmiş şəxs ilə arvadı arasında telefon danışıqlarının olmasını təsdiq etməsindən dərhal sonra Zərərçəkmiş şəxs öldürmək niyyətini qətiləşdirmiş, Rəşad Həsənovun həmin yerdə Rəvan Musayevlə mübahisə etməsindən istifadə edərək Zərərçəkmiş şəxs göstərilən məqsədlə, amma söhbət etmək adı ilə aldadıb İİ Beyləqan elektrik yarımstansiyası tərəfə gedən yolun kənarına piyada, söhbət edə-edə aparmış, bundan sonr a Məhkum2 onların arxasınca gedib olduqları yerlə kəsişmədə yerləşən magistral avtomobil yolunun kənarında dayanmışdır. Məhkum1 söhbət zamanı arvadı ilə telefonla danışmasını etiraf etmiş Zərərçəkmiş şəxs öldürmək məqsədilə şalvarının cibindən çıxardığı açılıb-qatlanan bıçaqla vurmaq istəyərkən sonuncu magistral avtomobil yoluna tərəf və arxasınca Məhkum1 qaçdıqda Məhkum2 Məhkum1 Zərərçəkmiş şəxs qarşı onun niyyəti ilə əhatə olunmuş məqsədini həyata keçirə bilməsinə şərait yaratmaq üçün sonuncunun qarşısını kəsib tutmaqla müqavimətini qırmaq istəsə də, Zərərçəkmiş şəxs onlardan yayınaraq avtomobil yolunun o biri tərəfindəki su kanalına tərəf qaçmış, onlar isə Zərərçəkmiş şəxs arxasınca qaçaraq təqib etmişlər. Zərərçəkmiş şəxs onlardan xilas olmaq üçün su kanalına girmiş, arxasınca kanala M əhkum1 girmiş, Məhkum2 isə kanalın kənarında dayanıb Məhkum1 Zərərçəkmiş şəxs bıçaqla vurması və qulağını kəsməsi barədə nalayiq söyüşlərlə müşayiət olunan çağırışlar etmiş və səs-küy eşidib hadisə yerinə yaxınlaşmış şəxslərə “sizlik deyil, başqa məsələdir, aralaşın buradan” deyib faktiki olaraq Məhkum1 Zərərçəkmiş şəxs etdiyi hücumun qarşısını almalarına imkan verməməklə sonuncunun həmin şəxslər vasitəsilə özünü müdafiə etmək imkanını aradan qaldırmışdır. Bu zaman Məhkum1 Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə bıçağın kəsici-deşici tiyəsi ilə sonuncunun həyat üçün vacib orqanının yerləşdiyi döş qəfəsinə, eləcə də sol qoltuqaltı nahiyəsinə qəsdən çoxsaylı zərbələr endirməsi nəticəsində döş qəfəsinin sol yarısının ön səthində sol orta körpücük xətti boyunca V qabırğa proyeksiyasında döş boşluğuna keçən, ürəyin sol qulaqcığını zədələyən və daxili qanaxma ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd, sağ qulaq seyvanının silinməz travmatik amputasiyası, sol əlin ovuc səthinin İİ daraq sümüyü proyeksiyası, sağ əlin ovuc səthinin İİİ barmağının İİ falanqası proyeksiyası və İİ, İİİ, İV daraq sümükləri proyeksiyası, sifətin sağ yanaq, sol burun-dodaq büküşü, sol çənəaltı nahiyələrinin kəsilmiş-deşilimiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid yaralar, sol xarici qulaq seyvanının yuxarı tini proyeksiyası, sol çiyin qurşağı və sol qoltuqaltı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, habelə sol göz yuvası ətrafının qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs öldüyünü zənn edib Məhkum2lə birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs dərhal qardaşı Rəvan Musayev və hadisə yerinə gəlmiş Beyləqan Rayon Polis Şöbəsinin (bundan sonra Beyləqan RPŞ) post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X17 tərəfindən su kanalından çıxarılıb Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (bundan sonra Beyləqan RMX) aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən Məhkum1 və Məhkum2 cinayətkar niyyətlərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürməyə cəhd etmişlər.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli, 1(099)-157/2020 nömrəli hökmü ilə (X36 (sədrlik edən), X31 və X19) Məhkum1 Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 iyul 2019-cu il tarixdən hesablanması, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinməsi, ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçildiyi 02 dekabr 2019-cu il tarixdən hesablanması, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən narazı qalan Məhkum1 müdafiəçisi X26, Məhkum2 müdafiəçisi X13 tərəfindən apellyasiya şikayətləri və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cina yətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Aqil Əli-zadə tərəfindən apellyasiya protesti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 1(106)-257/2021 nömrəli qərarı ilə (hakimlər X44 (sədrlik edən və məruzəçi), X37 və X6 ibarət tərkibdə) dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Aqil Əli-zadə tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X26 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (099)157/2020 saylı, 04 noyabr 2020-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi, Məhkum1 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1ci maddəsinə tövsif edilməsi və onun Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinə tövsif edilməsi və onun Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzas ına məhkum edilməsi, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-157/2020 saylı, 04 noyabr 2020-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 1(106)-257/2021 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əli oğlu tərəfindən kassasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətləri verilmişdir.

8. Azərbaycan Respubikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(102)-339/20 22 nömrəli qərarı ilə (hakimlər X20 (sədrlik edən və məruzəçi), X38 və X1 ibarət tərkibdə) kassasiya protestinin təmin olunması, kassasiya şikayətlərinin təmin olunmaması, Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının ləğv olunması, cinayət işinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(106)-10/2023 nömrəli qərarı ilə (hakimlər X23 (sədrlik edən və məruzəçi), X21 və X4 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 1(099)-157/2020 saylı hökmünün həmin hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X26, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayətləri və Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Aqil Əli-zadə tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(106)-10/2023 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

11. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı cinayət işi materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

12. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, həmin sübutların təhlilinə və çoxsaylı qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, Məhkum1 niyyətinin Zərərçəkmiş şəxs öldürmək deyil, məhz onun qulağını kəsməyə yönəlməsi cinayət işi materialları ilə öz təsdiqini tapır. Məhkum1 Zərərçəkmiş şəxs qulağını kəsərək konkret əməli başa çatdırm ışdır. Məhkum1 Zərərçəkmiş şəxs qulağını kəsdikdən sonra onun Emili öldürməsi üçün kifayət qədər zamanı və imkanı olmasına baxmayaraq bunu etməmişdir. Çünki onun niyyəti Zərərçəkmiş şəxs qulağını kəsmək olmuş və o, bu niyyətini həyata keçirməyi arzulamış və nəticədə öz istəyinə nail olmuşdur.

13. Bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 əməlinə düzgün hüquqi qiymət verilməməsini və onun barəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, şikayətdə göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixl i, 1(106)-10/2023 nömrəli qərarının dəyişdirilməsini, Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək, barəsində həmin maddənin sanksiyasının aşağı həddində ədalətli cəza təyin edilməsini xahiş edir.

14. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı cinayət işi materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

15. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, həmin sübutların təhlilinə və çoxsaylı qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, məhz həmin sübutlar Məhkum2 Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsi ilə elan olunmuş ittihamı təkzib edir. Çünki, Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsinin, ümumiyyətlə hər hansı bir cinayətin tərkib əlamətləri yoxdur.

16. Kassasiya şikayətinin müəllifi tərəfindən bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum2 əməlinə düzgün hüquqi qiymət verilməməsini və onun barəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, şikayətdə göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 25 yanvar 2023-cü il tarixli, 1(106)-10/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum2 barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmasını xahiş edir.

17. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

18. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

19. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən Məhkum1 müdafiəçisi Müdafiəçi1, tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

20. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən Məhkum2 müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərə k, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

21. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X32 müdafiə tərəfində verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

22. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

23. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın q anuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 24.Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

25. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

26. Məhkum1 müdafiəçisi, onun əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində n əzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

27. Həmçinin, Məhkum2 müdafiəçisi onun əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

28. Odur ki, kollegiya Məhkum1 və Məhkum2 müdafiəçilərinin kassasiya şikayətlərini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görü r və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(106)-10/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

29. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

30. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məc əllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

31. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

32. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 müdafiəçilərinin onların barələrində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məc əllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentlərini əsassız hesab edir.

33. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

35. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nətic əyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

36. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,120.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğ un nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətməkləri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-nin 29,120.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər.

37. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum1 və Məhkum2 müdafiəçilərinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcə k dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 cinayət əməllərinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

38. Məhkəmə kollegiyası hər iki Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində istinad etdikləri cinayət işi materialları, xüsusi ilə də fərqləndirdikləri məhkum edilmiş şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi həmin dəlillər müdafiə tərəfinin apellyasiya şikayətlərində də öz əksini tapmış, həmin dəlillərə münasibətdə apellyasiya məhkəməsi məhkəmə icraatını qismən məhkəmə istintaqı keçirməklə müvafiq araşdırmalar aparıb sübutları bir daha ayrı-ayrılıqda və m əcmu halında qiymətləndirərək qanuni və ədalətli nəticəyə gəlmişdir.

39. Kollegiya xüsusi olaraq qeyd edir ki, Məhkum2 müdafiəçisi kassasiya şikayətində Zərərçəkmiş şəxs qarşı törədilmiş əməldə onun heç bir iştirakçılığının olmamasını qeyd etsə də, sözügedən dəlil apellyasiya instansiyası məhkəməsi qarşısında irəli sürülmüş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə müdafiə tərəfinin qeyd edilən dəlilini müdafiə tərəfinin vəsatəti əsasında apellyasiya baxışı zamanı təkrar ifadəsi alınmış Zərərçəkmiş şəxs, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8, X9 və X22 ifadələri və iş üzrə tədqiq edilən digər sübutlarla da təkzib edildiyi qənaətinə gə lmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməllərinin tövsifinə və onlara təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.

41. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumların müdafiəçilərinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü saxlanılmalıdır. il tarixli, 1(106)-10/2023 nömrəli qərarı dəyişdirilmədən

42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM- nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(106)-10/2023 nömrəli qərarı Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar