Məhkəmə qərarları › İş №1(102)-210/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-210/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-210/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1, onun müdafiəçisi Müdafiəçi19 və Məhkum2 müdafiəçisi Müdafiəçi20, Məhkum3 müdafiəçisi Müdafiəçi21 iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,144.2.3, 32.4,144.2.4, 32.4,144.2.5, 32.4,144.2.6, 32.4,182.2.1, 32.4,182.2.3 və 32.4,182.2.4-cü maddələri ilə, Məhkum1 və Məhkum3 CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından Məhkum1 və müdafiəçisi Müdafiəçi19 tərəfindən birgə, Məhkum2 müdafiəçisi Müdafiəçi20, Məhkum3 müdafiəçisi Müdafiəçi21 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi hakim ), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) 16 dekabr 2021-ci il tarixli hökmü ilə 1983-cü il sentyabrın 6-da Naxçıvan MSSR-in İliç rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3.-cü, 32.4, 144.2.4.cü, 32.4, 144.2.5.-ci və 32.4, 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə, 32.4, 182.2.1, 32.4, 182.2.3 və 32.4, 182.2.4-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-in 66.3.-cü maddəsi əsasında tə yin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2019-cu il sentyabrın 10dan hesablanması, barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, fitnes müəllimi işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X26 küçəsi, ev 9, mənzil 15 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4,144.2.5 və 144.2.6.-cı maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə, 182.2.1, 182.2.3 və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.3.-cü maddəsi əsasında təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmişdir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmış, sınaq müddəti ərzində onun üzərinə davranışına nəzarəti h əyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, davranışı üzərində nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmuşdur. xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmuş, «Paşa Holding» məhdud məsuliyyətli cəmiyyətində mühafizəçi işləmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə, 182.2.1.-ci, 182.2.3.-cü və 182.2.4.-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 66.3.-cü maddəsi əsasında ə təyin olunmuş cəzalar ı qismən toplamaq yolu ilə o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il sentyabrın 10-dan hesablanmışdır. Hökmlə həmçinin X17, X21, Fəqan Emin oğlu və Müdafiəçi12 Firdovsi oğlu da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 13 iyun 2023-cü il tarixli qərarı ilə məhkum Fəqan Emin oğlu, onun müdafiəçisi Müdafiəçi11, məhkum Müdafiəçi12 Firdovsi oğlu və onun müdafiəçisi Müdafiəçi12, Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum1 müdafiəçisi Müdafiəçi6, məhkum X12 müdafiəçisi Müdafiəçi5, Məhkum 3 müdafiəçiləri X4 və Müdafiəçi13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. X8, Məhkum3, X12, Fəqan Emin oğlunun, Müdafiəçi12 Firdovsi oğlunun, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)215/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X16 verdiyi 25.000 manat b orcunu ala bilmədiyi Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə 30.000 manat məbləğində xeyli miqdarda pulun hədə-qorxu ilə tələb edilməsi, pul ödənilmədiyi təqdirdə isə sonuncunun tamah məqsədi ilə, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanması və əldə olunan pul vəsaitdən pul mükafatı verəcəyi barədə törətdiyi qəsdən adam öldürmə və xuliqanlıq cinayətinə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 2005-ci il 1 mart tarixli Azərbaycan Respublikası CM-in 120.2.3.-cü və 221.2.1-ci maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli qərarı əsasında vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq məhkumluğu ödənilməyən və ya götürülməyən Məhkum3, sonuncunu ələ alaraq həmin cinayət əməlini törətməyə təhrik edən Məhkum2, habelə X9, Fəqan Emin oğlu, Məhkum1, X19 və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə X5 göstərişi əsasında Məhkum1 Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb özünü Kəmalə kimi ilə təqdim etməklə guya sonuncunun satdığı torpaq sahələri ilə alıcı qismində maraqlanmaq adı ilə aldadıb 2019-cu iİ sentyabrın 08-də saat 17 radələrində qrup üzvü X13 istifadəsindəki qara rəngli «LADA Priora» markalı **-TF-*** qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Sabunç u rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Heydər Əliyev» adına istirahət parkının yaxınlığında iradəsindən kənar əyləşdirərək ünvan 5 ünvanında yerləşən «Krivetka» çay evinin ikinci mərtəbəsində olan kabinetə gətirərək oğurladıqdan sonra əvvəlcədən razılaşdıqları kimi digər qrup üzvləri Məhkum3, Fəqan Emin oğlu və X19 həmin kabinetə daxil olmuş, Məhkum3 və Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs mobil telefonları məcburi formada alınıb içərisində olan məlumatlar silinərək telefonlarından istifadə etməsinin qarşısı alınmış və 2019-cu il sentyabrın 9-da saat 02 radələrinə kimi müddətdə otağın qapısı içəri tərəfdən kilid vasitəsilə bağlanılmaqla Məhkum3, Fəqan Emin oğlu və X19 tərəfindən Zərərçəkmiş şəxs əvvəlcə şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə hədələməklə, sonra isə sillə və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib zor tətbiq edilməklə 30.000 manat pul verməsi qanunsuz olaraq hədə-qorxu ilə tələb edilmiş, sonuncu hədə-qorxu ilə tələb edilən pul məbləğini ödəyə bilmədikdən sonra X1 və göstərişi ilə razılaşdırılmış cinayətkar niyyətləri davam etdirilərək Məhkum3, Fəqan Emin oğlu və X19 tərəfindən 2019-cu il sentyabrın 09-da saat 02 radələrində Zərərçəkmiş şəxs həmin kabinetdən iradəsinə zidd olaraq əynindəki gödəkcəsi görməsini məhdudlaşdırmaq üçün başına keçirilib X13 idarə etdiyi qara rəngli «LADA Priora» markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında Fəqan Emin oğlunun nəzarəti altında iradəsinə zidd olaraq məcburi otuzdurulmuş və X5 idarə etdiyi «X34» markalı **KP-** * qeydiyyat nişanlı avtomobilin arxasınca hərəkət edilməklə sonuncunun göstərdiyi və açarlarını Məhkum3 təqdim etdiyi anası X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 185A ünvanında yerləşən, pəncərələri dəmir barmaqlıqlarla təchiz edilmiş, arxa və ön qapısının kilidi bağlı vəziyyətdəki fərdi yaşayış evinə aparılıb orada saxlanılmaqla oğurlanmış, 2019- cu il sentyabrın 09-da günorta saatlarında X13 çağırışı ilə həmin evə gəlmiş qrup üzvü X9 tərəfindən Fəqan Emin oğlu və X19 yataraq istirahət etdikləri vaxt Zərərçəkmiş şəxs hər hansı bir formada kömək çağırmamasına və saxlanıldığı evdən qaçmamasına nəzarət edilmiş, həmin evdə saxlanılan müddətdə Məhkum3, Fəqan Emin oğlu və X19 tərəfindən mütəmadi olaraq əlləri və ayaqları, həmçinin sonuncu tərəfindən silah qismində istifadə olunan dəmir əsa ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib sonuncuya sağ bazunun aşağı 1/3-nin ön səthinin və sağ budun orta 1/3-nin ön səthinin yumşaq toxumalarının hemotamaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin və döş qəfəsinin sol yan səthinin yumşaq toxumalarının qançırları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməklə, eləcə də Fəqan Emin oğlu və X19 tərəfindən Zərərçəkmiş şəxs döydükləri zaman istifadələrində olan mobil telefonlarla sonuncunun çəkdikləri şəkillərini internet sosial şəbəkələrinə yükləməklə haqqında rüsvayedici məlumatları yayacaqları barədə hədə-qorxu gəlinmiş, həmçinin 2019-cu il sentyabrın 9- da saat 23 radələrində X13 çağırışı ilə oraya çağırılmış və polis əməkdaşları kimi təqdim edilmiş şəxsiyyətləri istintaqla araşdırılan mülki geyimli iki nəfər şəxs vasitəsilə psixoloji təsir göstərməklə Zərərçəkmiş şəxs 30.000 manat pul qanunsuz olaraq tələb edilməyə davam etdirilmiş, qeyd edilən cinayət əməlinin baş verməsi barədə daxil olmuş məlumat əsasında 2019-cu il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq oğurlanıb saxlanıldığı həmin fərdi yaşayış evindən azad edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 və müdafiəçisi Müdafiəçi19 tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd olunur ki, peşəsi dələduzluq olan, məhkəmə prosesində də artıq dələduzluğa görə məhkum olunmuş Zərərçəkmiş şəxs hazırki iş üzrə məhkum olunmuş Aygün Abasovanın 2019-cu ilin əvvəllərində 25.000 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. A.Abasova qanuni qaydada uzun müddət bütün hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra A.Abasova rəfiqəsi Könül adlı şəxsə başına gələnləri danışmış, Könül də öz növbəsində həyat yoldaşı, bu iş üzrə məhkum olunmuş Məhkum2 A.Abasovaya pulun qaytarılmasında köməklik göstərməsini xahiş edir. Məhkum2 hər gün işdə olduğundan tanışı, əvvəllər məhkum olunmuş Məhkum3 2019-cu ilin sentyabrın əvvəllərində A.Abasovanın pulunun qaytarılmasında köməklik etməsini xahiş edir. Məhkum3 bir neçə dəfə Zərərçəkmiş şəxsla telefon əlaqəsi saxlayıb pulun A.Abaso vaya qaytarılmasını tələb edir. Məhkum1 istintaqın ilk günlərindən sonuncu məhkəmə istintaqına qədər eyni ifadələri vermişdir. Elə ilk günlərdən bütün təqsirləndirilən şəxslərə fiziki zor tətbiq edilsə də (buna əmin olmaq üçün TV-lərdə verilən məlumatlarda təqsirləndirilən şəxslərin sifətlərində olan zorakılıq izlərini görmək kifayətdir) Məhkum1 Məhkum3 başqa işdə keçən digər şəxsləri tanımadığı, Zərərçəkmiş şəxs kimlərin, necə pul tələb etmələrindən, “Krevetka” çay evində və sonralar nələrin baş verdiyindən xəbərsiz olduğu bəlli olur. Yəni göründüyü kimi Zərərçəkmiş şəxs Məhkum1 telefonundan zəng edilməsi hadisələrin təsadüfi axarı nəticəsində baş vermişdir. Bunun qabaqcadan əlbir olmaqla heç bir əlaqəsi yoxdur. Qeyd edilən bu xüsusatın qabaqcadan onların əlbir olması kimi qiymətləndiri lməsi sadəcə istintaq orqanının ehtimalıdır, Məhkum1 bilərəkdən aldatma yolu ilə Zərərçəkmiş şəxs “Krevetka” çay evinə çağırmasında da heç şəxsi marağı olmamışdır. Məhkum1 məhkəmədə də izah etdi ki, bir neçə il əvvəl Royal adlı şəxs onun yaşlı anasının 20.000 manatını dələduzluq yolu ilə alsa da illərdir ki, məhkəmə vasitəsi ilə qətnamə əldə etsələr də, halal pullarını qaytara bilmirlər. Bu işdə də istəyi bir qadının dələduzluq qurbanı olmasını istəməməsi olub. Bundan başqa, istintaq orqanı Məhkum1 guya tamah niyyəti ilə cinayət törətməsi barədə ittiham irəli sürsə də tamahın nədən ibarət olması, bu barədə kimlərlə danışması, bununla bağlı hər hansı şahid ifadəsi və ya digər sübut iş materiallarında yoxdur, F. Rəsulovanın sifarişlə cinayət törətməsi barədə ittiham irəli sürülsə də, sifariş in nədən ibarət olması, həmin sifarişin kim tərəfindən verilməsi, sifarişin necə icra edilməsi barədə şahid ifadəsi və ya digər sübut da iş materiallarında yoxdur. Məhkum1 silah qismində istifadə edilən əşyadan istifadə etməklə cinayət törətməsi barədə ittiham elan edilsə də bunu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Ümumiyyətlə, hökmdə təqsirləndirilən şəxslərin hamısının törətdikləri cinayətləri etiraf etdiklərinin göstərilməsi də çox yanlışdır. Belə ki, həmin şəxslər onlara verilən ittihamları yox, hadisənin necə baş verdiyini etiraf etmişlər. Adam oğuluğu ilə bağlı məhkəmə qabaqcadan əlbir olan bir qrup şəxs və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi barədə ittihamı təsdiq edərkən hansı sübutları əsas gətirdiyi və cinayətin nə kimi sübutlarl a təsdiq edildiyini hökmün heç bir yerində konkret göstərməmiş, sadəcə ümumi sözlər sadalamaqla kifayətlənmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə, Məhkum1 münasibətdə əməldə cinayət tərkibi olmadığından cinayət təqibinə bəraətverici əsaslara xitam verilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi20 tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunur ki, hüquqlarını müdafiə etdiyim Məhkum2 barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır, hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəm iyyətli olan halların sübuta yetirilməməsi ilə çıxaraldığı üçün həmin hökm ləğv olunmalıdır. Apellyasiya şikayətində göstərdiyi dəlillərə kifayət qədər ətraflı hüquqi qiymət verilmədiyinə görə, həmin dəlillər kassasiya şikayətinin dəlilləri kimi qəbul edilib araşdırılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında təqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Həm iş materialları, həm də iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri kifayət edir ki, Məhkum2 göstərilən əsasla, yəni əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Bütün məhkəmə proseslərində dindirilənlərin heç biri cinayətdə Məhkum2 iştirakını tə sdiq edən ifadələr verməmişlər və təbii ki, Məhkum2 barəsində ittiham hökmü çıxarmaq üçün məhkəmə tərəfindən qeyd edilən sübutlar kifayət etmir. Məhkəmə bu mövqeyində yalnız təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş və təqsirləndirilən ifadələrindən aydın olur ki, ümumiyyətlə adam oğurluğu hadisəsi olmamış, sadəcə olaraq özbaşınalıq hadisəsi baş vermişdir. Lakin həmin özbaşınalıq hadisəsində isə H. Kazımlı ümumiyyətlə iştirak etməmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində də təqsirləndirilən şəxs Məhkum2 digər t əqsirləndirlən şəxslərlə hadisə günü onunla birgə olmadığını, ümumiyyətlə Məhkum2 tanımadığnı bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin ifadələri, təqsirləndirlən şəxs Məhkum2 aid hissədə verdiyi ifadələri, digər şahidlərin ifadələri, anten məlumatları tam və hərtərəfli yoxlanılmamış və məhkəmə yalnız onların istintaqda ilkin və əlavə dindirilmələri zamanı verdiklləri, zərərçəkmiş şəxsin ifadələri ilə uzlaşmayan ifadələrinə istinad etməklə kifayətlənmişdir ki, həmin ifadələrin hər birinin ayrı-ayrılıqda, həm də müqayisəli şəkildə təhlili onlarda əks olunmuş məlumatların həqiqi olmaması və iş materialları ilə öz təsdiqini tapmaması qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 AR CM-in 144.2.4-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən zərərçəkmiş şəxsin və onun tərəfindən çıxış edən şahidlərin ifadələrinə, o cümlədən, 2020-ci il 22 iyun tarixli canlı şəxsin ekspertizasının rəyinə istinad etsə də, həmin ifadələri və müvafiq ekpsert rəyini digər şahid ifadələri və sübutlarla əlaqəli şəkildə araşdırmadan və həmin sübutları əlaqəli şəkildə tədqiq etmədən təqsirləndirilən şəxs Məhkum2 Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməsi qənaətinə gəlməklə kifayətlənmişdir Kassasiya şikayətində Məhkum2 olğu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarını ləğv edib, cinayət işi üzrə icraata bəraətverici əsasla, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilməsi xahiş olunmuşdur. Məhkum3 müdafiəçisi Müdafiəçi21 tərəfindən verilmiş ka ssasiya şikayətində göstərilir ki, Məhkum3 əməlinin Cinayət Məcəlləsinin 144.2.3-cü, 144.2.4-cü, 144.2.5-ci və 144.2.6-cı maddəsinə tövsif olunmasınin qanunsuz olması məhkəmə araşdırması zamanı təsdiq olunsa da, işə düzgün huquqi qiymət verilməyərək ibtidai istintaqın verdiyi ittiham üzrə Məhkum3 və digər təqsirləndirilən şəxslərə cəza təyin edilmişdir. İstintaq müddətində, eləcə də məhkəmə baxışı zamanı Məhkum3 özünü təqsirli bilməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlamadığını, ona qarşı hər hansı fiziki güc tətbiq etmədiyini, hədə qorxu ilə tələb etmə ilə bağlı hər hansı hərəkət etmədiyini bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı istintaq orqanı tərəfindən işə qeyri-obyektiv yanaşılaraq, istintaq düzgün aparılmamış, nəticədə heç bir sübuta söykənməyən qanunsuz və əsassız ittiham aktı tərtib edilmişdir. Həmin ittiham aktı əsasında da birinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmışdır. Birinci instansiya məhkəməsində cinayət işi üzrə ittiham tərəfinin təqdim etdiyi sübutların araşdırılması zamanı tamamilə təsdiq olundu ki, təqsirləndirilən şəxs Məhkum3 irəli sürülmüş ittihamlarda təqsirliliyi sübuta yetirilməmişdir. Həmin cinayət işi üzrə toplanmış materiallardan, habelə məhkəmə istintaqından görünür ki, təqsirləndirilən şəxs Məhkum3 ittiham olunduğu əməllərdə özünü qəti şəkildə təqsirli bilməmişdir. İstintaq müddətində, eləcə də məhkəmə baxışı zamanı Məhkum3 özünü təqsirli bilməmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs oğurlamadığını, ona qarşı hər hansı fiziki güc tətbiq etmədiyini, hədə qorxu ilə tələb etmə ilə bağlı hər hansı hərəkət etmədiyini bildirmi şdir. Bütün təqsirli şəxslər, eləcə də zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs özü belə qaçırılmadığını, ona qarşı hər hansı fiziki gücün tətbiq edilmədiyini və yaxınlarından onun buraxılması ilə bağlı hər hansı məbləğdə pulun tələb edilmədiyini, yalnız Aygün Abasovaya olan borcun qaytarılması ilə bağlı oğlu ilə danışdığını qeyd etməsinə və təqsirli şəxslərin heç birindən şikayətçi olmadığını bildirməsinə baxmayaraq məhkəmə bütün təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarmışdır. Beləliklə, nə ibtidai istintaq, nə də ki məhkəmə baxışı zamanı Məhkum3 verilmiş ittihamla təqsiri sübuta yetirilməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək, Məhkum3 barəsində olan cinayət işinə bəraətver ici əsaslarla xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçilərin verdikləri kassasiya şikayətlərinin təmin edilməsinə, dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxslərin əsassız məhkum edilmələri iddia edilərək mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslar xitam verilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətb iq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməs idir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata ke çirməkdir. Məhkum2, Məhkum1, Məhkum3 hər birinə “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərinin törədilməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası irəli sürülmüş ittiham üzrə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti form al tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekt i mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin v ə onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədəqorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədəqorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Kassasiya şikayətlərində məhkum edilmiş şəxslərin adam oğurluğu, hədə qorxu ilə tələb əməllərini törətmədikləri göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,144.2.3, 32.4,144.2.4, 32.4,144.2.5, 32.4,144.2.6, 32.4,182.2.1, 32.4,182.2.3 və 32.4,182.2.4-cü maddələri ilə, Məhkum1 və Məhkum3 CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182. 2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxslərin qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə və sifarişlə, silah qismində istifadə edilən əşyadan istifadə edib zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə zərər çəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş və aşağı instansiya məhkəmələrin in bu barədə gəldiyi nəticə əsaslıdır. Belə ki, məhkum edilmiş şəxslərin həmin hərəkətləri cinayət işi materiallarında olan Aygün Abasovanın, Məhkum3, Elçin Qasımovun, Fəqan Emin oğlunun və Müdafiəçi12 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri, üzləşdirmə protokolları, şahid ifadələri, təqsirləndirilən şəxslərin arasında olan çoxsaylı telefon danışıqları, Məhkum2 istifadəsindəki nömrədən Aygün Abasovanın istifadəsindəki nömrəyə göndərilmiş sms, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, "Apa TV”-yə verilmiş müsahibəsi, zərərçəkmiş şəxsin oğlu Şahid3 atasının pul borcuna görə tutulub saxlanılmasına dair AR DİN-nin X6 Xidmətinə verdiyi məlumat və doğruluğu şübhə altına alınmayan cinayət işi materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, törədilən cinayətə görə məsuliyyətin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malik olduğundan və məhkum edilmiş şəxslərin əməllərinin düzgün tövsif edilməsi qənaətinə gəlindiyindən, buna münasibətdə aşağıdakıların bildirilməsi zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1 -ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına əsasən, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan dav ranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31, 32-ci maddələri cinayətin iştirakçılarına anlayış verərək, onun növlərini müəyyən etmişdir. Həmin maddələrə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cina yətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsu si hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iştirakçıların hərəkətləri icra olunan hərəkətlərdən asılı olaraq rollara bölünür, yəni cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər və cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Apellyasiya m əhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər öz aralarında əvvəlcədən danışaraq rolların bölgüsünü aparmış, həmin bölgüyə əsasən də cinayətin törədilməsində bilavasitə iştirak etmişlər. Sözügedən rolların bölgüsünə əsasən: -Məhkum2 digər təqsirləndirilən şəxs Məhkum3 onun əlbir olduğu şəxslərlə birlikdə ittihamda qeyd edilən cinayətlərin törədilməsinə təhrik etməklə, onun əlaqə vasitələrini Aygün Abasovaya təqdim etmiş; -təqsirləndirilən şəxslərdən Məhkum1 onun üzərinə düşən rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq, onunla görüşüb, aldadaraq maşına əyləşdirib, çay evinə gətirilməsini və həmin çay evində təqsirləndirilən şəxs Məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs mobil telefonunun əlindən alınaraq, içərisində olan məlumatların silinm əsində bilavasitə iştirak etmiş; -təqsirləndirilən şəxslərdən Məhkum3, Elçin Qasımov və Fəqan Emin oğlu üzərilərinə düşən rol bölgülərinə əsasən Zərərçəkmiş şəxs çay evində onun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək, zor tətbiq etməklə saxlanılmasını, daha sonra Aygün Abasovanın müşayiəti ilə azadlığının məhdudlaşdırılmasının təmin edilməsi üçün əvvəlcədən danışılmış qaydada saxlanılmasını təmin etmək üçün saxlanılacağı ünvana aparmış, orada ona mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək xəsarətlər yetirərək bilavasitə cinayətin törədilməsində iştirak etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına hesab edir ki, məhkum edilmiş şəxslər Məhkum3, Məhkum1 əməlləri Azərbaycan Res publikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Məhkum2 əməli isə Cinayət Məcəlləsinin 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4,182.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum3, Məhkum1 və Məhkum2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərini həm zərərçəkmiş şəxsin, həm də məhkum edilmiş şəxslərin ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya icraatı zamanı verdikləri ifadələrin ilə müqayisəli təhlil edən Apellyasiya məhkəməsi haqlı olaraq şikayətlərin dəlilləri və hazırki ifadələr, xüsusilə zərərçəkmiş şəxsin ilkin şikayətini təkzib etməsi qənaətinə gəlmiş, bu hal iş üzrə tərəflər arasında sonradan razılaşdırılmaqla “sözü bir araya gətirib” sübutların şübhə altına alınmasına cəhd edilmək kimi qiymətləndirmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər Məhkum3, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, Məhkum2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 32.4, 144.2.4, 32.4, 144.2.5, 32.4, 144.2.6, 32.4, 182.2.1, 32.4, 182.2.3, 32.4,182.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üz rə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum2, Məhkum1, Məhkum3 istinad edilən cinayət əməllərini törətmələri məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğ un olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkum edilmiş şəxslərin onlara istinad olunan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onlarən əməllərini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olu nması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək məhkum edilmiş şəxslərə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkum edilmiş şəxslər Məhkum2, Məhkum1, Məhkum3 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-pro sessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətlərii təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənl ərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 və müdafiəçisi Müdafiəçi19 tərəfindən birgə, Məhkum2 müdafiəçisi Müdafiəçi20, Məhkum3 müdafiəçisi Müdafiəçi21 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,144.2.3, 32.4,144.2.4, 32.4,144.2.5, 32.4,144.2.6, 32.4,182.2.1, 32.4,182.2.3 və 32.4,182.2.4-cü maddələri ilə, Məhkum1 və Məhkum3 CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar