Məhkəmə qərarları › İş №1(102)-2100/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2100/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2100/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəb ul etdi. I. İşin halları

1. Məhkum 05 iyun 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 04 may 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 may 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəy yən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyətilə qeyri-rəsmi nikah münasibətlərində olduğu X3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə 07 fevral 2021-ci il tarixdə, saat 01 radələrində təqsirləndirilən şəxs 2un təklifi ilə istifadəsində olan ***-***-**** nömrəli mobil telefonundan Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, yalandan evdə tək olduğunu bildirərək kirayədə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi “Cantəpə” yaşayış massivi M.S.Ordubadi küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes 190D minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəlib evə daxil ol duqdan sonra təqsirləndirilən şəxs 2 gizləndiyi sanitar qovşağından çıxıb Zərərçəkmiş şəxs1 ardınca evə daxil olaraq, bir qrup şəxs halında sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə, yumruqla sifət nahiyəsindən bir neçə dəfə, sonra isə evin mətbəxindən götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə sol bazu nahiyəsindən iki dəfə vuraraq, ona sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası, sol yanaq nahiyəsinin səthi əzilmiş yarası və sol bazu nahiyəsinin yuxarı - orta 1/3-nin qançırı xəsarətlərini yetirməklə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq, 200 manat dəyərində **********7801 imei kod lu “Samsung S7” markalı mobil telefonu üstündəki 10 manat dəyərində ***-***-**-** nömrəsi ilə birlikdə, 25 manat pulunu və 4800 manat dəyərində olan “Mercedes 190D minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilini, vahid niyyətlə cəmi 5035 manat məbləğində xeyli miqdarda əmlakını ələ keçirib quldurluq etmiş, həmçinin avtomobilin içərisində olan Zərərçəkmiş şəxs1 AZE-******** nömrəli şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədlər olan AC-013549 nömrəli sürücülük vəsiqəsini və “Mercedes 190D minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 adına olan AC-046298 nömrəli qeydiyyat şəhadətnaməsini ələ keçirməklə talamış, qabaqcadan əlbir olduğu qrupun üzvü təqsirləndirilən şəxs 2 ilə birlikdə cinayət əməllərini davam etdirərək, sonuncu təkrarən Zər ərçəkmiş şəxs1 əynində olan paltarlarını soyunmağa məcbur edib, sonuncunun çılpaq vəziyyətdə fotoşəkillərini həmin “Samsung S7” markalı mobil telefon ilə çəkmiş, rüsvayedici məlumatlar olan çılpaq fotoşəkillərini sosial şəbəkədə yayacağını deyib, foto şəkilləri silmək üçün 2500 manat pul verməsini bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 küçədə saxladığı “Mercedes 190D minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilini özü idarə edib, birlikdə Xırdalan dairəsinə gəlmiş və orada Zərərçəkmiş şəxs1 çılpaq vəziyyətdə olan foto şəkillərini silmək üçün tələb etdikləri 2500 manat puldan 300 manatı təqsirləndirilən şəxs 2 alıb, daha sonra avtomobili idarə edərək birlikdə Qaradağ rayonu Sahil qəsəbəsinə gedərək, or ada Zərərçəkmiş şəxs1 avtomobildən düşürüb, avtomobili idarə etməsini davam edib oradan uzaqlaşaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5335 manat məbləğində olan xeyli miqdarda ziyan vurmuşdur.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-97/2023 nömrəli, 28 fevral 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5, 182.2.1, 188.2.2, 182.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 188.2.2, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını, ilk dəfə cinayət əməli törətdiyini, cinayəti fiziki təsir altında etdiyini nəzərə alaraq, barəsində təyin olunmuş cəza müddətinin azaldılmasını xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-2 90/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-97/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş qərarından hazırda Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr Məhkum əməlindən səmimi peşman olmasını, barəsində heç bir şikayətin olmamasını, oğlunun həqiqi hərbi xidmətdə olmasını nəzərə almamış, məhkuma həddindən artıq ağır cəza təyin etmişlər. Göstərilənlərə əsasən təyin olunmuş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual nor malara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan bir i) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın n əticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vas itədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi nə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına v ə onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa M əhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkəmə kollegiyası Məhkum ona təyin edilmiş cəzanın ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5 və 182.2.1, 188.2.2, 182.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmişdir.

25. Azərb aycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.2.1, 188.2.2, 182.2.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

26. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncuya vu rulmuş ziyanın qismən ödəməsini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5 və 182.2.1, 188.2.2, 182.2.3-cü maddələrinin sanksiyasının minimum həddində azadlıqdan məhrum etmə cəzası, eləcə də Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmiş, həmin cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplayıb yekunda qəti olaraq ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib, qanunla nəzərdə tutulan məqsədlərə xidmət edən və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində göstərilən tələblərə uyğun olan cəza növü və müddətini seçmişlər.

27. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

28. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qər arı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar