Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2099/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli, 1(104)-218/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 2024-cü il 14 fevral tarixli, 1(076)-8/2024 nömrəli hökmü ilə (hakim Taleh Musayev), 13 avqust 1975-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, subay, Şəmkir rayon Kommunal Müəssisələr Kombinatında xidmətçi işləyən, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublik ası CM-in 170.1, 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 170.1 -ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Məhkum CM-nin 177.2.1 və 177.2.4-cü maddələri əsasında təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olara q 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin 14 fevral 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəx s barəsində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 2024-cü il 14 may tarixli 1 (104)-218/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum on səkkiz yaşına çatmış şəxs olaraq yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs aldadaraq, ona gündəlik cib xərcliyi üçün pul verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs vasitəsi ilə 2021-ilin noyabr ayından 2022-ci ilin fevral ayının 14-dək olan müddət ərzində müxtəlif vaxtlarda vahid niyyətlə hissə-hissə olmaqla sonuncunun anası Zərərçəkmiş şəxs məxsus çamadanın içərisindən 13.000 (on üç min) manat məbləğində pulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlayaraq zərərçəkmiş şəxs ə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı Məhkum özünü verilmiş ittihamda təqsirli bilməmişdir. Əsas olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə Şəmkir şəhəri Kraz yolu yaşayış massivində qonşuluqda yaşayır. Əvvəllər münasibətləri yaxşı olmuş, ailəsində problemlər olduğundan Zöhrə gəlib onlarla qalmışdır. Zöhrənin oğlu Elməddinin onun oğlu Elçin ilə dostluq münasibətləri olmuşdur. Məhkum “Lombard”da kreditdə olan qızıllarını götürmək istəmiş, lakin pulu olmadığından krediti bağlayıb qızıllarını götürə bilməmişdir. Elməddindən 1500 manat borc almışdır. Bir müddət sonra Elməddin gələrək pulu istəmiş, lakin pulu az olduğundan Elməddinə pulun yarısını verməyi, yarısını isə bir müddət sonra verməyi demişdir. Lakin Elməddin onunla razılaşmayaraq pulun hamısını istədiyini bildirmişdir. 2022-ci ilin may ayının əvvəllərində Zöhrə ondan 1000 manat pul istəmişdir. Məhkum pulu olmadığından verə bilməmişdir. Həmin gün gecə yarıdan keçmiş Zərərçəkmiş şəxs onlara gələrək onu çağırmış, sonra isə çamadanı göstərərək pulu yerində tapa bilmədiyini demişdir. Məhkum polis şöbəsində ifadə vermiş, ifadəsində Elməddindən 1500 manat borc aldığını göstərmiş, verilmiş ittihamda özünü təqsirli bilməmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, müxtəli f vaxtlarda Məhkum cəmi 13.000 manat pul vermişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, o pulu heç vaxt saymamışdır, çamadanda nə qədər pul olduğunu dəqiq xatırlamır. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, o heç vaxt çamadana pul qoymamış, çamadanda nə qədər pul olduğunu bilmir. Eyni zamanda Zöhrəyə məxsus əmək haqqı kartı və həyat yoldaşının pensiya kartı Təqsirləndirilən şəxs etibar etdikləri üçün həmişə Elməddində olmuş, onların əvəzindən həmin kartlardakı pulları bankdan Elməddin çıxarmışdır. Belə olan halda maraqlı bir sual meydana gəlir ki, istintaq 13.000 manat məbləğində pulu haradan əldə etmişdir? Qeyd olunan əməldə hansı oğurluq hadisəsi vardır? Hansı əlbirlik cinayəti törədilib? Məhkəmə araşdırması zamanı Məhkum tam təqsirsi z olması müəyyən olunsa da, məhkəmə onun barəsində ittihamedici hökm çıxarmışdır. Bununla da məhkəmə Məhkum münasibətdə ədalətsiz və qanunsuz hökm çıxarmışdır. Müdafiəçi bildirmişdir ki, onlar Gəncə Apellyasiya Məhkəməsində dəfələrlə vəsatət vermiş, Şəmkir Rayon Məhkəməsində aparılmış məhkəmə istintaqının sonuncu günü yazılmış (hökm çıxarılan günün xx.xx.2024-cü il iclas yazısına) iclas yazısına baxış keçirilməsini xahiş etsələr də, məhkəmə həmin video yazıya baxmaqdan imtina etmişdir. Müdafiəçi daha sonra bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi qəbul etmiş olduğu qərarda göstərmişdir ki, Məhkum tərəfindən cinayət hadisəsinin törədilməsi mötəbər sübutlarla öz təsdiqi tapmışdır. Lakin həmin mötəbər sübutların nələr olması məhkəmə qərarından aydın deyildir. Məhkəmə öz qəbul etmiş olduğu qərarda Şahid1 ifadəsinə istinad etmişdir. Lakin şahidin ifadəsi sübut kimi qəbul oluna bilməz. Çünki Şahid1 Məhkum gəlinidir. Onların arasında narazılıq var və Məhkum iddiasına əsasən Aygün Məhkum mülkiyyət hüququ ilə məxsus olan evdən çıxarılmışdır. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə buna baxmayaraq Şahid1 ifadəsini sübut kimi qəbul etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli 1 (104)218/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müdafiəçi Xalidə İsayevə kassasiya şikayət ində göstərilən məzmunda çıxış etdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 170.1, 177.2.1 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələ blərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun təqsirsiz olmasını və ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanu niliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə Şəmkir rayon polis şöbəsinin rəisinə müraciət edərək evindən 13000 manat pulun oğurlandığını bildirmiş və ona köməklik edilməsini xahiş etmişdir. (bax: cild 1, i.v.4). Zərərçəkmiş şəxs həmin gün polisdə izahat vermiş və evindən 13000 manat pulun oğurlandığını, həmin pulu 15 ilə yaxın bir müddətdə yığdıqlarını, pulları evində qara rəngli sumkanın içərisində saxladılğını bildirmişdir (bax: cild 1, i.v.5-6). 06 may 2022-ci il tarixdə zərərçəkmiş şəxsin oğlu hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs izahatı alınır və o, izahatında atasının yataq otağında olan çamadanın içərisində 13000 manat pul saxladığını və həmin pulun hamısını hissə-hissə Məhkum verdiyini dəqiqliklə, kiçik detallarına qədər ətraflı təsdiq edərək bildirmişdir. (bax: cild 1, i.v.11-13) 07 may 2022-ci il tarixdə Məhkum izahat alınmış və Məhkum həqiqətən də Təqsirləndirilən şəxs 13000 manat pul aldığını etiraf etmişdir. (bax: cild 1, i.v.15). Məhkum xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatda yenə də Elməddindən 13000 manat pul almasını bildirmişdir.(cild 1, i.v. 25-26). Məhkum xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilmiş və həmin ifadədə Elməddindən 13000 manat pulu neçə aldığını detallı şəkildə təsvir etmişdir. (bax: cild 1, i.v.49-51). Qəbzdən görünür ki, G. Hüseynova 5000 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. (bax:cild 1, i.v. 53). Cinayət işinin materiallarından da görünür ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum ibtidai istintaq zamanı vermiş olduğu eturaf yönümlü izahat və şahid ifadəsini hazırkı itt iham üzrə məhkuma qarşı istifadə etməmiş, bununla da onun özünə qarşı ifadə verməmək hüququna hörmətlə yanaşmışlar. Məhkəmə kollegiyası da həmin mövqe ilə razılaşır və həmin mövqeyi dəstəkləyir. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, digər məhkum Təqsirləndirilən şəxs istintaqın ilkin vaxtından başlayaraq məhkəmə araşdırması zamanı da daxil olmaqla verdiyi bütün ifadələrdə eyni məzmunlu ifadələr vermiş, baş vermiş cinayət hadisəsini bütün detallarını ətraflı və dəqiq şərh etmiş və bütün ifadələrində evlərində olan qara çamadanın içərisində olan 13000 manat pulu hər dəfə hansı miqdarda, hansı səbəblərlə Məhkum verdiyini bütün detalları ilə təsvir etmişdir. Müdafiəçi kassasiya şikayətində evdən oğurlanan pulun miqdarını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiya sı qeyd edir ki, oğurlanan pulun 13000 manat olmasını zərərçəkmiş şəxs polisə ilk şikayət ərizəsi yazarkən göstərmiş, məhkum Təqsirləndirilən şəxs bütün ifadələrində hissə-hissə olmaqla Məhkum verdiyi pulun ümumi miqdarının inandırıcı şəkildə 13000 manat olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilərkən məhkum Təqsirləndirilən şəxs suallara cavab verərkən göstərmişdir ki, hər dəfə çamadana pul qoyanda pulun büküldüyü qəzetin üzərinə məbləği yazmışlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, pulun məbləği ilə bağlı müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü dəlillər, eyni zamanda, apellyasiya instansiya məhkəməsinin diskə baxış keçirilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair müdafiəçinin dəlilləri əsassızdır. Belə ki, CPM-in 397-ci maddəsin də apellyasiya baxışının hüdudları müəyyən edilmişdir. Həmin Məcəllənin 397.3-cü maddəsində isə yeni sübutların tədqinin və məhkəmə istintaqı aparılmasının həddləri müəyyən edilmişdir. Müdafiəçinin məhkəmədən tələb etdiyi isə yeni sübut deyil, işdə olan sübutların araşdırılması ilə bağlı məsələdir. Yəni məhkəmə kollegiyası cinayət işinin materialları ilə tanış olarkən bütün sübutları, o cümlədən məhkəmə iclasının protokollarını da öyrənir və təhlil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin iclasında dindirilən Məhkum ifadə verərək göstərmişdir ki, “... bundan başqa Zöhrənin oğlu Elməddinin onun oğlu Elçin ilə dostluq münasibətləri olmuşdur. Buna görə də Elməddin həmişə onlara gəlib –getmişdir. 2021–ci ilin noyabr ayının əvvəllərində o, Elməddini siqaret çəkərkən görmüş və Elməddinə irad bldirərək valideyinlərinə məlumat verəcəyini demişdir. Elməddin isə ondan valideyinlərinə heç bir söz deməməsini xahiş etmişdir. Eyni zamanda Elməddin kredit borcunu ödəmək üçün ona pul verə biləcəyini, imkanı olduqda qaytarmasını demişdir. Lakin həmin vaxt o, Elməddinə pul lazım olmadığını bildirmişdir. Bir müddət sonra onun qızına elçi gəlmiş və qızının toy məclisini planlaşdırmışdır. Toy 2022–ci ilin fevral ayının 11–nə təyin edilmişdir. O, həmin vaxt “Lombard” kreditdə olan qızıllarını götürmək istəmiş, lakin pulu olmadığından krediti bağlayaraq qızıllarını götürə bilməmişdir. Ona görə də Elməddini çağırmış və Elməddindən pulunun olub–olmamasını soruşmuşdur. O, əvvəlcədən valide yinlərinin Elməddinə həmişə pul verməsini, Elməddin də həmin pulu yığaraq saxladığını bilmişdir. Bu dəfə də o, Elməddindən pul istədikdə Elməddin ona heç bir etiraz etməmiş və 1.500 manat pul verə biləcəyini demişdir. Elməddin yaşadığı evə gedərək bir qədər sonra onlara gəlmiş, cibindən çıxardaraq 1.500 manat pulu ona vermişdir. O da Elməddinin pulunu qaytardığında əlavə hörmət edəcəyini bildirmişdir. O, bundan başqa həyətində olan heyvanını satmış və Elməddindən götürdüyü 1.500 manatın üzərinə qoyaraq 2.400 manat düzəltmiş, “Lombarda” verərək kreditini bağlamış və qızıllarını götürmüşdür. Bundan bir müddət sonra Elməddin gələrək pulu istəmiş, lakin onun pulu az olduğundan Elməddinə pulun yarısını verməyi, yarısını isə bir müddət sonra verməyi demişdir. Lakin Elməddin onunla razılaşmayaraq pulun hamısını istədiyini bildirmişdir. O da pulu düzəldikdə Elməddinə verəcəyini bildirmişdir. Lakin pulu olmadığından Elməddinin pulunu qaytara bilməmişdir. Maraqlıdır, hansı səbəbdən Məhkum evin və pulun sahibindən deyil, pulu yetkinlik yaşına çatmayan, heç bir qazançı olmayan uşaqdan istəyir və alır. Bundan əlavə, müdafiəçinin kassasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, məhkəmə öz qəbul etmiş olduğu qərarda Şahid1 ifadəsinə istinad etmişdir. Lakin şahidin ifadəsi sübut kimi qəbul oluna bilməz. Çünki Şahid1 Məhkum gəlinidir. Onların arasında narazılıq var və Məhkum iddiasına əsasən Aygün Məhkum mülkiyyət hüququ ilə məxsus olan evdən çıxarılmışdır. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə buna baxmayaraq Şahid1 ifadəsini sübut kimi qəbul etmişdir. Bu dəlillə bağlı qeyd edilməsi zəruridir ki, CPM-in 95.2-ci maddəsində şahid qismində çağırıla və dindirilə bilməyən şəxslər sadalanmışdır. Həmin sadalamada keçmiş gəlinlər və ya məhkumla qərəzli münasibətdə olan şəxlərlə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərindən belə bir mənzərə ortaya çıxır ki, təqsirləndirilən və ya məhkumla qərəzli münasibətdə olan şahidlər də cinayət mühakimə icraatı zamanı şahid qismində dindirilə bilərlər və onların ifadələrinə ittiham tərəfinin sübutu kimi istinad edilə bilər. Lakin bu qərəzli münasibətin mövcudluğu şəraitində şahidin ifadəsinin CPM-in 145-ci maddəsinin tələblərini rəhbər tutmaqla qiymətləndirmək zərurəti ortaya çıxır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Şahid 1 ifadəsi CPM-in 145-ci maddəsinin tələblərinə uyğun qiymətləndirildiyindən, bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə Məhkum CM-in 170.1, 170.2.1 və 170.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir və kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddlərin də ədalətli cəzalar təyin edilmiş və cinayətlərin məcmuyu üzrə təyin edilmiş cəza da humanizm prinsipinin tələblərinə uyğun təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mə hkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli, 1(104)-218/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2099/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2099/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver