Məhkəmə qərarları › İş №1(102)-21/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-21/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-21/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli, 1(106)-185/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müə yyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(099)-421/2021 nömrəli hökmü ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), M.Müdafiəçi7 və C.C.Nəbiyev) xx xxxxxx 1968-ci ildə Astara rayonu Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.2.1, 1 78.2.3, 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cə zasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə əsas və əlavə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilə n şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Həsənov İbarət Əhəd oğlu, Məhkum müdafiəçisi Nağıyev Faiq Yavər oğlu, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Kərimov Bahadur Səttar oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 no yabr 2021-ci il tarixli hökmü verilmiş apelyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), İ.Ə.Rəcəbov və N.R.Mövsümov) kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti isə geri qaytarılmış, qərar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiy a məhkəməsinin hökmünə əsasən, Əliyev X6 Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyi dövrdə, yəni 2015-ci ilin yay aylarında xx.xx.2015-ci ildən Astara rayonu Şiyəkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlərə görə, yəni Məhkum Astara rayonu Şiyəkəran kəndi ərazisində torpaq sahəsi almaqla bağlı müraciət etmiş Şahid1 ona bələdiyyə mülkiyyətinə aid torpaqların icarəyə verilməsi və alqı-satqısı ilə bağlı qanunların tələblərini pozaraq 0,20 ha torpaq sahəsini alqı-satqı və 5,8 ha torpaq sahəsini icarə yolu verilməsi ilə bağlı özləri üçün külli miqdarda - 20.000 ABŞ dolları - qeyd olunan dövr üçün dolların manata məzənnəsi ilə 21.000 manat pulu rüşvət qismində almaq qərarına gəlmişlər, sonuncu razılıq verdiyi üçün ondan müvafiq dövrdə Astara rayonu Şahağacı kəndi ərazisində 20.000 ABŞ dollarını rüşvət qismində aldıqdan sonra, Təqsirləndirilən şəxs1 2015-ci ilin yay aylarında Şiyəkəran bələdiyyəsinin inzibati binasında yerləşən xidməti otağında əvvəlki tarixə tərtib etdiyi rəsmi sənədlərə - xx.xx.2006-cı il tarixli ÇVU seriyalı 109910 nömrəli "Kassa mədaxil orderinin qəbzi”nə torpaq alqı-satqısına görə Şahid1 tərəfindən 600 manat pulun ödənilməsinə, Şiyəkəran bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11 nömrəli qərarın və "Torpaqların alqısatqısına dair” xx.xx.2006-cı il tarixli aktının məzmununa Şahid1 0,20 ha torpaq sahəsinin satılmasına, akta əlavə edilmiş torpaq sahəsinin cizgi-planının məzmununa, habelə, Şiyəkəran bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11 saylı iclas protokoluna və "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli müqaviləyə Şahid1 5,8 ha torpaq sahəsinin 99 illik icarəyə verilməsinə, xx.xx.2014-cü il tarixli ÇVU seriyalı 109906 nömrəli "Kassa mədaxil orderinin qəbzi”nə torpaq icarəsinə görə Şahid1 tərəfindən 1856 manat pulun ödənilməsinə dair tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə həmin sənədlərdə cinayətdən xəbərsiz olan 2006-cı ildə Şiyəkəran bələdiyyəsinin sədri işləmiş Şahid3, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayonu şöbəsinin mütəxəssisi “X” və “Kassir”in adları qarşısındakı imzanı özü icra edib, həmin sənədləri bələdiyyənin möhürü ilə təsdiq edib, Məhk um vermiş, sonuncu da, öz növbəsində “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli akta və akta əlavə edilmiş torpaq sahəsinin cizgi-planına məlum olmayan şəraitdə əldə etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin möhürünü vurmaqla, həmin iki sənədi imzalamaq üçün 2015-ci ilin yay aylarında onların rüşvət alma ilə bağlı cinayətkar niyyətindən xəbərsiz olan xx.xx.2004 - xx.xx.2014-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayonu şöbəsinin müdiri vəzifəsində işləmiş digər Təqsirləndirilən şəxs2 təqdim etmiş, sonuncu 2006-cı ildə tərtib olunması qeyd olunan saxta rəsmi sənədlərdə əks olunmuş adının qarşısına sair şəxsi niyyətlə 2015-ci ilin yay aylarında imza etmiş, bundan sonra Məhkum həmin sənədləri Şahid1 təqdim etmişdir. Bundan başqa Məhkum digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqelərindən istifadə edərək, təsərrüfatını genişləndirmək üçün Məhkum Astara rayonu Şiyəkəran kəndi ərazisində 29 ha torpaq sahəsi almaqla bağlı müraciət etmiş Şahid1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmişlər, bu məqsədlə X8 Rayon İcra Hakimiyyətində yüksək vəzifədə işləyən yaxın tanışlarının olduğunu, eləcə də, onların vasitəsilə həmin vəzifəli şəxsə 14.000 manat pulu rüşvət qismində verəcəyi halda sonuncunun xidməti səlahiyyətlərinin (vəzifələrinin) icrası ilə əlaqədar onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər edəcəyini, yəni 29 ha torpaq sahəsini mülkiyyət hüququ ilə adına rəsmiləşdirəcəyini yalandan bildirib, həmin tarixdə Ast ara rayonu Şahağacı kəndi ərazisində sonuncunun etibarından sui-istifadə edib 14.000 manat pulunu ələ keçirməklə, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər, eyni zamanda onlar qeyd olunan hərəkətləri ilə Şahid1 rüşvət verməyə təhrik etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməllərində cinayət tərkibi olmadığı, təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin məzmunundan müəyyən olunur ki, Məhkum hər hansı torpaqların satışını, onların icarəyə verilməsini, ümumiyyətlə torpaqlar üzərində sə rəncam vermək hüququ olmamış, bu səbəbdən Məhkum yuxarıda qeyd olunan maddələrlə ittiham verilməsi əsassız və qanunsuzdur. Bundan başqa dələduzluq əməllərinin törədilməsi üçün ilk öncə zərərçəkmiş şəxsin etibarın qazanmaq və əvvəllər eyni işləri görərək güvən əldə etmək lazımdır. Lakin Məhkum heç zaman işlədiyi müddətdə istər zərər çəkmiş şəxs Şahid1, istərsə də, digər şəxslərə qarşı bu kimi əməllər törətməmiş və qanunla səlahiyyətinə aid olmayan məsələləri icra etməmişdir. İş materiallarından göründüyü kimi X Məhkum göstərilən məbləğdə pulun verilməsi heç bir mötəbər və tutarlı dəlil ilə sübuta yetirilmir. Məhkum heç zaman işlədiyi müddətdə istər zərər çəkmiş Şahid1 istərsə də, digər şəxslərə qarşı bu kimi əməllər törətməmiş və qanunla səlahiyyətinə aid olmayan məsələləri icra etməmişdi r. Müdafiəçi M.Ə.Salmanlı kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Şahid1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, Məhkum törətdiyi əməllərində özünü təqsirli bilmir, vurulmuş ziyanın heç bir hissəsini qismən olsa belə ödəməmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunidir və bu səbəbdən də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli, 1(106)-185/2022 saylı qərarını dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudl arını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsas lar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu kassasiya şikayətində (kassasiya şikayətinin məzmunundan) məhkəmələr tərəfindən işin halları müəyyən edilərkən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı, həmçinin təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-c i maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzə rdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə müm kün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş dələduzluq (CM 178.2.1, 178.2.3, 178.2.4), rüşvət alma (CM 311.3.1, 311.3.3) və vəzifə saxtakarlığı (CM 313) əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyy ən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, sənədlər, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstə rilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmələrin Məhkum ittiham olunduğu CM-ni 32.4, 312.2-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlər etməyə görə və ya təkrar maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. CM-in 312.2-ci maddəsində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. İbtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsə Astara rayonu Şiyəkəran kəndi ərazisində 29 ha torpaq sahəsi almaqla bağlı olan xahişinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin 14.000 manat pulu alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pu l verilməsinə təhrik etmiş, bununla da Məhkum CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata k eçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq, onun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş məsələlərinin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul alıb ələ keçirmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən CM-nin 32.4, 312-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin Qərarlardan çıxış edərək Məhkum hərəkətlərində CM-nin 32.4, 312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş h üquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023-cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə r üşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq et miş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun m ənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Öyrənilmiş cinayət işinin materiallarından göründüyü kimi, Məhkum dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun CM-nin 32.4,312.2-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayə tə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli hökmündən Məhkum CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar xaric edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən CM-nin 32.4,312.2-ci maddəsinin xaric edilməsi hər halda ona təyin edilmiş yekun cəzanın yüngülləşdirilməsi üçün əsas yaratsa da, kollegiya birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3-cü maddələri il ə təyin edilmiş cəzaların həddi və növü ilə bağlı yekun qənaətlərlə razılaşır və məhkəmələrin gəldiyi nəticələrin Cinayət Məcəlləsinin müvafiq olaraq 8, 59, 58.3 və 41.2-ci maddələrinin tələblərinə cavab verən nəticə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısının (CM-nin 32.4,312.2-ci maddəsinin xaric edilməsi) çıxışını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onun CM-nin 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 no yabr 2021-ci il tarixli hökmündən xaric edilməli və hökmlə CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3-cü maddələri ilə təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci və 66.3-cü maddələrinə əsasən qismən toplanılmaqla T.H. Əliyevə qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Salmanlı Mirkəbir Əliheydər oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022ci i l tarixli, 1(106)-185/2022 nömrəli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli, 1(106)-185/2022 nömrəli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(099)-421/2021 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2 və 66.3-cü maddələrinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4cü maddələri ilə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzası, CM-in 311.3.1, 311.3.3-cü maddələri ilə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar