Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-21/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X6 ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X7, Məhkumun müdafiəçisi – X3 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3-cü maddəs i ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum2 və Məhkum3 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından məhkum Müdafiəçi1 müdafiəçisi M.Yolçuyev Məhkum3 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-133/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: X11, hakimlər:X8, X12), xx xxxxx 1995-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum1 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində 08 (səkkiz) il 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətin in başlanğıcının 13 oktyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; 05 avqust 1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Məhkum3 Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətini n başlanğıcının 13 oktyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; xx xxxxxxx 1994-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 26 (iyirmi altı) gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması, üzərində 07 (yeddi) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 13 oktyabr 2020-ci il tarixd ən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsə alınması, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(107)33/2021 saylı qərarı (hakimlər X10 (sədrlik edən və məruzəçi), X13 və X1 i barət tərkibdə) ilə müdafiəçilər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməsi, həmin hökmlə təqsirləndirilən şəxs Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 5 (beş) il müddətə endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 xx.xx.2020-ci il tarixdən xx.xx. 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddətin, cəmi 05 ay 25 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində 4 il 6 ay 05 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının 13 oktyabr 2020-ci il tarixdən hesablanması, həmin hökmlə təqsirləndirilən şəxs Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 4 il müddətinə endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 26 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində 3 il 06 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının 13 oktyabr 2020-ci il tarixdən hesablanması, həmin hökmlə təqsirləndirilən şəxs Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilməklə, 4 il müddətə endirilməsi, Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 25 gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində 3 il 06 ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının 13 oktyabr 2020-ci il tarixdən hesablanması, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Ali Məhkəmənin Cinayət Kollegiyasının 29 sentyabr 2021- ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 1(107)33/2021 saylı qərarı ləğv edilərək yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli, 1(107)-26/2022 saylı qərarı ilə, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-133/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından məhkum Müdafiəçi1 müdafiəçisi M.Yolçuyev Məhkum3 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayətlər i verilmişdir. Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər məhkum edilmişlər ona görə ki, Məhkum1, Məhkum3 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Məhkum1 evlənmək istədiyi Ağdaş rayonunun Pirəyir kənd sakini xx.xx.2000ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş rayonunun Pirəyir kəndi ərazisində orta küçə adlanan ərazidən Məhkum3 idarə etdiyi VAZ-21120 markalı H 955 YX 05 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağına iradəsinə zidd olaraq zor tətbiq etməklə əyləşdirərək oğurlamaqla adam oğurluğu cinayətini törətmişlər. Kassasiya şikayətin in dəlilləri: Kassator şikayətində qeyd edir ki, məhkumun səmimi peşmanlıq hissi keçirməsi qaçırılan şəxsə qarşı heç bir zorakı hərəkətlərin edilməməsi əl-qolunu bağlamaması kimi hallar yüngülləşdirici hallar kimi nəzərə alına bilər. Şəki Apellyasiya Məhkəməsi yüngülləşdirici halları nəzərə almamışdır və ədalətsiz qərar qəbul etmişdir. Məhkum1 hərəkətləri AR CM-nin 29, 144.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Kassator kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin qərarının ləğv edilib onun əməllərinin CM-nin 29, 144.2.3-cü maddəsinə tövsif edilməklə CPM-nin 419.10.12-ci maddəsinə uyğun olaraq yenidən apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum3 müdafiəçisi Müdafiəçi6 Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətində yüngülləşdirici halların nəzərə alınmaması öz ə ksini tapmışdır. Kassator şikayətdə Məhkum3 əməllərinin CM-nin 29, 144.2.3-cü maddəsi ilə tövsif edilməsi göstərişi ilə CPM-nin 419.10.12-ci maddəsinə uyğun olaraq işin apellyasiya məhkəməsinə baxılması üçün qaytarılması xahiş edilir. Məhkum2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətində də Şəki Apellyasiya Məhkəməsinin yüngülləşdirici halları nəzərə almaması öz əksini tapmışdır. Kassator şikayətdə Məhkum2 əməllərinin CM-29, 144.2.3-cü maddəsi ilə tövsif edilməsi göstərişi ilə CPM-nin 419.10.12-ci maddəsinə uyğun olaraq işin apellyasiya məhkəməsinə yenidən baxılması üçün qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin bax ışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçilər kassasiya şikayətlərində məhkum edilmiş şəxslərin törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini bildirərək, onların əməlinin CM-in 29, 144.2.3-cü maddəsinə tövsif edilməsini, cəza təyin edərkən yüngülləşdirici halların nəzərə alınmasını və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək yeni baxışa qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düz gün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 se ntyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutu lmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya məhkəməsi məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinmələri barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həm in sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum1, Məhkum2 və Məhkum3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onların tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Apellyasiya məhkəməsi hesab et mişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum1, Məhkum2 və Məhkum3 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1, Məhkum2 və Məhkum3 Cinayət Məcəlləsinin 144.2.3-cü maddələri ilə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Lakin məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza ilə razılaşmır və təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, c inayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəy inin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sü butların məcmusu ilə əsaslandırsın. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum1, Məhkum2 və Məhkum3 CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmalsrı barədə əsaslı nəticəyə gələrək onları məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifa dələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 ittiham edildiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3n təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumların barəsində olan yüngülləşdirici halları, məhkumların zərərçəkmiş şəxslə barışmasını, onlara qarşı heç bir şikayət və tələbin olmamasını əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkumlara təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün y alnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunm uş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və onlara təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin tö rədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüqu q və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıql arının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 yuxarıda göstərilən əməllərinə görə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı hə ddən də yüngül cəza təyin edilə bilər. Belə ki, «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh оlunmаsınа xidmət etməlidir. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsas ən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, Cinayət Məcəlləsinin 62.1- ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ict imai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək barışıq əldə etmələri, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 əvvəllər hər hansı bir məhkumluq həyatı yaşamamaları, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları onların cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə təyin edilmiş cəza CM-in 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etmə klə, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 cəza təyini hissəsində dəyişdirilsin. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 5 (beş) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 07 yanvar 2020-ci il tarixdən 09 yanvar 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 09 yanvar 2020-ci il tarixdən 24 yanvar 2020-ci il tarixədək həbsdə olduğu, 24 yanvar 2020-ci il tarixdən 02 iyul 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 25 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 5 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2020-ci il tarixdən hesablansın. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il m üddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 4 (dörd) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 07 yanvar 2020-ci il tarixdən 09 yanvar 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 09 yanvar 2020-ci il tarixdən 24 yanvar 2020-ci il tarixədək həbsdə olduğu, 24 yanvar 2020-ci il tarixdən 03 iyul 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 26 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2020-ci il tarixdən hesablansın. Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 144.2.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 4 (dörd) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 07 yanvar 2020-ci il tarixdən 09 yanvar 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 09 yanvar 2020-ci il tarixdən 24 yanvar 2020-ci il tarixədək həbsdə olduğu, 24 yanvar 2020-ci il tarixdən 02 iyul 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 ay 25 gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2020-ci il tarixdən hesablansın. Qərar qalan
Məhkəmə qərarları › İş №1(102)-21/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-21/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver