Məhkəmə qərarları › İş №1(102)-2096/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2096/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2096/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməs inə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(108)-17/2024 nömrəli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: Şahid6 (sədrlik edən və məruzəçi), Faiq Heydərov və Səxavət Hüseynovdan ibarət tərkibdə) 27 fevral 2024-cü il tarixli, 1(109)-2/2024 nömrəli hökmü ilə, xx xxxxxxx 1988-ci ildə Babək rayonu, Zeynəddin kəndində doğulmuş, orta təhsilli, subay, 3 uşaq atası, işsiz, məhkumluğu olmayan, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkə n Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(108)-17/2024 nömrəli qərarı ilə (Hakimlər: Fərman Abbasov (sədrlik edən və məruzəçi), İlqar Mirzəyev və Yusifəli Qurbanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)2/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 18 avqust 2023-cü il t arixdə saat 18 radələrində həmkəndlisi, xx xxxxxxx 2012-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan, Babək rayon Hacıvar kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Zərərçəkmiş şəxs qolundan tutaraq zorla kəndin giriş hissəsində olan "Selov” adlı dərəyə aparmış, oradakı yurğun kollarının arasında şalvarının sepini açaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs əli ilə oynatmasına məcbur edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçiləri kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, hazırki işdə heç bir maddi sübut olmamışdır. Belə olan halda CM-nin 150.3.3-cü maddəsində göstərilən əməllərin Məhkum tərəfindən törədilməsinə olan şübhələrdən çox, həmin əməllərin Məhkum tərəfindən törədilməsinə əsaslar yarandığını məhkəmələr nəzərə almamışlar. Məhkəmələr hökm çıxararkən Məhkum 3 azyaşlı övladının olmasını, qoca anasının həmin uşaqlara baxmaq məcburiyyətində qalmasını və onun ailənin yeganə çörəkqazananı olmasını nəzərə almamışdır. Məhkumun müdafiəçiləri kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(108)-17/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya instansiyası məhkəməsində məhkumun müdafiəçisi Müdafiəçi3 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kas sasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məh kəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarını sübutların qiymətləndirilməsi və cəzanın ağırlığı hissəsində mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2-ci və 416.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nətic ələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiy a şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Müdafiəçilər kassasiya şikayətlərində məhkumun əməlini təsdiq edən kifayət qədər sübutun olmadığını, eləcə də məhkuma olduqca ağır cəza təyin edildiyini mübahisələndirmişdir. Məhkumun əməlinin sübut edilməsi ilə bağlı məsələyə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş cinayət əməlində təqsirli olması birinci instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, ibtidai istintaq dövründə Məhkum həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ibtidai istintaq zamanı onun hüquqlarını müdafiə etmiş vəkili Müdafiəçi1 iştirakı təmin olunmuş, müdafiəçinin iştirakı ilə etiraf ifadəsi vermiş, ifadəsini oxuyub, düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Məhkəmənin sorğusu əsasında Babək Rayon Prokurorluğundan verilmiş 22 fevral 2024-cü il tarixli 3-4/160/2-001502/2024 nömrəli cavabdan görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq dövründə təzyiq və təsirə məruz qalıb-qalmaması ilə əlaqədar Babək Rayon Proku rorluğunda araşdırma aparılmış və ona təzyiq nümayiş etdirilməsi, onun həmin cinayət işi ilə əlaqədar təzyiqə məruz qalması, ona qarşı qanunsuz hərəkətlər edilməsi faktı öz təsdiqini tapmadığından 14 dekabr 2023-cü il tarixdə Babək Rayon Prokurorluğunun müstəntiqi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması zərərçəkmiş və şahidlərin ifadələri ilə də təsdiq olunur. Bundan başqa, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsində əməlin tövsifini mübahisələndirməmiş, yalnız təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmişlər. Qeyd edilənlərdən də göründüyü kimi, məhkumun cinayət əməli qanunla müəyyən olunmuş qaydada tam sübuta yetirilmişdir və bununla bağlı kassasiya şikay ətinin dəlilləri əsassızdır. Məhkuma təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumun təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsinin sanksiyasında on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən də məhkuma sanksiyanın ən aşağı həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi, eləcə də təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunda göstərilən əsaslar yoxdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(108)17/2024 nömrəli qərarı Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(109)-2/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(108)17/2024 nömrəli qərarı Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar