Məhkəmə qərarları › İş №1(102)-21/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-21/2025

19.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-21/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və X8 ibarət tərkibdə, Əhbədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9, Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2023 saylı, 27 dekabr 2023-cü il tarixli (X1 (sədrlik edən və məruzəçi), X11 və X13) ilə hökmü ilə 4 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsində inspektor vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensi ar Xidmətinin X4 cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X16, hakimlər: X6 və X3 ibarət tərkibdə) 1(103)-553/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2023 saylı, 27 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-553/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 10 mart 2022-ci il tarixli, 1000/254Ş nömrəli əmrlə həmin X15 üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi rəisinin 6 iyun 2022-ci il tarixli, 2100/015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsi haqqında Əsasnamə”yə əsasən, mənbəyi bəlli olan məlumatlardan istifadə etməklə risklərin müəyyən edilməsi məqsədilə idxal olunmuş malların bazar qiymətinin araşdırılması, xarici ticarət əməliyyatlarının nəticələrinin real iqtisadi və sosial göstəricilərlə müqayisə edilməsi, məlumatların təhlilinin nəticəsi əsasında risklər in təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi, gömrük dəyərinin düzgünlüyünün araşdırılması, qanunvericilik aktlarında nəzərdə tutulmuş üsullardan istifadə etməklə malların gömrük dəyərinin müəyyən edilməsi, malların gömrük dəyərinin gömrük bəyənnaməsində göstərilən məlumatlara uyğunluğunun yoxlanılması, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyannamə ilə bağlı sənədlərin və məlumatların bəyənnaməçidən tələb edilməsi, dəyərləndirmənin düzgün olmadığı qənaətinə gəldikdə, gömrük dəyərinə düzəlişlərin edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasına gətirilmiş Almaniya Federativ Respublikası və Yaponiya iste hsalı olan avtomobillərin gömrük dəyərinin real qiymətdən aşağı qiymətləndirilməklə ödəniləcək gömrük rüsum və ödənişlərinin aşağı salınmasında köməklik göstərilməsi məqsədilə 2022- ci ilin dekabr ayında və 2023-cü ilin yanvar ayında özünə müraciət etmiş Şahid1 həmin müddətdə gömrük sərhədinə gətirilmiş ayrı-ayrı avtomobillərin, o cümlədən, M1-8703, benzin-elektrik (hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2005 olan VİN: JTDKB20U357007735 nömrəli “Toyota Prius” markalı, M1-8703, benzinelektrik(hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2006 olan VİN: JTDKB20U763167058 nömrəli “Toyota Prius” markalı, M1-8703, benzinelektrik(hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2007 olan VİN: JTDKB20U383326354 nömrəli “Toyota Prius” markalı, M1- 8703, benzin-elektrik (hibrid) mühərrikli, 1497 sm 3, buraxılış ili 2008 olan VİN: JTDKB20U087748350 nömrəli “Toyota Prius” markalı, M18703, dizel mühərrikli, 1950 sm3, buraxılış ili 2017 olan VİN: WDD2130041A347104 nömrəli “Mercedes Benz 220 D” markalı, M1-8703, benzin mühərrikli, 1997 sm3, buraxılış ili 2014 olan VİN: WBA5A7C51ED616001 nömrəli “BMW 528” markalı, cəmi 6 ədəd avtomobilin gömrük dəyərinin avtomobillərin texniki eyniləşdirmə şəhadətnaməsinə real dəyərindən aşağı, yəni buraxılış ili 2005, şassi nömrəsi JTDKB20U357007735 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 3.918 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.660,6 (altı min altı yüz altmış manat altmış qəpik) manat olmalı olduğu halda 2.900 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.930 (dörd min doqquz yüz otuz) manat, buraxılış ili 2006, şassi nömr əsi JTDKB20U763167058 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 4.468 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.595,6 (yeddi min beş yüz doxsan beş manat altmış qəpik) manat olmalı olduğu halda 3.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.950 (beş min doqquz yüz əlli) manat, buraxılış ili 2007, şassi nömrəsi JTDKB20U383326354 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat olmalı olduğu halda 3.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.610 (beş min altı yüz on) manat, buraxılış ili 2008, şassi nömrəsi JTDKB20U087748350 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 5.118 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.700,6 (səkkiz min yeddi yüz manat altmı ş qəpik) manat olmalı olduğu halda 3.700 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.290 (altı min iki yüz doxsan) manat, buraxılış ili 2017, şassi nömrəsi WDD2130041A347104 olan “Mercedes Benz 220 D” markalı avtomobilin gömrük dəyəri 39.900 avro, həmin dövrün rəsmi məzənnəsi ilə 71.369,13 (yetmiş bir min üç yüz altmış doqquz manat on üç qəpik) manat olmalı olduğu halda 34.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 58.310 (əlli səkkiz min üç yüz on) manat, buraxılış ili 2014, şassi nömrəsi WBA5A7C51ED616001 olan “BMW 528” markalı avtomobilin gömrük dəyəri 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat olmalı olduğu halda 9.700 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.490 (on altı min dörd yüz doxsan) manat məbləğdə qiymətləndirmə məbləği nin yazılmasına görə işlədiyi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında 2022-ci ilin dekabr ayının sonlarında görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən Azərbaycan Respublikasına gətirilmiş 4 ədəd “Toyota Prius” və 1 ədəd “Mercedes Benz 220 D” markalı avtomobil üçün maddi nemət olan 400 manat, 2023cü ilin yanvar ayının əvvəllərində qeyd edilən ünvanda görüşləri zamanı isə 1 ədəd “BMW 528” markalı avtomobil üçün maddi nemət olan 400 manat olmaqla, ümumilikdə maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Şahid1 rüşvət qismində istəyib, həmin niyyətlə Şahid1 təqdim etdiyi cinayətdən xəbərsiz arvadı X10 məxsus "xxxx" ASC-y ə aid 5167********0123 nömrəli kart hesabına sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X22 küçəsində yerləşən “Bizim Market” mağazasında quraşdırılmış “Emanat” terminalı vasitəsilə 10 yanvar 2023-cü il tarixdə göndərilmiş 400 (dörd yüz) manat və 17 yanvar 2023-cü il tarixdə göndərilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətində göstərir ki, hesab edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-8/2022 saylı hökm ü "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarına uyğun tərtib edilməmişdir. Belə ki, həmin qərarın 23 və 24-cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə zamanı təqsirləndirilən əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində yetirilməməsi, təqsirləndirilən göstərilən (cinayət hadisəsinin sübuta yetirilibyetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, şəxsin cinayətin törədilməsinə aidiyyətinin süb uta cinayətin törədilməsində təqsirləndirilən yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta əsasında ona istinad şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi məsələlərə təsdiqedici cavab edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin tutulduğu, CPM-də nəzərdə hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər baxıldığı və bu tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama məhkəmənin prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən əsaslandığı, təqsirləndirilən qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara şübhələr onun xeyrinə şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən haqqında nəticəyə gə lə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması bilməsi ilə şərtləndirmişdir. Şahin Rövşən oğlunun atası 1967-ci ci il təvəllüdlü Rövşən İskəndərov müxtəlif xəstəliklərdən əziyyət çəkir. Həmçinin o cümlədən xroniki virus hepatiti "C" xəstəliyindən həmin sənədlərə əsasən anası 1966-cı il təvəllüdlü X2 müxtəlif xəstəliklərdən çoxlu tələbli forma, o cümlədən “Şəkərli diabet, tip 2, insulin vəziyyət" xəstəliyindən sayda ağırlaşmalar ilə, ÜİX, Stentləşmə əməliyyatından sonrakı çəkdiyindən ailədə əziyyət çəkir. Valideynləri də müxtəlif xəstəliklərdən əziyyət övladı var. Bütün bunlar yeganə qazanc gətirən şəxs özüdür. 2023-cü ilin aprel ayında doğulmuş yanaşma sərgilənməsini, Məhkum əməlinə hüquqi qiymət verərkən daha həssas iş üzrə obyektiv qərar qəbul edilməsi üçün ən kiç ik detalların belə araşdırılmasını, ittiham tərəfinin sübutlarına tənqidi yanaşmaqla şərhsiz mötəbər qəbul edilməsindən çəkinməyi, müdafiə tərəfinin də təqdim etdiyi sübutların tam, hərtərəfli araşdırılmalı olmasını tələb edir. Həmçinin Məhkum təyin edilən cəza həddən artıq ağır olduğundan ədalətsizdir. Cəza təyin edilərkən maddi və prosessual hüquq normaları düzgün şərh edilməmiş, kifayət qədər əsaslar olmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi ümumi ifadələrlə daha yüngül cəza təyinini nəzərdə tutan Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkünsüz saymışdır. Aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarı dəyişdirilməli, məhkuma daha yüngül cəza təyin edilməlidir: Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə görə cinayətin məqsədi vе motivi, təqsirkar ın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, cinayətin məqsədi və motivi ilə bağlı müstəsna hallar da həmin normanın tətbiqi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Qanunun birbaşa tələbinə baxmayaraq məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı cinayətin məqsədini, motivini araşdırmamış və bu xüsusatlar üzrə hüquqi mövqeyini bildirməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya in stansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələl ərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələ Məhkumin CM-in 311.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması, ona ağır cəza təyin edilməsi və barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədədir. Kassasiya şikayətində göstərilən məsələlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin mə sələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hö kmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkumin Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanuns uz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 311.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədi lməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilən əsasları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən məhkumun təqsirsizliyi barədə dəlillər apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas vermir. Lakin məhkəmə kollegiyası Məhkum təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, hər iki valideyininin ağır zəstə olmasını, ilk məhkumluğunun olmasını habelə, məhkumun barəsində olan yüngülləşdirici halları ə sas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkə mələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrini n bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ailə vəziyyətini səciyyələndirən halları, valideynlərinin xəstəlikdən əziyyət çəkməsini, kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə, kassasiya şikayətinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azal dan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarak terini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmə kollegiyası Məhkumin törətdiyi əməli səmimi şəkildə etiraf etməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, iki yetkinlik yaşına çatmayan övladının və işləməyən həyat yoldaşının olmasını, ilk məhkumluğunun olmasını, onun davranışı və şəxsiyyəti ilə bağlı müstəsna hallar kimi qiymətləndirir və həmin halları nəzərə alaraq hesab edir ki, məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın müəyyən edilmiş həddindən daha aşa ğı həddə cəza təyin edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barədə cəza tətbiqi ilə əlaqədar Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməsi barədə dəlillərini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstit usiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yən i sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictima i təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul e dilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edil ir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hes ab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin edilmiş cəza dəyişdirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddə tinə azadlıqdan məhrum etmə cəzası həmin maddəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-c ü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının müddəti 3 (üç) ilədək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar