Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-210/2019 13.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 210/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "13" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə Azərbaycan Respublikas ı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Hüseynov Kamandar Əbülfəz oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 may 2018-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Z.A.Şirinov) xx xxxxx 1970-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Gəyəçöl kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubl ikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, qardaşı X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X5 və X7 əmlakını ələ keçirmək məqsədilə, etibarlarından sui-istifadə edib Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 10 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin 03 aprel 1979-cu il tarixli 29 saylı əmri əsasında bağ-bostan bitkiləri becərmək üçün X6 müvəqqəti istifadəyə verilmiş dəmir yolunun xüsusi mühafizə zolağına məxsus Bakıxanov-Böyükşor ərazisinin 11 km. pk 0+25 m-dən 0+50 m-ə qədər hərəkət istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsinin özlərinə məxsus olmasını, 110.000 ABŞ dollarına satmalarını bildirib aldadaraq həmin torpaq sahəsinə dair 06.01.2004-cü il tarixli 04 saylı məktubu istifadə etmək məqsədilə tanımadıqları X2 adına saxtalaşdırmaqla qanunsuz hazırlayaraq şərikinə torpaq sahəsini almaq istəyən X1 və X7 təqdim edib onları inandırdıqdan sonra, 05.08.2008-ci il tarixdə ünvan 1 ünvanda yerləşən ev alqı-satqısı ofisində həmin dövrün məzənnəsi ilə 16192 manat təşkil edən 20.000 ABŞ dolları, sonra isə həmin ilin avqust-sentyabr ayları ərzində bir neçə dəfəyə göstərilən ünvanda həmin dövrün məzənnəsi ilə 22385 manat təşkil edən 27.500 ABŞ dolları olmaqla, cəmisi həmin dövrün məzənnəsi ilə 38.577 manat təşkil edən 47500 ABŞ dolları pulu nu vahid nıyyətlə ələ keçirib həmin torpaq sahəsinin Azərbaycan Dövlət Dəmir Yolu Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən X1 sərəncamına verilməsi və orada qeyri-yaşayış tikintisi aparılmasına icazə verilməsi barədə 22.08.1994-cü il və 10.03.2001-ci il tarixli çıxarışları istifadə etmək üçün saxtalaşdırıb rəsmi sənədi qanunsuz hazırlayaraq zərərçəkmişlər X1 və X7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən iş ə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və V.K.Məmmədovdan ibarət tərkibdə) 30 avqust 2018-ci il tarixli hökmü ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair 21 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona həmin maddələrin 07 iyun 2008-ci il tarixdən 01 may 2012-ci il tarixədək qüvvədə olmuş sanksiyası həddində 3.000 manat miqdarında cərimə cəzası təyin edilmiş, Təqsirləndirilə n şəxs hazırkı iş üzrə 05 sentyabr 2017-ci il tarixdən 07 sentyabr 2017-ci il tarixədək tutulub saxlanıldığı 02 gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzasının miqdarı yüngülləşdirilərək üzərində 2.700 manat miqdarında cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Hüseynov Kamandar Əbülfəz oğlu ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət işinin materiallarından görünür ki, o, iş üzrə yalnız bir dəfə 30 mart 2010-cu il tarixdə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı da barəsində cinayət işinin olmasına dair məlumatı 05 sentyabr 2017-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutularkən bilmiş, qardaşı X11 barəsində araşdırma aparılarkən bir dəfə şahid qismində dindirilmiş, bütün bu müddətdə Bakı şəhərində və Masallı rayonunda öz evində yaşamış və Azərbaycan Respublikasının orqanlarından gizlənməmişdir. Bakı şəhər BPİ-nin müstəntiqi tərəfindən 09 dekabr 2010-cu il tarixdə barəsində təqsi rləndirilən şəxs qismində cəlb etmək haqqında qərar qəbul edilsə də nə həmin tarixdə, nə də 15 fevral 2013-cü il tarixdə ona ittiham elan edilməmiş, faktiki olaraq o, öz barəsində cinayət işinin olmasından xəbərsiz olmuş, istintaqdan qaçıb gizlənməsi ilə əlaqədar iş materiallarında hər hansı məlumatın olmamasına və onun yerinin müəyyən edilməsi üçün heç bir tədbir görülməməsinə baxmayaraq, müstəntiq heç bir əsas gətirmədən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə istinad etməklə olduğu yerin müəyyən edilməməsini əsas gətirərək cinayət işi üzrə icraatı formal əsaslarla dayandırmış, həmçinin uzun müddət barəmdə heç bir əməliyyat-axtarış tədbirləri həyata keçirilməmiş və son nəticədə qanunun tələblərini pozmaqla düzgün olmayan qərar qəbul etmişdir. Göründüyü kimi, barəsində olan cinayət işinin müddətinin axımı əməlin törədildiyi 2008-ci ilin avqust ayından başlayaraq 07 sentyabr 2017-ci il tarixdə ona ittiham elan edilərək qərarın surəti təqdim olunanadək davam etmişdir. Qeyd olunan müddət onun məhkəmədən və istintaqdan gizləndiyi dövrlər kimi nəzərə alınmamalıdır. Çünki, axtarış elan edilməsi üçün o, cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırmalıdır. Məlumatlandırıldıqdan sonra çağırışlara gəlmədiyi təqdirdə barəsində axtarış elan edilə bilərdi. Halbuki, qeydiyyatda olduğu və ya faktiki olaraq yaşadığı ünvanlara hansı işlə bağlı, hansı statusda və s. çağırılmağı və cəlb edilməyi barədə heç bir çağırış vərəqəsi göndərilməmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, istintaq orqanı bir anda onun istintaqdan yayındığını düşünərək bar əsində axtarış qərarı qəbul etmiş, o, başlanmış cinayət işindən məlumatsız olmuş, məhkəmənin hökmündə qeyd edilən qardaşı ilə bağlı başlanmış cinayət işində o, şahid qismində cəlb edilmiş, həmin işlə əlaqəsi olmamışdır. Bundan başqa, şikayətdə göstərilmişdir ki, onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri isə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində qeyd edilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə və 75.1.2-ci maddəsinə əsasən isə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən müddət lər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs kimi mən istintaqdan və ya məhkəmədən gizlənməmiş, barəsində olan cinayət işi ilə bağlı müddətin axımı əməlin törədildiyi 2008-ci ilin avqust ayından 24 yanvar 2018-ci il tarixdə məhkəmənin icraatına daxil olan müddət ərzində bitmişdir. Belə olan halda, məhkəmə CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1. 6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmi şlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə yuxarıda göstərilən halları müəyy ən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (apellyasiya məhkəməsinin hökmündən) görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökmdə göstərilmişdir. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üç ün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur və bir sıra dəlillərə istinad edilir. Şikayətlərin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, yəni Təqsirləndirilən şəxs yuxarıda göstərilən maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməsinə, onun barəsində cinayət işinin icraatına xitam verilməsi üçün əsasların olmadığına dair nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hök mündə bununlarla bağlı aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla verilmiş apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə ibtidai istintaq və birinci instansiya məhkəməsində tədqiq edilib toplanmış sübutların məcmusuna əsaslanaraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair 21 may 2018-ci il tarixli qərarı ləğv edilmə li, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrinin sanksiyası həddində və növdə cəza təyin olunmalı, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməlidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə və Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri il ə cinayət təqibinə xitam vermiş və onu cinayət məsuliyyətindən azad etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin materiallarından isə görünür ki, iş üzrə X1 ərizəsi əsasında fakta görə 17 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmış, 08 noyabr 2009-cu il tarixdə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində axtarış elan olunmuşdur. 13 oktyabr 2010-cu ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində axtarış elan edilmişdir. 09 dekabr 2010-cu ildə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrinə tövsif edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. 15 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq olunan 14364 saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsi barədə ayrıca icraata cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. 15 fevral 2013-cü il tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib tutulanadək dayandırılmışdır. 05 sentyabr 2017-ci il tarixdə X10 rayon Polis şöbəsinin əməkdaşları tərəfindən barəsində olan axtarış işi üzrə Bakı şəhərində tutularaq həmin şöbəyə təhvil verilmişdir. 06 sentyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icra at təzələnmişdir. 07 sentyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqını aparan müstəntiqin qərarı ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridaxanasından azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 20 avqust 2018-ci il tarixli, 9/073-25601-128 saylı məktubundan görünür ki, xx.xx.1970-ci ildə Masallı rayonunun Göyəcöl kəndində anadan olmuş, Göyəcöl kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 16.10.2010-cu ildə 3801 nömrəli axtarış işi açılmış, 2011-ci il tarixdə axtarış işi davam etdirilməsi üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Masallı rayon Polis Şöbəsinin 30 avqust 2018-ci il tarixli, 156-3017-12/8 saylı məktubundan görünür ki, Masallı rayonunun Gəyəçöl kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2 maddələri ilə təqsirləndirilərək 16.10.2010-cu ildən istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş, dəfələrlə, yəni axtarış işi açıldığı 13.10.2010-cu il tarixdən onun tutulduğu 05.09.2017ci il tarixədək yaşadığı Masallı rayonunun Gəyəçöl kəndində atasına məxsus evləri, Bakı şəhərində gizlənə biləcəyi ehtimal edilən yerlər qanuna müvafiq qaydada nəzarətə götürülmüş, məxfi şəbəkədən daxil olan məlumat yoxlanılmış, lakin onun tutulması mümkün olmamışdır. O, Bakı şəhərində uzun müddət məlum olmayan ünvanlarda gizlənmiş, tutulduğu günə qədər “X3” adı ilə özünü tanıtdırmışdır. Üzun müddət onun tutulması mümkün olmadığı üçün Azərbaycan Respublikasının Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin müvafiq bəndində nəzərdə tutulmuş tədbirin həyata keçirilməsi üçün Masallı rayon Məhkəməsindən müvafiq qərar alınaraq həmin tədbir həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş, Təqsirləndirilən şəxs axtarış işində olan, polis əməkdaşları tərəfindən tərtib olunmuş protokollardan və alınmış izahatdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutulması məqsədilə polis əməkdaşları onun valideynlərinin yaşadığı evdə olmuşlar, həmin ünvan bağlı olduğundan qonşuluqda yaşayanlar dan öyrənmişlər ki, Təqsirləndirilən şəxs valideynləri ilə əlaqə saxlayır, teztez onların evinə gəlib-gedir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin mənasına görə şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi dedikdə, şəxsin cinayət işi üzrə məqsədli şəkildə ibtidai istintaq orqanının çağırışlarından yayınması və yaxud müvəqqəti və ya həbsdə saxlanıldığı yerlərdən qaçması başa düşülür. İşin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından gizləndiyinə görə cinayət işinin istintaqını aparan müstəntiqin 13 oktyabr 2010-cu il tarixli qərarı ilə barəs ində axtarış elan olumaqla və 16.10.2010cu il tarixdə 3801 nömrəli axtarış işi açılmaqla təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanmış və 05 sentyabr 2017-ci tarixdə həmin axtarış işi üzrə onun polis əməkdaaşları tərəfindən tutulması ilə müddətin axımı təzələnmişdir. Birinci instansiya məhkəməsi isə Təqsirləndirilən şəxs barəsində olan axtarış işini əldə edib öyrənmədən, onun iş üzrə yalnız bir dəfə 30 mart 2010-cu il tarixdə şahid qismində dindirilməsi və barəsində cinayət işinin olması barədə məlumatı 05 sentyabr 2017-ci il tarixdə Masallı rayon Polis Şöbəsinin əməkdaşlarından alması, bütün bu müddət ərzində Bakı şəhərində və Masallı rayonunda öz evində yaşaması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs qardaşı X8 məhkum edildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmünün məzmunundan da görünür ki, X8 elan olunmuş ittihamın bir epizodu onun qardaşı Təqsirləndirilən şəxs ilə qabacadan əlbir olub cinayət əlaqəsinə girərək dələduzluq etməsi epizodudur. Yəni, bu hökmün mövcüdluğu da Təqsirləndirilən şəxs haqqında da cinayət işinin olması barədə onun ən azı 2013-cü il tarixdə məlumatlı olduğunu özü-özlüyündə təsdiq edir və barəsində cinayət işinin olması barədə məlumatı 05 sentyabr 2017-ci il tarixdə Masallı rayon Polis Şöbəsinin əməkdaşlarından alması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edir. Məhkəmə kollegiyası bu nəticəyə gəldikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs ona ibtida i istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü və 320.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirlilik məsələsi həll edilməlidir... Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarla Təqsirləndirilən şəxs barəsində gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və bu uyğunsuzluq onun təqsirliliyi haqqında məsələnin həllinə, əməlinin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə və cəza tədbirinin müəyyən edilməsinə təsir göstərdiyindən, həmin qərar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401-ci maddəsinə uyğun olaraq ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.3-cü maddəsinə əsasən, məhkəmənin müəyyən et diyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-t örədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144, 145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna əsaslanaraq Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyini kifayət qədər sübuta yetirilmiş hesab edir... Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan olunmuş ittiham üzrə A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi cinayət işinin materialları, o cümlədən iş üzrə bir-birini tamamlayan, toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyindən və birinci instansiya məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-ci maddələri ilə (elan olunmuş ittihamda Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi yoxdur) cinayət təqibinə əsassız olaraq xitam verildiyindən, yəni həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmədiyindən verilmiş apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı verilmiş protestə münasibətdə ləğv edilməli, onun istintaq orqanı tərəfindən ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə olan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadığından o, həmin maddələrlə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmaqla məhkum olunmasına dair ittiham hökmü çıxarılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuni liyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qa ydada tədqiq edilmiş sübutların təhlili isə birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə iddia edilir ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizlənməsi ilə əlaqədar iş materiallarında heç bir məlumat yoxdur və onun yerinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmişdir. Şikayətin bu dəlili polis orqanlarının tərtib etdiyi çoxsaylı məktubları və digər sənədləri ilə təkzib edilir. Həmin məktublarda və sənədlərdə Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi üçün bir sıra tədbirlərin görülməsi (polis orqanları tərəfindən), bunun uzun müddət nəticə verməməsi, nəhayət onun yeri müəyyən edilərək istintaqa təqdim edilməsi göstərilmiş, bununla bağlı məsələlər ətraflı şəkildə şərh edilmişdir. Apellyasiya məhkəməsinin qərarında da həmin sənədlərə və işin digər hallarına istinad edilərək birinci instansiya məhkəməsinin iş üzrə mövqeyinin əsassız olduğu göstərilmişdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına uyğundur və onun qanuniliyini şübhə altına almağa əsas yoxdur. İş materiallarının təhlili həm də göstərir ki, iş üzrə sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, apellyasiya məhkəməsinin hansı sübutlara və hansı səbəblərdən üstünlük verdiyi həmin məhkəmənin hökmündə göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Odur ki, ittiham tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə kol legiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngül ləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanı lmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-210/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-210/2019
13.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver