Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2094/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 22 aprel 2025-ci il tarixli 1(105)-163/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayeva) 19 dekabr 2024-cü il 1(124)-404/2024 nömrəli hökmü ilə xx xxxx 1994-cü ildə Xaçmaz rayonu, Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Maqsudkənd kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 il (altı) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 1 dekabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq məqsədi İlə 2021-ci ilin sentyabr ayından 02 mart 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə müxtəlif vaxtlarda fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kim i işləyərkən həmin fiziki şəxsə məxsus ümumilikdə 73.100 (yetmiş üç min yüz) manat dəyərində olan özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə, o cümlədən 3.300 (üç min üç yüz) manat dəyərində 22 baş qoyunu, 2.200 (iki min iki yüz) manat dəyərində olan 01 baş inək və inəyin 06 aylıq balasını, 60.000 (altmış min) manat dəyərində olan 15.000 ədəd farel balığını, 7.500 (yeddi min beş yüz) manat dəyərində olan 05 ədəd havalandırıcı mühərriki və 04 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki, habelə eyni niyyətlə yaşayış sahəsinə qanunsuz daxil olmaqla 100 (yüz) manat dəyərində olan 01 ədəd “Samsung” markalı televizoru oğurlamaqla ümumilikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla və külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Elman Əhmədov) 22 aprel 2025-ci il tarixli 1(105)-163/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-404/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-163/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının qeydləri formal xarakter daşımış və faktiki olaraq hüquq normalarının tələblərinə məhkəmə tərəfindən əməl edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı ifadələrində dəfələrlə adı hallanan və uzun müddət hadisə yerində fəaliyyət göstərən Nəsib adlı şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışı zamanı şahid qismində dindirilməmişdir. Təqsirləndirilən şəxs Məhkum hər iki instansiyada verdiyi ifadələrində həmin Nəsib adlı şəxsin dəvəti ilə hadisə yerində fəaliyyət göstərdiyini, həmin şəxsin öz ailəsi ilə birlikdə uzun müddət həmin yerdə qaldığını və fermanın bütün fəaliy yətinə nəzarət etdiyini vurğulamışdır. Kassator qeyd edir ki, Nəsib adlı həmin şəxs hazırkı cinayət təqibi üzrə cinayət hadisəsinin baş vermə faktının və halların müəyyən edilməsi üçün sübutlarla bağlı ən əsas və önəmli şahiddir. Bu önəmli halla bağlı məhkəmə kollegiyasına yazılı formada müdafiə tərəfindən vəsatətlə müraciət olunub, lakin məhkəmə kollegiyası həmin önəmli vəsatəti qərəzli olaraq təmin etməmiş və bununla da apellyasiya instansiyası məhkəməsi CPM-in 139.0.1-ci maddəsinin tələblərini pozmuş olmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cinayəti qulluq mövqeyinə və müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə törətməsini Azərbaycan Respublikası CM-in 61.1.13-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Həm ibtidai istintaq zamanı, həm də məhk əmə baxışı zamanı Məhkum verdiyi ifadələrində göstərmişdir ki, zərərçəkmiş şəxs tərəfindən ona vəd edilmiş əmək haqqından təxminən 4000 (dörd min) manat məbləğində əsassız olaraq məhrum edildiyinə görə, o, bu məbləğin əvəzinin çıxılması məqsədilə zərərçəkmiş şəxsə məxsus əmlakın bir hissəsini satmaq məcburiyyətində qalmışdır. Belə ki, o, zərərçəkmiş şəxsə məxsus təxminən 500 (beş yüz) kiloqram balığı, bir baş iribuynuzlu heyvanı və təxminən 20 (iyirmi) baş xırdabuynuzlu heyvanı satmışdır ki, həmin əmlakın ümumi dəyəri təxminən 9000 (doqquz min) manat təşkil etmişdir. Kassator hesab edir ki, işin bu halları məhkumun əməlinin bütövlükdə oğurluq kimi tövsif edilməsinə əsas vermir. Belə ki, əməlin 4000 (dörd min) manatlıq hissəsi üzrə Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-in 322-ci m addəsində nəzərdə tutulmuş özbaşınalıq kimi, qalan 5000 (beş min) manatlıq hissəsi üzrə isə Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və ya israf etmə kimi tövsif edilməlidir. Bu halda məhkumun cinayəti qulluq mövqeyindən və müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə törətməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinin tələblərinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumun kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesinin iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkum tərəfindən külli miqdarda zərərçəkmiş şəxsə məxsus əmlakın talanması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, əsassız olaraq məhkumu CM-in 177.3.2-ci maddəsi təqsirli bilinərək barəsində ittiham hökmü çıxarmışdır. Kassator hesab edir ki, məhkəmələr məhkumun əməlinin tövsifində hüquqi səhvə yol verilmiş, məhkumun əməli CM-in 179 və 322-ci maddələri ilə tövsif edilməlidir. Məh kəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilsə də, onun həmin ittiham üzrə tam təqsirli olması, yəni özgənin əmlakını oğurluq yolu ilə külli miqdarda talaması zə rərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin əməlin tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkumu əməlini CM-in 177.3.2-ci maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişlər. Belə ki, zərərç əkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Adığözəl oğlu ifadəsində göstərmişdir ki, məhkum əvvəlcə fermada fəhlə qismində işləmiş, sonra isə ona fermanın mühafizəsi də tapşırılmışdır. Göründüyü kimi məhkuma fermada olan əmlak barəsində hər hansı bir səlahiyyət (sərəncam vermək, idarə etmək, saxlamaq və sair) verilməmişdir. Məhkum fermada muzdlu işçi kimi işləmiş, sonra isə fermanı mühafizə etmişdir. Buna görə də A.S.Tamazov əmlakı etibar edilmiş şəxs kimi, yəni CM-in 179-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti kimi hesab edilə bilməz və onun əməlinin Azərbaycan Respublikası CM-in 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və ya israf etmə cinayəti kimi tövsif edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Eyni zamanda, kassasiya şikayətində iddia edildiyi kimi, məhkumun əməlinin özbaşınalıq kimi qiymətləndirilməsi üçün də qanuni əsaslar mövcud deyil. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində görünür ki, A.S.Tamazovun əvvəl də fermadan oğurluq etməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi məqsədi ilə sonuncunun aylıq maaşı 500 manatdan 300 manata endirilmişdir. A.S.Tamazovun maaşın azalması ilə əlaqədar yenidən oğurluq etməsi özbaşınalıq kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Məhkum əməli özbaşınalıq deyil, CM-in 177.3.2ci maddəsində nəzərdə tutulmuş oğurluq tərkibini təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumun zərərçəkmiş şəxsə məxsus əmlakın gizli talanması ilə əlaqədar əməlləri əsaslı olaraq oğurluq kimi tövsif edilmişdir. Məhkəmələrin məhkumun əməlinin tövsifi barədə gəldiyi nəticə işin hallarına və tədqiq edilmiş sübu tlara tam uyğun gəlir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr iş üzrə sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur k i, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum əməli CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclas pro tokollarından görünür ki, məhkəmə istintaqı zamanı verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarları qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarlar qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilm əz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2094/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2094/2025
03.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver