Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-21/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Məmmədli Ənnağı Əbdül oğlunun iştirakları ilə Bakı Ağır Cinay ətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədli Ənnağı Əbdül oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxx 1984-cü il tarixdə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, “xxxx.xxxx.az” saytının baş redaktoru işləyən, Abşeron rayonu, ünva n1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 iyun 2017-ci il tarixdən 02 iyul 2017-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün təyin edilmiş cəzadan çıxılmaqla, qəti olaraq 01 il müddətə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən olunaraq, əsas olan təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilm işdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədəqorxu ilə tələb etmək məqsədi ilə 2017-ci il iyunun 29-da istifadəsindəki 055- ***-**-** saylı mobil telefon nömrəsindən X3 istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurub özünü media əməkdaşı kimi təqdim edərək barəsində onda olan rüsvayedici məlumatların internet vasitəsi ilə yayılacağı halda sonuncunun, ailəsinin və anasının işgüzar nüfuzuna xələl gələcəyini bildirməklə müvafiq şəxslərə verəcəyi adı ilə 5.000 manat pulu hədə-qorxu ilə tələb etmiş, X3 bu barədə müraciət etdiyi Azərbaycan Respubli kası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizəsinə əsasən Məhkum cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən protokolda qeyd edilən, A47422068, A37553556, A60446359, C5907518Q, A31368371, A23159231, A21767776, B05704459, A36192974, A65909159, A80925601, C81363488, A30939119, B09964838, A30158740, A55249395, A76628867, A23624203, A09767637, A63135412, A75576579, C42537323, A03042011, A89299417, A13251333, A83573054, A48374066, A32653846, A53340794, A35425537, A17515586, A09450485, B06084397, A93711955, C72475728, A80706463, A29602597, A93193813, A55769823, A08692084, A95589520, B00795510, B12962458, A27722891, A60744311, A41 543643, A40418478, A53216327, A78843445, A68269566 seriya və nömrəli 50 ədəd 100-lük, ümumilikdə 5.000 manat pul əskinasının verildi X4 əməliyyat qrupuna daxil olunmuş və 2017-ci il iyunun 30-da saat 1410 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 5.000 manat məbləğində pulu X2 Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən “xxxxx” restoranında ələ keçirdikdən sonra polis əməkdaşları tərəfindən saxlanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, xidməti otaqların birində ona olunmuş təklif əsasında X2 hədə-qorxu ilə tələb etdiyi yuxarıda qeyd olunan 50 ədəd 100-lük, ümumilikdə 5.000 manat pul əskinasını əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən çıxarmaqla təqdim etmişdir. Hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) 14 may 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.Ə.Məmmədli kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Ə.Ə.Məmmədl i kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunsuz və qərəzli hökmlə razılaşmayan Məhkum apellyasiya şikayətində göstərdiyi xüsusatları ətaraflı araşdırmadan, tədqiq etmədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyu na tam, obyektiv və həıtərəfli qiymət verərək, Məhkum törətdiyi cinayət əməlini Azərbaycan respublikası CM-in 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin işin faktiki hallarına uyğun olan ifadələri ilə. habelə işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də, işə qərəzli yanaşmış, hüquqlarını Məhkum sübuta yetirliməmiş əməli üzrə qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onu n yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə müəyyən olunan cnayətin tərkibinin yaranması üçün hədə-qorxu ilə tələbin olması əsas şərtdir. Hədə-qorxu ilə tələb etmə olmadığı halda Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Məhkum bütün ifadələrində, X3 bir neçə il əvvəldən tanış olduqlarını, dəfələrlə, X3 xahişi ilə mətbuatda onunla və ailəsi ilə bağlı hər hansı bir xoşagəlməz, tənqidi yazılar yazılmaması üçün tanıdığı jurnalistlərdən bu barədə xahişlər etdiyini göstərmişdir. Hə bibin adından ona X5 və X6 zəng edərək xahişlər etmişdirlər və məndə X3 özü ilə görüşmədən onun xahişlərinə köməklik etmişdim. Bu xahişlər əsasən onun özü, dostları barədə mediada gedən yazılarla bağlı olmuşdur. Məndə şəxsi tanışlarımdan istifadə edərək onun və dostlarının barəsində mətbuatda gedən yazıları sildirmişəm, bir neçə dəfə onların lehinə məqalələr verdirmişəm. Bundan başqa, son hadisə ilə bağlı da "xxxxx.Az" saytının rəhbəri X5 vasitəsi ilə nın müraciət edərək bildirmişdir ki, Millət vəkili X7 və onun oğlu X3 ilə ailəvi dosturlar, X3 bir neçə problemleri olduğunu bildirərək bu işlərdə ona köməklik etməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə gör ə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğuna görə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “... birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143- 145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli qiymət verərək, Məhkum törətdiyi c inayət əməlini Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin işin faktiki hallarına uyğun olan ifadələri ilə, habelə işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin Məhkum təqsirini etiraf etməməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirməsi əsaslı olmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır... Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş sübutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmuyu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsasında işi araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində olan iş materialları ilə, həmçinin keçirilmiş məhkəmə iclaslarında bəraətin əsaslarını nəzər də tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ona bəraət verilə bilməz, bəraətin verilməsi haqqında şikayətin dəlilləri əsassızdır, məhkəmədə tədqiq edilmiş sübutların məcmuyuna əsasən Məhkum inkriminə olunmuş cinayət əməlini törətməkdə onun təqsiri düzgün müəyyən edilmişdir ki, həmin hallar bir daha cinayət işinin materiaları apellyasiya instansiyası məhkəməsinin iclaslarında da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tamŞ hərtərəfli və obyektiv araşdırmış, həmin sübutlarla işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materialların a tam uyğun çıxarıldığından Məhkum barəsində bəraət hökmünün çıxarılması haqqında şikayətin dəlilləri əsassız hesab edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) tə sdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində də belə bir dəlilə istinad edilməmişdir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas versin. Kassasiya şikayətində Məhkum ifadələrinə istinad edərək belə bi r fikir irəli sürülmüşdür: “...Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə müəyyən olunan cnayətin tərkibinin yaranması üçün hədə-qorxu ilə tələbin olması əsas şərtdir. Hədə-qorxu ilə tələb etmə olmadığı halda Məhkum barəsində ittiham hökmü çıxarılmışdır. Məhkum bütün ifadələrində, X3 bir neçə il əvvəldən tanış olduqlarını, dəfələrlə X3 xahişi ilə mətbuatda onunla və ailəsi ilə bağlı hər hansı bir xoşagəlməz, tənqidi yazılar yazılmaması üçün tanıdığı jurnalistlərdən bu barədə xahişlər etdiyini göstərmişdir. X3 adından ona X5 və X6 zəng edərək xahişlər etmişdirlər və məndə X3 özü ilə görüşmədən onun xahişlərinə köməklik etmişdim. Bu xahişlər əsasən onun özü, dostları barədə mediada gedən yazılarla bağlı olmuşdur. Məndə şəxsi tanışlarından istifadə edərək onun və dostlarının barəsində mətbuatd a gedən yazıları sildirmişəm, bir neçə dəfə onların lehinə məqalələr verdirmişəm. Bundan başqa, son hadisə ilə bağlı da "xxxxx.Az" saytının rəhbəri X5 vasitəsi ilə nın müraciət edərək bildirmişdir ki, Millət vəkili X7 və onun oğlu X3 ilə ailəvi dosturlar, X3 bir neçə problemləri olduğunu bildirərək bu işlərdə ona köməklik etməsini xahiş etmişdir...”. Məhkəmə kollegiyası bu dəlillərlə əlaqədar vurğulayır ki, onların özündə bir-birinə zidd fikirlər əks etdirilmişdir. Şikayətdə və Məhkum ifadələrində onun X3 ilə bir neçə il əvvəl tanış olduqları iddia edilir və eyni zamanda bildirilir ki, X3 adından ona X5 və X6 zəng edərək xahişlər etmiş və o, həmin xahişləri yerinə yetirmişdir. Bu məsələlərlə əlaqədar həm də qeyd olunmalıdır ki, X3 ifadəsində Məhkum ilə əvvəllər tanış olmalarına dair sonunc unun göstərdiklərini təkzib etmiş, Məhkum X3 digər şəxslər vasitəsi ilə etdiyi xahişləri yerinə yetirməklə mətbuatda sonuncunun özü və ailəsi haqqında xoşagəlməz tənqidi yazıların getməməsi üçün jurnalistlərdən xahiş etməsi heç bir sübutla təsdiq edilmir, Məhkum özü də belə jurnalistlərin adlarını məhkəmələrdə açıqlamamışdır. İş materiallarında X5 X3ün işlərində kömək etməyi Məhkum xahiş etməsinə dair məlumat da yoxdur (bu, yalnız Məhkum özünün ifadəsində əks etdirilmişdir). Şikayətdə, yuxarıda göstərildiyi kimi, X3 rüsvayedici məlumatlar yayma hədəsinin (Məhkum tərəfindən) mövcud olmadığı iddia edilir. Şikayətdən göründüyü kimi, müdafiə tərəfinin bu iddiası yalnız Məhkum özünün ifadəsinə əsaslanır. Lakin iş materiallarından görünür ki, məhkəmələr onun təqsirli olması nəticəsinə gələrkən t əkcə onun ifadələrinə deyil, onu ifşa edən bir çox digər sübutlara, onların məcmusuna da əsaslanmışlar. Bu sübutların məzmununun şikayətin həmin dəlilləri və Məhkum ifadələri baxımından da təhlili göstərir ki, sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin tərkibinin bütün əlamətləri (cəhətləri) mövcuddur. Bu məsələlərlə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Məhkum elə öz ifadəsinə görə o, həmin məlumatları dərc etmək niyyətində olmuş, onları digər kütləvi informasiya vasitələrində dərc olunacağını güman etmiş, bunları X5 bildirərək “X7 xanımgil inciməsəydi mən özüm ilk olaraq həmin məlumatları rəhbəri olduğum saytda yayım” ifadəsini işlətmiş, materialı tanış olmaq üçün X8 “WatsApp” vasitəsi ilə göndərmiş, X3 dəfələrlə bu məsələ barədə söhbətlər zamanı məlumat yayılmaması üçün “onlara” (adları çəkilmir) 5.000 manat pul vermək lazım olduğunu sonuncuya bildirmiş, görüşdükdə X3 gətirdiyi 5.000 manatı ondan qəbul etmişdir (Məhkum ifadəsinə görə X3 pulları verərkən qardaş payı kimi qəbul etməsini xahiş etmişdir). Həmin ifadələrdə pulu kimlər uçun alındığı açıqlanmamış, digər tərəfdən, Məhkum pulları qardaş payı olduğunu deyən X3 təkidi ilə götürüdüyünü də göstərmiş, bu da pulun kənar şəxslərə veriləcəyi versiyasını istisna edir. Həm də Məhkum rüsvayedici məlumatları yayılması hədəsi ilə X3dən əmlakını tələb etmədiyi barədə ifadəsi zərərçəkmiş şəxsin dəqiq, ətraflı, ardıcıl və iş materiallarına, o cümlədən şahidlərin ifadələrinə uyğun ifadələri ilə tam təkzib edilir. Kassasiya şikayətində məhkəmələrin işə qərəzli yanaşması iddia edilsə də, bu nu təsdiq edən hər hansı bir hala, sübuta və ya konkret dəlilə istinad edilməmiş, iş materiallarında da məhkəmələrnin qərəzli və ya hər hansı bir səbəbdən işin nəticəsi ilə maraqlı olduqları barədə məlumat yoxdur. Məhkəmələrin qanunla nəzərdə tutulmuş qaydada sübutları tədqiq edib, təhlil etməklə qiymətləndirərək onlara və onlarda olan məlumatların məcmusuna əsaslanıb Məhkum təqsirli olması qənaətinə gəldikləri bu hakimlərin sonuncuya qarşı qərəzli olmasını göstərən amil kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təqsiri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası cəza təyini məsələsinə gəldikdə isə hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Şikayətdə cinayət prosessual qanununun normalarına, habelə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və müddəaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kas sasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-21/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-21/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver