Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-210/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Abbaslı Abbas Ələkbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıqov (sədrlik edən), R.A.Allahverdiyeva və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.E.Rəhimov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Məhkum bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış m əqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Məhkum külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx xxxxx 2019-cu il tarixdə, saat 15 radələrində külli miqdar hesab edilən, 01 ədəd selofan bükümündə təmiz çəkisi 203,016 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddəsini Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində 350 manata əldə edib üzərində saxlayaraq daşımış, Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı q əsəbəsi, S.Bəhlulzadə küçəsi, Dəmiryol stansiyası ilə üzbəüz olan 42 nömrəli evin qarşısında saxlanılaraq Suraxanı rayon polis idarəsinə gətirilmiş və orada saat 17:30-dan, saat 18:00-a kimi olan müddət ərzində üzərinə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən həmin qanunsuz olaraq satış məqsəd ilə əldə edib saxlayaraq daşıdığı 1 ədəd selofana bükülmüş vəziyyətdə külli miqdar hesab edilən təmiz çəkisi 203,016 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddəsi və əynində olan qırmızı rəngli gödəkcəsinin iç sol yan cibindən də üzərində narkotik vasitə-heroin maddəsinin izləri olan “QCPASS 200g/0.01g” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti ndə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, cinayət işinin materiallarında Məhkum əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirini təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, məhkəmə həmin sübutlara məhəl qoymadan əsassız nəticəyə gəlmişdir. Belə ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrində dindirilərkən isə özünü qismən təqsirli bilmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşlarının və Məhkum tutulması zamanı hal şahidi kimi işti rak etmiş X6 və X3 ifadələri, ekspert rəyləri və digər istintaq sənədlərinə əsasən belə qənaətə gəlmək mümkündür ki, Məhkum bəraət verilməsi tamamilə əsassız olmuşdur. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, Məhkum telefonunun yaddaşında olan və narkotik vasitələrin alqı-satqısını özündə əks etdirən yazışmalarla bağlı müvafiq şəxslərin məhkəməyə dəvət edilib dindirilməsi üçün vəsatətlər versə də, məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Dövlət ittihamçısının fikrincə, əməliyyat tədbirinin keçirilməsi zamanı iştirak etmiş şəxslərin əvvəllər də polis əməkdaşlarının keçirdikləri tədbirlərdə iştirak etmələrinə dair məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, müdafiə tərəfinin apellyasiya şikayətinə əlavə etdiyi hökmlərdə adı keçən X3 anket məlumatlarını dəqiqləşdirmədən, həmi n işdə keçən şəxslə eyni adam olub-olmadığını aydınlaşdırmadan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair hökm qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum və müdafiəçi A.Məmişovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya insta nsiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya i nstansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmam asını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsi rsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Belə ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Məhkum özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. İşin hallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixli “Əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” və “Əməliyyat qrupunun yaradılması barədə” qərarlar tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, “Əməliyat-axtarış tədbirlərinin həyata keçiri lməsinə dair” qərarın qəbul edilməsinin əsası kimi Suraxanı rayon sakini “Ricad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qəbulu, saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasına istinad olunmuş, həmin qərarda “Əməliyyat Axtarış Fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qət olunmuş, qərarın surətinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qeyd olunmuş, eyni tarixli əməliyyat qrupunun yaradılması barədə qərarda da, “Ricad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qəbulu, saxlanması və satışı ilə məşğul olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatının daxil olmasına istinad olunmuş, laki n eyni tarixli Suraxanı RPİ-nin sədrinə ünvanlanmış raportda Məhkum narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və istifadə etməsində şübhəli bilindiyi qeyd olunmuşdur. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndində hazırlanan və törədilən cinayətlərin qarşısının alınması da əməliyyat-axtarış fəaliyyətinin vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 4-cü maddəsinın 2-ci hissəsinin tələbinə əsasən, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müv əqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər. Həmin Qanunun 6-cı maddəsinin 3-ci bəndinin tələbinə görə bu Qanunun 1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün əməliyyat-axtarış fəaliyyəti subyektləri əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə verməlidir. Həmin Qanunun 10-cu maddəsinin 4-cü hissəsinin 2-ci bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ə saslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinın subyektləri hakimin qərarı olmadan cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxstərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin Qanunun 10-cu maddəsinin 5-ci hissəsınin tələbindən görünür ki, bu maddənin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırıl mış qərarı təqdim etməlidirlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin “Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri” adlanan 445.1-ci maddəsində göstərilir: “445.1. Məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 445.1.3. texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; 445.1.4. binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; 445.1.5. texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; 445. 1.6. insanların güdülməsi. 445.2. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.” İş materiallarından görünür ki, "Əməliyyat qrupunun yaradılması haqqında" və "Əməliyyat tədbirinin keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli qərarların surətləri məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna məlumat üçün göndərildiyi qeyd olunsa da, cinayət işinin materiallarında bunu təsdiq edən hər hansı sübut mövcud deyil. İşə əlavə edilən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubuna əsasən, vəkilin sorğusu ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə qəbul edilmiş Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın surəti rayon prokurorluğuna təqdim olmamışdır. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrin in bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarının nəticə hissəsinin 1 və 2-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun ə ldə olunduqda və Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İşdən göründüyü kimi, Məhkum xx.xx.2019-cu il tarixində saat 16 radələrində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş, saat 17:00 radələrində müdafiəçinin iştirakı ilə Məhkum barəsində tutma protokolu tərtib olunmuş, Məhkum hadisə barədə izahat vermiş və onun üzərindən narkotik vasitə və tərəzinin aşkar olunaraq götürüldüyü protokolda qeyd olunmuşdur. İşdən görünür ki, “Şəxsin üzərinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokolda Məhkum üzərinə baxış saat 17:30-da başlayıb, saat 18:00-da sona çatmış, bu fakt qe yd olunan tutma protokolu və ilkin izahatla ziddiyət təşkil etmiş, əsaslı şübhələrə səbəb olmuşdur. “Şəxsin üzərinə baxış keçirilməsi haqqında" xx.xx.2019-cu il tarixli protokol və işin hallarından müəyyən olunur ki, Məhkum polis əməkdaşları tərəfindən faktiki olaraq saxlandıqdan təxminən 1 (bir) saat 30 (otuz) dəqiqə sonra onun üzərinə baxış (faktiki olaraq şəxsi axtarış və götürmə) keçirilmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. İşdən göründüyü kimi, Məhkum üzərinə baxış keçirilməsi (faktiki olaraq şəxsi axtar ış və götürmə protokolu) onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən bir saat otuz dəqiqədən sonra üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilmiş, bundan əlavə “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti cinayət işi başlamadan, məhkəmə qərarı olmadan və belə səlahiyyətə malik olmayan təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Həmçinin işdən göründüyü kimi, ittihamın əsasını təşkil edən sübutlardan biri iş materiallarında olan Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı Sail Hacıyevin tərtib etdiyi xx xxxxx 2019-cu il tarixli “şəxsin üzərinə baxış keçirilməsi barədə” protokolun adı və məzmununa əsasən, polis əməkdaşları tərəfindən keçirilmiş istintaq hərəkəti Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinə zidd «şəxsi axtarış və götürmə» əvəzinə “şəxsin üzərinə baxış keçirmə» və üzərindən aşkar edilən maddəni götürməkdən ibarət olmuşdur. Məhkum üzərinə baxış (faktiki olaraq şəxsi axtarış və götürmə) saxlanıldığı yerdə deyil, xidməti otaq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246.2.1-246.2.3-cü maddələrində göstərilməklə nəzərdə tutulan hallar müəyyən edilmədən yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan keçirilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqları təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunmas ı məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. Göründüyü kimi, Məhkum xx xxxxx 2019-cu il tarixdə saat 16:00 radələrində saxlanılıb Suraxanı Rayon Polis İdarəsinə gətirilmiş, onun hüquqi statusu müəyyən edilməmiş və bu Məcəllənin 153-ci maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, Məhkum hüquq və vəzifələri, habelə məsuliyyəti dərhal izah olunmamış, üzərində baxış (faktiki olaraq şəxsi axtarış və götürmə) istintaq hərəkəti aparıldıqdan sonra müvəqqəti saxlama yerinə keçirilmiş, əməliyyat axtarış tədbirin həyata keçirilməsinə dair əsaslandırılmış qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə ümumiyyətlə göndərilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polsi Bölməsini n təhqiqatçısı polis kapitanı S.Hacıyev tərəfindən toplanmış material üzrə xx.xx.2019-cu il tarixli qərar əsasında məhkəmə kimyəvi ekspertiza təyin edilmişdir. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla, cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilm işdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 236.3, 244.1 və 246.3-cü maddələrinə əsasən, baxış, axtarış (şəxsi axtarış və götürmə) kimi istintaq hərəkətləri müstəntiq tərəfindən azı iki nəfər hal şahidinin və mütəxəssisin iştirakı ilə aparılır. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nətic ələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda və ya şəxs həmin Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda hal şahidi qismində iştirak edə bilməz. Qeyd edilən Məcəllən in 115.2-ci maddəsinə əsasən, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna edilməklə, onun istintaq hərəkətin icraatında əvvəllər iştirakı həmin cinayət işi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir.Bu Məcəllənin 115.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı bir şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə ibtidai araşdırma mərhələsində hal şahidi qismində iştirak edən X3 əvvəllər hal şahidi qismində iştirak etdiyi istintaq hərəkətləri nəticəsində qəbul olunmuş hökmlərin surətləri cinayət işinə əlavə olunmuşdur. Həmin hök mlərin məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 37 cinayət işi üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində 2 cinayət işi üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsində 4 cinayət işi üzrə X7 əvvəllər dəfələrlə müxtəlif istintaq hərəkətlərində hal şahidi kimi iştirak etmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 1(004)-89/2019 saylı hökmündə X7 ilə yanaşı Məhkum barəsində faktiki "Şəxsi axtarış və götürmə” istintaq hərəkətində iştirak edən digər hal şahidi X6 da iştirak etmiş, həmin hökmlə onun da əvvəl digər istintaq hərəkətində hal şahidi qismində iştirak etməsi aşkar edilmişdir. İş materiallarından görünür ki, Məhkum xx xxxx 2019-cu il tarixdə Suraxanı RPİ-də dindirilməsi, ona yenidən ittiham elan edilməsi, yenidən dindiri lməsi ilə əlaqədar aparılan sənədləşmələr də mübahisəlidir. Belə ki, cinayət işi materiallarının 118-ci maddəsində olan təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Məhkum 21 iyun 12:00 - 13:20 arasında Suraxanı RPİ-də dindirilməsi, cinayət işi materiallarının 126-127-ci səhifəsində olan eyni tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarın saat 14:30-da hüquq və vəzifələri izah edilməklə Məhkum təqdim olunması, cinayət işi materiallarının 131-132ci səhifəsində olan xx xxxx 2019-cu il təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Məhkum 21 iyun 14:40 - 15:20 arasında Suraxanı RPİ-də dindirilməsi qeyd olunmuş və işdə olan xx.xx.2019-cu il tarixli vəkil sorğusu ilə müəyyən edilmişdir ki, Məhkum xx.xx.2019-cu il tarixində saat 16:45-də 3 saylı istintaq təcri dxanasından Suraxanı RPİ-nin müvəqqəti saxlama yerinə keçirilmiş və xx.xx.2019-cu il tarixdə saat 16:10 radələrində müəssisəyə geri qaytarılmışdır. Beləliklə iş materiallarından görünür ki, Məhkum 21 iyun 12:00-13:20 arasında Suraxanı RPİ-də dindirilməsi, bu tarixdə təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarın saat 14:30-da hüquq və vəzifələri izah edilməklə Məhkum təqdim olunması, Məhkum həmçinin 21 iyun 14:40 - 15:20 arasında Suraxanı RPİ-də dindirilməsi işin faktiki hallarından təsdiq edilmir və sözü gedən sübut növünün mötəbərliyi mübahisəlidir. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublik asının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması kifayət qədər sübuta yetirilmədiyindən haqlı olaraq ona b əraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum əməlində həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin tərkibinin olmasını təsdiq edən sübutlar kifayət qədər deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tə ləb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətə ndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulmas ı, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin d əlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli
Məhkəmə qərarları › İş №1(102)-210/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-210/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver