Məhkəmə qərarları › İş №1(102)-2100/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2100/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2100/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə ba raət verilməsinə, onun həmin Məcəllənin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1974-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, evli, orta təhsilli, məhkum olunmamış, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 296.2-ci maddəs ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbs olunduğu vaxtdan- 4 oktyabr 2022-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Həmin tarixli qərarla Azərbaycan Respublikası CM-in 73.1-1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə) Məhkum cinayət məsuliyyətindən azad edilmiş, onun Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi maddəsi (dələduzluq) təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 23 may 2023-cü il tarixli hökmü ilə Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(099)-697/2022 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsi rli bilindiyi hissədə ləğv edilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 4 oktyabr 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 19 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzasının əvvəli cəzanı icra edən orqanda qey diyyata alındığı vaxtdan hesablanmışdır. Məhkum üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzanın icrası Məhkum yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 1(099)-697/2022 nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfində n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 296.2 və 32.4,312.2-ci maddələri ilə verilmiş ittihama əsasən Abbasov X7 rayonu, Suqovuşan kənd sakini Zərərçəkmiş şəxs1 əmlakını dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində olan tanışlarının vasitəsilə Zərərçəkmiş şəxs1 oğlu Bəybala Qubadovu müddətli həqiqi hərbi xidmətdən saxladacağını vəd edərək, Zərərçəkmiş şəxs1 özünün vasitəçiliyi ilə bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Məhkum həmin məsələnin müsbət həlli üçün vahid niyyətlə 2021-ci ilin sentyabr ayında rayonun Suqovuşan kəndi ərazisində özünəməxsus yaşayış evinin həyətyanı sahəsində 1500 (min beş yüz) manat, bundan beş-altı gün sonra yaşayış evinin həyətyanı sahəsində 1000 (min) manat, təxminən beş gün sonra isə Zərərçəkmiş şəxs1 rayonun Suqovuşan kəndi ərazisində yerləşən evinin qarşısında 700 (yeddi yüz) manat olmaqla, cəmi 3200 (üç min iki yüz) manat məbləğində maddi nemət qismində olan pulunu əlbəəl götürüb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna yazdığı şikayət ərizəsində, eləcə də həmin ərizə üzrə Sabirabad rayon prokurorluğunda verdiyi 26 iyul 2022-ci il tarixli izahatında və 19 avqust 2022-ci il tarixli ifadəsində həmkəndlisi Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Bəybala Qubadovu müddətli həqiqi hərbi xidmətdən saxla tdıracağı adı ilə aldadıb dələduzluq yolu ilə ələ keçirdiyi 3200 manat məbləğində pul vəsaitinə, guya ki, öz şəxsi vəsaiti hesabına 800 manat pul da əlavə etməklə, ümumilikdə 4000 manat məbləğində pulu 2021-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin inzibati binasında şöbənin sabiq müfəttişi Zərərçəkmiş şəxs2 verdiyini bildirərək, İqar Əliyevi ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum verilmiş ittihamdan CM-in 32.4,312.2-ci maddəsinin çıxarılması (xaric edilməsi) deyil, ona həmin maddə ilə təqsirliyi sübuta yetirilməməsi əsası ilə bəraət verməklə, cinayət-p rosessual qanunvericiliyinin normasını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının tələblərini pozmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası bəraətin əsası kimi hökmündə qeyd etmişdir ki, CM-in 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün təqsirkarın digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsi, habelə rüşvət verənin başqa digər vəzifəli şəxsə rüşvət vermək niyyəti mövcud olmalıdır. Apellyasiya instansiya məhkəməsi hökmündə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına istinad etmişdir. İş materialları ilə təsdiq edildiyi kimi, Məhkum CM-in 178.1 və 32.4, 312.2-ci maddələri ilə verilmiş ittihamın əsasını yalnız bir cinayət hadisəsi, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğlunun guya rüşvət verməklə müddətli həqiqi hərbi xidmətdən saxladacağı adı ilə 3.200 manat pulu vahid niyyətlə hissə-hissə ələ keçirməsi faktı təşkil etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qeyd edilən hal bu iş üzrə Məhkum CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsas deyil, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılması (xaric edilməsi) üçün əsasdır. Belə ki, Məhkum elan olunmuş ittihamda, onun CM-in 178.1, 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri cinayətlərin ideal məcmusunu yaratdığı, yəni hər iki maddə üzrə törədilmiş əməl bir cinayət hadisəsi ilə əlaqədar olduğu halda, məhkəmə, Məhkum irəli sürülmüş ittihamda onun törətdiyi cinayət əməlləri səhvən CM-in 32.4,312.2-ci maddəsi ilə də tövsif olunmasını hesab etmişdirsə, məhkəmə qənaətini əsaslandırmaqla, şəxsin əməlinə düzgün şamil edilməmiş, cinayət qanunun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş şəxsə maddi və sair nemətlər verildiyi halda, onlara CM-in 32.4,312-ci maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsi düzgün qənaət hesab oluna bilməz və qeyd edilən mövcud təcrübənin dəyişməsi nəticəsində “psevdorüşvətçi”lərin əməllərinə bəraət verilməsi barədə gəlinən nəticə düzgün hüquqi mövqe kimi qəbul olunmamalıdır. Apellyasiya instansiya məhkəməsi cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarını, Azərbayca n Respublikası Ali Məhkəmə Plenumunun qərarlarını nəzərə almadan, Məhkum verilmiş ittihamdan CM-in 32.4,312.2-ci maddəsi çıxarılmalı (xaric edilməli) olduğu halda, apelyasiya instansiyası məkəməsi ona həmin maddə ilə bəraət vermiş, üstəlik ona verilmiş bəraət də düzgün olmayan əsasla, əməldə cinayət tərkibi olmaması əsası ilə deyil, təqsirliyi sübuta yetirilməməsi əsası ilə verilmişdir. Həmçinin, məhkəmə kollegiyası Məhkum CM-in 296.2-ci maddəsi ilə cəza təyin edərkən, onun cəzasını yüngülləşdirən halları birinci instansiya məhkəməsinin hökmündən öz hökmünə köçürərək və onları yalnız sadalamaqla kifayətlənərək, araşdırmamış və əsaslandırmamışdır. Belə ki, Apellyasiya məhkəməsi hesab etmişdir ki, cəzanı yüngülləşdirən hallar, habelə ağırlaşdıran halların olmaması, o cümlədən təqsirkarın ə vvəllər məhkum olunmaması və himayəsində müddətsiz 1-ci qrup əlil övladının olması ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsi barədə kollegiyanın qənaətini möhkəmləndirir. Qeyd olunan hallar nəzərə alınmaqla daha yüngül cəza CM-in 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə cavab verə bilər. Məhkəmə Məhkum əvvəllər məhkum olunmamasını, yəni ilk məhkumluğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır Belə ki, CM-in 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi təsbit edilmişdir. Həmin maddənin mənasına görə bu növ cinayətlərin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai-təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cina yəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Apellyasiya məhkəməsi cəzanı yüngülləşdirən halları hökmündə əsaslandırmamış, yalnız sadalanması ilə kifayətlənmiş, Məhkum barəsində cəza təyin edərkən, ədalət və humanizm prinsiplərinə riayət etməyərək, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan yüngüllüyünə görə ona açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 296.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, müdafişinin kassasiya protestinin təmin edilməməsinə,dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protest inin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyalar ı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məzmunundan aydın olur ki həmin protestdə apellyasiya instansiya məhkəməsinin Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinin əsassız olması qeyd edilmiş, həmçinin məhkum edilmiş şəxsə CM-in 296.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngül olması, cəzanı yüngülləşdirən halların düzgün müəyyən edilməməsi mübahisələn dirilmişdir. İlk əvvəl dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin Məhkum verilmiş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsi ilə ittihamın xaric edilməsi barədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üç ün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 312.2-ci maddəsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə (aktiv rüşvətxorluq) korrupsiya cinayətləri sırasına aid olan geniş yayılmış cinayətlərdən biridir. Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və tə şkilatlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır, insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, v əd edilməsində və ya verilməsində ifadə olunur. Rüşvət vermə (aktiv rüşvətxorluq) formal tərkibli cinayətdir. Rüşvət vermə rüşvətin (maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin) heç olmazsa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmazsa bir hissəsini aldığı (qəbul etdiyi) andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seç ilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəli klərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və X10 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prins ipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təh rik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Məhkum qarşı CM-in 178.1 və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan görünür ki, o, qonşusu Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək və onu aldadaraq sonuncunun oğlu Bəybala Qubadovu həqiqi hərbi xidmətdən saxlada biləcəyinə onu inandırıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində olan tanışının vasitəsi ilə vəzifəli şəxslərə rüşvət vermək üçün hissəhissə olmaqla vahid niyyətlə 3200 manat pul almaqla dələduzluq etmiş, eyni zamanda həmin hərəkətləri ilə həm də Zərərçəkmiş şəxs1 rüşvət verməyə təhrik etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən məhkum edilmiş şəxsə qeyd olunan maddələr ilə irəli sürülmüş ittihamın işin faktiki halları baxımından təhlil etdikdə müəyyən olunur ki, ittihamda rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Belə ki, işin istər ittiham, istərsə də müdafiə tərəfinə aid şəxslər tərəfindən mübahisələndirilməyən faktiki hallarından görünür ki, Məhkum həqiqətən qonşusu Zərərçəkmiş şəxs1 aldadaraq onun 3200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, lakin həmin pulu kiməsə, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin vəzifəli şəxslərinə vermək niyyəti olmamışdır. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində aradan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin ittihamından Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə ona bəraət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi bəzi qərarlarda da eyni hüquqi mövqe mövcud olmuşdur. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Qanunvericilin göstərilən tələbini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan hökmünü kassasiya protestində göstərilən dəlillərə əsaslanaraq ləğv olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi 296.2-ci maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınma qla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəza nın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsin dən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edi lən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüs usi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsi məhkum edilmiş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilən azadlıqdan məhrum etmə cəzasını ağır hesab etmiş və qeyd etmişdir ki, təqsirləndirilən şəxsin barəsində müəyyən edilən və əhəmiyyətinə görə müstəsna olan bəzi halları cəza təyini zamanı nəzərə almamışdır. Belə ki, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, himayəsində İ qrup əlil övladının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. CM-in 296.2-ci maddəsinin sanksiyasında 2 ildən 4 i lədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi cəzanı yüngülləşdirən halları, habelə ağırlaşdıran halların olmaması, o cümlədən təqsirkarın əvvəllər məhkum olunmaması və himayəsində müddətsiz 1 -ci qrup əlil övladının olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini CM-in 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə cavab verə bilməsi qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşd ırılması cəzasını ədalətli və adekvat hesab etmişdir. Göstərilən məhkəmə məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxs in cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha sərt cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm pri nsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan və dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət e dilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hö kmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xar akterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə baraət verilməsinə, onun həmin Məcəllənin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmü kassasiya protesinə münasibətd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar